Bakı Hava Limanından 3 cüt, bir tək uçaq qalxır, amma özünü Hitrou kimi aparır. 8.40-da uçağım vardı, 7-də hava limanına girmişəm. Baqajsızam, əl baqajına birka vurdurmaq üçün 1 saat 10 dəqiqə sıra gözləmişəm. Dünyanın ən sıradan hava limanlarında çoxdandır online qeydiyyat edib əl baqajı ilə uçanlar gözləmirlər, uçuş kartlarını elektronik aparatlardan alırlar. Məsələn, İstanbul Hava Limanına girib eyni şərtlərdə sərhədə çatmaq 5-10 dəqiqə vaxt alır. Oooo boyda İstanbul hava limanında. Amma bizdə…
Ora-bura qaçan, bir-birini dağın başındakı kimi haraylayan personaldan (belə deyildilər, təzə müşahidələrimdir) bir təhər birka və uçuş kartımı alıb 8.20-də qapıya çatdım.
Biletdə 7 yazılıb axı…, hanı sərnişinlər? Birindən eşitdim ki, uçuşu 9-cu qapıya keçiriblər. Elan-filan yoxdur ha, qulaq müsafiri olub eşidirsən. Gəldik… Sərnişinlər gözləyir, AZAL-dan kimsə yox. Hava limanının informasiya xidmətindən öyrəndik, dedilər, 1 saat gecikmə var - uçaq Milasdan gec çıxıbmış. Tamam.., olur da… İndi də dedilər, 3 saat gecikmə olacaq. Yəni AZAL demədi ha, sərnişinlər gördükləri hava limanı görəvlilərindən öyrəndilər.
Belə xidmət olar? Bilet 1000 manatdır. Gedənlərin 90 faizi otelə gedir - dincəlməyə. Çoxu transfer üçün taxi kirayələyib. 3 saat gözləmənin cəriməsi bir dünya puldur( Bu gedişlə biz mənzil başına axşam ən tez 18 də çatacağıq. Demək, istirshətin bir gününü AZAL yedi.
Bu mətni bitirməmişdim, dedilər, qapı 2 oldu. 3-cü dəyişiklik. Ordan-ora, burdan-bura göndərirlər. İndi aramızda bir Türkiyə vətəndaşı axtarıram ki, ən azı AZAL-a itin sözünü desin, qara-qışqırıq salıb, ürəyimizrən tikan çıxarsın, AZAL-lılar zəhmət çəkib təşrif etsinlər, gecikmə səbəbini açıqlasınlar. Üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər - su, qida, körpəsi olanlara yerləşdirmə. Ən azı bir üzrxahlıq eləsinlər… Bizi eşidən də yoxdur((( Keçən dəfə İstanbul uçağı 4 saat gecikəndə status yazdım, AZAL üstümə bir qoçu göndərdi. Demək, oturmuşam, biri gəlib, boynunda beycik, iki əlini qoydu belinə, düz qabağımda dayandı, dedi ki, nə problemdi, nə lazımdı? Həyatı başa saldım ona, təbii.
Qeydiyyata 5 dəqiqə geciksən, ölsələr də içəri buraxmazlar, amma 3 saat gecikmə ilə bağlı sıradan nəzakət açıqlaması da yoxdur(
AZAL, qısacası, yox olasan.
Aygün MuradxanlTeref.az