Ardını oxu...
Prezident aktları, qanunlar mənimsəmə amacı ilə yanlış izah və tətbiq olunur
Son günlərin ən çox diqqətə çatdırılan “diqqət və qayğısı” Qarabağ savaşı veteranlarına ayrılan 80 manatın artırılması “mexanizmi” ilə bağlıdır. Gerçəkdə bu mövzu spekulyasiya predmetinə çevrilib. Hətta “sosial-iqtisadi” deputatlar bu 80 manatın kommunal xidmətlərə görə ödənilən sosial müavinət olduğunu, artan xidmət haqlarına uyğun arta biləcəyini topluma sırıyırlar. Halbuki 80 manat- Qarabağ savaşı veteranlarına verilən Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət deyil.
2019-cu ilin aprelinə kimi işləməyən, əmək pensiyaçısı olmayan müharibə veteranlarına kommunal xidmətlərə görə sosial müavinət ayrılırdı. Prezident 15.04.2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında fərman imzalayıb və təqaüdün aylıq məbləğini 80 manat müəyyən edib. Fərmanla müəyyən edilib ki, Prezident təqaüdü 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alanlara həmin müavinətin ƏVƏZİNƏ, əmək pensiyası alan və döyüşən ordunun tərkibində iştirak etmiş müharibə iştirakçılarına ( Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla)- onların təqaüdləri 4-5 dəfə çox olduğuna görə- M.B.), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində ƏƏSMN-ə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Yəni 2019-cu il aprelin 1-dən qüvvəyə minən 80 manatlıq təqaüdün məbləğinin artırılmasını yalnız Prezident qərara ala bilər. Nədən fərman onun fərmanıdır, artırıb-azaltmaq da onun müstəsna səlahiyyətindədir. Kiminsə bu barədə speklyasiya-manipulyasiya etməsi savaş veteranlarının başını nağıllarla qatmaqdan özgə bir şey deyil.
Qarabağ savaşı əlillərinə Prezidentin 26.01.2001 tarixli fərmanla ayırdığı kommunal , nəqliyyat və digər xidmətlər əvəzi 26 manatlıq aylıq müavinətin məbləği isə 22 ildir dəyişməz qalıb. Pensiya orqanı fərmanı cibinə uyğun izah və tətbiq edib qazi- əlillərin müavinətini yeyir. Cibə uyğun izaha baxın, guya Prezident 22 il qabaq savaş əlillərinə kommunal xidmətlərə görə sosial müavinət müəyyən edib. Halbuki 22 il qabaq, ümumiyyətlə, “sosial müavinət” anlayışı yox idi, “sosial pensiya” dövriyyədə idi. Və Prezidentin 26.12.2001 tarixli fərmanında sosial pensiyaçılara 6 manat müavinət ayrılması doğrulanıb. Sosial müdafiə orqanlarının mənimsəmə məntiqindən belə çıxır ki, Prezident sosial pensiyaçılara 6 manat sosial müavinət müəyyən edib?! Biz hələ digər qərəzli məntiqləri demirik. Sadəcə, onu deyirik ki, Maliyyə Nazirliyi 17.01.2017 tarixli arayışla bildirib ki, Qarabağ əlillərinə ayrılan 26 manatın verilməsi davam edir, pensiyanın sığorta hissəsinə əlavə edildiyindən “görsənmir”. Baxın, Maliyyə Nazirliyi 26 manatın verildiyini , DSMF-in pensiya verməli olanları isə 26 manatı “sosial müavinət” kimi qəbul edib, əmək pensiyasına əlavə etməyin mümkünsüz olduğunu rəsmi məktublarla bildirirlər.
Prezident aktlarının, qanunların bilərəkdən yanlış izah və tətbiq edil(mə)məsi savaş əlillərinin cibinə ziyan olsa da, qeyri -rəsmi “təfsirçilərin” cibini doldurur. Qanunların düzgün tətbiq edilməsini təmin etməli olan prokurorluq , digər nəzarətedici orqanların “nəzarəti” isə qazilərin haqqından pay almaqla susmaqdan ibarətdir. Hamısı yeyintidə ortaqdır, şübhəlidir, susmaq “hüquqları” qanunla qorunur.
Məğrur Bədəlsoy
Ardını oxu...
Azərbaycanda ailə başçısı kişi olan evlərdə il ərzində adambaşına 35 kq ət və ət məhsulları istehlak olunur.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, bu, ailə başçısı qadın olan evlərdə qeydə alınan göstəricidən 3,7% və ya 1,3 kq azdır.
Belə ki, Azərbaycanda ailə başçısı qadın olan evlərdə il ərzində adambaşına 36,3 kq ət və ət məhsulları istehlak edilir.
Qeyd edək ki, yumurta istisna olmaqla ailə başçısı qadın olan evlərdə digər ərazaq məhsllarının istehlakı ailə başçısı kişi olan evlərlə müqayisədə daha çox olub.
Aşağıdakı cədvəldə kişi və qadın ailə başçılarının olduğu evlərdə adambaşına düşən illik ərzaq istehlakı qeyd olunub.
Ardını oxu...
 
Ardını oxu...
Yəqin ki, çoxunuz ətin bahalaşma xəbərini çox eşitmisiniz.

Bununla bağlı kənd təsərrüfatı üzrə ekspertlər bildiriblər ki, ətin bahalaşmasına səbəb örüş yerinin az olmasıdır. Heyvan yeminin, otunun bahalaşması və digər məsələlər də bahalaşmaya səbəb ola bilər. Amma çox qəribədir ki, son günlər quzu, qoyun, dana ətinin ucuzlaşması xəbərini eşidirik.

Məsələni araşdırmaq üçün Cebhe.info əməkdaşı ət kəsimi və satışı məntəqələrində olub. Məlum olub ki, quzu ətinin 1 kiloqramı 16.50 AZN-ə təklif edilir.

Qoyun əti isə 11 manata idi. Dana əti əsasən 14 manata, bəzi yerlərdə isə 13 manata qədər ucuzlaşıb.

Qəssablardan ətin ucuzlaşmasının səbəblərini soruşanda bildirdilər ki, bu qiymətə belə alıcı tapmaqda çətinlik çəkirlər.

Yanliz şadlıq sarayları, mərasim evləri ət alır. Onlar da daimi müştərisi olduqları şəxslərdən ət almağa üstünlük verirlər.

Adının çəkilməsini istəməyən qəssab bildirib ki, yaxın zamanda ətin qiyməti yenə ucuzlaşmağa doğru gedəcək:

"Heyvan kəsirik, ancaq qiyməti bahadır deyə alıcı azdır. Yanliz şadlıq saraylarına, mərasim evlərinə satırıq. Belə desək, xeyirlə şərin ümüdinə qalmışıq. Biz ticarətçiyik, istəyərik ki, daha çox sataq, düzdür, daimi müştərilərim çoxdur. Amma bu, bizi qane etmir, heyvanı özümüz saxlayırıq. Həm də çobanlardan daha ucuz heyvan alırıq. Yaxın vaxtlarda ətin qiyməti yenə düşə bilər”.

Həmsöhbətimiz bildirib ki, ətin ucuzlaşması qəssablar arasında ixtilaf yaradıb:

“Bəzi qəssablar gəlib bizimlə dalaşırlar ki, ətin qiymətini aşağı salmayın, onda məzənnə aşağı düşür. Hətta hədə- qorxu gələnlər də var. Bəzi qəssablar isə təhdid edirlər ki, nə badə qiyməti aşağı salasan. Amma gəl ki, özləri də məcbur qalıb ətin qiymətini aşağı salırlar. Ətin qiymətində rəqabət nə qədər çox olarsa, bir o qədər ucuzlaşma olur”.
 

Ardını oxu...
İsmayıllı rayonu sakini Əflatun Həsrətov bildirir ki, onun oğlu Vusal Həsrətov ikinci Qarabağ savaşında iştirak edib və oğlu 3 medalla ölkə başçısı tərəfindən təltif edilib. Onun sözlərinə görə, oğlu dünyasını dəyişib və bu günə qədər onun veteralıq pulunu ala bilməyib.
Ata deyir ki, vəfat edən oğlunun azyaşlı Övladı var və həmin pulun nəvəsinə verilməsini istəsə də iddiasına görə hərbi komissarlıq oğlunun veteran olmadığını deyib.
Şikayətçi kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə və aidiyyatı qurumlara müraciət edərək baş vermiş haqsızlıqla bağlı tədbir görülməsini xahiş edir.
KANAL13

Daha ətraflı aşağıdakı videoda:



Təqdim etdi: DİA.AZ (Ərsoyun Blog'u)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
“Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik:

“Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.

Aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı olan ünvanlı dövlət sosial yardımı artıq bir neçə ildir ki, ölkəmizdə tətbiq edilir. Ümumilikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarınının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab edilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il iyulun 1-i vəziyyətinə əsasən 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil edib.

Qeyd edək ki, bu gün aztəminatlı ailələr işsizlik, maddi imkanların olmaması səbəbindən ünvanlı sosial yardım almaq məcburiyyətində qalırlar. Onu da vurğulayaq ki, bu gün bir sıra xarici ölkələrdə bu istiqamətdə bir sıra proqramlar həyata keçirilir.

Məsələn, ABŞ-da “ərzaq bankı” adlanan proqram həyata keçirilir ki, burada ehtiyacı olan vətəndaşlar istədiyi ərzağı əldə edə bilirlər. Ölkəmizdə onsuz da ünvanlı sosial yardımın əldə edilməsi ilə bağlı vətəndaşlar çətinliklərlə üzləşirlər.

Ünvanlı sosial yardım dayandırılarsa, hökumət hansı alternativ variant tətbiq irəli sürür?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, hökumətin borcu alternativ, cəlbedici iş yerlərinin yaranması üçün müəyyən addımlar atmaqdır:

“Bundan sonra artıq təklif olunan işlər, yaxud istiqamətlər çoxaldıqca vətəndaşlar da sosial müavinətlər almaqdansa normal işləyib yaxşı maaş almağa üstünlük verəcəcəklər. Problemə bu istiqamətdən baxmaq lazımdır ki, alternativlər nədir, hökumət nə təklif edir. Elə təşviq proqramları olmalıdır ki, vətəndaşlar doğurdan da sosial müavinət yox, əməkhaqqı alsınlar. Birincisi, bu, vətəndaşın günahı deyil. İkincisi, elə kateqoriyalı insanlar var ki, onlar daim sosial müdafiə qayğısına möhtacdırlar.

Belə ki, əngəlli, iş qabiliyyətini itirmiş, müəyyən problemli insanlar daim sosial müdafiə qayğısından faydalanmalıdırlar. Ona görə də bu, vətəndaşları günahlandırmaq cəhdi kimi görünür. Sanki onlar işləmək istəmir və ancaq sosial yardım almaq istəyirlər. Əslində elə deyil. Azərbaycan vətəndaşı çalışqandır. Əgər o görsə ki, yüksək deyil, normal maaşlı işdə seçim imkanları var, sosial yardımdan daha çox maaş almaq imkanı yaranıb, gedib həmin işlə məşğul olacaq”.

Xarici ölkələrdə təşkil edilən ərzaq banklarına gəldikdə isə ekspert deyir ki, həmin ölkələrdə bunu mərkəzi hökumət deyil, seçilmiş bələdiyyələr, QHT-lər edir:

“Azərbaycanda bu ənənənin yaradılmasına ehtiyac var ki, bizdə də Böyük Şəhər Bələdiyyəsi formalaşsın və QHT-lər də burada aktiv rol almağa başlasınlar”. //Cebhe.info//
Ardını oxu...
Reyhan Məmmədova: “Şəhid ailəsi olaraq eşitmək istəmirəm ki, mənə desinlər, sənin şəhidin “köhnə”dir, “təzə”lərə ev verilir”

Gədəbəy rayon sakini Məmmədova Reyhan Namazalı qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi rəsmi qurumlar tərəfindən şəhidlərin “köhnə” və “təzə”yə ayrılmasından narazıdır:

“Mən, Məmmədova Reyhan Namazalı qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Həyat yoldaşım Məmmədov Bayram Süleyman oğlu 1992-ci ildə şəhid olmuşdur. O vaxtdan hələ də biz evlə təmin olunmamışıq. Nə vaxt müraciət etsək, bizə bildirirlər ki, II Qarabağ müharibəsində şəhid olmuş və yaxudda qazi olanlara ev verilib yekunlaşdıqdan sonra sizə də veriləcək.

Mən dəfələrlə xahiş etmişəm ki, prezidentin fərmanını göstərin, belə bir qanun olduğunu bilim. Şəhidin “köhnə”si, “təzə”si olmur. Deyirəm ki, illərdir gözləyirəm, növbəm çatmayıb. Mənə cavab verirlər ki, heç çatası da deyil. Hələ bizə şəhid ailəsi kimi bir yerdən kömək olmayıb.

Şəhid ailəsi olaraq eşitmək istəmirəm ki, mənə desinlər, sənin şəhidin “köhnə”dir, “təzə”lərə ev verilir. Dövlətdən ev almaq mənim də haqqımdır”.
Ardını oxu...
Ardını oxu...
Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzu ilə bağlı araşdırma aparacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
Kəlbəcər rayonu, Oruclu kənd sakini, hal-hazırda Yevlax şəhərində yaşayan Alxanov Mərifət Əyib oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Hərbçi olduğunu bildirən şikayətçi deyir ki, briqada komandiri onu haqsız yerə işdən çıxarıb.

“Mən, Alxanov Mərifət Əyib oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 2004-cü ildən hərbçi kimi işləmişəm. 3 hərbi hissədə qusursuz xidmət etmişəm. 44 günlük müharibədə, Talış kənd, Suqovuşan və Laçın, Qaragöl istiqamətində döyüşlərdə iştirak etmişəm.

Lakin briqada komandirimiz Səxavət Baxşalıyev medallarımızın üstünü yazmayıb. Özü polkovnik-leytenantdır. Şəhid olanların və özünün yaxın adamlarının medallarının üstünü yazıb, sağ qalanların medallarını isə yazmayıb.

Mən öz haqqımı tələb edirəm, döyüşmüşəm, zərbə almışam, sağ qolum və sağ ayağımda sinir qolumu yığıb, açılmır. Laçında olanda ailə vəziyyətimlə əlaqəli report verdim, qəbul etmədilər. Dedilər ki, sənə köməklik edəcəyik, amma bizim adımız olmasın. Gələcəyin əsgəri olacaq oğlum möhkəm xəstə idi. İllərdir Tibb Universitetində müalicə götürür. 2 il olar ki, məni işimdən haqsızlıqla uzaqlaşdırdılar, adını da “uyğunsuzluq” qoydular.

Heç bir yerdə iş tapa bilmirəm, aldığım 80 manat heç nəyə bəs etmir. “Məşğulluğ”a yazılmışam, lakin oradan da heç bir xəbər yoxdur. Qaynar xəttə zəng vurmaqdan yorulmuşam, suallarıma cavab verə bilməyib, telefonu üzümə adboy verirlər”.
 //“Hürriyyət”//

Ardını oxu...

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Ankara Milli Kitabxanasında 5-ci Türk dünyası yazarlar qurultayının açılış mərasimi keçirilib.

APA xəbər verir ki, qurultayda müxtəlif ölkələrdən 100-ə yaxın elm xadimi, şair və yazıçı iştirak edir.

“İLESAM”ın rəhbəri, yazıçı-şair Mehmet Nuri Parmaksız qonaqları salamlayaraq məmnunluq ifadə edib. Türk dünyası yazarlar qurultayının tarixindən bəhs edən M.N.Parmaksız qurultayın məqsəd və gələcək planlarından bəhs edib. Proqram haqqında qısa məlumat verən yazıçı qarşıya qoyulan məsələlərin əhəmiyyətini diqqətə çatdırıb. M.N.Parmaksız ortaq türk dilinin yaradılması məsələsinin zəruriliyini vurğulayaraq artıq işə başlamağın və müzakirələrin reallaşdırılmasının vacibliyini qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar çıxış edərək AYB adından bütün qurultay iştirakçılarını salamlayıb. Bundan əvvəlki dörd Türk dünyası yazarlar qurultayının iştirakçısı olmuş Xalq yazıçısı əvvəlki qurultayları xatırlayıb, ötən illərin ədəbi əlaqələrini yada salıb. Ənənələrin davam etdirilməsinin uğurlu addım olduğunu vurğulayan Anar müəllim 44 günlük haqq savaşımızda qazanılan parlaq qələbədən bəhs edib, Zəfər günü ərəfəsində belə bir qurultayın keçirilməsinin sevincini bölüşüb və fəxarət hissi ilə qeyd etdiyi bu fikirlər alqışlarla qarşılanıb: “Mən xoşbəxtəm ki, zəfər çalmış Azərbaycanı təmsil edirəm”.

“TÜRKSOY”un sədr müavini Sayit Yusuf ortaq türk dilinin yaradılması, ortaq türk ədəbiyyatı, mədəniyyəti anlayışının təbliği baxımından bu günə qədər görülən işlər barədə məlumat verib. S.Yusuf qurultayın fəaliyyətində hər kəsə uğurlar arzu edib.
Açılış mərasiminin ardınca seksiyalar öz işinə başlayıb.

Qeyd edək ki, “Türk dünyasında ortaq dil, əlifba”, “Türk dünyasında təhsil, mədəniyyət, incəsənət və ədəbiyyatda birlik, bərabərlik düşüncəsi”, “Türk dünyasında müəllif hüquqları problemləri və pirat kitabçılıqla mübarizədə görülməli olan işlər və çıxış yolları”, “Türk dünyasında ortaq kitabxana, oxu mədəniyyəti, ortaq dildə nəşrlər və tərcümə məsələləri”, “Türk dünyası ortaq ədəbiyyatı, müqayisəli ədəbiyyat, ədəbi növlər, ədəbiyyat universitetləri ilə qurumların iş birliyi” mövzularında təşkil olunacaq seksiyalara müxtəlif elm adamları, yazıçı və şairlər cəlb olunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Çox təəssüf ki,praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir və iş yerlərinin attestasiyası keçirilmir. Bu halda iş yerlərinin attestasiyasının aparılması -hansı məqsədlə edilir və işçilərin hansı hüquqları vardır?
Əmək şəraitindən asılı olmayaraq işəgötürən normativ hüquqi aktlarla - müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir.
İş yerlərinin attestasiyasının keçirilməsi üçün işçilərin aşağıdakı hüquq və təminatları var?
1.İşçilərin zərərli iş şəraitinə görə əlavə əmək haqqı almaq hüququ vardır.
2. Zərərli iş şəraitinə görə əlavə məzuniyyət almaq hüququ vardır.
3. Zərərli iş şəraitinə görə qısaldılmış rejimdə işləmək hüququ vardır.
4. Zərərli iş şəraiti olan iş yerindən başqa və ya yüngül işə keçmək hüququ vardır.
5. Zərərli iş şəraiti olan iş yerindən başqa iş yerinə keçirməklə - peşə xəstəliyinə tutulma ehtimalı aradan qalxar.
6. Ağır və ya zərərli iş şəraitində işləməklə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır
7. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
8. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
9.İşəgötürən iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunması, sanitariya və gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əməyin məhsuldarlığını, işin səmərəliliyinin artırmaq və s.məqsədilər üçün attestasiya komissiyası yaratmaqla iş yerlərinin attestasiyasını keçirməlidir.
10. İş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və ya qeyri-obyektiv hesab edən işçi məhkəməyə müraciət edə bilər.
Azər Quliyev.
Teref.az
 
 
 
Ardını oxu...
Bir neçə ildir əhaliyə verilən təbii qaza limit qoyulur. Yəni qazdan istifadə həcminə görə müxtəlif tariflər tətbiq olunur. İki il əvvəl baş tutan son dəyişikliyə görə, hər abonentin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə 12 qəpik ödənilir. Bu limiti keçən istehlakçı 2500 kubmetrədək 20 qəpik məzənnəsi ilə razılaşmalıdır. 2500 həddi aşılanda hər kubmetrin dəyəri 25 qəpik olur.
Bizimyol.info xəbər verir ki, deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələri zamanı qaz limitinin ləğvini təklif edib. Onun fikrincə, qaz hasilatçısı olan ölkənin vətəndaşları təbii sərvətdən bu şərtlərlə istifadə etmək məcburiyyətində qalmamalıdır: “Azərbaycanın kifayət qədər qazı var, limiti ləğv etməyə gücümüz çatar”.

Hökumət qaz limiti tətbiq edəndə, zamanla qiyməti artıranda daha çox bir arqument üzərində dayanır. Deyilir ki, dünyada təbii qaz qiymətləri yüksəkdir. Dünyada qiymətlər yüksəkdir deyə, əhalinin üzərinə ağır yük qoyulur. Qiymətlər düşür, amma hökumətin səsi çıxmır. Bircə dəfə dilə gətirilmir ki, qiymətlər aşağıdırsa, xalqın vəziyyəti də nəzərə alınsın. Hökumət əhali üçün qiymətləri o vaxt artıra, xüsusi limit tətbiq edə bilər ki, təbii qazın idxalçısı olsun. Qazı biz hasil edirik. Dünyada bir sıra ölkələr Azərbaycandan təbii qaz alır və ya bu niyyətdədir.

Başqalarına qaz satırıq, amma yerli əhaliyə limit tətbiq edirik. Əhalinin nəzərəçarpan hissəsi 1200 kubmetr həddini çoxdan aşıb. Adətən, Novruz bayramından sonra abonentlərin çoxunda limit geridə qalır. Payızda 2500 kubmetr həddini də aşmaq lazım gəlir. Qış özü ilə həm də təbii qaz dərdi gətirir. İndi havaların xoş keçməsi yalnız əhalinin xeyrinədir. Evləri isitmək hələ lazım deyil. Bəzən yay istisi müşahidə edilir. Vəziyyət o həddə çatıb ki, insanlar məhz qaz limitini keçməmək üçün havanın günəşli olmasına sevinir. Limiti qorumaq havanın ümidinə qalıb.

Yazırıq, amma vəziyyət ifadə etdiyimizdən də acınacaqlıdır. Xüsusilə, bölgələrdə insanlar təbii qaz qiymətləri ilə bacara bilmir. Həyət evlərini isitmək üçün böyük həcmə ehtiyac var. Bəzən aylıq qaz xərci 200 manatı aşır. Həmin sərvət xalqın rifahı üçün istifadə olunmayacaqsa, onda nəyimizə lazımdır?! Daim əhaliyə minnət qoyulur. İstisinə qızınmadığımız sərvətin tüstüsünə kor olmaq taleyindən qaça bilmirik.

Aytən, Bizimyol.info
 
Ardını oxu...
Qarabağda həlak olan sülhməramlıların ailələrinə Rusiya Sülh Fondundan 1 milyon rubl məbləğində yardım veriləcək.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Xatırladaq ki, rus sülhməramlılar 20 sentyabr 2023-cü ildə antiterror əməliyyatları zamanı təsadüfən açılan atəş nəticəsində həlak olmuşdu.
 
 
 

Dünyapress TV

Xəbər lenti