Ardını oxu...
Bərdə rayonunda məskunlaşmış Xocavənd rayon sakini Aygün Zeynalova bildirir ki, onun oğlu Ceyhun Zeynalov 44 günlük vətən savaşında iştirak edib və yaralanıb lakin o əlilliyini ala bilmir.

Şikayətçi deyir ki, oğlu süründürməçiliyə məruz qaldığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında intihara cəhd edib. Çarəsiz ana aidiyyatı qurumlardan onlara köməklik göstərilməsini xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:



Mənbə: Kanal 13
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...
 
Ardını oxu...
Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub.

Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Bu yenilik əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ilk öncə qeyri-yaşayış təyinatlı evlərin təyinatı dəyişdirilməli və bundan sonra çıxarış verilməlidir:


“Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin böyük əksəriyyətində çıxarış yoxdur. Çıxarış almaq mümkün olsaydı, vətəndaşlar hansısa formada bunu alardılar. Bu ərazilərdə də problem ondadır ki, torpaqlar təyinatı üzrə deyil.

Yəni, fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir. Tutaq ki, burada olmalıdır əkin-biçin sahəsi, maldarlıq, heyvandarlıq və s. Hansı ki, hazırda bu təyinatla istifadə mümkün də deyil. Bu gün həmin ərazilərə çıxarışların verilməsi üçün birinci növbədə torpağın təyinatı dəyişməlidir.

Yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir. Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi həyət evləri var. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər”.
 
Ardını oxu...
Hazırda ölkəmizdə pensiyaçı şəxslərin yaxınlarına dəfn üçün verilən müavinətin məbləği minimum (280 AZN) pensiyanın 3 misli qədər, yəni 840 manatdır.

Pensiyaçı olmayanlar üçünsə müavinətin məbləği 500 manat hesablanıb. Bu həftə mətbuata açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sözügedən məbləğin mərhələlərlə artırılacağını deyib:

“Həm uşağın anadan olmasına, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artım olub. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq”.

Qanunvericiliyə görə, dəfn üçün müavinət sığorta olunan, əmək pensiyaçısı və ya sosial müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə verilir. İşsiz və ya rəsmi iş yeri olmayanlar, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxslər vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Bəzi ekspertlərin fikrincə, bu, doğru yanaşma deyil. Əslində işsiz şəxslərin ailəsinin dəfn üçün həmin məbləğə daha çox ehtiyacı var.

Deputat Ceyhun Məmmədov açıqlamasında bildirib ki, hər kəs bu müavinətdən yararlanmalıdır:

“Ümumiyyətlə, mən bu məsələyə dəfələrlə toxunmuşam. Dəfn pulunun miqdarı artırılsa da, yenə də azdır. Hər birimiz bilirik ki, bir insanın dəfni üçün nə qədər vəsait lazımdır, ona görə də bu vəsaitin qaldırılması ilə bağlı addımlar atılmalıdır. Xarici təcrübəni də öyrənmək lazımdır, bu qərar hamıya şamil edilməlidir, hər kəs bu vəsaitdən az da olsa, bəhrələnməlidir. Bu məsələyə yenidən baxılmasına ehtiyac var”.

“Pensiya, müavinət, maaş almayan şəxslərin dəfn puluna daha çox ehtiyacı var. Bu vətəndaşların da ölüm haqqı tanınmalıdır, onların da dəfninə dövlət qayğısı göstərilməlidir” – bunu isə iqtisadçı Akif Nəsirli deyib.

O, açıqlamasında bildirib ki, hazırda bu haqdan sığorta ödəyənlər yararlana bilir:

“Biz kifayət qədər sərvəti olan ölkədə yaşayırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qərarı isə özünü sosial cəhətdən müdafiəyə ehtiyacı olan əhalini və büdcəyə hər hansı bir formada sığorta haqqı ödəyən vətəndaşları əhatə edir. ƏMAS-a görə sosial müdafiəyə ehtiyacı olan həssas qruplar mütləq dəfn pulu ilə təmin edilməlidir, çünki onlar əmək qabiliyyətlərini itirmədikləri zamanlar işləyərək sığorta ödəyib.

Bununla bağlı olaraq bu ödənişlərdən də həmin vətəndaşlara dəfn pulu verilməsi nəzərdə tutulub. Rəsmi iş yeri olanlar da sığorta ödəyir deyə bu haqdan yararlanırlar. Dəfn pulu həmin vətəndaşlardan alınan vəsaitlər hesabına formalaşır”. Akif Nəsirlinin fikrincə, işsiz vətəndaşların da ölkədə dəfn pulu alması, dövlətin dəstəyi ilə layiqli şəkildə dəfn olunması təqdir ediləcək addım olardı: “İşsiz vətəndaşın gəlirləri də çox aşağı olur, buna görə də bu vəziyyət nəzərə alınmalıdır”.
aktualinfo
 
Ardını oxu...
Qarabağ savaşı veteranları, əlilləri, şəhid ailələri 2002-ci ilə kimi kommunal, nəqliyyat , rabitə xidməti haqlarını ödəməkdən, notariat əməliyyatları zamanı rüsum ödəməkdən azad idilər. Hökumət bu “azadlığı” savaş adamlarına çox gördü, Azərbaycan Respublikasının Prezidenti 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanla vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə VERİLƏN GÜZƏŞTLƏRİN müvafiq MÜAVİNƏTLƏRLƏ ƏVƏZ olunması ilə əlaqədar AZTƏMİNATLI AİLƏLƏRİN SOSİAL MÜDAFİƏSİNİ təmin etmək məqsədi ilə Qarabağ əlillərinə 130 min manat, veteranlarına 55 min manat , şəhid ailəsi üzvlərinin hər birinə 60 min manat müavinət verilməsini qərara aldı. Veteranlara verilən müavinət 22.01.2007 tarixli, 514 saylı, şəhid ailələrinə verilən müavinətsə 31.12.2020 tarixli 1223 nömrəli fərmanlarla ləğv edildi. Qarabağ əlillərinə verilən 130 min manat isə hələ də qüvvədədir, 05.01.2021 tarixli, 1244 nömrəli Prezident fərmanı ilə “130 min” 26 manatla əvəz olunub, 12.11.2022-ci il tarixli, 1878 nömrəli fərmanla “əlillər” sözü “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi ilə əvəzlənib. ( yəqin bu il də “orqanizmin funksiyasının 31-100 faizi pozulmuş şəxslər”lə əvəz olunma “diqqət və qayğısı” qüvvəyə minər- M.B.) Di gəl, 26 manatı da DSMF-in “sosial məmurları” ciblərinə uyğun izah edib vermirlər. Məmurun yeyinti izahına baxın, prezident fərmanı ilə ləğv edilən güzəşt əvəzinə müavinəti “sosial müavinət” sayıb, əmək pensiyaçılarına şamil edilmədiyini sırıyırlar. Onlarla illərdir bu cibə uyğun izaha son qoyulmur. Fərmanın icrasını 08.01.2002 tarixli qərarla təmin edən NK da 22 ildir Qarabağ savaşı əlillərinə ayrılan cüzi müavinətin təyinatı üzrə verilməməsinə qiymət vrrib, son qoymur. Maliyyə Nazirliyinin, Hesablama Palatasının da dövlət büdcəsinin məmurun cibi ilə dəyişik salınmasına reaksiyası “bir atımlıq barıt” effekti yetkisi bağışlayır. Hər iki qurum “qıcanır”, amma “vurmur”, sadəcə payını götürüb, 26 manatın pensiya ilə bir yerdə verildiyini, ona görə də “görünmədiyini” bildirir. Deyəsən, “inanclı xidmət”dir, hökumətin “sağ əllə” verdiyini “sol əli”- əlillər bilmir. “Dəmir yumruq” yiyəsinə üz tutmaq da sonuc vermir, əlilin-qazinin öz başında çatlayır.
Prezidentin Qarabağ əlillərinə 29.12.2000 tarixli, 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə 1-ci, 2-ci, 3-cü dərəcəli Qarabağ, 20 Yanvar əlillərinə uyğun olaraq 50 min, 60 min , 70 min manat aylıq müavinətin verilməsindən də DSMF-in pensiya təminatı qurumları eyni əsasla - müavinəti “sosial müavinət” saymaqla imtina edir. Heç sərəncamın “bəxtinə” onu qəbul etmiş Prezidentin qələmi ilə denominasiya, “əllil” sözünün “əlilliyi olan şəxs” ifadəsi ilə əvəz olunması “diqqət və qayğısı” da düşmür. Axı düşsə, 23 ildir verilməyən cüzi aylıq müavinəti yeyə bilməyəcəklər.
Hökumət verən müavinətin azlığına-çoxluğuna baxmazlar- məsələ dönüb. Amma axı müavinəti , az oldu- çox oldu, nəzərdə tutulan aztəminatlı şəxslər yox, çoxrüşvətli məmurlar yeyir! “Müavinət”, “müavin” sözləri ərəbcədən götürülüb, türkçəmizdə “yardım”, “yardımçı” anlamındadır. “Sosial müavinət” anlayışı ilə müavinəti, yardımı bilərəkdən qarışdırmaq yeyini amacı daşıyır. Əvvəllər işlənən “sosial pensiya” anlayışı 2006-cı ildən “sosial müavinət”lə əvəz olunub və bu əvəzetmədən “sosial məmurlar” yeyinti amacı ilə peşəkarlıqla yararlanırlar. Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanında “sosial pensiyaçılar” da 6 manatlıq müavinətlə diqqətdən qıraqda qalmayıb. Amma indiki sosial müavinət alanlara, keçmiş sosial pensiyaçılara da bu 6 manat çox görülür.
Qazilərin, şəhidlərin, əlillərin payını yemək peşəkarlığında “sosial yeyimli” hökumətə çatan olmaz. Adı əlilin, dadı məmurun, əcəb “diqqətcil, qayğıkeş” hökumətdir!
Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
https://e-qanun.az/framework/2879#_edn1
Məğrur Bədəlsoy
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Ardını oxu...
Göygölün Dozular kəndinin sakinləri 30 ildir qaz, yol üzünə həsrət qalıblar. Sakinlər bildirirlər ki, bu gedişlə kənddə bir nəfər də qalmayacaq.

Hər kəs köçüb getməyə çalışır. Onları bu vəziyyətə şəraitsizlik məcbur edir. Kənd sakini Hüsaməddin Səbzəliyev söyləyir ki, kimə şikayət etsələr də, məsələyə baxan yoxdur.

Kənd sakinləri bildirirlər ki, sanki dövlət kəndi dağıtmağa çalışır. Kənddə yaşayanlar həmçinin yol problemindən əziyyət çəkdiklərini söyləyiblər. Kənd sakinləri hələ də ümidlidirlər ki, gec-tez kəndə qaz, yol çəkiləcək. Amma bunun daha tez olmasını istəyirlər. Çünki hər il kənd sakinlərinin sayı azalmaqdadır. Xüsusən də gənclər kəndi tərk edirlər.
Azəriqaz İB-dən bildirilib ki, həmin ərazinin 95 faizi qazlaşdırılıb. Dozulara isə hələ növbə çatmayıb.

Mənbə: MeydanTV
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər”

Dövlət Statistika Komitəsinin (DSK) yeni iş yerləri ilə bağlı son məlumatları məşğulluq bazarında ciddi disbalans və paytaxt regionuna əhəmiyyətli meylin olduğunu üzə çıxarıb. Hesabatlardan aydın olur ki, işlə təmin olunanların ən böyük payı ölkənin əsas şəhərindədir.

DSK bildirir ki, bu ilin doqquz ayında, yəni yanvar-oktyabr aylarında respublikada 60,9 min yeni iş yeri yaranıb ki, bu vakant iş yerlərinin 92,6 faizi paytaxt rayonunun payına düşür. Sadəcə olaraq, hər beş yeni iş yerinin dördü paytaxtdadır.

Yeni iş yerləri portfelində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payı müvafiq olaraq 1,2% və 0,9% təşkil edir.

Statistika bu müddət ərzində bağlanan iş yerləri barədə də məlumat verir: hesabat aylarında qeyd olunan rəqəm 10,8 min təşkil edib ki, burada da ixtisarların demək olar ki, yarısı - 43,6 faizi dövlət sektorunun payına düşüb.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Cəmiyyətinin sədri, keçmiş maliyyə naziri Fikrət Yusifov AYNA-ya açıqlamasında deyib ki, respublika regionlarının sosial-iqtisadi inkişafı çərçivəsində dövlət tərəfindən bir sıra proqramların həyata keçirilməsində uğur qazanılıb: “Ötən il ərzində regionların inkişafında ciddi irəliləyişlər olub. İndi işğal olunmuş ərazilər geri qaytarıldıqdan sonra regionlara diqqətin artırılmasının, eləcə də bu istiqamətdə qəti addımların atılmasının vaxtı çatıb: kiçik və orta sahibkarlığın inkişafına sərmayələrin cəlb edilməli, yeni istehsal və emal müəssisələri yaradılmalıdır. Biznesi və istehsalı inkişaf etdirməklə işsizlik və qeyri-neft büdcə gəlirləri problemi həll olunur”.

“Ölkənin regionlarında qeyd-şərtsiz artım və inkişafa baxmayaraq, əhali iş tapmaqda çətinlik çəkməsi səbəbindən yenə də paytaxta can atır. Paytaxt rayonuna gələn kənd sakinlərinin monitorinqi və sorğular işsizliyin mənzərəsini yaradır. İnsanlar əsasən iş dalınca ölkənin əsas şəhərinə üz tuturlar. Bu isə ciddi problemdir, çünki insanlar yaşadıqları yerlərdə iş tapa bilmirlər”, - deyə alim bildirib.

Yusifovun sözlərinə görə, problemin konturlarını Azərbaycanın ümumi daxili məhsulunun formalaşmasının coğrafi strukturu və dövlət büdcəsinə daxilolmalar cızır: “Orta hesablamalara görə, ölkə iqtisadiyyatının 90 faizə qədəri Abşeronda cəmləşib. Dövlət xəzinəsinə proqnozlaşdırılan 34 milyard 173 milyon manat gəlirin yalnız 773,1 milyon manatı və ya 2,3 faizi yerli mənbələrdən əldə olunan gəlirlərdir. Dövlət xəzinəsinin 36 milyard 763 milyon manatlıq xərclərinin 782,5 milyon manatı və ya 2,2 faizi həmin sahələr üzrədir. Dövlət büdcəsinin gəlir və xərclərinin bu mənzərəsi regionlarda niyə iş yerlərinin az olması sualına real cavabdır. Problemin həllinin əsas yolu regionlarda kiçik və orta biznesin maliyyə inklüzivliyini təmin etməkdir, çünki bu, iqtisadiyyatın mühərrikidir”.

Ekspert qeyd edib ki, kreditlərin alınmasında çətinliklər və ya həddindən artıq yüksək bank faizləri biznesin həyata keçirilməsinə mane olur: “Maliyyə strukturları 15-18 faizlə kredit verir, istehsal və ya emal müəssisələrinin orta gəlirliliyi ən yaxşı halda 10-12 faiz təşkil edir. Ölkənin illik ÜDM-i 134 milyard manat olduğu halda, bir neçə yüz milyon manat güzəştli kreditlər milli iqtisadiyyatın əsasını təşkil edən kiçik və orta biznes üçün kifayət deyil. Eyni zamanda, ölkənin ÜDM-dən artıq olan valyuta ehtiyatları var ki, bu ehtiyatlardan respublikanın regionlarında biznes layihələrinin həyata keçirilməsi, istehsal və emal müəssisələrinin təşkili üçün güzəştli və uzunmüddətli kreditlər şəklində istifadə oluna bilər”.

Mövzu barədə AYNA-ya danışan iqtisadçı ekspert Akif Nəsirli əmək bazarındakı disbalansı özəl biznesin zəif inkişafının nəticəsi hesab edir: “Ona görə də məşğulluq bazarında vəziyyətin yaxşılaşdırılması üçün ən yaxşı variant sahibkarlığın inkişafı üçün şəraitin təşkil edilməsidir. Bunun üçün isə mülkiyyət hüquqlarının təminatları təkcə qanunlarda deyil, həm də reallıqda olmalıdır”.

“İş yerləri biznes tərəfindən yaradılır, ona görə də ilk növbədə onun inkişafı üçün şərait yaratmaq lazımdır. Bunun üçün bazarın inhisarlaşdırılması problemini həll etmək və əlverişli biznes mühitini təşkil etmək, qanunların aliliyini, məhkəmələrin müstəqilliyini təmin etmək, mülkiyyət hüquqlarına təminat vermək lazımdır. Sahibkarlar bu hüququn toxunulmazlığına arxayın olmalıdırlar”, - deyə mütəxəssis vurğulayıb.

Nəsirlinin sözlərinə görə, sahibkarlarımızın xarici ölkələrə üstünlük verməsinin əsas səbəbi orada bütün bu şərtlərin təmin olunmasıdır: “Bu arada, müstəqil məhkəmələr biznesə lazımdır ki, lazım gələrsə, öz hüquqlarının pozulmasını sübut etsin və ədaləti bərpa etsin. Burada yerli və xarici iş adamları arasında yaranan əsas problemləri aradan qaldırmaqla respublikamız qısa zamanda Avropanın qabaqcıl ölkələrindən birinə çevrilə bilər”.

Müəllif: Emma Rzayeva
 
 
 
Ardını oxu...
Naxçıvanda bir qrup qazi etiraz aksiyası keçirib. Qazilər hesab edir ki, bəzi hakimiyyət orqanları onları dövlətlə üz-üzə qoymaq üçün bilərəkdən xüsusi maneələr yaradırlar. „Naxçıvan Qaqziləri“ İctimai Birliyinin ofisində baş tutan aksiyada onlar aşağıdakı problemlərə etiraz ediblər:
-Qazilərin hərbi hospitalda müayinəsi pulsuz nəzərdə tutulsa da, buna görə onlardan pul tələb olunması.
-Mənzil və avtomobil verilməsinə məhdudiyyət yaradılması.
-Çernobıl əllilərinə avtomobil verilərkən, Qarabağın azad olunmasında fiziki və psixi sağlamlığını itirən əksər qaziyə bu imkan tanınmır.
-Aşağı məbləğdə müavinət verilsin deyə, Şuşanın da azad olunmasında iştirak edən xüsusi təyinatlılar döyüşə göndərilərkən, motoatıcı kimi qeydiyyata alınması.
-Qazilərin aldıqları evlərə kupçalar verilməsindən imtina olunması;
-Aşağı məbləğdə müavinət alsınlar deyə, döyüş zamanı sağlamlığını itirmiş qazilıər mülki xəsarət adı altında təxris olunmaları.
Digər problemləri qazilərin öz dilindən eşidək:
 Teref. Xocanın Blogu Səhifəmiz hamnın üzünə açıqdı
Ardını oxu...
Masallı rayonu, Təkdam kənd sakini Niyazov Musa Xaqani oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, qazi övladı olmağına baxmayaraq, Məşğulluq Xidmətində ona iş verilmir:

“Mən, Niyazov Musa Xaqani oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1 ilə yaxındır ki, Masallı rayonu Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdayam. Atam qazidir. Prezidentin fərmanına əsasən, hər bir idarədə şəhid ailələri, qazi ailələri önə çəkilir. Lakin 1 ildir mən önə çəkilmək bir yana, heç işlə təmin olunmadım. Hər dəfə deyirlər ki, növbəyə almışıq.

Siyahıda 91-ci adam idim. Bir neçə gün qabaq getdim, mənə dedilər ki, növbəniz hələ çatmayıb, siz 161-ci adamsınız.

Necə oldu ki, 91-ci yerdən 161-ci növbəyə keçdim. Məni qabağa çəkməkdən geri atıblar. Mənə iş lazımdır, bunun üçün də müraciət etmədiyim yer qalmayıb. Mənə deyirlər, gərək özün qazi olasan ki, sənin növbəni qabağa çəkək. İşsizlikdən, pulsuzluqdan artıq dəli olmuşam”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
“Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur.

“Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub, dəfələrlə deyilib ki, sizə əlillik təyinatı düşmür. Amma insan bununla razılaşmaq istəmir, onların hüququnu tanıyırıq və gedib 2 aydan sonra yenidən sənədləri ilə müraciət edir. Bir daha qəbul edirik və cavabı yenidən bildiririk. Bu gün müharibə ilə bağlı 6300 şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlillik üçün yox, yüngül yaraya da verilir ki, ona birdəfəlik sosial sığorta ödənişi verilsin. Onlardan 4021 nəfərə əlillik təyin edilib. Psixi xəstəliklərlə əlaqəli əlillik təyinatında isə 4021 nəfərin 43 %-i məhz kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla əlaqəli vermişik”,- deyə nazir bildirib.
 

Ardını oxu...
"`Birlink`dən şikayətçiyəm. Nə vaxt *1199-a zəng edirsən, məşğuldur.

Son aylarda hər gün internet kəsilir, gedir-gəlir. Ancaq sürəti artırmaq məqsədi ilə bir xanım zəng edir, bəs filan qədər ödəyin, sürəti artıraq... Bàşqa paketə keçin... Demişəm, normal internetlə təmin edin, bizə əlavə paket lazım deyil...

Nə problemi həll etmirlər, nə də zənglərə və mesajlara cavab verirler...

Vaxtlı-vaxtında da ödəniş edirik, amma heç bu ödəniş qarşılığında normal internet vermirlər...

Adicə sosial şəbəkələrə qırılma ilə qoşulur... Hələ mən oturub kinoya baxsam, nə olar..."

Ardını oxu...

Şikayətçi: Zöhrə İbrahimova Mənbə: «Müştərinin Səsi» SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Dünyapress TV

Xəbər lenti