Ardını oxu...
Nəqliyyatl xərclərinə qənaət etmək üçün . tərtib edilmiş bu qrafik nəticəsində, işçilərin sağlamlığına vurduğunuz ziyanın məsulliyyəti həm də sizin üzərinizə düşür.
SOCAR AQŞ-də pandemiya ilə əlaqadar dəniz özüllərində çalışan işçilərin iş qrafikində edilən müvəqqəti 21 günlük,12 saatlıq iş rejimi hələ də davam edir. Ona görə ki,cənab Mollayev belə istəyir.
Yazdılar ki:
SOCAR AQŞ dəniz özüllərində çalışan işçilərini hələ də 21 günlük iş qrafiki ilə işlədilir! Həm əsəb,həm ağır iş, keyfiyyətsiz qidalanma,susuzluq. İmunitetimiz qış aylarında aşağı düşür.Aldığımız əmək haqqını da evdə olduğumuz 21 gün ərzində sağlamlığımıza xərcləyirik ki,növbəti ay smenə gedə bilək. Bizim ən böyük xahişimiz 15 günlük smenə keçməkdir. Necəki,başqa təşkilatlar işlədiyi kimi. SOCAR AQŞ əməkdaşlarına sizin köməkliyiniz lazımdır ki, bu məlumatı sosial şəbəkə yayılsın. Bəlkə müvafiq qurumlar oxuyub insafa gəldilər.Bu şirkətdə rəhbər,fəhlə arasında böyük ayrıseçkilik var. Biz iki ildir yazılı müraciət etmişik. Xahiş etmişik. Dəniz özüllərində 21 gün iş rejimi ,gündəlik 12 saat çox ağırdır.Pandemiya girəndən bizi aylıq,sonrada 21 günlük iş qrafikinə keçiriblər. Axı bizim ailəmiz,uşağımız,xəstəmiz,toyumuz,bayramımız var.Əsasda can sağlığı.
SOCAR AQŞ rəhbəri cənab Samir Mollayevin diqqətinə!
Növbə üsulu ilə işləyən işçilər , aylıq iş saatları istehsalat zəruriyyəti, hava şəraiti və s. ilə bağlı hər ay üzrə məhdud sayda normadan az və ya çox ola bilər, lakin həddən çox olması, dənizdə 21 günlük iş rejimində işlədilməsi, işçilərin iş rejiminin və istirahət rejiminin pozulması Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır. Əmək Məcəlləsinin tələblətini pozan işəgötürənlər isə ağırlıq dərəcəsindən asılı olaraq müvafiq maddi, inzibati, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər.
Qeyd: Rəis,siz bəlkə də yaxşı mütəxəsissiniz,ancaq idarəetmə bacarığınız çox zəifdir
Mirvari Qəhrəmanlı
Teref: Xocanın Blogu
 
Ardını oxu...
“Pensiya kapitalı illər üzrə ödənilir və indeksasiya olunaraq artırılır. Yəni vətəndaş pensiyaya çıxdıqdan sonra bu vəsait qanunvericiliyə uyğun olaraq 12 il müddətinə qaytarılır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov bildirib.

“Əgər vətəndaş Dövlət Sosial Müdafiə Fonduna 25-30 il əvvəl 40 min pul ödəsəydi, pensiya kapitalını birdəfəlik götürə bilərdi”, – deyə o əlavə edib.

Qeyd edək ki, son illər ən çox müzakirə olunan mövzulardan biri pensiya yaşı və pensiya kapitalı ilə bağlıdır. Bu gün vətəndaşları ən çox narahat edən məsələlərdən biri odur ki, pensiya kapitalının məbləği çox yüksəkdir və onu toplamaq imkanı yoxdur.Yaxud vəfat edən şəxsin toplanan vəsaitinin ailə üzlərinə verilməməsi narahatlıq yaradır. Eləcə də bu gün bir sıra ölkələrdə, o cümlədən Türkiyədə vətəndaşlar pensiya yaşına çatdıqda dövlət ona “əməklilik ikramiyəsi” verilir ki, vətəndaş onunla iş qura bilir. Bizim ölkədə həmin birdəfəlik vəsait də verilmir.

Bu gün DSMF sədri “vətəndaş 25-30 il əvvəl 40 min manat pul ödəsəydi, pensiya kapitalını birdəfəlik götürə bilərdi” deyirsə, maraq doğuran odur ki, vətəndaş öncədən həmin vəsaiti haradan əldə edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərov “Cebhe.info”-ya bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri izah etməlidir ki, mənim ödədiyim vəsait kimindir:

“DSMF-nin rəhbəri açıqlamalarında “sinifdə qalıb””

“Çalışıram ki, hər ay ya özüm, ya da işəgötürənlə birlikdə Dövlət Sosial Müdafiə Fonduna ödəniş edirəm. Ödəniş etdiyim, toplanan vəsait kimindir, mənə aiddir? Əgər mənə aiddirsə, ona sərəncam vermək hüququmu necə bərpa edə bilərəm.

Burada addım-addım hüquqi suallar yaradıb, ona da normal məntiqli cavablar almaq lazımdır. İndi minimum kapital 42 min 320 manatdır. Tanıdığım insanlar var ki, biznesdə çox yüksək maaşlı vəzifələrdə işləyiblər. Bəzilərinin hətta orada 300 min manat vəsaiti də var. O zaman norma 42 min manatdırsa, ondan yuxarı olan hissəsini mən niyə götürə bilmərəm? Yaxud 12 ilə hesablanırsa, ailə başçısını itirdikdə Dövlət Sosial Müdafiə Fondunda 30-35 min manat vəsaiti qalır.

Onun ailə üzvlərinin həmin vəsaitə çıxış imkanları niyə olmasın? Dövlət ona yardım etməyib, həmin vəsaiti özü toplayıb. Çalışmışam, maaş almışam, Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmişəm. Burada dövlətin yeganə rolu odur ki, DSMF-yə o vəsaiti qoruyub. Bunun depozitlə heç bir fərqi yoxdur.

Türkiyədə, Gürcüstan, Rusiyada da insanların topladığı vəsaitlərə çıxış imkanları var. Bizi bu imkanlardan niyə, hansı məntiqlə məhrum etmək istəyirlər? Bu məsələlərdə DSMF-nin rəhbəri açıqlamalarında “sinifdə qalıb”. Belə çıxır ki, mən dövlətə vəsait ödəmişəmsə, ona sərəncam vermək hüququm olmur. Bu doğru yanaşma deyil.

Ümid edirəm ki, bu yalnışlıqlar düzəldiləcək, qanunvericilikdə dəyişikliklər olacaq. Əgər minimum yığım kapitalı ilə bağlı yanaşma qalacaqsa, heç olmasa deyə bilərlər ki, “mən 65 yaşında təqaüdə çıxıram. Orada 150 min pulum varsa, onun 42 min manatını çıxın, yerdə qalanını mənə qaytarın və mən iş qura, hansısa addımlar ata bilim. Bu vəsaitin sərəncam vermək hüququ vətəndaşda niyə yoxdur, sualına dövlət orqanları aydın şəkildə cavab verməlidir.

Çünki elə cavab verməlidir ki, ölkənin Konstitusiyası pozulmasın. Konstitusiyada özəl mülkiyyət, toplanan vəsaitin qorunma hüququ var. Şəxsən mənim də illərdir ki, orada 10 minlərlə vəsaitim toplanıb. Bu vəsaiti dövlət istifadə edir, ancaq mənə heç bir faiz də ödəmir. Bu məsələyə aydınlıq gətirməlidirlər.

Ümumiyyətlə, bu tipli suallar açıq qaldıqca insanları təxmin etməyəcək, daha çox qıcıq yaradacaq”.
 
Ardını oxu...
Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiq edilib.

Layihənin əsas məqsədi Bakının çoxmərkəzli və dayanıqlı şəhərə çevrilməsi, paytaxt iqtisadiyyatının yeni prioritet sahələrinin davamlı inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır.

Baş plan sənədsiz evlərlə bağlı problemin həll edilməsinə imkan verəcəkmi?
Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, özəl pensiya fondu ilə bağlı normativ sənədlər tam yekunlaşıb.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.

O bildirib ki, sənədlər bir ay ərzində dövlət qurumlarına razılaşdırılması üçün göndəriləcək.

İqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında özəl pensiya fondlarının yaranmasını müsbət addım kimi dəyərləndirib:

"Ən azından bazarda rəqabətli mühit yaranacaq. İllərdir ki, biz buna çağırış edirik ki, rəqabətli mühit yaransın, Sosial Müdafiə Fondu bazarda yeganə oyunçu olmasın. Lakin normativ sənədlər elan olunmalıdır ki, özəl təqaüd fondlarının hansı prinsiplər əsasında fəaliyyət göstərəcəyinə qiymət vermək mümkün olsun".
 
 
 

Ardını oxu...
     

Masallı rayonu, Xırmandalı kənd sakini, hal-hazırda Bakı şəhəri Rəşid Bağırov küçəsi 28/3-də kirayədə yaşayan Əkbərov Məhərrəm Sərxoş oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onlara verilən sosial yardım qeyri-qanuni kəsilib.

“Mən, Əkbərov Məhərrəm Sərxoş oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

6 il mübarizə apararaq, ünvanlı sosial yardım almağa nail olmuşdum. 9 nəfərdən ibarət ailə üzvüm var, 3-ü azyaşlı uşaqdır. Bir neçə ay sosial yardımı aldıq, sonra dayandırdılar. Səbəb isə onu göstərirlər ki, oğlun mağazada işləyir.

Mağaza sahibi obyekti satdı və dərhal sənədlərdə dəyişiklik oldu, bu səbəbdən bizim yardımı dayandırıblar.

Özüm də, yoldaşım da xəstədir, ailədə bir oğlum işləyir, onun da aldığı 400 manatdır.

Xahiş edirəm mənə kömək edin”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Şikayətin araşdıracağı bildirildi.

Ardını oxu...
Bakının Baş Planının təsdiq edilməsi sənədsiz evlərin sənədləşməsi prosesini gündəmə gətirib.

Bunu daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, Baş Planın təsdiq edilməsinin sənədsiz evlərə çıxarış verilməsinə ciddi təsiri olmayacaq.

“Ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarımadasının payına düşür. Sənədsiz evlər paytaxtın mərkəzi hissələrində deyil, kənar hissələrində yerləşir. Sənədsiz evlərə çıxarış verilməsi üçün qanunda müvafiq dəyişikliklər aparılmalıdır. Hökumət artıq bununla bağlı ilk addımlar atır”, – o vurğulayıb.

Ekspert qeyd edib ki, paytaxın mərkəzi hissəsinə yaxın sənədsiz evlərin çoxu Keşlə, NZS, Xutor qəsəbələrində və az sayda Yasamal rayonu ərazisindədir.

“Belə yerlərdəki sənədsiz evlərə gələcəkdə baxış keçiriləcək. Yaşayış təyinatlı torpaqlardırsa, statusu olduğu kimi qalacaq. Torpaqların təyinatı başqadırsa, Azәrbaycan Respublikasının Şәhәrsalma vә Tikinti Mәcәllәsinə uyğun olaraq həmin torpaqların təyinatı dəyişdirilməlidir. Qanunla beş ildən bir torpaqların təyinatına baxılmalıdır. Bu qanunda nəzərdə tutulsa da, ancaq baxılmır. Bakının Baş Planının təsdiq edilməsindən sonra artıq buna əsas yaranıb”, – deyə o, əlavə edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova bildirmişdi ki, sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb.
aktualinfo
Ardını oxu...
Nazirlər Kabinetinin “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nda dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, bu qaydanı nəzərdə tutulan sənədlərin və ya məlumatların (təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, təmsilçilik barədə ərizə (2 nömrəli əlavə), əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir.
Ardını oxu...
Azərbaycanda qadınların pensiya yaşı hər il artırılır. İyulun 1-dən 64 həddinə çatan qadınlar yaşa görə pensiya ala biləcəklər. 2026-cı ilin yayında onların kişilərlə bu göstəriciyə görə bərabərləşməsi gözlənilir. Azərbaycanda kişilər 65 yaşa çatanda əmək pensiyası ala bilirlər.
Bizimyol.info xəbər verir ki, qanunvericilikdə dəyişikliklərə qədər hər iki cinsin nümayəndələri daha tez təqaüdə yetişməyə imkan tapırdılar. 2017-ci ilin yayına qədər kişilər üçün 63 il 6 ay, qadınlar üçünsə 60 il 6 ay hədd seçilmişdi. Kişilər 2020-ci il iyulun 1-də 65 göstəricisinə çatdı. Qarşıdakı iki ildə qadınları da eyni tale gözləyir.

Pensiya yaşı niyə böyüdülür? Hökumət nümayəndələri bu haqda bir neçə dəfə danışıb. Hesab edirlər ki, ölkədə orta ömür artıb, insanlar daha uzun müddət pensiya ala bilirlər. Yəni əhaliyə çox pul verilməsindən narahatdırlar. Halbuki orta ömrün uzanması da mübahisəli məsələdir. Hökumət bir növ camaata pul qıymır.

İqtisadçı Rövşən Ağayev hər şeydən əvvəl ölkədə pensiyaçıların sayının azlığına diqqət çəkir. Onun fikrincə, burada yaş həddinin artırılması da böyük rol oynayır. Ölkədə hər 1000 nəfərə təxminən 118 pensiyaçı düşür. Bu göstəriciyə görə, postsovet məkanında "autsayderlər" qrupundayıq.

“Rusiyada hər 1000 nəfərə 290, Belarusda 270 və Ukraynada 265 nəfər pensiyaçı düşür. Pensiyaçı sayının 2 dəfə az olması pensiya sisteminin maliyyə yükünün də 2 dəfə yüngül olması deməkdir. Yükün bu qədər yüngül olması Azərbaycanın indiki maliyyə şərtlərində daha yüksək məbləğdə pensiya təmin etməsi üçün imkan yaradır”.

İqtisadçı pensiya məbləğinin alıcılıq qabiliyyətinin aşağı olmasına da diqqət çəkir. Qiymətlər son illər çox artıb. Zamanla ölkənin başqa vətəndaşları kimi pensiyaçıların da sosial vəziyyəti pisləşib. Onları bu qədər dalana dirəmək ədalətsizlikdir. Pensiya məbləği qənaətbəxş deyildi. Üstəlik, pensiya yaşının artırılması onların durumunu lap korlayır. Sanki pensiyaçılar marafon qaçışında iştirak etməyə məcbur olunur. Hər dəfə bitişə yaxınlaşdıqca son nöqtə uzaqlaşdırılır. “Marafonçu”ların böyük hissəsi isə heç sona çata bilmir.
 
Ardını oxu...
ƏƏSMN və tabeliyindəki qurumların Qarabağ əlillərinə, qazilərə, şəhidlərə, pensiyaçılara “səlib yürüşü” hələ də sürür. “Başına gələn başmaqçı olar”, deyiblər. 10 aydır 1 BİİM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarla pensiyama əlavə olunan 110 manatı 01.04.2023-cü ildən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mənimsəyib yeməsinə qiymət verilmir. 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasının məmur yeminə çevrilməsinə nə Azərbaycan Respublikasının Prezidentinin köməkçiləri, nə insan hüquqları üzrə müvəkkili, nə Nazirlər Kabineti, nə Baş prokurorluq, nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə məhkəməsi, nə parlamenti son qoyur. Hamısı şikayəti barəsində şikayət edilən quruma göndərməklə işini bitmiş sayır və mənimsəmə faktına Konstitusiyaya zidd olaraq haqq qazandırılır.

Növbədənkənar prezident seçkilərinin təyin olunması ilə sosial yeyintinin dayanacağına olan ümidlər də doğrulmadı. Əksinə, DSMF yetkililəri borclu olduqları 6 il qabaqkı məhkəmə qərarını gizlətməklə sosial müdafiə adına MƏNİMSƏMƏ ilə məşğul olduqlarını ortaya qoyublar. Elə bil DSMF- Dövlət Sosial Müdafiə Fondu yox, SOSİAL MƏNİMSƏMƏ FONDUDUR!(?)

İndicə DSMF sədrinin müavini Zəka Mirzəyevin 26.12.2023 tarixli NK Aparatından daxil olan 22.11.2023 tarixli məktubuna qanunsuz cavabını aldım. Birinci qanunsuzluq müraciətə ən geci 15 günə cavab verilməli olduğu halda, bir ay dörd günə cavab verilməsi, ikincisi müraciətin özünün saxtalaşdırılması, məhkəmə qərarının gizlədilməsidir. Konstitusiyanın, “Əmək pensiyaları haqqında” qanunun düzgün tətbiq olunmaması başlıca qərəzi, özbaşınalığı, mənimsəməni bir daha ortaya qoyur. Konstitusiyaya hörmətsizliyə baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını borclu gah ləğv edir, gah gizlədir !(?) Elə bil heç belə məhkəmə qərarı olmayıb! Hələ üstəlik 110 manatın kəsilməsini Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə zidd olaraq “Əmək pensiyaları haqqında” qanunun 15 il qüvvədə olan 19-cu maddəsinin 2021-ci ildən ləğv edilməsi ilə əsaslandırırlar. Onda bu Konstitusiya nəyə gərəkir? ƏƏSMN-in, DSMF-in... hüquq doktorları başbilənləri bilmir ki, qanunun geriyə qüvvəsi yoxdur ? Deyəsən bilmirlər, bilsəydilər, dövlətin adından çıxarılan məhkəmə qərarını “ləğv edib”, gizlədib borclu olduqları iş üzrə tələbkar 1-ci dərəcəli Qarabağ qazisindən 3188 manat tələb etməzdilər. Bu hələ harasıdır, DSMF sədrinin müavinin adından Prezidentin 23.12.2021 tarixli Fərmanı ilə hərbi qulluqçu pensiyaçıların pensiyalarına əlavə olunmalı 20 faiz əlavənin verilməməsini “Əmək pensiyaları haqqında” qanuna 13.05.2022 tarixli qanunla əlavə olunan 1.0.19 maddəsi ilə , 05.11.2022 tarixli qanunla 29.2 maddəsinin ləğv olunması ilə izah edirlər. Tarixlərə fikir verin, 2021 tarixli qanunu ona görə tətbiq etmirlər ki, bir il sonrakı 2022 tarixli qanun(lar) prezident fərmanını qüvvədən salıb!(?) Bəs qanunların icrasına və tətbiqinə nəzarət etməli olan baş prokurorluq bir yana, Maliyyə Nazirliyi, Hesablama Palatası hara baxır? Niyə açıq-aşkar dələduzluğa, maliyyə pozuntusuna qiymət verilmir?

Maliyyə özbaşınalığı, qanunların düz izah və tətbiq edilməməsinin daha bir açıq sübutu “Əmək pensiyaları haqqında” qanuna 13.05.2022 tarixli qanunla əlavə olunan 37.3.2-1 maddəsində özünü göstərir. Bu maddəyə görə, qulluq stajına görə əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər işləməyə DAVAM EDƏRSƏ, onların pensiyaları MÜRACİƏTLƏRİNƏ əsasən yenidən hesablanır. Lakin DSMF-in pensiya orqanları bu maddəni ciblərinə uyğun izah edib tətbiq etmirlər ki, pensiyaçı işini DAVAM ETDİRİR. Özbaşınalığa baxın, qanun elə işi davam etdirənlərin pensiyalarının yığılan sığorta kapitalına uyğun yenidən hesablanmasını doğrulayır də! Bu özbaşınalıqda “işləməyən kateqoriya” anlayışının bilərəkdən düzgün qavranılmaması, izah edilməməsi də önəmli rol oynayır. Yəni DSMF yetkililəri “işləməyən kateqoqoriya” anlayışını işi dayandırmaqla qarışdırırlar. Bəlkə biri ölənəcən işləməyi DAVAM ETDİRİR, belə çıxır, öləndən sonra pensiyası yenidən hesablanacaq? Dövlətin sosial təminat siyasəti belə olur? Onda bu Konstitusiya, bu qanun, bu dövlət, bu siyasət nəyə gərəkir?

Məğrur BƏDƏLSOY, hurriyyet.az
 

Ardını oxu...
     

Son vaxtlar gənc yaşlarda ölümlərin sayı çoxalıb hətta ölkəmiz ürək xəstəliyinə görə dünyada 2-ci yerdədir. Onkoloji xəstələrin sayı durmadan artır. 

 
Bəzi iddialara səsləndirilir ki, tibbi sahəsinə müraciət etmədən pisxoloji hazırlıqlar da insanı bu xəstəliklərdən xilas edə bilər.
 
 Psixoloq Nuranə Cəfərovanın fikirlərini öyrəndik. Onun sözlərinə görə:  
 
Sevgisizlik bütün xəstəliklərin başlanğıcıdır.  İnsan orqanları və orqanizmi sevgidən bəhrələnir. Sevgi insanı cavan və sağlam saxlayır, sevgisizlik basdırılmış duyğular keçmiş dövr insanlarının fikirləri sağlamlığda muxtəlif fəsadlara yol açır.
 
Müşahidə etsəniz görərsiniz ki, son 5 il ərzində təbəsümü olmayan insanlar görürük amma əvvəlki 3-5 ilin dövrünə baxsaq heç də belə deyildi.
 
Çünki hər tərəfli problemlər günü-gündən ortaya çıxır, iqdisadi sosial problemlər ən əsasıda ailə daxili münaqişələr və.s Biz xoşbəxt görünürük amma xoşbəxt yaşamırıq, sadəcə görüntü üçün yaşayırıq.
 
Pisxoloq Nuranə Cəfərova sosial şəbəkələrlə bağlıda bəzi məsələlərə toxnub 
 
Bu gün sosial şəbəkələr təmtəraqlı görünən yaşam tərzi müxtəlif fikirlər yaradıb , hər kəs gördüyü kimi yaşamağı arzulayır, bunun üçün də nə qədər yalnış addımlar atılır. İntharların birində məktubda belə bir cümlə görmüşdüm ki, "Mən bu həyatı istəmirəm".
 
Fikir verirsiz, insan gördüklərinə özənir. Açıq yaşanan həyat tərzləridə insanlara təsir edir, loru dildə desək dərdə salır, insanları yanı birinə qarşı olan həsəd hissi insanlarda həqiqətəndə xəstəliklər yaradır-  deyə sonda Psixoloq Nuranə Cəfərova bildirib... (Azərbaycan Reallığı)

Dünyapress TV

Xəbər lenti