Ardını oxu...
Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır. Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova "Xəzər Xəbər"ə deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır.
Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək.

Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

 
Ardını oxu...
Maddi vəziyyətinin yaxşı, yaxud pis olmasından asılı olmayaraq, əksəriyyət kredit götürməyə meyillidir.
Buna həqiqətən ehtiyacları var, ya yoxdur, tamam başqa məsələdir. Sanki hamı bir-birilə rəqabətə girib.
Kredit ödənişinin o qədər də asan olmadığı indiki vaxtda kredit üçün banklara üz tutanların sayı niyə daha da artıb? Kredit götürəndən sonra vətəndaşlar hansı problemlərlə üzləşir?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirib ki, kreditlə bağlı müraciətlərdə artım var:
"Bu da onunla bağlıdır ki, pandemiya dövründən başlayaraq, banklar kredit verməyə meyilli deyildi. İnsanlar isə işsiz idi, yaxud maaşları azalmışdı deyə banka müraciət etmirdilər".

Ekspert bildirib ki, pandemiyadan sonra iqtisadiyyat bir qədər düzəldiyi üçün banklar həm kredit verir, həm də güclü reklam kampaniyaları aparırlar:
"İnsanlar kredit götürəndə büdcələrində yarana biləcək maddi çətinlik barədə çox da düşünmürlər. Ehtiyac yarandığı üçün kreditə üz tutur, daha sonra aybaay pulu ödəməkdə çətinlik çəkirlər. Əgər diqqət etsəz, 2005-2015-ci illərdə də insanlar kredit götürürdü, lakin o zaman şikayətlənmirdilər. Çünki o zaman insanların gəlirləri də artırdı. Son zamanlar gəlirlər azalıb, qiymətlər artıb. Bəzi insanlar heç əvvəlki əmək haqqını almır, yaxud əvvəlki əmək haqqını alsa belə, qiymət artımı ondan da yüksəkdir. Bu da vətəndaşın banka ödəniş etməsini çətinləşdirir. Eyni zamanda bank faizləri də çox yüksəkdir. Hətta indiki dövrdə faiz aşağı olsaydı belə, yenə kredit ödəmək cibə ciddi təsir edərdi".
Ə. Həsənov banklarda kredit faizlərinin yüksək olmasının bir sıra səbəbləri olduğunu diqqətə çatdırıb:
"Banklar öz pulunu yox, digərlərindən cəlb etdiklərini kredit verirlər. Digərləri də birinci növbədə əmanətçilərdir. Bu gün Azərbaycanda sığortalanan əmanət faizi 12%-dir. Yəni, bank özü 12%-lə əmanətçidən əmanət cəlb edir. Bu faiz çox yüksəkdir. Yəni sivil ölkələrdə əmanət faizi bir qayda olaraq 1%-dir. Bu gün Azərbaycanda sığortalanan əmanət faizi endirilməlidir, amma endirmirlər. İkincisi, Mərkəzi Bank uçot dərəcəsilə banklara kredit verir. Bu gün Azərbaycanda xeyli bank var. Əgər onların hamısına aşağı faizlə kredit versə, bu bankların əlində ucuz pul olar və onlar da faizləri endirə bilərlər. Mərkəzi Bnak yalnız 3-5 aşağı faizlə verir. O banklar da inhisarçıdır və ona görə də öz faiz dərəcələrini endirmirlər. Əgər onlar bilsəydilər ki, bütün bankların ucuz pulu var, əlbəttə ki, endirərdilər və sağlam rəqabət olardı. Üçücü problem isə Azərbaycanda qanunçuluğun vəziyyətidir. Bank bilir ki, o krediti verəndən sonra vətəndaş, sahibkar krediti qaytarmayanda bankın həm rəsmi, həm də qeyri-rəsmi xərcləri çox olur. Bank artıq gələcək xərclərini həmin faizə qurur".
 
 
 
Ardını oxu...
Təhsil eksperti: “İldən-ilə təhsilimizin yaxşılaşacağına ümid etsək də, hər il daha çox qüsur, səhv ortaya çıxır...”

Yeni tədris ilinin başlanmasından bir ay ötməsinə baxmayaraq, ölkə üzrə məktəblərin heç də hamısına dərsliklər paylanılmayıb. Xüsusən də yuxarı sinif şagirdləri 2-3 dərslikdən başqa digər kitabları ala bilməyiblər. Mövcud vəziyyətdən həm müəllimlər, həm də valideynlər narazıdır, şagirdlər dərslərə boş-boşuna gedib-gəlir.

Bəs səbəb nədir? Hər il dərsliklər üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrıldığı halda orta təhsil ocaqlarımız niyə indiyədək dərsliklərlə tam təmin olunmayıb?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat katibi Cəsarət Valehov “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Ötən il çap edilən dərsliklər məktəblərə paylanılıb. Sadəcə, 7-10-cu siniflər üzrə dərslik çatışmazlığı var ki, bu problem də bu günlərdə öz həllini tapacaq”.

Təhsil eksperti Kamran Əsədova görə, şagirdlərin dərslikləri ala bilməməsi birbaşa Elm və Təhsil Nazirliyinin səriştəsizliyinin, fəaliyyətsizliyinin nəticəsidir: “Artıq orta məktəblərdə KSQ, BSQ-lə başlayır, amma şagirdlərin kitabı yoxdur, onlar dərsləri mənimsəməyiblər. Ola bilsin ki, Bakı və digər böyük şəhərlərdə bəzi şagirdlər PDF variantdan dərslikləri endirib, oradan oxuya bilsinlər. Amma 600 minə yaxın şagirdimiz dağlıq, internet imkanı olmayan ərazilərdə yaşayır və yaxud valideynlərin öz övladlarına telefon və yaxud planşet almaq imkanı yoxdur. Bunlar ciddi məsələlərdir. Nəticə şagirdlərin zəruri bilikləri öyrənə bilməməsinə gətirib çıxaracaq. Hətta gələn həftədən şagirdlərə kitablar verilsə belə 15 sentyabrdan 15-oktyabra qədər keçirilməyən, mənimsənilməyən mövzular hansı formatda təqdim ediləcək?

Sadəcə dəhşətli, biabırçı vəziyyətdir. Bir daha qeyd edirəm ki, mövcud vəziyyət səhlənkarlığın nəticəsidir. Halbuki adəti üzrə avqust ayında artıq bütün dərsliklər təhvil verilməli, hazır vəziyyətdə olmalı idi. Lakin ilk dəfədir ki, müvafiq qurumların səhlənkarlığı ucbatından şagirdlərimiz bu günə qədər dərsliklərlə təmin olunmayıb. Necə olur ki, bütün kitablar satışdadır, amma nazirlik həmin dərslikləri alıb, məktəblərə paylamaq istəmir? Niyə valideynlər öz ciblərindən pul verib dərslik almalıdır? Belə çıxır ki, nazirlik kitabları satışa çıxarıb, pul qazanmağa çalışır".

Digər təhsil eksperti Elşən Qafarov isə qeyd etdi: “Azərbaycan dərslik üçün dövlət tərəfindən ayrılan vəsaitə görə üçüncü yerdədir. Hər il dövlət büdcəsindən maliyyələşərək, milyonlarla kitab çap olunur. Görünür ki, nazirliyin bu məsələ ilə bağlı işləyən əməkdaşlarının başı hansısa layihələrə və kadr seçiminə, təyinatına, imtahan oyunlarına qarışdığı üçün ölkədə ciddi dərslik problemi var. Məlum olduğu kimi, dərsliklər 2000-ci ildən etibarən dövlət hesabına təmin olunur və o vaxtdan bu günə qədər hələ belə biabırçılıq olmamışdı. Ölkənin bütün ərazilərində, bütün siniflər üzrə dərslik çatışmazlığı var.

Dərsliklərlə bağlı prosedur belədir ki, may ayında proqnozlar götürülür, avqust ayının sonuna qədər isə dərsliklər məktəblərə çatdırılmalıdır. Hər il prosedur belə aparılırdı. Bu il isə qeyd etdiyim kimi, nazirliyin əməkdaşları bu məsələni unutduqları üçün mövcud vəziyyət ortaya çıxıb. Çox təəssüflər olsun ki, ildən-ilə təhsilimizin yaxşılaşacağına ümid etsək də, əksinə, ildən-ilə çox sayda ciddi qüsurlar, səhvlər müşahidə olunur".
 
Ardını oxu...
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət artırılır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq, vəzifəli şəxslər 2500 manatdan 4 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.

Layihəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək inzibati məsuliyyətdən azad olunacaqlar.
 

Ardını oxu...
Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlər icbari tibbi sığorta ilə əhatə olunacaq.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib.

Layihədə əsasən, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.

Bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

Dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
 
 
Ardını oxu...
Dünyada baş verən bahalaşma təhsildən də yan keçməyib. Tələbələr üçün nəzərdə tutulmuş yataqxanaların qiyməti müxtəlif ölkələrdə fərqlidir.

Vətəndaşlarımızın üz tutduğu qonşu ölkələrin tələbə yataqxanaları ilə bağlı qısa araşdırma etdik.

Belə ki, ötən illərin statistikasına əsasən, Rusiyada bir tələbənin aylıq yataqxana xərci 730 rubl (20 manat) olub. Digər qonşu ölkə Gürcüstanda 150 lari (90 manat), İranda isə 400.000 rial (17 manat) olub. Günümüzdə isə bu rəqəmlər iki qat və ya daha yuxarıdır.

Azərbaycandan xaricə təhsil almağa gedən tələbələr xərclərini aşağı salmaq üçün universitet yataqxanasını seçməlidir, yoxsa kirayə ev tapmalıdır?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov Yenicag.az-a açıqlamasında bildirib ki, vətəndaşlarımızın təhsil almaq üçün seçdiyi ölkələr sırasında ilk yeri Türkiyə alır

“Həm maddiyat, həm də milli dəyərlər baxımından bənzərlik çox olduğu üçün uyğun ölkə Türkiyədir. Türkiyədə təhsil almaq üçün 6-7 min manat lazım deyil. Universitetlərin illik ödəniş fərqlərinə baxsaq, Türkiyədə təhsil haqlarının Azərbaycan dövlət universitetlərindən qat-qat aşağı olduğunu müşahidə edərik.

Valideynlər bir çox xərcləri nəzərə alaraq, Türkiyədə təhsili daha uyğun görür. Çünki Azərbaycanda universitetə qəbul imtahanını uğurla keçmək üçün repetitor hazırlıqları şərtdir.

Məktəb şagirdi universitetə qəbul olmaq üçün 9-10-cu sinifdən repetitor yanına və ya kurslara hazırlığa gedir. İki-üç il ərzində hazırlıqlara verdiyi pul və daha sonra universitetin illik ödənişi valideynə 6000-7000 manata başa gəlir. Türkiyədə təhsil üçün isə bu qədər xərc vacib deyil, yalnız attestatla tələbə adını qazanmaz olur.

Türkiyədə təhsil alan tələbələr yataqxanalarla təmin olunur. Bəzən yataqxana tələbələri qane etmədiyinə görə üç-dörd nəfər birlərəşək kirayə evə köçür. Qane olmamalarına səbəb isə “komfort” istəmələridir. Xərclərini qarşılamaq istəyən tələbələrə özlərinə uyğun bəzi yarımştat işlərdə çalışa da bilirlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az
 

Ardını oxu...
“Oğlumun epileptikdir.Həmçinin bir ayağı, pəncəsi digərindən gödəkdir. 1 yaş yarımlığından pensiya alır. İndi 9 yaşı var, 4 aydır ki, pensiyası kəsilib. Bir dəfə müraciət etdik, imtina cavabı gəldi. İkinci dəfə yenə müraciət etdik və 20 gündür ki, cavab ala bilmirik”.

Bunu Goranboy rayonu Baxçakürd kənd sakini Namiq Şərifov Toplum TV-nin qaynar xəttinə yazıb. Şikayətçi övladının pensiya işinin səbəbsiz yerə gecikdirildiyini deyir:

“Oğlum 1 yaş yarımından iki dəfə olmaqla 3 il müddətinə pensiya alıb. 2022-ci ilin iyul ayında yenidən komissiyadan keçmə vaxtı olduğu üçün pensiyası kəsildi. Sentyabrın 14-də Goranboy rayonu mərkəzi xəstəxanasında komissiyadan keçdik. Sentyabrın 20-də isə imtina cavabı gəldi”.

Şikayətçi deyir ki, imtina səbəbi kimi epilepsiya tutmaları sayının qeyd edilməməsi göstərilib. Bu cavabdan sonra övladı ilə Bakıya üz tutan N. Şərifov tibbi ekspertiza komissiyasında uşağı təkrar müayinədən keçirsə də, 20 gündür ki, heç bir cavab ala bilmədiyini qeyd edir.

“Bakıya tibbi ekspertisiya komissiyasında uşağın 1 ay orada yatmasının vacibliyi və sudurqalarının sayı ilə bağlı heçnə demədilər. Sadəcə uşağın videosunu çəkdilər, dedilər ki, get işi buradan vuracağıq, yaxşı olacaq. Ancaq heç bir səs-soraq yoxdur”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov Toplum TV-nin sorğusuna cavab olaraq bildirdi ki, vətəndaş əyani müayinədən keçib və qiymətləndirmə aparılır.

Toplum TV

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var. Onun sözlərinə görə, bununla nazir məşğul olur: “Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar”.

Vahid taksi sisteminin yaradılmasını hələ 2017-ci ildə Bakı Nəqliyyat Agentliyi (BNA) təklif etmişdi. Qurumdan bildirilmişdi ki, Bakıda taksilərlə bağlı pərakəndə vəziyyət mövcuddur və bu vəziyyəti düzəltmək üçün vahid taksi sistemi gərəkdir.

2020-ci ildə də BNA bununla bağlı bir konsepsiyanı təqdim etdi. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin, kvotanın tətbiqi və sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdı. Üstəlik, vahid tarif da təklif olunmuşdu.

“Taksilərə taksometrin qoyulması da vacibdir”

Milli Məclisin deputatı Azər Badamov “Turan”a bildirib ki, vahid taksi xidmətini yaratmaqdansa, bu xidmət üçün norma və tələblər müəyyənləşsə, daha yaxşı olar: “Çünki taksi xidməti kimi fəaliyyət göstərən avtomobillərə nəzarət olmadığından onların texniki vəziyyətinin normalara uyğun olub-olmadığını sürücüdən soruşan yoxdur. Ona görə də xoşagəlməz hallar taksi xidmətində çox baş verir”.

Onun sözlərinə görə, taksi sürən insanın sağlamlığı və avtomobilinin təmizliyinə riayət edilməsi ilə bağlı da normalar hazırlanmalıdır: “Həmçinin taksilərə taksometrin qoyulması da vacibdir”.

Deputat hesab edir ki, vahid taksi xidməti olsa, bu, rəqabət mühitinin davam etməsinə mənfi təsir göstərəcək.

“95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur”

Bakı Nəqliyyat Agentliyindən (BNA) isə “Turan”a bildirilib ki, Bakı şəhərində taksi kimi fəaliyyət göstərənlərin 95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur: “Onların heç biri taksi deyil. Taksilərlə bağlı Nazirlər Kabinetinin 73 saylı qərarla təsdiq olunmuş norma və qaydaları var. Həmin “taksilər” isə nə bu normalara uyğun gəlirlər, nə də fərqlənmə nişanını alıb fəaliyyət göstərirlər”.

“İşçi Masası” Həmkarlar İttifaqları Koalisiyasının baş koordinatoru Afiyəddin Məmmədov isə AzadlıqRadiosuna deyib ki, dövlətin bu formada özəl sektora müdaxiləsi doğru deyil: “Bu müdaxilə taksi sürücülərinin problemlərini həll etməyəcək, əksinə, daha böyük problemləri, o cümlədən korrupsiya mənbələri yaradacaq”.

“Bu isə qanunaziddir”

Afiyəddin Məmmədov dövlətin problemləri qanunla tənzimləməli olduğunu düşünür. Onun sözlərinə görə, şirkətlər sürücünü işə götürərkən onu fərdi sahibkar kimi qeydiyyatdan keçməyə məcbur edirlər və onlarla xidmət müqaviləsi bağlayırlar: “Bu isə qanunaziddir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əgər görülən iş işəgötürənin əsas fəaliyyət sahəsinə aiddirsə, o zaman əmək fəaliyyətinin xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinə yol verilmir. Bu da o deməkdir ki, sərnişindaşıma ilə məşğul olan şirkət sürücülərlə əmək müqaviləsi bağlamalıdır”.

“Bu rəqabət fonunda da qiymətlər optimallaşır”

İqtisadçı Rəşad Həsənovun AzadlıqRadiosuna deməsinə görə isə, Azərbaycanda taksi xidməti çox azsaylı fəaliyyət sahələrindən biridir ki, nisbətən rəqabət var: “Bu rəqabət fonunda da qiymətlər optimallaşır. Bu da bugünkü şəraitdə alıcılıq gücü az olan Azərbaycan vətəndaşı üçün nisbətən uyğundur”.

Ekspert qeyd edib ki, həmin şərtlər aradan qaldırılsa, bu, son nəticədə xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq: “Çünki rəqabət olanda xidmətin keyfiyyəti artır. Belə bir şəraitdə hökumətin vahid taksi xidməti layihəsini icra etməklə prosesi öz nəzarətinə götürməsi və vahid təriflərə keçid son nəticədə həm xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq, həm də qiymətlərin əlçatanlığı zəifləyəcək”.

“Heç əhalini düşünmürlər?”

Taksi fəaliyyəti ilə məşğul olan və adının çəkilməsini istəməyən bir paytaxt sakini isə AzadlıqRadiosuna belə müzakirələrdən narahat olduğunu deyib: “Məmurlar indi də bizim qəpik-quruşa göz dikib? Bəs bu bahalıq vaxtı heç əhalini düşünmürlər?”.
 

Ardını oxu...
Milli Məclisin deputatı Razı Nurullayev ünvanlı sosial yardımın verilməsində boşluqların olduğundan şikayətlənib.

Aidiyyəti qurumları məsuliyyətli olmağa çağıran deputat sosial yardımların vaxtında verilməməsi və çox zaman səbəbsiz yerə gecikdirilməsindən gileylənib:

“Ünvanlı dövət sosial yardımı kasıblar üçündür. O kasıblar ki, kənardan onlara kömək olmasa acından ölər. Əgər onlar bunu ala bilmirsə, demək ki, ciddi problemlər və qanunvericilik sahəsində ciddi boşluqlar var. Bu boşluqları isə onlar şəffaflıq sayır. Mən isə sübut etməyə çalışacam ki, o qaydalar şəffaflıq və dürüstlüyə deyil, əslində lap acınacaqlı durumda olan kasıbın yardımdan məhrum olunmasına xidmət edir. Amma, pis-yaxşı imkanı olanlar isə sosial yardımı daha asanlıqla ala bilir. Bu araşdırmamı isə təklifərımlə bərabər tribunadan səsləndirəcəm”.

Razı Nurullayev İmişlidə sosial yardıma ən azı 10 dəfə müraciət edən Günel Saleh qızı Nuriyevanın evində olub. Ailəni ziyarət edəndən sonra xanıma sosial kart təqdim edilib:

“Günel Nuriyeva Cəlilabadın Fətullahqışlaq kəndindən İmişli şəhərinə gəlin köçüb. Boşanıb və 4 uşaq böyüdür. Çox acınacaqlı bir vəziyyətdə yaşayır. Günelin kiçik yaşlarında da valideynləri boşanıb və atası ailəsinə baxmayıb. Anası isə Günel uşaqkən rəhmətə gedib. Qayınatası və qayınanası sağ olsun ki, Günelə torpaq verib və bir gecəqondu tikməyə kömək ediblər. Günel də onlardan razıdır. Keçmiş həyat yoldaşının valideynləri də kasıbdırlar.

Xanım deyir ki, azı 10 dəfə ünvanlı sosial yardım üçün müraciət edib, nazirliyin vəzifəli şəxsləri ilə görüşüb və söz veriblər ki, düzələcək. Mən bu ailəni ziyarət edəndən sonra gətirib Günelə sosial yardım kartını təqdim ediblər”.

Deputat qeyd edib ki, sözügedən məsələlər ictimailəşməsə çətin olur:

“Bunun isə səbəbləri var. Vətəndaşlar deyir ki, ünvanlı sosial müavinəti yalnız imkanlılar alır. Bu söz yüz faiz həqiqəti əks etdirir. Bu necə həqiqəti əks etdirir, oktyabrın 11-də Milli Məclisin toplantısında bu məsələnin fəlsəfəsini çılpaqlığı ilə açıqlayacağam. Doğrudan da ünvanlı sosial yardımı kasıblar deyil, imkanlılar alır. Həddindən artıq kasıb ailələr, 1 manat pula ehtiyacı olanlar bu yardımından məhrumdur. Bunun da səbəbi qanunvericilikdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanaşmasındadır. Dediyim kimi bunu yaxın günlərdə açıqlayacağam”.

DİA.AZ bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında millət vəkili Razi Nurullayevin qeyd etdiyi məsələyə münasibət bildirib.

O, qeyd edib ki, adıçəkilən vətəndaşa hələ iyulun 1-i tarixindən etibarən ünvanlı yardım təyin olunub:

“Cəlilabad rayonu Fətullahqışlaq kəndindən İmişli şəhərinə gəlin köçən Nuriyeva Günel Saleh qızının ünvanlı dövlət sosial yardımla bağlı 04.07.2022-ci il tarixli müraciətinə baxılıb. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsini həyata keçirib. Nəticədə qeyd olunduğu kimi iyulun 1-dən etibarən ailəyə ünvanlı dövlət sosial yardım təyin olunub. Həmin vaxtdan da ailə bu yardımı alır”.

Dünyapress TV

Xəbər lenti