Ardını oxu...
Azərbaycan kinosu Fransanın paytaxtı Parisdə beynəlxalq film festivalında nümayiş olunur.

“Report”un xəbər verir ki, UNESCO-nun himayəsi altında baş tutan “Miras” beynəlxalq festivalında Elçin Musaoğlunun “Məryəm” və rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmləri nümayiş olunur.

Festivalda Qırğızıstan, Qazaxıstan, Almaniya, İsveçrə, Çin, Türkiyə, İspaniya və digər ölkələrin istehsalı olan filmlər də yer alıb. Filmlər Parisin “Mac-Mahon” və “Linkoln” kinoteatrlarında göstərilir.
Noyabrın 28-də başlayan festival dekabrın ikisinə qədər davam edəcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) film layihələri müsabiqəsinin nəticələri narazılıq yaradıb.

Kino tənqidçiləri müabiqənin seçim turlarının qeyri-şəffaf aparıldığı qənaətindədirlər.

Kinoşünas Aygün Aslanlı deyir ki, Mədəniyyət Nazirliyinin yenicə təsis etdiyi Ekspert Şurası müsabiqənin jüri üzvlərinin pitçinqdə təsdiqlədiyi iki layihəni xaric ediblər:

“Pitçinqdən sonra Ekspert Şurası ilə görüşüblər. Ekspert Şurası pitçinqdən keçən 11 layihənin ikisi ilə razılaşmayıb. “Oksimedia”nın “Qorqud və Zəhra”sı ilə “Mozg Media”nın “Sözün varsa, de” layihələrini çıxarıblar. Yerinə “Baku Media Mərkəzi”nin 1.2 milyonluq “Borc”unu və 600 min manatlıq “Arılar və qəbirlər”ini seçiblər”.

“Noyabrın 27-də qaliblər siyahısına jürinin iradəsi xaricində iki “leviy” (kənar-red.) layihə daxil ediblər. Mədəniyyət Nazirliyinə halaldır. Heç adam yüz il yatsa, yuxusuna belə bir şey girməz, amma onlar necəsə “Ekspert şurası” adı altında seçim siyahısına “leviy” layihə salmağı bacarıblar. Azərbaycan kinosu müasir paradiqmalara müasir üsullarla “leviy” layihə daxil etmək yolları taparaq qoşulur. Eşq olsun. Ümumi büdcənin – 5.5 milyonunu – təqribi 33%-ni (1.8 milyonunu) məhz belə veriblər. Min bərəkət”, – deyə Aygün Aslanlı bildirib.

ARKA-nın iyulda elan etdiyi müsabiqənin ikinci mərhələsində bu layihələr keçmişdi:

“Art Baku Production” – “Daş”
“Azərnyumedia” – “Günəşdə də ləkələr olur”
“Bakı Media Mərkəzi” – “Borc”
“Bizim Kino” – “Görmə qüsuru”
“Dream Big Company” – “Sehirli papaq”
“ExTerra Production” – “Kuryer”
“FS Film Company” – “Bir gecənin içində”
“Karvan Production” – “Qurtuluş”
“Karvan Production” – “Göytəpə əməliyyat”
“Karvan Production” – “Ağalı”
“Mozg Media Group” – “Sözün varsa, de!”
“OksiMedia” – “Qorqud və Zəhra”
“Rakurs Film-Media” – “Mənə bənzər adam görməmisiniz ki?”
“Rental Azərbaycan” – “Erkən hisslər”
“Rog Vfx Studio” – “Proyekt 2602”
“SFN Production” – “Arılar və Qəbirlər”
“Shahdag Cinema Production” – “113 gün”
“Shahdag Cinema Production” – “Nağıl kimi”
“SS Production” – “Acı hiss”
“SSP Production” – “Terminal 2020”
“Ultra Production” – “Xəzinə”

Pitçinq mərhələsində iştirak edəcək qısa və tammetrajlı sənədli film layihələri:

“Bakı Media Mərkəzi” – “Ölüm axtaran qadın”;
“İctimai Televiziya və Radio Yayımları Şirkəti” – “Əsrin müqaviləsi”;
“OD Media-Production – “Kür – çaylar anası”;
“Karvan Production” – “Nargin”
“Nova Gorica” – “Sofiyadakı azərbaycanlı aydınlar”;
“Vətən TV Media” – “Müharibənin gözləri”;
“Rental Azərbaycan” – “Kapitan və Xəzər dənizi”.

Pitçinq mərhələsində iştirak edəcək qısametrajlı animasiya film layihələri:

“3Dost Production” – “44 gün”
“Peri Film” – “Narqız”.

Müsabiqənin növbəti – layihələrin müdafiəsi (pitçinq) mərhələsi isə noyabrın 23-24-də olmuşdu.

Lakin hansı layihələrin seçilməsi barədə məlumat verilmədi.

Nazirlik ümumi siyahı əks olunan məlumatı yayımlamaqla kifayətləndi.

Layihələrin müdafiəsində müşahidəçi qismində iştirak edən kino tənqidçisi Hacı Səfərov da baş verən qeyri-şəffaf hallarla əlaqədar münasibət bildirmişdi.()

Demişdi ki, “Baku Media Mərkəzi”nin “Borc” layihəsinin ssenarisi jüriyə elə pitçinq günü təqdim edilib.

“Ssenari olmadan bu layihəni pitçinqə necə və niyə buraxdıqları qaranlıq məqamdır. Əgər ssenarisiz pitçinqə keçmək mümkündürsə, onda ARKA tərəfindən niyə belə bir şərt qoyulub? Elə hər kəs qısa bir sinopsislə müraciət etsin, pitçinqə seçilərsə, ssenari təqdim etsinlər. Bəlkə də buna əsas səbəb, filmin rejissoru Orman Əliyevin (“Baku Media Mərkəzi”nin icraçı direktoru-red) həm də təzəlikcə yaradılan “Ekspert Şurası”nda da yer almasıdır”, – kino tənqidçi demişdi.

Mədəniyyət Nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunur ki, yeni yaranmış Ekspert Şurasının üzvləri “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarıblar.

Nəticədə “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri müsabiqədən kənarlaşdırılıb.

Hansı səbəbə görə jüri tərəfindən seçilən layihələrin kənarlaşdırılması barədə məlumat verilməyib.

“Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsinə qərar verilib.

Müsabiqənin ümumi fondu 5,5 milyon manatdır.
 
Ardını oxu...
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkil etdiyi “Film layihələri müsabiqəsi”nin pitçinq (layihələrin müdafiəsi) mərhələsi keçirilib.

Mədəniyyət Nazirliyinin məlumatına görə, dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.

Tədbirdə müşahidəçi qismində çıxış edən kinotənqidçi Hacı Səfərov deyir ki, seçilən işlərin əksəriyyətinin səviyyəsi aşağı olub. Hətta ötən müsabiqənin pitçinq mərhələsinə buraxılmayan dörd layihə bu dəfə növbəti mərhələyə keçə bilib.

Söhbət Mədəniyyət Nazirliyinin 300 min manatlıq “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsindən gedir.

2022-ci ilin martında müsabiqənin yekunları açıqlandı və yeddi layihənin qalib olduğu bildirildi.

Lakin qaliblərə layihəyə görə ayrılan pullar verilmədi.

Həmin müsabiqədə jüri üzvü olmuş Hacı Səfərov deyir ki, hazırda keçirilən pitçinqin aşağı səviyyədə olmasının səbəbkarı elə Mədəniyyət Nazirliyidir:

“Çünki həmin müsabiqənin qaliblərinə ödənişi etməyərək hazırki layihənin etibarlılığına xələl gətirirlər. Rejissorlar haqlı olaraq düşünür ki, əgər bir dəfə qazanmışam və mükafat verilməyibsə, niyə yenidən müraciət edim?”.

Hacı Səfərov deyir ki, müsabiqədə daha bir təəccüblü məqam isə jürinin qəbul etmədiyi layihənin pitçinqə düşməsi olub:

“Ən diqqətimi çəkən bir layihənin seçilməsinə və pitçinqə buraxılmasına jürilərin özünün də təəccüblənməsi oldu. “Karvan Production”ın təqdim etdiyi “Qurtuluş” layihəsinin pitçinqində iki jüri “Biz bu layihəni buraxmamışdıq axı”, – dedilər. Bu cür anlaşılmazlıqların hansı səbəbdən baş verdiyi aydın olmadı”.

Kino tənqidçi deyir ki, başqa bir diqqətçəkən məqam isə, “Baku Media Mərkəzi”nin təqdim etdiyi “Borc” layihəsində baş verib. Ssenari olmadığı halda layihə pitçinqə buraxılıb:

“Layihənin təqdimatı zamanı jürilərə ssenari təqdim olundu. Əgər ssenarisiz pitçinqə keçmək mümkündürsə, onda ARKA tərəfindən niyə belə bir şərt qoyulub? Elə hər kəs qısa bir sinopsislə müraciət etsin, pitçinqə seçilərsə, ssenari təqdim etsinlər. Məncə, bu şərtləri əlavə etsələr, daha şəffaf bir proses olar. Bəlkə də buna əsas səbəb, filmin rejissoru Orman Əliyevin həm də təzəlikcə yaradılan “Ekspert Şurası”nda da yer almasıdır”.

Layihənin qalibləri noyabrın 28-də açıqlanacaq.

Müsabiqənin ümumi fondu 5, 5 milyon manatdır.

Dövlət sifarişi ilə istehsal olunacaq tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri üçün 2 milyon manat nəzərdə tutulub.

Tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya kommersiya filmləri üçün 1 milyon 250 min manat müəyyən edilib.

Müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün də 1 milyon 250 min manat ayrılacaq.

Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 milyon manat veriləcək.

Kino Agentliyinin yaradılması ilə bağlı sərəncamı Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də imzalayıb.

Mənbə: MeydanTV
Ardını oxu...
Rusiyanın xalq artisti, məşhur aktyor Mixail Boyarski infarkt keçirməsi səbəbindən reanimasiyaya düşüb.
Bakupost.az "MK"ya istinalda xəbər verir ki, 73 yaşlı Boyarski bir gün əvvəl infarkt keçirib baş verib.
"Hazırda onun vəziyyəti stabilləşib və həkimlər xəstəni adi palataya köçürüblər", -deyə xəbərdə bildirilir.
Mixail Boyarskinin oğlu Sergey “İzvestiya”ya atasının infarkt keçirdiyini təsdiqləyib.
"Atam infarkt keçirdi, bu gün özünü yaxşı hiss edir, onunla telefonla danışdım, səsi gümrahdır, adi palatadadır", - o deyib.
Qeyd edək ki, 73 yaşlı sənətçi hazırdaMariinski xəstəxanasındadır.
 
Ardını oxu...
“Atamdan sonra heç kimdən dəstək görmədim. Bu haqda əslində danışmaq istəməzdim. Hər şey Ramiz Novruzu itirəndən sonra getdi”

Bunu ARB kanalında yayımlanan “O üz” verilişində xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz deyib. O daha sonra əlavə edib.
Ardını oxu...
“Aktyorlar 180 dərəcə mənə qarşı dəyişdi. Mənə mənəvi dəstək lazım idi. Atamın vəfatından sonra elə şeylər gördüm ki, sanki onlar atamın ölümünü gözləyirdilər. Teatrdan kiminsə atası yaxud kiminsə övladı rəhmətə getsəydi atam onlara sahib çıxardı, ən azından mənəvi dəstək olardı. Atam o sənətkarlara görə sinəsini qabağa verib, davalar edib, mübarizə aparıb. Atamın ölümündən 3 gün sonra onun tamaşasını oynadılar. Ramiz Novruzu tamaşa oynayanda da yada salmadılar. Ən azından deyərdilər ki, “3 gün öncə Ramiz Novruz vəfat edib, bu tamaşanı onun xatirəsinə ithaf edirik”.
Ardını oxu...
Həmin tamaşada baş rolda xalq artistimiz oynayırdı. Ən azından siz deyərdiniz. Atam teatrda bir həmkarı ilə dava etmişdi. Sonra polis məsələyə qarışdı, hər şeyi etiraf etdilər. O aktyorla da anlaşdılar. Başqa bir aktyor dostu, xalq artisti atamın üzünə durub onu tutdurmaq istəyirdi. Atam ölən gününə qədər onu danışdırmadı. Hətta Şəfəqlə mən çalışdım ki, onları barışdıraq, yenə də atam razı olmadı” deyə aktyorun oğlu bildirib.
 
Ardını oxu...
Yazıçı-publisist, tarixi romanlar yazarı Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan "Cığır" romanı özbək dilində çap edilib.

Olaylar.az xəbər verir ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə dosent Gülbahar Aşurova çevirib.

Qeyd edək ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu" romanları işıq üzü görüb və populyarlıq qazanıb.
 
Ardını oxu...
BU YAŞDA AZƏRBAYCANDA ŞİRKƏTİN OLMAMASI - ANSÇİLƏR UNİKAL EDİR!
Bir neçə gün bundan əvvəl 28 May küçəsində yerləşən VMF KAFE-də bir maraqlı jurnalistlə söhbətim düşdü. Maraqlı adam idi və dayanmadan mənə suallar verirdi... Masaya sifariş olunan Zaqatala fındığı tamı ilə Kofe Late gəldi. Bu, sakitliyin yaranmasına imkan yaratdı. Lakin bir qurtum bu maraqlı içkidən alandan sonra o, yenə mənə müraciət etdi
- Çox dadlı kofedir... Bəs "ANS-in dövranı bir dəfəlik sona çatdı?"
soruşdu və xoşuna gəldiyi kofedən bir qurtum da alaraq düz mənim gözlərimə baxmağa davam edirdi.
- Təəssüf və eyni zamanda sevinc hissi ilə demək istəyirəm ki, bəli, həmin dövran sona çatdı! ANS-in və onun təkbaşına Azərbaycan uğrunda bütöv dünya ilə əliyalın vuruşma dövranı sona çatdı.
Çırpılmış südün köpüklərini bığından silərək və baxışlarındakı marağı təəccüb və həmin an kədərlə əvəzləyərək həmsöhbətim davam edirdi...
- Anlamadım... Deməli, ANS artıq heç vaxt olmayacaq?
Fürsətdən istifadə edərək barista Telmanın badam südündən mənim üçün də hazırladığı eyni tamlı latedən bir qurtum alaraq həmkarıma cavab verdim:
- Yox, ANS olub, var və olacaq. Bu gün də ANS PRESS informasiya agentliyi və ANS ÇM radiosu fəaliyyət göstərir, "Bakifilm" kinostudiyası "Birlikdə" bədii filminin son hasilat işlərini həyata keçirir və "Balans Studiyası" "Bizim Cəbiş müəllim" filminin təmizləməsi ilə ciddi məşğuldur. Söhbət dövrandan gedir - o dəliqanlı və başdanxarab dövrandan. O illər Azərbaycan Respublikasının illik büdcəsi cəmi 500 milyon dollar idi. Ölkə tam informasiya blokadasında idi və xaricə Azərbaycanın səsini yalnız ANS çatdırırdı. O illər biz Yaponiyanın NHK, Avropanın ORT, RTR, ZDF, ARD, TF-1, RAI-1, BBC, ABŞ-ın ABC News, CNN və NBC kimi media şirkətləri ilə əməkdaşlıq edirdik. Hər ay əməkdaşlıq etdiyimiz beynəlxalq media qurumlarının da sayı artırdı, Müstəqil Azərbaycanı tanımağa başlayan ölkələrin və xalqların da sayı. Azərbaycandan məlumatları öz xəbər lentlərinə qoymaq xatirinə mən Əfqanıstan, Çeçenistan, Bosniya və digər qaynar nöqtələrdən videoreportajlar hazırlayırdım. O zaman Azərbaycanın özü də "Dəli yığıncağı"na bənzəyirdi. Hər il dəyişən hakimiyyət, hər cibində 10 min dollar olanın şəxsi ordusu, ərzaq qıtlığı, reketçilik və daim torpaqların itkisi ilə müşahidə olunan ölkənin müxtəlif ərazilərində alovlanan qardaş qırğınları. Bir sıra itlər yiyəsini tanımır və kimin əli kimin cibindədir suallarına hətta cib sahibləri də cavab verə bilmirdi... Lakin ANS işləyirdi! ANS ideologiya yaradırdı, ANS mədəni-maarif verilişləri ilə Azərbaycanın etnik azlıqlarını birləşdirirdi. Yəhudi Albert Aqarunov, Rus Yura Çorni, Kürd Ruslan Həsənov kimi qəhrəmanlar yaradaraq Azərbaycanı multikultural ölkə kimi təqdim edirdi dünyaya. Ölkədə fəaliyyət göstərən xarici kanalların bağlanması uğrunda vuruşurdu və onları açıq yayımdan çıxarmağa müvəffəq olurdu. ANS düşmən mövqedə olan ölkələrin TV kanalları ilə savaşır, onların ağızlarını yumurdu, əhalimizi onların təsirinə düşməyə imkan vermirdi. ANS yeni nəsil Azərbaycan jurnalistləri hazırlayırdı. ANS "Döyüş Alnınıza Yazılıb 2/216" ideologiyası ilə gələcək nəsli Qarabağ uğrunda döyüşə hazırlaşdırırdı. ANS işləyirdi!
Bu gün artıq o dövran yoxdur, bu gün Dövlət var, qanun var, qayda var, Ordu var! Bu gün vətəndaş özünü kifayət qədər mühafizə edilmiş hiss edir. Bu gün biz torpaqları itirmirik, geri alırıq. Bu gün ölkə büdcəmiz 20 milyard ABŞ dollarına yaxındır və hər gün Azərbaycana yalnız təbii sərvətlərin satışından 30 milyon ABŞ dollarından çox pul gəlir. Şükür Allaha!
Odur ki, o dövran qurtardı və ANS öz missiyasını tamamilə yerinə yetirdi və bu gün də fəaliyyətdədir.
Mənə zəng gəldi və mən sürücümün "probka"da mənə əl etdiyini gördüm və dərhal kofeyə görə pul ödəyərək və həmsöhbətimlə sağollaşaraq VMF Kafeni tərk etdim.
Ofisə gedərkən bütün yol boyu həmsöhbətimin məni sonadək anlamadığı gözlərini xatırlayırdım. Mən onu anlayıram - o zamanı və ANS-in hansı şəraitdə Vətənini qorumağını və bütün dünyaya dünyəvi, sivil və multikultural ölkə kimi göstərdiyi dövrünü görməyən anlamaz. Bu mənim, Seyfullanın və bizim əməkdaşlarımızın yolu idi və biz onu açıq alınla keçdik və bu günümüzə Şərəflə qədəm basdıq.
Odur ki, əziz ANS-çilər, hamınızı təbrik edir və bağrıma basıram. Fəxr edirəm ki, Sizinlə bir səngərdə çiyin-çiyinə döyüşmüşük! Sizinlə Azərbaycanın tarixini, videoxülasəsini yaratmışıq! Hər birinizin qarşısında baş əyirəm! Allah Sizi qorusun! Mən fəxr edirəm ki, mənim rəhbərliyim altında oddan-alovdan keçməyimizə baxmayaraq, mən bir dənə də olsun əməkdaşımı itirmədim! Hamısı sağ-salamat ailələrindədir!
Bu ağır, amma gözəl döyüş idi! Çətin, amma kişi dövrü idi ! Və biz, ANSçilər bu döyüşdən, bu dövrandan itkisiz və qələbə ilə çıxdıq!!!! Allah Azərbaycanımızı qorusun!Vahid Mustafa Yev
23-cü ilin aynasından baxan 32 yaşınızı təbrik edirəm!
Vahid Mustafa Yev
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Azərbaycan muğamlarından olan "Nəva Dəstgahı”nın təqdimatı keçiriləcək. Mərasim Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Xalq artisti Aygün Bayramova, Gülyaz Məmmədova və Fəraməz Gərmrudi konsertdə çıxış edəcəklər.

Bəs, "Nəva Dəsgahı” niyə Azərbaycan muğam sənətinin tədris proqramına salınmır?

Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Nəva Dəsgahı”nın tədris proqramına salınması problem olaraq qalır:

"Bu muğamı əvvəlcə proqrama salmaq lazımdır. Bu məsələ sanki dalana dirənib. Komissiya olmalıdır, muğam oxunmalı və həmin komissiya tərəfindən təsdiq edilməlidir. Onu mən 1994-cü ildə oxumuşam. Sonra Əbülfəz Oğuz,. Alim Qasımov və Fərqanə Qasımova oxuyublar. Əsl "Nəva"nı bilən az xanəndə var, bir mən bilirəm demək olar. Mənim oxuduğum "Nəva"nı konsertdə iştirak edəcək şəxslər - Aygün Bayramova, Gülyaz Məmmədova və Fəraməz Gərmrudi oxuya bilməzlər. Biz həmin muğamı nota köçürmüşük. Konsertdə güman ki, mənim 1994-cü və Fərqanə Qasımovanın 2017-ci ildə ifa etdiyimiz "Nəva"nı oxuyacaqlar. Bu, bizim deyil, İranın "Nəva”sıdır. Bu muğamı dərslik proqramına salmaq mümkündür”.

Qəzənfər Abbasov deyib ki, buna mane olan insanlar var:

"Xanəndəlik proqramında bu ifa yoxdur. Ona görə ki, məndən başqa bu muğamı oxuyan yoxdur. Kim də oxuyursa, yalançı "Nəva"dır. Kim istəsə, oxuyub proqrama sala bilərəm. Bu məsələ qaldırılmalıdır ki, aidiyyatı qurumlar "Nəva”nı proqrama salsınlar”.
 
Ardını oxu...Xaricdə yaşayan və işləyən insanlar üçün ən böyük məlumat mənbəyi olan “InterNations” dünyada yaşamaq üçün 49 şəhərin daxil olduğu ən yaxşı şəhərlərin reytinqini tərtib edib.

Reytinq tərtib edərkən “InterNations” təkcə yaşayış, mənzil və ya kommunal xidmətlərin dəyəri kimi iqtisadi məsələləri deyil, həm də şəhər sakinlərinin davranışlarını və qonşularla birgə yaşamalarını, təhlükəsizliyi, turizm irsini, qastronomiya, iqlim və ya mülki əhalinin xarakteri kimi daha qeyri-maddi elementləri nəzərə alıb.

Yaşamaq üçün ilk üç ən yaxşı şəhər İspaniya şəhərləridir: Malaqa, Alikante, Valensiya. Ümumilikdə İspaniyanın ilk üç şəhəri ilə yanaşı, siyahıda Madrid və Barselona da yer alıb. Reytinq göstərir ki, İspaniya məskunlaşmaq üçün ən yaxşı həyat keyfiyyətinə malik ölkədir.

Siyahını İtaliyanın Milan şəhəri yekunlaşdırır.

Yaşamaq üçün ən yaxşı 49 şəhərin siyahısını təqdim edirik:

1. Malaqa (İspaniya)

2. Alikante (İspaniya)

3. Valensiya (İspaniya)

4. Ras-əl-Hayma (Birləşmiş Ərəb Əmirlikləri)

5. Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri)

6. Madrid (İspaniya)

7. Mexiko (Meksika)

8. Kuala Lumpur (Malayziya)

9. Banqkok (Tayland)

10. Maskat (Oman)

11. Dubay (Birləşmiş Ərəb Əmirlikləri)

12. Lissabon (Portuqaliya)

13. Barselona (İspaniya)

14. Amsterdam (Niderland)

15. Nayrobi (Keniya)

16. Sürix (İsveçrə)

17. Afina (Yunanıstan)

18. Stokholm (İsveç)

19. Lüksemburq (Lüksemburq)

20. Haaqa (Niderland)

21. Ər-Riad (Səudiyyə Ərəbistanı)

22. Praqa (Çexiya)

23. Tallinn (Estoniya)

24. Doha (Qətər)

25. Budapeşt (Macarıstan)

26. Tokio (Yaponiya)

27. Sidney (Avstraliya)

28. Sinqapur (Sinqapur)

29. Lozanna (İsveçrə)

30. Cenevrə (İsveçrə)

31. Brüssel (Belçika)

32. Varşava (Polşa)

33. Kopenhagen (Danimarka)

34. Honkonq (Honkonq)

35. Toronto (Kanada)

36. Vyana (Avstriya)

37. Frankfurt (Almaniya)

38. Münhen (Almaniya)

39. Nyu-York (ABŞ)

40. Seul (Cənubi Koreya)

41. Paris (Fransa)

42. London (Böyük Britaniya)

43. İstanbul (Türkiyə)

44. Dublin (İrlandiya)

45. Berlin (Almaniya)

46. Hamburq (Almaniya)

47. Vankuver (Kanada)

48. Roma (İtaliya)

49. Milan (İtaliya)
Mənbə: avtosfer.az
Ardını oxu...
“Gizlin deyil ki, elə aktyor var ki, səhnədə tamaşa zamanı sözün yadından çıxar, dayanıb üzünə baxar. Heç kömək də etməz ki, təki sən pis vəziyyətdə qalasan. Belə hallar təbii ki, olur. Çünki teatr canlı sənətdir. Nurəddin Mehdixanlı, Füzuli Hüseynov bu barədə mənə çox köməklik ediblər. Onlarla tərəf müqabili olmuşam deyə rahatlıqla adlarını çəkirəm”

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib. O daha sonra mərhum həmkarı Fuad Poladovu xatırlayıb.

“Fuad Poladov işinə qarşı çox məsuliyyətli idi. Adətən məşq vaxtı zarafatlar edirdik, deyib-gülürdük. Amma Fuad səhnədə olanda hamı özünü yığışdırırdı. Nə zarafat edən olurdu, nə də ki, artıq söz deyən. Fuadın şəxsiyyəti o qədər böyük idi ki, mən onunla nə qədər yaxın idimsə, özümə dost bilirdimsə belə özümü səhnədə yığışdırırdım ki, Fuadla məşq edirəm. Çox nadir hallarda elə sənətkarlar olur. Səhnədə də eynən belə idi. Fors-major hallarda səni situatsiyadan çıxarardı” deyə aktrisa bildirib.

Aktrisa efirlərə nadir hallarda çıxmağının səbəblərindən də danışıb.

“Bəzən bir neçə verilişə gedirsən, eyni sualları sənə ünvanlayırlar. Eyni suallara da cavabım eyni olur da. 1 ayın içində fikrini dəyişmirsən ki?! Təkrarçılığı sevmirəm” deyə aktrisa bildirib.
 

Dünyapress TV

Xəbər lenti