Ardını oxu...
Qazax qəzasının əraziləri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövründən başlayaraq 1929-cu ilə qədər hissə-hissə zor gücü ilə ələ keçirilmişdir. Həmin proses 1918-ci ildən başlayır. 1918-ci il may ayının 29-da Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə güzəşt etməsi ilə bağlı daha bir məsələ var. 29 may 1918-ci il tarixli Milli Şuranın 3 saylı protokolunda bu yoxdur. Biz yalnız İrəvanın ermənilərə güzəşt edilməsindən danışırıq. Ancaq 31 iyul 1918-ci il tarixində Fətəli xan Xoyskinin həmin dövrdə Ermənistan respublikasının nümayəndələri ilə sərhəd məsələləri ilə bağlı İstanbulda danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi bir depeşedə (sürətli diplomatik məktub) belə deyilir: "...İstədiyiniz xəritələri hər biri bir nüsxə olmaqla sizə göndərirəm, Azərbaycanın sərhədlərini hər cür müdafiə etməlisiniz; əgər ermənilər Qarabağa iddia etsələr, İrəvanı və Qazax rayonunun bir hissəsini onlara verməkdən imtina edin, lakin əgər ermənilər şifahi razılaşmaya sadiq qalsalar, hətta xəritədə nöqtəli xətt ilə göstərilən İrəvan rayonu hissəni də onlara vermək olar..."

Axar.az xəbər verir ki, bu barədə tarixçi alim Səbuhi Hüseynov məlumat yayıb.

“Depeşedən belə görünür ki, artıq 1918-ci ildə Qazaxın hansısa hissələrinin güzəşt edilməsi planlaşdırılmışdır. Həmin dövrdə Qazax qəzasının cənub sərhədləri Göyçə gölü sahilində olan Çubuqlu kəndinə qədər ərazini əhatə edirdi. Bu ərazilərə indiki Dilican, İcevan (Karvanasara) və digər ərazilər də daxil idi. Bu danışıqlardan sonra rəsmi olaraq hansı ərazinin güzəşt edilməsi dəqiq bilinmir. Çünki bu hadisədən az sonra erməni silahlı qüvvələri Qazax qəzasının bir sıra ərazilərini işğal yolu ilə ələ keçirdi. Çünki bu işğalla bağlı arxivlərdə Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinin o zaman Ermənistan respublikasının nümayəndələrinə təqdim etdiyi çox sayda notalar da mövcuddur. Təəssüf ki, Fətəli xan Xoyskinin məktubda haqqında söhbət açdığı bu xəritələr hələ ki, Azərbaycan tarixşünaslığında aşkar edilərək elmi tədqiqatlara cəlb edilməyib. Güman edirəm ki, bu xəritələr Türkiyədə olan arxivlərdə ortaya çıxacaq. Çünki rəsmi olaraq sərhəd mübahisələrinin həlli ilə bağlı müzakirə İstanbulda Osmanlı məmurlarının iştirakı ilə keçirdi”, - alim qeyd edib.

S.Hüseynov məktubun əslinin saxlanıldığı yeri də əlavə edib:

“Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi, f. 277, siy. 2, iş. 7, v. 37-38. Аvtoqraf. Məktubun mətni üçün bax: Азербайджанская Демократическая Республика. Внешняя политика. (Документы и материалы) — Баку, издательство "Азербайджан" 1998. c. 33-34”.
Ardını oxu...
Prostatit nədir, həkimlərə və dərmanlara pul xərcləmədən necə müalicə etmək olar?

Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-içdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.

Pressklub.az “Təbib” adlanan rubrikasında sizə təbii müalicə üsullarından danışır, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərir. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudovdur.

Rubrikamızın ikinci mövzusu prostat vəzinin xəstəlikləri barədədir.

Prostatit – prostat vəzinin iltihabi prosesi olub, oturaq (taz) nahiyəsində qanın mikrosirkulyasiya prosesinin pozulması və prostat vəzinin toxumasında infeksion prosesin yaranması nəticəsində baş verir. Xəstəlik zamanı əsasən sidiyə getmə prosesində pozuntular müşahidə olunur ki, buna misal olaraq da aşağıdakıları göstərmək olar:
Fındıq ağacının yarpaq və ya
qabıqlarından quru və
xırdalanmış halda 2 xörək qaşığı
termosa qoyub, üzərinə 0,5 litr
qaynar su əlavə edib, axşamdan
səhərə qədər saxlamaq,
süzmək. Alınan məhlulu hər
dəfə 100 ml olmaqla, gün
ərzində 4 dəfəyə içmək.
Acı yovşan terapiyası. Acı
yovşan müalicəsi demək olar ki,
cinsiyyət orqanlarının hər cür
iltihabi prosesi, xroniki prostatit
və prostat infeksiyaları zamanı
da çox effektlidir. Tam kursun
aparılması üçün quru və
xırdalanmış halda 100 qr
yovşan bitkisi lazımdır. Həmin
miqdarın üzərinə 1 litr 50%-li
spirt əlavə edib, ağzı bağlı halda
2 həftə saxlamaq, gündə bir
dəfə çalxalamaq, süzmək.
Gündə 4-5 dəfə (hər 2-3
saatdan bir) 20 ml adi suya 25-
30 damcı əlavə edib, içmək.
Paralel olaraq, acı yovşanın
spirtdə dəmləməsin 10-15%-li
zəif məhlulunun mikroklizma
şəklində uretraya vurulması da
çox faydalıdır. Bu proseduru
gündə 2 dəfə səhər və axşam
25-30 mq miqdarda etmək
lazımdır.
Gündə 3 dəfə yeməkdən yarım
saat qabaq təzə çəkilmiş Cəfəri
şirəsi (suyu) içmək prostatitin
müalicəsi üçün faydalıdır. Cəfəri
suyunu kurs şəklində qəbul
etmək həmçinin də gözlər üçün
xeyirlidir. Bundan başqa, bitkinin
tərkibində olan C vitamini
limonun tərkibində olan C
vitaminindən 4 dəfə çoxdur.
3 çay qaşığı paxlakolu kökü, 1
çay qaşığı bədrənc yarpağı, 1
çay qaşığı şüyüd toxumu, 1 çay
qaşığı qatırquyruğu otu, 1 çay
qaşığı murdarça qabığı və 3 çay
qaşığı ardıc meyvəsini (ölçülərin
düzgün olması üçün bütün
bitkilər xırdalanmış halda
olmalıdır) 0,6 litr qaynar suya
əlavə edib, zəif alovda 2-3 dəq.
qaynatmaq, 1,5 saat soyutmaq,
süzmək. Gündə 3 dəfə
yeməkdən qabaq 1/3 hissə
içmək.
Qulançar köklərindən quru və
xırdalanmış halda 3 çay qaşığı
termosa qoymaq, üzərinə 250
ml qaynar su əlavə edib,
axşamdan səhərə qədər
saxlamaq, süzmək. Alınan
məhlulu hər dəfədə 50 ml
olmaqla 3 saatdan bir içmək.
Atpıtrağı köklərindən quru və
xırdalanmış halda 3 çay qaşığı
termosa qoymaq, üzərinə 250
ml qaynar su əlavə edib,
axşamdan səhərə qədər
saxlamaq, süzmək. Alınan
məhlulu hər dəfədə 50 ml
olmaqla 3 saatdan bir içmək.
Hər birindən eyni miqdarda
olmaqla bağayarpağı, cəfəri,
keşniş, şüyüd, yabanı yerkökü
və qaraçörəkotu toxumlarından
quru və xırdalanmış halda yaxşıyaxşı qarışdırmaq. Sonra ümumi
qarışıqdan 2 xörək qaşığı
termosa qoymaq və üzərinə 0,5
litr qaynar su əlavə edib,
axşamdan səhərə qədər
saxlamaq, süzmək. Alınan
məhlulu səhər və axşam
olmaqla 2 dəfəyə içmək.
İvançay. Bitkinin tərkibində
flavonoidlər, askorbin turşusu,
dubil maddələri və s. birləşmələr
var ki, bunlar da prostat vəzində
olan iltihabi prosesi aradan
qaldırır, testosteron sintezini
stimulə edir, prostat vəzidə qan
dövranının mikrosirkulyasiyasını
artırır ki, bunlar da son nəticədə
prostatitin sağalmasına səbəb
olur.
Arıçılıq məhsulu olan propolis
ekstraktı da prostatitin müalicəsi
zamanı çox yaxşı nəticələr verir.
Bu resepti hazırlamaq üçün 40
qr propolis götürüb xırdalamaq
və üzərinə 200 ml 96%-li spirt
əlavə edib, 10-15 gün saxlamaq,
süzmək. Alınan məhluldan 0,1 qr
götürüb, 2 qr kakao yağı ilə
qarışdırmaq. Qarışıqdan bir az
götürüb tampona hopdurmaq
və axşam bağırsaq daxilinə
qoyub səhərə qədər saxlamaq.
Müalicə kursu 1 aydır, 1-2 aylıq
fasilədən sonra yenidən 1 aylıq
müalicə almaq olar.
29.04.2024, 23:07 Kişiləri
- gecələr sidiyə getmə ehtiyacı artır;

- sidiyin irəliyə doğru kənarlaşma təzyiqi xeyli dərəcədə azalır;

- bir qədər keçdikdən sonra sidiyə getmə prosesi yanma və zəif ağrılarla müşayiət olunur;

- daha gecikmiş formalarda sidiyin saxlanma qabiliyyətinin də pozulması baş verir.

Prostat vəzin normal fəaliyyət göstərməsi üçün ən vacib elementlərdən biri sinkdir. Orqanizmdə sinkə olan günlük tələbat 15-20 milliqramdır. İnsan yaşa dolduqca orqanizmdə sink defisiti yaranır ki, bununla əlaqədar olaraq kişilərdə cinsi zəiflik, prostat vəzin iltihablaşması, normadan artıq böyüməsi və s. xoşagəlməz hallar müşahidə olunur.

Prostatit, prostat vəzin xərçəngi və prostat vəzin adenoması və s. zamanı orqanizmdə olan sink elementinin miqdarının normadan xeyli dərəcədə aşağı olduğu müəyyən edilmişdir. Orqanizmdə yaranan sink çatışmazlığının yerini doldurmaq üçün vələmir və küncüd toxumları, dəniz yengəcləri, malın qaraciyəri, buğda cücərtisi və s. kimi qidalardan istifadə etmək lazımdır. Bundan başqa, hamımızın yaxşı tanıdığımız fındıq ağacının yarpaq və ya cavan budaqlarından götürülmüş qabıqlarından istifadə etməklə prostatitin qarşısını almaq olar. Fındığın tərkibində lazımi qədər sink elementi vardır. Prostatit çox ciddi xəstəlikdir və bu baş verdiyi zaman vaxt itirmədən ciddi və hərtərəfli müalicəyə başlamaq lazımdır. Xəstəliyin müalicəsi üçün konservativ, yəni cərrahi əməliyyat, medikamentoz müalicə və xalq təbabəti üsulları ilə müalicə yolları var. Biz, təbii yollarla müalicə yolunu seçirik.

Reseptlər:

a) Gündəlik olaraq xırdalanmış toxumlardan 30-35 qr miqdarında yeməklərə əlavə etmək olar.
b) 0,5 kq balqabaq toxumunu qabıqlardan təmizləmək, sonra blenderdən keçirib, tam xırdalamaq, üzərinə 200-250 qr təmiz bal əlavə edib, yaxşı-yaxşı qarışdırmaq. Sonra hazırlanmış qarışıqdan az-az götürərək yumrulayıb, fındıq böyüklüyündə yumru kürəciklər düzəltmək. Gündə 2 dəfə yeməkdən 15-20 dəq. qabaq bir ədədini yemək. Kürəcikləri soyuducuda saxlamaq lazımdır.
Ardını oxu...
 

Rus “Paşaköçdü” havası üstə Səməd Vurğunun sözləri pıçıldanan mahnının sədaları altında qol qaldırıb barmağının ucunda oynamağını seyr edəndə hər şey adi görünürdü. Havaya oynaşan barmaqlarının mahnının ahəngi ilə titrədiyi hələ bu məşum xarakter barədə çox az şey deyirdi. Ta ki səhnədə rola girdiyi yox, özünü oynadığı başa düşülənə qədər...

Söhbət Mehriban Xanlarovadan gedir. Ya da elə səhnədəki Zöhrədən... Dəqiq bilmirəm, bu iki ismin arasındakı qırmızı xətt qəfil zərif tel kimi gözdən itməyə başladı. Mehriban xanım “Şükriyyə” tamaşasında səhnəyə özünü çıxarmışdı və canlandırdığı Zöhrə tamaşaçıların arasında əyləşib onu izləyirdi. Sanki o yaşadığı həyatdan güc alıb Zöhrənin üzərinə qışqırmışdı ki, “Bilirsən nə var? Dayan kənarda, bu dəfə səhnəyə mən çıxıram...”

Ardını oxu...

Zöhrə amansızdı, qətidi, həqiqəti sonda yox, əvvəldə bağırandı. Şükriyyəyə hər şeyi əvvəlcədən deyir:

“Cavad gəlməyəcək!”. Cavad heç vaxt gəlmir... Bütün sonrakı hadisələrin hökmünü əvvəlcədən verir: “Hələ başımız çox müsibət çəkəcək!”. Ssenari boyu bir amansız həqiqət hökm sürür, onun adı isə Zöhrənin dediyi kimi, “müsibət” idi, özü də “çox müsibət...” Eynilə Mehriban Xanlarova kimi. O bəzən böyük müzakirələrin qənaəti ilə yox, həyatın verdiyi təcrübə, yaradıcı insana xas intiusiya ilə həqiqəti şillə kimi insanların üzünə vurmağı bacarır. Dili Zöhrənin dili kimi qılınctək kəskin, amansız, dürüst...

Zöhrənin döşləri ağrıyır, sinəsinin yanğısı təkcə övlad itkisi ilə bağlı deyil. Sözün əsl mənasında, əmizdirməyə uşağı olmadığından döşləri sinəsinə sığışmır, canını qurtarmaq üçün hədəqəsindən çıxır. Tamaşaçı bunu bütün çılpaqlığı ilə görə və hiss edə bilir, hətta bu hissin yad olduğu kişilər belə... O, ağrıdan xilas olmaq üçün pişikləri əmizdirir... Neçə vaxtdı küçüklərindən ötrü sübhə qədər nalə çəkib ulayan köpəyin balalarını əmizdirir. Zöhrə balasından başqa qarşısına çıxan bütün süddən yanıqların alovunu söndürür, təkcə öz balasına süd vermək qisməti olmur... Mehriban Xanlarova illərdir heç vaxt dünyaya gəlməyən uşağına verə biləcəyi südü son damcısına qədər sinəsinə yığıbmış. O bu tamaşada Zöhrənin timsalında köksündə partlayan ağrısını büruzə vermək şansı qazandı. Qaynayan sinəsinin ağrısını tamaşaçıya bu cür çatdıra bildi.

Mehriban Xanlarova ulduz olmaq üçün özünə yaraşmayan nələrsə edə bilərdi. Adı-sanı da indikindən çox olardı. Amma Zöhrə onu alətə çevirib istifadə etməyə çalışan Sovet hökumətinə xəyanət etdiyi kimi, Mehriban xanım da təmiz ada xatir layiq olduğu bərli-bəzəkli ömürə “xəyanət etdi”. Təmiz ad... Məsələn, Xalq artisti adı da təmiz ola bilir. Bu adı tər-təmiz daşıyan sənərkarlarımız çoxdur. Səhnəyə özünü çıxarda bilən aktrisaya təmiz Xalq artisti adını qıymaq dan ulduzunu bərq vurmağa təhrik etməkdən daha asandır. Zöhrə bərq vurmadı, Mehriban isə öz ömrü ilə yanaşı, hələ neçə insan ömrü yaşadı, yaşayacaq da...

Fyodor Alekseyeviç Şükriyyəyə xəbər verir ki, Zöhrə sağdı, amma bilmirəm nə vəziyyətdədi... Mehriban Xanlarova sağ-salamatdı. Teatra gəlir, qrim otağında səhnəyə hazırlaşır, tamaşalarını oynayır, sonda alqışlara bürünüb birotaqlı gecəqondusuna qayıdır. Mehriban Xanlarova var, amma bilmirik nə vəziyyətdədi. Öz evində rahatlığı, şəraiti olmayan aktrisa səhnədə hər şeydən qaçıb canını qurtara bilir... Bu dəfə səhnə də onu xilas edə bilmir. Axı Zöhrə onun özüdür, o, Zöhrədən hara qaça bilər?..

“Xumar oldum” xalq mahnısı balabandan süzülüb tamaşa zalını bürüyəndə, Zöhrə qol qaldırıb havada kəklik kimi qıyğacı çevriləndə, lal baxışlarını üfüqü bəlli olmayan sonsuzluğa zilləyəndə mən yəqin bildim ki, Mehriban Xanlarova dəli olub! O bu səhnədən necə enəcək?..

Füzulinin heykəlinin yanından ötüb yeraltı keçidə endim, yolun qarşı tərəfinə keçib bir taksiyə əyləşdim. Mehriban Xanlarovanın “Teatrda ilk dəfə “Sarıköynəklə Valehin nağılı” tamaşasını oynamışam” sözləri xatirimdən keçdi. Sürücü radionu yandırıb səsini azca yüksəltdi. Müğənni yanıqlı-yanıqlı nəğmə oxuyurdu:

“Anam sənə qurban, ay sarıköynək...”

Nadir YALÇIN

Qafqazinfo.az

Ardını oxu...

 
Ardını oxu...
“Ah ah! Gönlüm çilem, aşkım, kederim, acım, gönlüm!
Sustukça hoş geçimlim, dile geldikçe parlayan alevim.
Kopup saçılan gerdanlığında soylu nedimelerini savrulan incileri yere inen hüzünlerim.
Aramadan bulduğum yola koyulmuş göçüm.
Bir türlü kavuşamadığım, kavuşmaya doyamadığım.
Dışında olamadığım, içinden çıkamadığım.
Gecelerin hâkimi, gözyaşlarımın pınarı efendim.
Tozunu yıkama- ya erişemediğim, pasını silemediğim.
Karanlığım, güneşim.
Gönlüm, aziz dostum!
Nerelerdesin, ya dön artık yurduna ya da iki satır yaz bize… Kim gücendirdi senin o nazendeyüreğini, hangi kem söz, hangi sinsi nazar seni benden kopardı ey Şems.
Varım yoğum sensin.
Sen de yoksan ben bir hiçim bilmez misin?
Kavline mestan olan Mevlana’ya ayrılığı hediye etme.
Etme Şems.
Seninleöyle doluyum ki, kafatasım çatlayacaktı. Damarlarımda akan kan, sendin. Göğüs boşluğumdaki kalp senin kalbindi. Damarlarım çatlayacak, göğsüm yarılacaktı. Seni teneffüs ediyordum, hicran kanatları beni gökten yere indirdi. Oysa seninle kanat çırpıyorduk. Sensiz her geceyi hummalı yaşadım, belki humma daha güzeldi. Ne belkisi? Ama uzviyet ne kadar dayanabilir ki bu gerginliğe? Aşka teşekkür borçluyum. Ben o hummanın içinde erimek istiyorum. O alevin içinde yanmak, kül olmak biricik muradım. Kül olmak, ışık olmak, efsane olmak.
Ben senim, sen de bensin. Aynı kokuları, aynı heyecanları, aynı acıları yaşıyoruz.
Cennete araftan girilir. Mecdelli Meryem, İsa’nın yaralı ayaklarını gözyaşlarıyla yıkadı ve saçlarıyla kuruladı. Gelsen de yılların yorgunluğuna düçar, yolların dikenlerine bizar ayaklarını yıkayan olsam ey Sertaçım.
Ey Şems’im! Senin hasretin yanında Selahaddin Zerubumun gözyaşları, içimdeki ateşi bir nebze dahisöndüremiyor. İlla sen. Ancak sen. Ah bir gelsen. Meccanen bir deli gibi yollara düşsem, yalvarsam, ağlasam, çatlasam göklerin sidresine namzet. Sanemler devşirsem şahikalardan, sırf senin için uçurumlaryutsam, fasıl fasıl anlatsam yürek sancımı ve ağlasam. Çatlarcasına ağlasam. Gururum halvethane olmuşdesem, hece yok desem. Yollarında üryan olan gözlerimde çiseler umut umut dökülüyor desem. Yinede gelmez misin Şems’im!”
Mevlana.
Merih Tan
TEREF
 
Ardını oxu...
Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib.

“Unikal”ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevral ayında başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və Flora xanımın iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilmişdi.

Qeyd edək ki, Sevinc Heydərova sosial şəbəkə hesablarında özünü plastik cərrah kimi tanıdıb və 2021-ci ildə Flora xanımın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Flora xanımın mətbuata verdiyi açıqlamalara görə, Sevinc Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik cərrah kimi fəaliyyətini davam etdirib.
 
Ardını oxu...
Bu gün tanınmış bəstəkar, ixtisasca hüquqşünas Ələkbər Tağıyevin anadan olmasından 100 il ötür.

Oxu.Az xatırladır ki, 28 aprel 1924-cü ildə Gəncədə kasıb əkinçi ailəsində anadan olan Ələkbər Tağıyev ilk təhsilini də burda alıb və 1938-ci ildə Şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb.

O, prokurorluq orqanlarında 1974-cü ilə qədər, yəni təxminən 36 ilə yaxın bir müddətdə çalışmışdı. Prokurorluq orqanlarında işlədiyi müddət ərzində SSRİ və Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunmuşdu.

1950-ci ildə ailə həyatı qurub və Gəncədə yaşayıb.

Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan “Qonşu qız” mahnısını da Gəncədə yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi.

“Qonşu qız” mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Azərbaycanım mənim” kimi mahnılar bəstələyib.

İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə əməkdaşlıq edib.
70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan “Ay ellər”, “Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm” , “Qəşəngdir” və yaradıcılığında xüsusi yer tutan “Azərbaycan qızıyam” mahnılarını ifa edir. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırır.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir.

Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla (“Arzu qızım”, “Leyla” və s.) mahnılar yazıb.

Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnılar dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də istifadə olunub.

Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə dünyasını dəyişib.

 
 
 
Ardını oxu...
XIX ƏSRİN ortalarında Avropa alimləri öyrəndilər ki, Ellada folklorunun, dini inanclarının tarixi kökləri şərqdən gəlir. Özlərini beni-kadm, yəni şərq oğulları adlandıran nəsillər TROYANIN işğalından qabaq Olimp dağını tutmuş, qədim yunan mədəniyyətinin əsasını qoymuşdur. Həmin nəsillərdən biri, bəlkə də ən birincisi əslən Azərbaycandan olan ARAN MÜDRİKLƏRİ idi.
ARAN NƏSLİ e.ö. IV minilliyin ortalarında Qam (kahin) və quş (qartal) nəsilləri ilə birlikdə Misiri tutmuş, ilan və kərtənkələ ilə qidalanan yerli aborigenləri səhraya qovaraq Nil vadisində ilk dövlətçiliyin və mədəniyyətin əsasını qoymuşdur.
ARAN nəslinin müdrikləri e.ö. III-II minillikdə hələ Misirdə ikən neçə-neçə elmi kəşfə imza atmış, h`eroqlif yazısını yaratmışdır. İ.İ.Şopen kahin Manetona (e.ö. III əsr) və İosif Flaviyə (I əsr) istinadən hələ 1866-cı ildə yazırdı: “Qədim yunanlar h`eroqlifləri kəşf edən və çoxlu sirlərin üstünü açan Aranın adını Arey şəklində öz dillərinə tərcümə etdilər”.
İ.İ.ŞOPEN onu da əlavə edir ki, Aran adının kökündə ar, er sözü durur. Ar Aran dilin buğaya, er ümumiyyətlə, erkək cinsinə deyilirdi. MAHMUD KAŞĞARLI yazır ki, ar arqu dilində buğa deməkdir.
ARAN cəngavərləri qədim yazılı kitabələrdə er adlandırılır. Er dilimizdəki erkək sözünün köküdür. H`Eroqlif Er nəslinin yaratdığı yazı növü deməkdir. Sonra bu söz AVROPA xalqları tərəfindən erot, erik, erotika formalarında mənimsənildi.
YUNANLAR kişi qüdrətinin və gözəlliyinin timsalı olan ERİ ERİK, anası Ananı Aprodita adı ilə öz panteonlarına daxil etdilər. ELLADANIN kahin qadınları xalqı inandırırdılar ki, ER qadınların sevimlisi kimi yaşayır, qocalanda yenidən dönüb, cavan oğlan olur.
E.ö. III ƏSRDƏ Ptolemey dövründə yaşamış Misirin baş kahini Manetona görə, gözəl Er Aran nəslindəndir. Vaxtilə feldmarşal Paskeviçin elmi-mədəni işlər üzrə müşaviri olan İ.İ.ŞOPEN yazır ki, həmin Erin övladları indiki türklərdir.
GÖZƏL ERİ yalnız yunanlar yox, indiki Türkiyə ərazisində yaşayan bir çox qədim xalqlar öz gözəllik timsalına çevirmişlər. Onlar bu Aran alpını Gegecik Er adlandırırdılar. Gegecik türk dillərindəki gökçək, göyçək sözlərinin arxaik variantıdır.
ARAN NƏSLİ Misirdən sonra Kənan torpağını tutdu. Yunanlar çoxlu palma ağacı bitdiyinə görə, Yusif, Kənanın soydaşlarının ölkəsini FİNİKİYA adlandırırlar. Finikiyanın Çor (sami dilli kitabələrdə Sur) və Şad (Sidon) şəhərləri Aran nəslinin hakimiyyəti illərində qədim dünyanın böyük ticarət mərkəzlərinə çevrildi. İqtisadiyyatın, ticarətin inkişaf etdiyi o illərdə ŞƏKLİ və fikri yazılar Aralıq dənizi hövzəsində milyonlarla gəlir-çıxarı hesablayan sövdəgərlərin işinə yaramırdı. Elə bir yazı növü lazım idi ki, səsləri və rəqəmləri dəqiq formada ifadə etsin.
ARAN müdrikləri belə bir problemi aradan qaldırdılar. Dünyanın ilk hərflərini yaratdılar. Arximandrit İeronim (331-420) yazır: – Aran Beotiyanı tutub, adalarda ticarət koloniyaları yaratdı. 22 hərfdən ibarət Finikiya əlifbasını İONİYAYA apardı. Troya müharibəsi ərəfəsində ioniyalalılar həmin əlifbaya 3 hərf artırıb onu qədim yunan əlifbasına çevirdilər.
İSTƏR-İSTƏMƏZ düşünürsən: – Görəsən, nəyə görə rus, ingilis, fransız alimləri 1500 il bu kəşfin kimə aidliyi barədə susmuşlar? İmkan verməmişlər ki, tədqiqat əsərlərində lazımınca ƏSASLANDIRILAN həmin kəşfin sahiblərinin adı dərsliklərə salınsın? Sualın cavabı üstündə çox da düşünməyə dəyməz. Çünki hər iki ƏLİFBANIN yaradıcıları onların yox, bizim əcdadlarımızdır. Fransız alimi Q.Maspero 1911-ci ildə yazırdı: – FİNİKİYA əlifbasını Aran kəşf etmiş və İoniyaya gətirmişdir. Bu faktı qədim dünya tarixçilərinin demək olar ki, hamısı B.A.TURAYEV, Vilhelm Vaqner, Henrix Qrets və b. bilirdilər. Ancaq ARANI yəhudi mənbələrində olduğu kimi, beni-Kadm şərq oğlu adlandıraraq diqqəti yayındırırdılar. Yalnız A.Trarevski yazır ki, BENİ-KADM Aranın adı yox, ləqəbidir.
ARAN nəslinin patriarxları demək olar ki, bütün mənbələrdə cəsur Aran və müdrik Aran adlandırılır. Çünki onlar həm düşüncə adamları, həm də qılınc və qol sahibləri idilər. Aran nəslindən yalnız Misir, Finikiya və Albaniya şahları çıxmamışdır. Böyük Makedoniya fatehi İSGƏNDƏRİN anası Aran nəslindən idi.
BİZİM ALPLIQ və ərənliklə dolu keçmişimiz tarixin qaranlıq səhifələrinə qızıl hərflərlə yazılmışdır. Yeni tədqiqat əsərlərimizlə biz o qaranlıqları işıqlandırmalı, övladlarımıza BABALARIMIZI TANITMALIYIQ.
İLHAMI CƏFƏRSOY.
AMEA Dilçilik İnstitutunun
Qədim Dillər və Mədəniyyətlər
şöbəsinin müdiri, Filologiya üzrə
elmlər doktoru.
TEREF
 
Ardını oxu...
Şair-publisist Namiq Hacıheydərli vəfat edib.

Bir neçə gün öncə komaya düşən Namiq Hacıheydərli bu gün xəstəxanada dünyasını dəyişib.

O, 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub.

AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri olub.

7 kitabın, yüzlərlə elmi-publisistik məqalənin müəllifidir.
 
Ardını oxu...
Deyəsən, səkkiz ay öncə “İstiqlal” ordeniylə təlfif ediləndə xalq artsii, Babək və Nəsimi rollarıyla yaddaşlarda qalan Rasim Balayev Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevə “Əsil Babək sizsiniz” deyəndən sonra sosial şəbəkələrdə doğurduğu etirazın acı-şirin dadı xalq artistinin damağında qalıb. Az keçmiş BBC-yə müsahibədə “Bəlkə mən heç ziyalı deyiləm” sualının əks-sədası isə bu dada yeni dad qatıb.
Hamam-Times xəbər verir ki, hörmətli Rasim Balayev və digər xalq artisti Əli Nur “Alatava” serialında söyüş və jarqonlardan istifadə olunduğuna serialı tənqid edərək bunun sənət deyil, tərbiyəsizlik olduğunu deyiblər.
Serialın ssenaristi və aktyoru Taleh Yüzbəyov sosial şəbəkədə filmi tənqid edən hər iki aktyora cavab verib:
“Bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala, özünə dövlətdən ikinci evi istəməkdir.. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir. Tərbiyəsizlik o artisti olduğun xalqın bu seriala baxan haradasa 1 milyon şəxsinə “geri zəkalı” deməkdir”.
2021-ci ildə dövlət başçısı 44günlük müharibədə oğlu şəhid olan Əli Nurun ailəsinə 2 mənzil hədiyyə edib.
Çingiz Soltansoy
TEREF
 
Ardını oxu...
Kino Agentliyi “"Xəzinə" tammetrajlı bədii filminin istehsalı xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “Ultra Prodakşın” MMC olub.

Qalib şirkətlə 350 000 manat məbləğində müqavilə imzalanıb.

Dünyapress TV

Xəbər lenti