Kişilərin baş bəlası: təbii və ucuz xilas yolu –
Prostatit nədir, həkimlərə və dərmanlara pul xərcləmədən necə müalicə etmək olar?

Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-içdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.

Pressklub.az “Təbib” adlanan rubrikasında sizə təbii müalicə üsullarından danışır, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərir. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudovdur.

Rubrikamızın ikinci mövzusu prostat vəzinin xəstəlikləri barədədir.

Prostatit – prostat vəzinin iltihabi prosesi olub, oturaq (taz) nahiyəsində qanın mikrosirkulyasiya prosesinin pozulması və prostat vəzinin toxumasında infeksion prosesin yaranması nəticəsində baş verir. Xəstəlik zamanı əsasən sidiyə getmə prosesində pozuntular müşahidə olunur ki, buna misal olaraq da aşağıdakıları göstərmək olar:
Fındıq ağacının yarpaq və ya
qabıqlarından quru və
xırdalanmış halda 2 xörək qaşığı
termosa qoyub, üzərinə 0,5 litr
qaynar su əlavə edib, axşamdan
səhərə qədər saxlamaq,
süzmək. Alınan məhlulu hər
dəfə 100 ml olmaqla, gün
ərzində 4 dəfəyə içmək.
Acı yovşan terapiyası. Acı
yovşan müalicəsi demək olar ki,
cinsiyyət orqanlarının hər cür
iltihabi prosesi, xroniki prostatit
və prostat infeksiyaları zamanı
da çox effektlidir. Tam kursun
aparılması üçün quru və
xırdalanmış halda 100 qr
yovşan bitkisi lazımdır. Həmin
miqdarın üzərinə 1 litr 50%-li
spirt əlavə edib, ağzı bağlı halda
2 həftə saxlamaq, gündə bir
dəfə çalxalamaq, süzmək.
Gündə 4-5 dəfə (hər 2-3
saatdan bir) 20 ml adi suya 25-
30 damcı əlavə edib, içmək.
Paralel olaraq, acı yovşanın
spirtdə dəmləməsin 10-15%-li
zəif məhlulunun mikroklizma
şəklində uretraya vurulması da
çox faydalıdır. Bu proseduru
gündə 2 dəfə səhər və axşam
25-30 mq miqdarda etmək
lazımdır.
Gündə 3 dəfə yeməkdən yarım
saat qabaq təzə çəkilmiş Cəfəri
şirəsi (suyu) içmək prostatitin
müalicəsi üçün faydalıdır. Cəfəri
suyunu kurs şəklində qəbul
etmək həmçinin də gözlər üçün
xeyirlidir. Bundan başqa, bitkinin
tərkibində olan C vitamini
limonun tərkibində olan C
vitaminindən 4 dəfə çoxdur.
3 çay qaşığı paxlakolu kökü, 1
çay qaşığı bədrənc yarpağı, 1
çay qaşığı şüyüd toxumu, 1 çay
qaşığı qatırquyruğu otu, 1 çay
qaşığı murdarça qabığı və 3 çay
qaşığı ardıc meyvəsini (ölçülərin
düzgün olması üçün bütün
bitkilər xırdalanmış halda
olmalıdır) 0,6 litr qaynar suya
əlavə edib, zəif alovda 2-3 dəq.
qaynatmaq, 1,5 saat soyutmaq,
süzmək. Gündə 3 dəfə
yeməkdən qabaq 1/3 hissə
içmək.
Qulançar köklərindən quru və
xırdalanmış halda 3 çay qaşığı
termosa qoymaq, üzərinə 250
ml qaynar su əlavə edib,
axşamdan səhərə qədər
saxlamaq, süzmək. Alınan
məhlulu hər dəfədə 50 ml
olmaqla 3 saatdan bir içmək.
Atpıtrağı köklərindən quru və
xırdalanmış halda 3 çay qaşığı
termosa qoymaq, üzərinə 250
ml qaynar su əlavə edib,
axşamdan səhərə qədər
saxlamaq, süzmək. Alınan
məhlulu hər dəfədə 50 ml
olmaqla 3 saatdan bir içmək.
Hər birindən eyni miqdarda
olmaqla bağayarpağı, cəfəri,
keşniş, şüyüd, yabanı yerkökü
və qaraçörəkotu toxumlarından
quru və xırdalanmış halda yaxşıyaxşı qarışdırmaq. Sonra ümumi
qarışıqdan 2 xörək qaşığı
termosa qoymaq və üzərinə 0,5
litr qaynar su əlavə edib,
axşamdan səhərə qədər
saxlamaq, süzmək. Alınan
məhlulu səhər və axşam
olmaqla 2 dəfəyə içmək.
İvançay. Bitkinin tərkibində
flavonoidlər, askorbin turşusu,
dubil maddələri və s. birləşmələr
var ki, bunlar da prostat vəzində
olan iltihabi prosesi aradan
qaldırır, testosteron sintezini
stimulə edir, prostat vəzidə qan
dövranının mikrosirkulyasiyasını
artırır ki, bunlar da son nəticədə
prostatitin sağalmasına səbəb
olur.
Arıçılıq məhsulu olan propolis
ekstraktı da prostatitin müalicəsi
zamanı çox yaxşı nəticələr verir.
Bu resepti hazırlamaq üçün 40
qr propolis götürüb xırdalamaq
və üzərinə 200 ml 96%-li spirt
əlavə edib, 10-15 gün saxlamaq,
süzmək. Alınan məhluldan 0,1 qr
götürüb, 2 qr kakao yağı ilə
qarışdırmaq. Qarışıqdan bir az
götürüb tampona hopdurmaq
və axşam bağırsaq daxilinə
qoyub səhərə qədər saxlamaq.
Müalicə kursu 1 aydır, 1-2 aylıq
fasilədən sonra yenidən 1 aylıq
müalicə almaq olar.
29.04.2024, 23:07 Kişiləri
- gecələr sidiyə getmə ehtiyacı artır;

- sidiyin irəliyə doğru kənarlaşma təzyiqi xeyli dərəcədə azalır;

- bir qədər keçdikdən sonra sidiyə getmə prosesi yanma və zəif ağrılarla müşayiət olunur;

- daha gecikmiş formalarda sidiyin saxlanma qabiliyyətinin də pozulması baş verir.

Prostat vəzin normal fəaliyyət göstərməsi üçün ən vacib elementlərdən biri sinkdir. Orqanizmdə sinkə olan günlük tələbat 15-20 milliqramdır. İnsan yaşa dolduqca orqanizmdə sink defisiti yaranır ki, bununla əlaqədar olaraq kişilərdə cinsi zəiflik, prostat vəzin iltihablaşması, normadan artıq böyüməsi və s. xoşagəlməz hallar müşahidə olunur.

Prostatit, prostat vəzin xərçəngi və prostat vəzin adenoması və s. zamanı orqanizmdə olan sink elementinin miqdarının normadan xeyli dərəcədə aşağı olduğu müəyyən edilmişdir. Orqanizmdə yaranan sink çatışmazlığının yerini doldurmaq üçün vələmir və küncüd toxumları, dəniz yengəcləri, malın qaraciyəri, buğda cücərtisi və s. kimi qidalardan istifadə etmək lazımdır. Bundan başqa, hamımızın yaxşı tanıdığımız fındıq ağacının yarpaq və ya cavan budaqlarından götürülmüş qabıqlarından istifadə etməklə prostatitin qarşısını almaq olar. Fındığın tərkibində lazımi qədər sink elementi vardır. Prostatit çox ciddi xəstəlikdir və bu baş verdiyi zaman vaxt itirmədən ciddi və hərtərəfli müalicəyə başlamaq lazımdır. Xəstəliyin müalicəsi üçün konservativ, yəni cərrahi əməliyyat, medikamentoz müalicə və xalq təbabəti üsulları ilə müalicə yolları var. Biz, təbii yollarla müalicə yolunu seçirik.

Reseptlər:

a) Gündəlik olaraq xırdalanmış toxumlardan 30-35 qr miqdarında yeməklərə əlavə etmək olar.
b) 0,5 kq balqabaq toxumunu qabıqlardan təmizləmək, sonra blenderdən keçirib, tam xırdalamaq, üzərinə 200-250 qr təmiz bal əlavə edib, yaxşı-yaxşı qarışdırmaq. Sonra hazırlanmış qarışıqdan az-az götürərək yumrulayıb, fındıq böyüklüyündə yumru kürəciklər düzəltmək. Gündə 2 dəfə yeməkdən 15-20 dəq. qabaq bir ədədini yemək. Kürəcikləri soyuducuda saxlamaq lazımdır.

Dünyapress TV

Xəbər lenti