Ardını oxu...
"İbrahim Tatlısəs "Bu ayrılıq nədən oldu" mahnısına görə Şəfiqə Axundovaya qonarar ödməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib.

Onun sözlərinə görə, Şəfiqə Axundova uzun illər sonra İbrahim Tatlısəslə Azərbaycanda qarşılaşıb:

"Şəfiqə xanım danışırdı ki, İbrahim Tatlısəsin ifasından xəbərim olmayıb. Şəfiqə xanım oğlu Talehlə harasa gedirmiş, qəfildən İbrahim Tatlısəslə qarşılaşıb. Şəfiqə xanım onu saxlayıb, deyib ki, İbrahimsiniz? O da deyib bəli. Şəfiqə xanım da qayıdıb ki, məni tanımadınız? Şəfiqəyəm, mənim "Nədən oldu" adlı mahnımı ifa etmisiniz. İbrahim Tatlısəs Şəfiqə xanımdan üzr istəyib. Deyib ki, bu mahnını oxuduğumdan illər keçib, bu üzdən bəstəkarı unutmuşam.

Bir dəfə də Nüşabə Ələsgərli oğluna kiçik toy edirdi, İbrahim Tatlısəsi də dəvət etmişdi. Orada müğənnilər aman vermədi ki, Şəfiqə xanımla yaxından görüşsün. Axırda İbrahim Tatlısəs dedi ki, heç kəs masalardan durmasın, mən özüm gecəboyu hər kəslə görüşməyə çalışacağam. Bir də baxdıq ki, İbrahim Tatlısəs həmin mahnını oxuya-oxuya Şəfiqə xanıma doğru gəlir. Əllərindən öpdü, elə bil dünya verdi Şəfiqə xanıma. Bu heç kəsin yadından çıxmaz. Əsas odur ki, sənətkara dəyər verilsin. Şəfiqə xanım bu dəyəri görəndən sonra ürəyi açıldı".

Gülyaz Məmmədova deyib ki, İbrahim Tatlısəs həmin mahnıya görə Şəfiqə xanıma qonarar ödəməyib:
Ətraflı

"Onun evində çörək almağa pulu yox idi, amma mahnılarını kiməsə pulla satmazdı. Mahnılarını balaları hesab edirdi, deyirdi ki, qadın da balasını satar? Bacarmadı, bir dəfə də olsun yazdığı mahnıdan kimdənsə qonarar almadı. Amma Gülağa Tənha onun əməyini qarşıladı. Sevincindən uçurdu".

Gülyaz Məmmədova bu il Şəfiqə Axundovanın 100 illik yubileyi ilə bağlı tədbirlərin davam edəcəyini qeyd edib:

"Bu il Şəfiqə xanımın 100 illiyidir, ənənəvi tədbirlərin keçirilməsi davam edəcək. Biz də çalışacayıq ki, onunla bağlı bütün tədbirlərdə iştirak edək".

Qeyd edək ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs uzun illər əvvəl Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. İbrahim Tatlısəs "Bu ayrılıq nədən oldu" mahısına klip çəkdirib.
Ardını oxu...
Litfond hərrac evi Yekaterinburqda məşhur rəssam Nikolay Rerixin avtoqraflarını satışa qoymağa hazırlaşır.

32gun.az bildirirnki, bu barədə TASS strukturun nümayəndələrinə istinadən xəbər verib.

Nikolys Rerixin kiçik oğlu Svyatoslavın "Müqəddəs tabut ilə N.K. Roerichin portreti" rəsminin litoqrafındakı avtoqrafı hərrac çəkicin altından keçməldir. Əsər 1920-ci illərin sonlarında Nyu-Yorkda tamamlandı və onun istedadının pərəstişkarları tərəfindən təsis edilən rəssamın Nyu-York Muzeyinin təşəbbüsü ilə nəşr olundu. Avtoqraf üçün aparıcı təklif 180 min rubl təşkil edir.

Həmçinin, hərracda Nikolay Rerixin imzası ilə makinada yazılmış məktub-şəhadətnaməni almaq mümkün olacaq. Nadirliyin satışı üçün ilkin təklif 70 min rubl təşkil edir.

Sənədin yuxarı sol tərəfində Rerich ailəsinin gerbi təsvir olunub və ingilis dilində mətn var.

Ardını oxu...
Son günlər küçədə və ictimai nəqliyyatda insanları paylaşımları, videoları ilə narahat edən yeniyetmə sosial şəbəkələrin gündəminə çevrilib. “Jalilov” adı ilə TikTok-da məşhurlaşmış şəxsin öz iştirakı ilə lentə aldığı görüntülər müzakirələrə səbəb olub. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev mediaya bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub. Yeri gəlmişkən, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib.

Bir neçə gündür ki, TikTok-da tanış olduğu “Nia” ləqəbli şəxslə ailə qurmağa hazırlaşan 22 yaşlı Furkan da müzakirələrə səbəb olub. Belə ki, “Nia”nın liftdə öpüşmə görüntüləri yayılıb. Onun öpüşdüyü oğlan isə azərbaycanlı bloger Sabir Samiroğludur. Elə bu videodan sonra Azərbaycan və Türkiyədə sosial şəbəkə seqmentində aləm bir-birinə dəyib. Bir gündə 1 milyona yaxın insan bu məsələni müzakirə edib. Bir müddət əvvəl isə “Baboş” ləqəbli şəxsə ev verilməsi də müzakirələrə səbəb oldu, nəticə etibarilə onu demək olar ki, Tik-Tok hazırda bütünlükdə cəmiyyəti ələ alıb.

Ümumiyyətlə, ictimaiyyət arasında bir çox hallarda ciddi qarşılanmayan, heç bir sosial statusu olmayan şəxslərin sosial mediada “fenomen” olması, bir anda məşhurlaşması ziyalıların da narazılığına səbəb olub. Qeyd edilir ki, bu dırnaqarası məşhurlar gənclərə bu şəkildə təsir edərək, onları öz ardınca apararaq təhlükəli tendensiyanın yaranmasına səbəb ola bilərlər. Nəzərə alsaq ki, bəzi sosial şəbəkələrdə, xüsusilə də Tik-Tok-da əxlaqdan kənar, qeyri-etik hərəkətlər, davranışlar sərgilənir, o zaman ziyalıların da bu təlaşı anlaşılandır. Bəs necə olur ki, həmin blogerlər bu qədər izləyici toplaya bilir? Onlar niyə boykot olunmur? Bu məsələdə kimdir günahkar?

Sabiq deputat, ictimai-siyasi xadim, professor Şahlar Əsgərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, saxta ziyalı, saxta alimlər, saxta şair, saxta artistlər cəmiyyəti biganə hala salıblar, ona görə də insanlar biganələşib: “O gün ailə üzvlərimin israrı ilə Türkiyənin bir filminə baxdım, on dəqiqə baxdım, kinodan ayrıla bilmədim, vaxt necə gəldi keçdi heç anlamadım. Filmdə səksən yaşlı qarı ilə altı yaşlı uşaq elə rol aparır ki, ayrılmaq olmur. Deməli, ortada söz, fikir, düşüncə var. İnsanları bu cəlb edir. Əgər yoxdursa, onda "tik-tok"lar, başqa sosial şəbəkələr qazanacaq. Fikir yoxdur, fikir yaratmaq lazımdır. Fikir adamlarının qədri-qiyməti bilinməlidir. Hər yetən fikir yürüdə bilməz. Hər musiqiçidən Üzeyir Hacıbəyov olmaz. Bunları axtarıb, tapıb cəmiyyətin idarəetməsini bunlara həvalə etmək lazımdır. Bu onu göstərir ki, ortada fikir qıtlığı var. Ona görə də insanlar başını qatır. Ziyalılar passiv hala düşüb, ayıltmaq lazımdır. Hər qalstuklu ziyalıya da vəzifə vermək lazım deyil, əsl ziyalıya vəzifə verilməlidir. Bir insanın 10 kitabı olar, əgər o kitabda bir dəyər yoxdursa, o, kitab deyil, o makulaturadır. Dəyər nəsildən-nəslə ötürülür. Kiçik misal çəkək, əgər bir mahnı əlli ildən sonra dinlənirsə, deməli, dəyərlidir. Ona görə dəyər yarada bilən insanları qabağa çəkmək, onlara dəyər vermək lazımdır".

Psixoloq Ülviyyə Murtuzova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Özlərini apara bilməyən, öz hisslərini idarə edə bilməyən, qeyri-adekvat hərəkətlərlə başqalarına narahatlıq yaşadanlar çox ciddi şəxsiyyət pozuntusu yaşayır. Bu insan məsuliyyətsiz davranışları ilə özlərinin və başqalarının təhlükəsizliyinə əhəmiyyət vermirlər. Ümumiyyətlə, bu əlamətlər 15 yaşından etibarən şəxslərdə müşahidə olunur, onlar etdikləri heç bir hərəkətə görə məsuliyyət daşımırlar. Qeyri-etik hərəkətə görə irad bildirdikdə özlərinə bəraət qazandırırlar. Bu insanlarda şişirdilmiş şəkildə özünü tərif, səthi emosional əlamətlər çox ciddi formada qabarır. Əslində bu pozuntuların müşahidə olunduğu insanlar psixopatiya diaqnozu qoyulacaq dərəcədə eqoist, laqeyd davranırlar. İnsanlarda bilərəkdən əsəb gərginliyi yaradır, bilərəkdən başqalarının şəxsi əşyalarını qurcalayır, saymamazlıq edir, keçmişi və gələcəyi düşünmədən hazırkı an üçün yaşayır və öz mənafeyi üçün hər şey etməyə hazırdırlar. Bu, ciddi antisosial şəxsiyyət pozuntusudur. Bu cür insanların müalicəsi həm dərman preparatları ilə aparılır, həm də psixiatrın nəzarətində olmalıdır, lazım gəldikdə nevroloqun da müdaxiləsi lazımdır. Bəzən bunlar stasionar olaraq yatılı şəkildə, bağlı reabilitasiya mərkəzlərində müalicə olunurlar, ailələrindən təcrid olunurlar. İctimai qınaq mütləq olmalıdır. Kimliyindən asılı olmayaraq hər kəs cəzalandırılmalıdır”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da məsələyə münasibət bildirib: “İndi sosial şəbəkələrdə, Tik-Tok-da nə baş verdiyini görürük. Düzdür, bu, sosial şəbəkələrin günahı deyil. Sosial şəbəkə çox yaxşı bir alətdir ki, onu həm pozitiv, həm də neqativə istifadə edə bilərlər. “Oğru aləmi”nin öz dünyası var və onları özlərinə rol-modul götürürlər. Çox təəssüf ki, pozitiv nümunələr neqativ nümunələrə uduzur. Sosial verilişlərdən tutmuş, bir çox verilişlərə qədər - bəzi verilişlər istisna olmaqla- yaxşı təbliğat və nümunə deyil. O nümunəyə baxıb müsbət keyfiyyəti də götürə bilər, mənfini də".
Ardını oxu...
Müasir Monqolustan ərazisində Göktürk Dövlətinin qurucusu, Bilgə Xaqanın (683-734) atası Qutluq İltəriş (eli toplayan) Xanın abidəsi tapılıb. Bura “Türk” adının ilk dəfə çəkildiyi güman edilən Orhun ərazisindən daha qədimdir. Ötüken bölgəsindəki Nomqon düzündə 2019-cu ildə başlanan qazıntılar uğurla başa çatıb. Tapılmış kitabə üzərində 12 sətir qədim türk yazısı və qədim yunan soqd yazısı var. Ekspedisiyada iştirak edən alimlər mətnlərdə “Tanrı”, “Türk”, “Kutluk” kimi bir sıra sözləri müəyyən etmişlər.
Eldar Tağıyev
TEREF: Xocanın Blogu
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu gün...
Vaqif Səmədoğlunun günü imiş...
Hər iki qardaş - həm Yusif, həm Vaqif həmsöhbətim olmuşdular.
Bütün yaxşı-pis keyfiyyətləri ilə bərabər Səməd Vurğunun bu dəyərli oğulları sözün əsil mənasında NƏCİB insanlar idi.
Öz televiziya proqramımda o zaman üçün sərt görünən suallardan hər ikisinə vermişdim, bəzi ədalətsiz montajlar da etmişdim. Əlbəttə, indi üzgünəm...
Hər ikisi təbii ki məmnun qalmadılar. Vaqif zəng edib etiraz da etdi, təşəkkür də etdi. Yusif susdu.
Lakin hər ikisi sadəcə məmnun qalmamışdılar, o dövrə qədərki jurnalistikanı öz xidmətçilərinə çevirmiş vəzifəli yazıçılar kimi intiqam almağa qalxmamışdılar. Savaş açmamışdılar. Çünkü bu Vəkilov qardaşları ideal olmasalar da kübar insanlar idi, bolşevizmin yetişdirib başa çıxardıqlarından deyildilər.
Düşünürəm, Vaqif Səmədoğlu gerçək dəyərini almamış bir şairdir...
... O uzaq illərdə bir kitab çıxmışdı, deyəsən dörd şairdən yığma idi. Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı, Rüstəm Behrudinin şerilərindən ibarət.
Biz Aydınlar Birliyi olaraq bu kitabın təqdimatını keçirirdik. "Mən niyə burada yoxam" deyə dava çəkən şairlər də oldu o gecə, lakin konumuz o deyil...
Şairləri müqayisə etmək düzgün deyil, deyirlər. Bəs necə olsun? Gerçəklər müqayisədə ortaya çıxmırmı?
Lakin şairlər inciyən, küsən, tez qırılan, həm də kimi az, kimi çox eqoist olurlar...
Aydınlar Birliyinin tərtiblədiyi o gecədə gözəl çıxışlar oldu... əlbəttə, müqayisəsiz... müqayisə göz baxa-baxa olmur, üz-üzdən utanır... gerçək müqayisə üçün 100 il gözləmək lazım gəlir...
Və hər müqayisə də gerçək deyil, əlbəttə...
Həmin şeir gündəmində Elçi Bəy: "bu 4 şairin hansını daha çox bəyənirsən?" deyə sual verdi mənə. Bir ad çəkdim. Dedi: "sən Vaqif Səmədoğlunu oxu... həm poetikliyi, həm intelekti bərabər yüksəklikdə olan odur"
Oxudum... gerçəkdən, dəyərini almamış bir şair çıxdı qarşıma...
Düşünürəm, bir gün Elçi Bəyin sevdiyi şairlər kimlər idi? - deyə bir sual çıxarsa, o sualın cavablarından biri də belə ola bilər:
Elçi Bəy aləmində Vaqif Səmədoğlu poetikası ilə intelekti eyni vüsətdə olan bir şair idi.
Poetika və intellekt!
Sanmayın həminşə bir arada ola bilirlər!
Gənəldə olmurlar!
Bəs niyə kölgədə qalmış bu QİYMƏTLİ VAQİF?
Əcəba, populyarlıq üçün, toplumsal sevgi qazanmaq üçün, ürəklərdə yuvalanmaq üçün intellekt əlavə yükdürmü?
Böyük şair Vaqif Səmədoğlunun şeirinə və ruhuna sayqılarla...
Mehriban Vezir
TEREF: Xocanın Blogu
Ardını oxu...
Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb.

Şoumenin özü “Instagram” sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb.

“Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvəl iş vizası təsdiq edilib. Tamaşanın bütün sənədləri qaydasında idi. Söhbət heç bir “qara siyahı”dan getmir. Mənə qarşı heç bir düşmənçilik yoxdur. Sərhəd xidmətinin zabitləri çox nəzakətli idilər. Səbəbi dərhal mənə dedilər və sərhəd xidmətinin zabitləri tərəfindən bir neçə dəfə təkrar olundu. Rusiya Federasiyası hökumətindən məni Baliyə buraxmamağı xahiş edən məktub var idi. Məktubu mənə göstərdilər, amma təbii ki, nüsxəsini verməkdən nəzakətlə imtina etdilər. Bütün xidmətlər, istər nəqliyyat, istərsə də sərhəd, mənim Rusiya hakimiyyətinin belə bir şərəfə və şəxsi diqqətə layiq olduğuma görə çaşqınlıq içində idi”, - deyə Qalkin yazıb.

Qalkinin sözlərinə görə, bunun İndoneziya hökumətinin mövqeyi olduğuna dair bütün fərziyyələr gülüncdür.

“Onlara konkret naməlum artistin məsələsini ayırd etməkdənsə, Rusiya Federasiyasının tələbini yerinə yetirmək daha rahatdır. Tailandda Rusiya hakimiyyəti başqa sxem üzrə işləyirdi - Rusiya konsulluğu və Rusiya turizmi ilə güclü əlaqələri olan zalların sahiblərinə təzyiq göstərirdilər. Gülməli odur ki, Rusiya dövləti ölkəsinin rifahı naminə daha layiqli işlər görə biləcək adamların vaxtını və səyini buna sərf edir.

Mən baş verənləri indiki şəraitdə iş vaxtı kimi qəbul edirəm. Son il yarım ərzində mən İsrail, Yunanıstan, İtaliya, İspaniya, Avstraliya, Yeni Zelandiya, Almaniya, Avstriya, Fransa, Niderland, Belçika, Böyük Britaniya, İrlandiya, Portuqaliya, Finlandiya, ABŞ, Kanada, Türkiyə, Azərbaycan, Moldova, Latviya, Litva, Estoniya, Çexiya, Polşa, Kipr, İsveçrə, BƏƏ və s. 150-dən çox konsert vermişəm.

Mənbə: fontanka.ru
 
 
 
Ardını oxu...
Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və pedaqoq, yazıçı, ictimai xadim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap edilən “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi olub.

Kitab şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.
Əvvəlcə Mir Cəlal Paşayevin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Metbuat.az xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayevin, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Mir Cəlalın elmi araşdırmalarından, zəngin yaradıcılığından, ədəbiyyatımıza verdiyi əvəzsiz töhfələrdən danışıb. Bildirilib ki, Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının inkişafında Mir Cəlalın müstəsna xidmətləri olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev görkəmli ədib Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyasının alman dilinə tərcümə olunmasının önəmini vurğulayıb. Qeyd edilib ki, şərqşünas-alim Mixael Raynhard Hess kitaba yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. O, sovet rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail olub.

Tədbirdə Mixael Raynhard Hess görkəmli alim və yazıçı Mir Cəlalın ədəbi irsindən bəhs edib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimov, Milli Məclisin deputatı, Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının baş müəllimi Mətanət Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu çıxış edərək görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji fəaliyyətindən, ədəbi yaradıcılığından danışıb, təqdim olunan kitabın tariximiz, ədəbiyyatımız üçün dəyərli mənbə olduğunu bildiriblər.
 
Ardını oxu...
Baku TV-nin Qərbi Azərbaycan Departamenti bu həftədən yeni televiziya layihəsinə start verir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikası ilə Qərbi Azərbaycanın etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, memarlıq, tətbiqi-dekorativ sənəti, xalq yaradıcılığı, toponimləri araşdırılacaq.

Məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği olan layihədə böyük türk izlərinin araşdırılması kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə aparılır.

Burada qədim inanclar, Göktürk və Zərdüşti, Xəzərlər, Xristian-Qıpçaq, Oğuz dövrünü və orta əsrlər, eləcə də 1988-ci ilə qədər Qərbi Azərbaycanın yerli əhalisinin yaratdığı maddi və mədəni abidələr, böyük tarixi irsi təqdim olunacaq.

“Evli kəndi - “Gor oğlu” irsini yaşadan yurd yeri” adlı bugünkü buraxılışda Loru mahalının Evli, o cümlədən Xarrat, Aşıq Novruz, Molla Eyyub adları ilə də tanınan kəndin mədəni irsi və etnoqrafiyası araşdırılır.

Verilişdə yaşı 3 min ili keçən Lulubi imperiyasının adını daşıyan Loru mahalda qədim türklərin izi – məbədlər və qəbirlər, oyuq daş, Koroğlu mağarası, Xıdır Nəbi törəni, həmçinin gora girmək kimi maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 
 


 

Ardını oxu...
Azərbaycan tamaşaçılarının həsrətlə gözlədiyi "Atabəylər: Şəmsəddin Eldəniz" serialının çəkilişi müəyyən səbəblərə görə təxirə salınıb.

Bu barədə Qaynarinfo-ya sözügedən ekran işinin ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyev deyib.

Yazıçı bunun əsas səbəbinin Mədəniyyət Nazirliyi ilə əlaqələndirib:

"Biz bu layihəni əvvəlki mədəniyyət naziri Anar Kərimovla həyata keçirirdik. Elə oldu ki, Anar Kərimov vəzifədən çıxarıldı. Yeni nazir Adil Kərimli təyin olundu. "Atabəylər" serialına yeni nazir Adil Kərimli tərəfindən müsbət rəy verilməyib. Biz də indi gözləmə mövqeyindəyik. Yeni nazirin kino sahəsinə diqqəti və marağı böyükdür. Ancaq layihənin təkrar işlənməsi və maliyyə mənbəyi göstərilməlidir. Bu, tarixi serialdır, hədsiz dərəcədə maliyyə tələb edir. Nazirliyə də həmin investisiyanın kim tərəfindən qoyulmasını təqdim etmək lazımdır".

Varis Yolçuyev qeyd edib ki, nazirlik filmin çəkilişindən tam imtina etməyib, amma çəkilişinə razılıq da verilməyib:

"Filimin maliyyəsinin 50%-ni qarşılıqlı şəkildə öz üzərlərinə götürürdülər. Anar Kərimovun dövründə belə söhbətlər gedirdi. Nazir çıxarıldı deyə bütün planlar alt-üst oldu. Bununla bağlı Türkiyədən rejissor da gətirilmişdi. Bundan əlavə, Türkiyənin məşhir kino şirkətlərindən biri də Bakıda olub. Əsas deyil, köməkçi rollara oyanayacaq aktyorların seçim turu da baş tutmuşdu. Çox işlər görülüb. Pavliyonlar da quruldu. Amma bu gün ortada film deyilən nəsə yoxdur, nəticəni gözləyəcəyik".
Ardını oxu...
Məşhur rusiyalı yazıçı Boris Akunin axtarışa verilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasından məlum yerləşdirilib.

“Qriqori Çxartişvili (yazıçının əsl adı). Axtarış üçün əsaslar: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - deyə kartoçkada bildirilir.

Lakin onun hansı cinayət maddəsi ilə təqib olunduğu açıqlanmır.
 

Dünyapress TV

Xəbər lenti