Futbol üzrə Amerika Kubokunun final oyununun fasiləsində məşhur kolumbiyalı müğənni Şakira çıxış edib.
Oxu.Az-ın məlumatına görə, müğənninin çıxışına görə fasilə 25 dəqiqə olub. Xatırladaq ki, final oyununda Argentina və Kolumbiya milliləri qarşılaşırlar. Oyun təhlükəsizlik səbəbindən bir neçə dəfə təxirə salınıb və planlaşdırılandan 83 dəqiqə gec başlayıb.
Ağ-qara şanısı, ənciri və bir çox ziyarətgahları ilə məşhur olan Bakı kəndləri sırasında özünəməxsus yeri olan Novxanıya yollanırıq. Kəndin girişindəki “Novxanı” yazılmış lövhənin yanında ayaq saxlayırıq. Yol kənarında düzülmüş daşlar diqqətimizi çəkir. Kənd sakini Rahim Quliyev deyir ki, Siyan kəndinin ərazisindən tapdığı bu daşlar Novxanının qədim tarixindən xəbər verir: “Novxanı kəndinin adının “nov” və “xanə” tərkibli fars sözlərindən əmələ gəldiyi deyilir. Tərcüməsi isə “yeni ev” mənasını verir. Bu da zəlzələdən və Xəzər dənizinin su səviyyəsinin artması ilə əlaqədar dağılmış Siyan kəndinin yeni əraziyə köçməsi və siyanlıların təzə kəndlərinə verdikləri adla izah olunur. Burada əvvəl qəbiristanlıq olub, bu daşı da oradan tapmışam. O daşlar Novxanı camaatının əvvəllər də bu ərazidə yaşadığının əyani sübutudur. Bundan əlavə, ehtimal olunur ki, Nuh peyğəmbər burada yaşayıb. Onun adı ilə bağlı bəzi rəvayətlər mövcuddur”. Novxanının qədim tarixini özündə əks etdirən daşa da baxdıqdan sonra bir çoxunun ümidlə üz tutduğu kəndin məşhur ziyarətgahlarından olan “Ceyran baba” pirinə yollanırıq. Bu pirə gələnlər dərdlərinin dərmanını məhz burada tapacaqlarına inanırlar. Novxanı camaatı deyir ki, bu pirdə qorunub saxlanılan daş möcüzəvi əhəmiyyətə malikdir. Hətta bu xüsusiyyətinə görə daşı oğurlamağa dəfələrlə cəhd ediblər. Amma daş qəfildən yenə də öz yerinə “qayıdıb”, bunun kim tərəfindən və necə edildiyi bilinmir. Həmsöhbət olduğumuz bir kənd sakini – “Bu hələ harasıdır, bizim bir “Ağ daş”ımız var ki, övladı olmayanların son pənah yeridir”, – deyir. Bunu eşidər-eşitməz növbəti dayanacaq nöqtəmizi “Ağ daş” pirinə təyin edirik. Bir çox tanınmış şəxslərin buranı ziyarət etdiyi deyilsə də, ən maraqlı məqam keçmiş Sovet İttifaqının lideri olmuş İosif Stalinlə bağlı əhvalatdır. Deyilənə görə, bu daşlara mismar vuranlar arasında Stalin də olub. Kənd sakini Nuhbala Ağayevin sözlərinə görə, “Dan ulduzu” instrumental ansamblının mərhum bədii rəhbəri Gülarə Əliyeva da bu pirə pənah gətirənlər arasındadır. Gəlmişkən, “Ağ daş”a bir mismar da biz vururuq. Növbəti dayanacağımız olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Stalini ölümdən xilas edərək gizlətdiyi Şah Sultan Hüseyn Məscidi, göründüyü qədər, tarixin sınağından itkisiz çıxa bilməyib, hazırda baxımsız vəziyyətdədir. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Report”a bildirilib ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn Məscidinin bərpası üçün layihə sənədləri artıq hazırlanıb. Qəzalı vəziyyətdə olan tarixi məscid bərpa olunma məqsədi ilə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa-konservasiya işləri həyata keçirilir. Həmin məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır. Tədqiqatçı-alim Zaur Əliyev deyir ki, Novxanı kəndində, eləcə də Azərbaycanın bir çox başqa yerlərində bu tip pirlər mövcud olsa da, orada qeyri-adi hadisələrin baş verməsi və hansısa qorunan daşların insanlara kömək etməsi sadəcə, təxəyyül məhsuludur. Eşitdiyimiz bir sıra məlumatlar bizi təəccübləndirsə də, hər halda, Novxanı camaatı, həmçinin haqqında danışılan pirin ziyarətçiləri eşitdikləri rəvayətlərə inanırlar. Gəldiyimiz nəticə isə bundan ibarətdir ki, Novxanı camaatı illərlə nəsildən-nəsilə ötürülən adətlərlə yanaşı, qədim abidələri, o cümlədən, kənddəki ziyarətgahları qoruyub saxlayır və bu “sehirli dünya”da həyatlarına davam edirlər. Mənbə: Report.az
“Sevənlərimə, insanlara qarşı hansısa səhv addımım olmayıb. Onlar da bilirlər ki, mən efirdə necəyəmsə, həyatda da eləyəm. Bəzən efirlərdə elə hərəkətlər görürəm ki.. Bunun adını sərbətslik qoyurlar. Siz gələcək nəsillərə düzgün örnək olmalısınız. Amma gələcək nəsillər nə görür? Onlar sizin etdiyiniz səhvlərin təsiri ilə böyüyürlər”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nazpəri Dostəliyeva deyib.
O daha sonra əlavə edib:
“Güclü qadının çiləsi çox olur. Mən başıma gələnlərdən deyirəm. Səhnədə olduğum vaxt ola bilsin desinlər ki, bəxtəvər başına, nə edir ki? Mahnısını oxuyur, pulunu qazanır da. Amma mən heç vaxt o acı həyatımı, Allahın mənə yaşatdığı imtahanları xalqla paylaşmadım. Acımı göstərməyə çalışmadım. Sevincimi göstərməyə çalışmışam. Allahın səbri ilə özümü ayaqda saxlaya bilmişəm. Həyatımda elə bir acı yaşamışam ki, o dərd həyatımın sonuna qədər qəlbimdə olacaq. O acını içimdə çəkib, səhnədə gülməyə çalışmışam. Oxuduğum mahnıları sevənlərə aid etmişdim, mənim heç ağlıma gəlməzdi ki, mahnının sözlərini nə vaxtsa öz həyatıma həsr edəcəm, yaşayacam. Heç vaxt Allaha üsyan etməmişəm. Təsəllim insanların, məni sevənlərin sevgisi olub”.
Xalq artisti bildirib ki, atasının sənətindən faydalanıb bu sahəyə gəlib:
“Atam Şirvan torpağında tanınmış, sevilmiş çox gözəl, məşhur aşıq idi. Aşıq Əhmədəli Dostəliyev. Mənim atam çox toylar etmişdi. 5 günlərlə, 3 günlərlə toy edərdi. Əlbəttə ki, belə bir sənətkarın ailəsində neçə övlad doğulurdusa hamısı sənətlə məşğul olmalı idi. Atam hər dəfə sazı əlinə alanda biz də ifa edirdik. Qonşular bizi Dostəliyevlər ailəsindən ibarət xalq çalğı alətləri ansamblı adlandırırdı. Biz hələ o vaxt təhsil almamışdıq. Böyük qardaşım tar alətinə gedirdi, musiqi təhsili alırdı. O da faciəli şəkildə dünyasını dəyişdi. Ondan sonra atam toylara getmədi”.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Bizim təhsil və idman uğurlarımızı hayların gözü götürmürdü" adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Arçut kənd sakini Əflatun Məmmədovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, orta məktəb illərindən, kənd həyatından söz açıb: "Kəndlə bağlı xatirələrimiz çox əzizdir, bizim üçün çox doğmadır. Yayı, yazı, payızı, qışı özünəməxsus idi. Ucqar Böyük Qarakilisənin Arçut kəndində adət-ənənələri, elin gözəl dəyərlərini, mənəvi keyfiyyətlərini yaşatmaq özü bir müqəddəs amal idi. Biz üç-dörd min əhalisi olan Arçud kəndində maraqlı həyat tərzi keçirirdik".
Onun sözlərinə görə, rayonlararası olimpiadalarda, idman yarışlarında ermənilərin bizə qarşı çirkin niyyətləri, yuxarıdan aşağı baxmaları xatirələrimdən çıxmır: "Böyük Qarakilsədə iri stadion var idi. Biz orada çoxnövlük, yüngül atletika yarışlarına cəlb olunmuşduq, yaxşı nəticələr göstərmişdik. Bizim idman yarışında iştirak edənləri ermənilər əhatəyə aldılar. Kəndə gedən avtobusumuzu devirməyə çalışdılar. Onlar bizim müvəffəqiyyəti, göstəricilərimizi narahatlıqla qarşılayırdılar, gözləri götürmürdü. Onların bu niyyəti, ikilistandartı, bizə qarşı yönlənən xəbis, riyakar, çirkin bu əməlləri 1988-ci il deportasiyası ilə nəticələndi".
Ermənilərin içində yaşamağın çox çətin olduğunu deyən Ə.Məmmədov bildirib ki, camaatın, sakinlərin hüquqları tapdanırdı: "Orada həyatımızı sürdürmək üçün mümkün olan davranışı, hərəkətləri edirdik ki, təhlükəsiz yaşayaq. Fəqət, bu həyat çox da sürmədi. Kəndin məşəqqətli günləri başladı, artıq deportasiya illərini yaşamağa məhkum edildik. 1988-ci ilin Hamamlı, Spitak deyilən zəlzələsi bizim qurtuluşumuz oldu".
O, 6 nəfərlik ailə üzvünün anasının himayəsində çətin günlərdən keçdiyini vurğulayıb: "Spitak zəlzələsindən sonra mən Bakıdan Qazaxa gəldim. Kənddə komendant saatı idi. Bizi hərbçilər qarşıladılar və konkret vaxt verdilər ki, səhər saat 6-da çıxmalısınız. Biz də axşam saat 7-də gəlib çıxmışıq. Soyuq qış günü zəlzələ olmuşdu. Biz 1988-ci il dekabrın 8-də, zəlzələdən sonra bir-iki gün içində çıxdıq. Biz hamımız "KamAZ" markalı yük maşını ilə Qazaxa, oradan da Bakıya gəldik".
Arçut sakini 1918-ci illərdə yaşanan Vartana vəhşəti zamanı ermənilərin qoca, cavan, üşaq, körpə, hamilə qadınları məscidə yığıb yandırdığını, 1918-ci ildəki ilk deportasiyada qaçqın, köçkün düşənlərin Türkiyəyə qaçdığını, Arpa çayını keçən zaman insanların çaya düşüb boğulduğunu və xeyli itkinin olduğunu söyləyib.
O, sonda vurğulayıb ki, ora ilə bağlı keçmişimiz, dəyərlərimiz bizi Qərbi Azərbacana hər vəchlə səsləyir: "Biz ona görə qayıtmalıyıq ki, o torpağın sahibi bizik. Əzəli dədə-baba torpağımızdır. Orada mənim babamın qəbri var. Torpaq babaların ruhudur, ulularımızın bizə mirasıdır. Biz tez-gec o torpağa qayıdacağıq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Türkiyəli müğənni İbrahim Tatlısəs əməliyyat olunacaq. Bakupost.az xəbər verir ki, “İmperator” ləqəbli məşhur xalq müğənnisi İbrahim Tatlısəs 2011-ci ildə silahlı hücumda başından güllə yarası aldıqdan sonra bir çox əməliyyatlar keçirib. Müğənni ötən axşam "Hərbiye Açıq Hava" konsertində pərəstişkarları ilə görüşüb. Tatlısəs konserti zamanı ürək qapağından əməliyyat olunacağını bildirib. "Ürəyimin qapağı dəyişəcək, haqqınızı halal edin və dualarınızı əsirgənəyin”. Açıqlama verərkən göz yaşlarını saxlaya bilməyən Tatlısəs tamaşaçılardan da halallıq istəyib. Tatlısəs son olaraq “Əməliyyatdan qalxa bilməsəm, mahnılarıma qulaq asın” deyə əlavə edib.
Kulis.az Emil Rasimoğlunun yeni yazısını təqdim edir.
Uzun illərdi ki, Vətən anlayışı bütün sahələrdə (xüsusən də ədəbi-mədəni sahələrdə), belə demək mümkünsə, yanlış olaraq “tərəzi” rolunu oynayır. Hələ bu yöndə müxtəlif natamam ifadələr də yaranıb: “vətənpərvər şair”, “vətənpərvər yazıçı” və s...
Hansı ki, şairin, yazıçının, bəstəkarın, rəssamın... (hər hansısa bir yaradıcı fərdin!) vətənpərvər olub-olmamasının (və ya necə vətənpərvər olmasının) onun ədəbi, kreativ təfəkkürü, yaradıcılıq manerası ilə heç bir əlaqəsi yoxdur... Vətənpərvərlik yaradıcı potensialın keyfiyyət ölçüsü deyil ki...
Fikirlərimi bir az da konkretləşdirim.
Məsələn, Bəxtiyar Vahabzadənin müəyyən dövrlərdə şəxs olaraq vətənpərvər olmasının, bir milli hərakatda müəyyən xidmətlər göstərməsinin və s... bu kimi onun adına bağlı (amma sənətə aid olmayan!) amillərin onun ortada olan ədəbi potensialına nə aidiyyatı? Niyə onun yaradıcılığının necəliyi qeyd etdiyim dəxlisiz amillərlə şərh olunmalıdır ki?.. Niyə məhz əksər dəyərləndirmələr o prizmadan aparılmalıdır? Məgər, bu hal sənət üçün yanlış deyilmi? Əlbəttə, yanlışdır.
Sənətin meyarları tamam bir ayrı spesifik amillərdi...
(Haşiyə: Hələ sənətkarlıq laboratoriyası vətənpərvərlik psixologiyasından daha üst qatda dayanır ki... Məhz sən bir yaradıcı şəxs olaraq idrakın və fövqəl enerjinin birgə vəhdəti ilə “yetişib” o qata (sənətkarlıq laboratoriyasına) çatmalısan. Bu da öz yerində.)
Sözə davam... Götürək, az öncə adını çəkdiyim Bəxtiyar Vahabzadənin yaradıcılığını. Adamın şair olaraq (bir daha təkrar edirəm, şair olaraq!) ədəbi potensialı, yazdıqlarının bədii tərkibi son dərəcədə məhdud, kütləvi olub... (Təbii ki, kütləvilik də ciddi ədəbiyyatdan tamam uzaqdır). Amma demək olar ki, əksəriyyət həmin o məhdudluğun, o kütləviliyin fərqində deyil... və ya fərqində olmaq istəmir. Ədəbi dəyərləndirmələr yuxarıda qeyd etdiyim dəxlisiz amillərlə aparılır.
Xalq şairi, istiqlalçı millət vəkili Sabir Rüstəmxanlı müəllifli olduğu "Vətəndaşlığın əlifbası" adlı verilişin budəfəki buraxılışnda milli ad və soyadlarımızdan bəhs edib. S.Rüstəmxanlının fikrincə, adlar insana verilən şəxsiyyət vəsiqəsidir. Həyat boyu pasportlar dəyişsə də, ata-ananın verdiyi ad, bu şəxsiyyət vəsiqəsi əbədidir. Millət vəkili deyir ki, ad insanın taleyində ciddi rol oynayır: "Bu həm də siyasi məsələsdir. Bu yaxınlarda İrana bir sərəncam verildi ki, uşaqlara ancaq fars adı verilsin. Yəni türk adı, digər xalqların adı verilməsin. Onda mən də bizim millətə müraciət etdim ki, biz dəfars adı qoymayaq, oz adımızı qoyaq. Bir halda ki dövlətlər buna bu qədər önəm verir, insanların ancaq hakim millətin adını daşımasını istəyir,Ş demək bu məsələ artıq siyasiləşib". Adın milli kimlik məsələsi olduğunu qeyd edən S.Rüstəmxanlı milli adların vətəndaşlar arasında qarşılıqlı inam və sevgini artırdığını da vurğulayıb: "Bizim tarix boyu çox gözəl adlarımız olub. Dədə Qorqudu xayırlayaq. O donəmdə insan müəyyən yaşa dolandan, qəhrəmanlıq göstərəndən sonra ona ad verilirdi. İndi bu, mümkün deyil. Uşaqlıqdan ad veririk. Bəzən görürsən ki, qorxaq bir adama qəhrəman adı veriblər. Əsl qəhrəmanlara isə görürsən ki, çox xırda adlar verilir. Bundan qaçmaq üçün şübhəsiz ki, bir prinsip olmalıdır". S.Rüstəmxanlı son statistikalara görə, Azərbaycanda ərəb, fars adlarına meylin artdığından narahatlığını da bildirib: ""Quran"dan çıxış edib övladlarına peyğəmbərimizin adını qoyurlar. Amma o qədər oğru Məhəmməd var ki... Bu adı doğrultmayan, bu ada layiq olmayan xeyli adamlar var. Əksinə müqəddəslərin adı daha az qoyulmalıdır. Bu adları yıpratmaq olmaz". Ətraflı videoda
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova olub.
O, atasının, babasının vaxtilə deportasiya olunduğu Dərələyəz mahalının Keşişkənd rayonunun Çivə kəndindən söhbət açıb. Qeyd edib ki, azərbaycanlıların yaşadığı bu kənd 1918-1920-ci illərdə erməni daşnaklarının silahlı hücumlarına məruz qalıb.
Tarixçi-alimin sözlərinə görə, həmin dövrdə Balo bəy Vəkilov silaha sarılaraq Abbasqulu bəy Şadlınskinin dəstəsində ermənilərə qarşı mərdliklə vuruşub, doğma kəndini, onun insanlarını qoruyub. Lakin 1948-1953-cü illərin deportasiyasında Qərbi Azərbaycanın bir çox yaşayış məntəqəsinin sakinləri kimi, Çivə kəndinin əhalisi də Azərbaycanın aran zonasına köçürülüb.
Bu məcburi köçürülmə prosesində insanların mülkiyyət, təhlükəsiz və rahat yaşamaq, həmçinin digər hüquqları kobud şəkildə pozulub. Bir çox soydaşımız müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Sağ qalanlar isə evlə təmin edilmədikləri üçün yeraltı qazmalarda, palçıqdan, qarğıdan tikilmiş daxmalarda yaşamağa məhkum olublar.
Müsahib vurğulayıb ki, SSRİ rəhbəri İosif Stalinin ölümündən sonra doğma el-obasına qayıdan soydaşlarımız XX əsrdə növbəti dəfə 1988-ci ildə deportasiyaya, fiziki-mənəvi işgəncələrə məruz qalıblar. Həm qaçqına, həm də məcburi köçkünə çevrilən Qərbi Azərbaycan sakinləri böyük faciələrlə üzləşiblər. Alimin fikrincə, Qərbi Azərbaycanda elə bir ailə yoxdur ki, erməni vəhşiliyinə məruz qalmasın.
L.Calalova deyib ki, tarixi torpaqlara qayıtmaq hər bir Qərbi azərbaycanlı üçün böyük arzudur. Onun sözlərinə görə, Qarabağ zəfərindən sonra bu arzuya çatmaq ümidi daha da artıb. Tarixçi-alim rəhbərlik etdiyi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaranmasından, fəaliyyətindən, görülən işlərdən də söhbət açıb. Deyib ki, bu Mərkəzdə qorunan hər bir eksponat tarixdir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev “Green Card” udub. Bu barədə aktyor özü məlumat verib.
“”Green Card” udsam da Amerikaya köçmək niyyətim yoxdur. Orada qızım və nəvələrim yaşayır. Bu kart vasitəsilə ABŞ-a rahat gediş gəliş imkanı əldə edə bilərdim. Lakin mənim ölkədən çıxışıma yasaq qoyulduğu üçün görünür bu imkandan istifadə edə bilməyəcəm. Artıq sənədləşmə müddətinin başa çatmasına çox az qalıb”,- deyə o bildirib.