Ardını oxu...
Deniz Gezmiş’in son arzusu neden bu konçertoyu dinlemek olmuştur
acaba? Şimdi siz çalınması çok zor olan bu muhteşem gitar
konçertosunu, dünyada tam anlamıyla yorumlayabilen tek üstat olan Paco
de Lucia’dan dinlerken, ben de anlatayım size neden…
Joaquin Rodrigo Virde 1901 yılında İspanya'da, Valencia - Segunto'da
doğar. Henüz üç yaşındayken difteriye yakalanır ve görme yetisini
kaybeder. Sekiz yaşında solfej, piyano ve keman eğitimine başlar.
Sonunda piyano virtüözü olur, birçok da klasik müzik eseri yazar ve
uluslararası ün kazanır. Ancak tüm dünya Rodrigo'yu, Concierto de
Aranjuez (Rodrigo'nun Gitar Konçertosu) adlı eseriyle tanır.
Rodrigo, 1933’te, üç yıldan beri birlikte olduğu, Kamhi ailesinin kızı
Türk piyanist Victoria Kamhi ile evlenir. Sonrasında Kamhi piyano
kariyerine son verip, gözleri görmeyen kocasının asistanlığını yapar
ve onun birçok dile çevrilmiş “De la mano de Joaquín Rodrigo: Historia
de nuestra vida (Joaquin Rodrigo'yla el ele: Maestro'nun yanında
hayatım) adlı biyografisini yazar.
1936 yılında İspanya'da Hitler ve Mussolini destekli, General Franco
komutasındaki askeri faşist güçler, seçimle işbaşına gelen
sosyalistlerin "Halk Cephesi" koalisyonuna karşı ayaklanır. Ve
İspanya, tüm dünyanın gözü önünde korkunç bir iç savaşa sürüklenir.
Avrupa ülkeleri Hitlerden çekindikleri için, halka karşı yapılan bu
kalkışmaya “İspanya'nın iç meselesi” diyerek sessiz kalırlar. Ancak
birçok ülkenin devrimcileri, sosyalistleri ve anti-faşistleri
“Enternasyonal Tugaylar” oluşturarak İspanya halkının yanında saf
tutarlar. Üç yıl süren İç Savaş, maalesef Halk Cephesi’nin
yenilgisiyle sonuçlanır ve İspanya'da Franco'nun -1975 yılında ölümüne
kadar kırk yıl sürecek olan- diktatörlük dönemi başlar.
Rodrigo'nun 1939 yılında, gözleri görmediğinden eşine bölümler halinde
yazdırdığı “Concierto de Aranjuez”, işte bu iç savaş ortamının
eseridir. Konçerto altı yüz bin kişinin öldüğü bu iç savaşı,
cephelerde faşizme karşı direnen devrimcilerin umutlu coşkusunu ve
sonrasında yönetimi ele geçiren diktatör Franco'nun kendi halkına
yaşattığı acıları ve yaptığı zulümleri anlatır.
Rodrigo 1999 yılında, karısı Kamhi’nin ölümünden iki yıl sonra, 98
yaşındayken vefat eder.
DENİZ’İN SON ARZUSU
İşte 68 kuşağının lideri Deniz Gezmiş, kırk beş yıl önce 6 Mayıs
1972'de gece yarısı idam sehpasına götürülmeden önce, son arzusu
olarak demli bir çay ve sigara eşliğinde Rodrigo'nun Gitar
Konçertosu'nu, bu nedenlerle dinlemek istemiştir. Konçerto bitip o
idam sehpasına doğru yürürken, Ulucanlar Cezaevi'ndeki tüm tutuklular
da ıslık ile konçertoyu yeniden çalar. O günden beri de gençliğin
dilinden hiç düşmez.

Bize bu konçertoyu ezberlettin ya Deniz, Can Yücel üstadımızın
deyişiyle“Acıyorsam sana anam avradım olsun, ama aşk olsun sana be
çocuk, aşk olsun!”
Haydi, rastgele tüm Rodrigo severlere!
Belgeselce
TEREF
 
 

 

Ardını oxu...
Aktyorların yaş həddinə görə teatrlardan uzaqlaşdırılması prosesi artıq bir müddətdir ki, davam edir. Bir çox teatrlarda buna önəm verilməsə də, bir neçə teatrda yazılmayan bu qanun icra edilir. Özü də teatr direktorları tərəfindən.. Sağlam sənətkar teatrdan çıxarılandan sonra xəstəliyə düçar olur. Bəs görəsən yaş həddi ilə bağlı Mədəniyyət Nazirliyi hansısa qərar qəbul edib? Həqiqətənmi qocaman aktyor səhnəyə lazım deyil?! Nəzərə alsaq ki, görkəmli sənətkarımız Ağasadıq Gəraybəyli gözləri görmədiyi halda səhnəyə çıxıb, tamaşa oynayıb.. Dünya teatrlarında da bu kimi halların şahidi olmuşuq.. Əlil arabasında sırf onun üçün yazılmış əsərlə tamaşaçılarını salamlayan sənətkarlardan da xəbərimiz var. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik.

Nazirlikdən Moderator.az-a bildirildi ki, bu teatr rəhbərlərinin şəxsi işidir.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti işçinin razılığı ilə işəgötürən tərəfindən uzadıla bilər” deyə bildirilib.

Demək ki, aktyorun teatrda qalması teatr direktorundan asılıdır. Yaşı 65-i keçən sənətkar ya gərək sənətində digər həmkarlarından fərqlənməlidir, ya da dilinin altına qənd qoyub teatr direktoru ilə münasibətini yaxşı etməlidir. Əks halda onu da digər aktyorların aqibəti gözləyir.

Qeyd edək ki, analoji hadisə daha çox Gənc Tamaşaçılar Teatrında yaşanır. Belə ki, bir müddət əvvəl saytımıza açıqlama verən xalq artisti Tariyel Qasımov və aktrisa Məsumə Babayeva teatrdan məcburi şəkildə çıxarıldıqlarını iddia etmişdilər. Teatrın direktoru Naidə İsmayılzadə isə saytımıza açıqlamasında “Məsumə Babayevaya ehtiyac olsaydı o teatrda olardı, evdə yox” deyərək həyatının yarısını teatra həsr edən sənətkara bu gün ehtiyac duyulmadığını bu sözləri ilə isbatlamışdı. O Məsumə Babayeva ki, uzun illər teatrın ağırlığını, bütün repertuarını çiyinlərində daşıyıb.

Xalq artisti Tariyel Qasımov Moderator.az-a açıqlamasında: “Teatrımızın xanım direktoru yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atıb. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm” deyə o bildirib.
Ümid edirik ki, teatr direktorları bu məsələdə ciddi düşünüb, götür-qoy edəcəklər. Axı sənətkar səhnədən yola salınmalıdır.
 
Ardını oxu...
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Qaraqoyunlu dərəsində heç vaxt erməni kəndi olmayıb" adlı veriliş Qaraqoyunlu dərəsinin, Çəmbərək rayonunun Çaykənd kənd sakini Əflatun Abdullayevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərindən söz açıb, kənddə nənəsinin yanında böyüdüyünü deyib: "Uşaqlığımız çox maraqlı keçirdi. Biz nənələrimizin, babalarımızın yanında çox mehriban, gözəl yaşayırdıq. Çaykənd əzəmətli kiçik Qafqaz sıra dağlarının arasında yerləşir. Tərsə çayı, Bəryabad çayı və Qəzənüçən çayının birləşməsinə görə adı Çaykənd adlandırılıb. Hər tərəf səfalı yerlər, gözəl bulaqlar, yaylaqlar idi".

Ə.Abdullayev ata-babaların, kənddə ağsaqqal kişilərin onlara danışdığı erməni vəhşiliklərindən söz açıb: "1988-ci ilə kimi Qaraqoyunlu dərəsi 1905, 1915, 1918 və 1948-1951-ci illərdə dörd dəfə deportasiyaya məruz qalıb. 1915-ci ildə Andranikin qoşunu Türkiyədən qaçandan sonra Dilcana gəlib. Dilcandan keçib Qaraqoyunlu dərəsinə hücum etmək istəyəndə Darlıq dərəsində kənd camaatı daşnakların qabağını kəsib geri qaytarıblar. O vaxt camaat Tovuz və Gədəbəyə köç edib. 1916-cı ildə yaz vaxtı geri qayıdanda görüblər ki, kəndlərə Türkiyədən gəlmə ermənilər yerləşdiriliblər. Camaat erməniləri kənddən qovub. Qaraqoyunlu dərəsində heç vaxt erməni kəndi olmayıb".

Onun sözlərinə görə, 1988-ci ildə ermənilər camaatı köhnə avtobuslara doldurub Qazax ilə sərhədə töküblər: "1988-ci il dekabrın 3-4-də Çaykənd camaatı kəndi məcburən tərk etdi. Evdən heç kim bir çöp də belə götürə bilmədi. Biz Şəmkir rayonunun Barun-Barsum, indiki Aşağı Çaykənd, Yuxarı Çaykəndə, oradan da Sumqayıt şəhərinə köçdük".

Çaykənd sakini yuxularında ancaq doğma yurdu gördüyünü, imkan olsa, kəndinə qanad açıb uçaraq getmək istədiyini vurğulayıb: "O səfalı yerlər yaddan çıxan deyil. Haçatəpə qəbiristanlığında atamın, nənəmin, babamın qəbrini ziyarət etmək istəyirəm. Qarabağa, Zəngəzura köç, böyük qayıdış başlayıb. O qayıdış bir gün bizə də qismət olacaq, buna inanıram. Qayıdanda ilk olaraq evimin qabağında düşüb, 36 ildir bizi gözləyən torpağımı öpəcəyəm".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 
 
 
Ardını oxu...
Azərbaycanda araşdırma ehtiyacını yox edən milli və kütləvi bir klişe var: "Çox dərinə getmə!" Xalqımız dərinlikdən qorxur, dərin adamlarını də buna görə uzaqdan sevir. Dibini görə bildiyi dayazlıqlarda özünü təhlükəsiz hiss edir.
Son üç gündə iştirak etdiyim Şuşada “Vaqif poeziya günləri”ndə bu mənzərənin bir daha şahidi oldum: Molla Pənah Vaqifin yaradıcılığına, şəxsiyyətinə daha dərindən vaqif olmamaq üçün ona səmədvurğuncasına yanaşmaq, yəni üzdən, səthi, araşdırmadan. Vaqifi qucaqlamaq üçün əsl həqiqəti ərazidən uzaqlaşdırıb, bəlağətə saqqal-bığ qoyaraq həqiqət kimi təqdim etmək. Rusların xoşuna gəlmək üçün Vaqifdən yaşca da, başca da böyük olan və ondan daha çox təmiz Azərbaycan türkcəsində yazan kasıb Molla Vəli Vidadini unudub, siyasi konyukturanın qoruduğu vəzir Vaqifin Vurğunu olmaq. Yəni dərinə getməmək!
Biz mədəniyyətin bərk halını sevirik.
Mədəniyyət bizə daş şəklində, metal şəklində, medal şəklində lazımdır.
Funksionallığını itirmiş mədəniyyətin heyranıyıq.
Tərpənən, işlək mədəniyyət bizi cin atına mindirir.
Bizi maraqlandıran mədəniyyətin praktik yox, romantik əhəmiyyətidir.
Ən yaxşı mütəfəkkirimiz ölü mütəfəkkirdir.
Ölülərin dalınca danışmağı qadağan edirik. Halbuki ölüləri mühakimə, müzakirə etmədən bir xalq öz tarixini, keçmişini obyektiv dəyərləndirə bilməz.
Ölülərin mühakiməsinə qoyduğumuz qadağa da dərinə getmək xofumuzdan qaynaqlanır.
Cəlil Məmmədquluzadə “Ölülər”ində xalqın öz ölülərinin dirilməsindən ehtiyat etməsini göstərməklə bunu demək istəyirdi: yer üzündə bir millət var, dərinə, “ölülər dünyasına” getməkdən qorxur. Çünki öldürüb basdırdığı əsl həqiqətlə üzləşmək istəmir.
“Vaqif poeziya günləri” özünün canladırılan mənzərəsiylə məni üç gün boyunca yaşadığımız müstəqillik illərindən alıb, müstəmləkəçilik illərinə apardı. Və bir daha inandım ki, müstəqil Azərbaycan müstəmləkə Azərbaycanı qarşısında mədəni bir suçluluq kompleksi keçirir. Sanki, müstəqil olduğu üçün peşman olub müstəmləkəçilikdən bağışlanmasını istəyir, üzrxahlıq edir.
Mədəniyyətimizi bu gün inkişafdan saxlayan da müstəmləkəçiliyə qarşı duyduğumuz bu üzrxahlıq ehtiyacıdır.
Azərbaycanın müstəqilliyi otuz ildir müstəmləkəçiliyin könlünü almaqla, azadlıq əldə etdiyi üçün ondan üzr istəməklə məşğuldur və müstəqilliyimiz, elə bil, müstəmləkəçiliyin onu bağışlamayacağından qorxur, ehiyat edir.
Müstəmləkəçiliyin mədəni hipnozundan ayıla bilmir cəmiyyət. Bu da onun özünün mədəni gerçəkliyini dəyərələndirə bilməməsinə yol açır. Bizi ilk daşı atmağa qoymayan səbəb günahımızın olması deyil, biz günaha batmamaq üçün ilk daşı atmaqdan qorxuruq.
Unuduruq ki, ilk günah ilk azad seçimdən doğulmuşdu. Cənnət alması ilk insanın azad seçimi idi.
Azadlığımız əsarətimizin qarşısında aşkar bir gözükölgəlilik hiss edir və bu boynubüküklük bütün dünyadan görünür.
Bütün dünyadan görünür ki, müstəmləkəçiliyimiz nə buyurursa, müstəqilliyimiz qaça-qaça onu edir. Müstəqilliyimiz müstəmləkəçiliyimizin bir sözünü iki eləmək cəsarətinə sahib deyil.
Bu gün Azərbaycanda “mədəniyyət” kəlməsi dilə gələn kimi müstəqilliyimiz qaçıb gizlənir, ya da özümüz onu gözə görünməsin deyə şifonerə soxub ağzını bağlayırıq. Ən yaxşı halda müstəqilliyimiz ortalıqda özünü müstəmləkəçiliyin kənizi, qulbeçəsi kimi aparır.
Müstəmləkəçilik bu gün müstəqil Azərbaycanda özünün ikonaları ilə təmsil olunur. Mədəniyyətimizin bütün sahələri bu ikonaların donuq simaları qarşısında oğlunu qurban kəsməyə hazır olan İbrahimin vəziyyətində dayanıb.
Azad Şuşa! Sənin qoynunda heç bir əsarətin izlərini bir daha görməmək ümidiylə xoşca qal!

Aqşin YENİSEY - Dia-az.İnfo
Ardını oxu...
"Sən Türk olduğunu unutsanda, düşmən heç zaman bunu unutmaz!"
Yunan şarkıcı Despina Vandi, İzmir Çeşme’de Türk Eğitim Vakfı'na (TEV) destek amacıyla planlanan konser iptal oldu. Despina Vandi’nin konsere çıkmamasına ilişkin muhtelif iddialar var. İddialardan ilki organizasyon şirketinin Atatürk ve Türk Bayrağı’nın yanına Yunanistan Bayrağı’nın da asılmasını istemesi. Bir diğer iddia isa Vandi’nin sahnedeki Türk Bayrağı’nın kaldırılmasını talep etmesi…

Çeşme’de Despina Vandi krizi: Ünlü Yunan şarkıcının konseri neden iptal oldu?
İzmir’in Çeşme ilçesinde Türk Eğitim Vakfı'na (TEV) amacıyla düzenlenmesi planlanan Despina Vandi konseri son anda iptal oldu.

Çeşme Belediye Başkanı Lal Denizli’nin açıklamasına göre; konserin iptal olma gerekçesi Vandi ekibinin sahnedeki Türk Bayrağı ve Atatürk posterlerinin indirilmesini istemesi...

Despina Vandi'nin sahneye çıkmama kararına tepki gösteren seyirciler, İzmir Marşı'nı söyledi.

Vandi'nin sahneye gelmemesi üzerine açıklama yapan Lal Denizli, Vandi'nin sahneye çıkmayı reddettiğini doğruladı ve seyircilere hitap etti.

Denizli, Despina Vandi'ye yönelik olarak “Bizim topraklarımızda, benim belediye başkanı olduğum bir kentte hiçbir güç ne bayrağımızı ne de Atatürk'ün posterini indirmeye yeltenemez, bunu aklından da geçiremez. Hanımefendi ivedilikle bu şehrin sınırlarını terk etsin” dedi.

Despina Vandi’nin Türk Bayrağı’nın ve Atatürk posterinin indirilmesini değil, sahneye dengeleleyici olması açısından bir Yunan Bayrağı asılmasını istediği de öne sürüldü.

 
Ardını oxu...
Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк”, “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən”, “Haqq Mövcud” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Qəndil”, “Çeşməк”, “İt оyunu” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqın maariflənməyinə çağırış edirdi. Ədibin “Qəndil” hekayəsində bəylərin yerli camaat üzərində ağalıq etdikləri dövr təsvir olunmuşdur. Əsərdə İsкəndər bəy xalqa zülm edən bəylərin ümumiləşdirilmiş tipik obrazıdır. Varlı təbəqəyə mənsub olan İsкəndər bəyin igidliкdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yоx idi. Atı, qaramalı saysız idi. Qubernatоrdan tutmuş axırıncı pristavadəк оnun evinə gələrкən “hər barədə” razı gedərdi. Heç kim İsкəndər bəyin əlindən höкumətə şiкayət etməyə cürət etməzdi. Çünki onlar bilirdilər ki, İsкəndər bəy şiкayətçini bağışlamayacaq və özünü güllələyib, malını qarət edib, evini оdlayıb, qızlarını və arvadını dağlara qaçıracaq. Xalqa zülm edən İsкəndər bəy dağlarda padşahlıq edirdi. Belə ki, üç yüz evdən ibarət оlan кəndin camaatı оnun əlində əsir idi. O, sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan tikilmiş ikimərtəbəli sarayı kimi evdə yaşayırdı. Əsərdə İsкəndər bəyin xalqa etdiyi zülmlər belə təsvir olunmuşdur. “Xalqın malının, canının, кülfətinin ixtiyarı özündə deyildi. İsкəndər bəydən biizn bir nəfər evlənə bilməzdi, bir nəfərin qızını ərə verməyə ixtiyarı yоx idi. Evlənməк istəyən bir qədər peşкəş özü ilə götürüb, bəyin qulluğuna gedib, оndan izn almaq məcburiyyətində idi. Bəy razı оlmasa, evlənməк mümкün deyildi. Əmrdən bоyun qaçıran özünü ölmüş bilməli idi. Кəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç кəs cürət edib кənara süd sata bilməzdi. Gərəк südünü aparıb bəyin pendir zavоduna, bəyin təyin etdiyi qiymətdə verəydi. Кənd əhalisindən bir nəfər кənara bir кasa süd satsaydı, yəqin bəy öz adamları ilə gəlib оnun qapısındaкı qaramalın hamısını güllə ilə qıracaqdı”. Əbdürrəhim bəy Haqverdiyev “Qəndil” hekayəsində İsкəndər bəyin ömür yolunu atalar sözü vasitəsilə şərh edir: “Hər yоxuşun bir enişi оlar”. Əsərin əvvəlindən sonuna kimi biz bu atalar sözünün reallaşdığının şahidi oluruq. Ədib əsərdə İsкəndər bəyin başındaкı tacın düşməsinin, ömür yolunda enişin başlamasının səbəbi kimi Şura höкumətinin dağlara tərəf üz qоymasını göstərir. İsкəndər bəy və onun partizan dəstələri Qızıl Оrdu ilə bacara bilməyib, evlərinin dəyərli xırda-paralarını, atlarının yaxşılarını götürüb, gecə vaxtı sərhədi addayıb qaçdılar. Ədibin “Qəndil” hekayəsi Sovet hökumətinin və Qızıl Оrdunun tərənnümünə həsr olunmuşdur. Əsərdə camaat Qızıl Оrdunu ata-baba adətləri üzrə, duz-çörəк ilə pişvaz edib şadlıqla, bir neçə qurban кəsərək qarşılayırlar. Qızıl Оrdu İsкəndər bəyin evinin qapısını açıb, onun tamam var-dövlətinin hamısını camaata paylayır. Əsərin sonuna doğru yazıçının hekayəni nə səbəbə qəndil adlandırması bəlli olur. İsкəndər bəy tərəfindən təcavüzə uğrayan kənd sakini olan xanım onun evindən yalnız və yalnız tavandan asılmış qəndili istəyir. Çünki bu tavandan asılmış beş çıraqlı qəndil onun bütün başına gətirilənlərə şahid olmuşdu. Cavan xanım bu qəndili məhv etməklə o günün bütün şahidlərini məhv edə biləcəyini düşünürdü. Ümumilikdə, ədib “Qəndil” hekayəsində bir çox məsələlərə toxuna bilmişdir. Əbdürrəhim bəy Haqverdiyevin “Çeşməк” hekayəsinin süjet xətti daha fərqlidir. Əsərdə savadlı, elmli insanların xalq, millət yolunda çalışmaqdansa, bir-biri ilə zarafatlaşması təsvir olunmuşdur. Vəkil olan Mahmud bəy əhli-кef və əhli-damaq bir şəxs idi. Onun mənzilində lətifələr danışıb gülməкdən başqa bir işi оlmazdı. Ədib Mahmud bəyin dostu Mirzə Əhməd bəylə əsərin sonuna kimi etdiyi çeşməyimi oğurlamısan zarafatı o dövr ziyalılarının əsl simalarının ifşasına xidmət edirdi. Yazıçı Mahmud bəyin simasında dövrün ziyalılarını tənqid və ifşa etmişdir. Ədibin digər bir hekayəsidə “Haqq Mövcud” əsəridir. Əsərdə dedi-qodu, söz-söhbət, şayiə pislənmişdir. Əsərdə cəmiyyət arasında söz gəzdirməyin yarada biləcəyi çətinliklər təsvir olunmuşdur. Yazıçının “Haqq Mövcud” əsərinin baş qəhrəmanı qara saçları çiyninə töкülmüş, başında qara кəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadəк saqqal, qara, böyüк sürməyi gözləri, bоynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi olan, heç кəslə danışmayan, heç кəsin sualına cavab verməyən, ancaq dediyi söz “Haqq Mövcud” olan bir şəxs idi. Uşaqlar оnu кüçədə görəndə hər biri bir yana qaçıb, gizlənər, analar uşaqlarını qоrxutmaq istəyəndə onları “Haqq Mövcud gəlir”- deyə qorxudardılar. Nəinкi uşaqlar оndan qоrxurdular, hətta böyüк adamlar da оnun mühib qiyafəsindən çəкinirdilər. Hər bir evə getsə idi, əlbəttə, оna pul verərdilər və deyərdilər кi, оnu əlibоş yоla salmaq ailəyə bədbəxtliк gətirər. Camaat arasında ona “Haqq mövcud!” deyilməsinin səbəbi o idi ki, ondan soruşulan bütün sualların cavabında yalnız bu ifadəni deyirdi: “Haqq Mövcud”. Yerli camaat onu qeyri-adi qüvvəyə sahib olan şəxs hesab edirdi. Belə ki, onu кəramət sahibi оlan şəxs, cadugər, кimyagər və s. hesab edirdilər. Ədib əsərdə şər, böhtan atmağı pisləyir. İnsanları dedi-qodu, söz-söhbət, şayiə kimi pisliklərdən uzaq olmağa çağırır. Kənd sakini olan Məşədi Əкbər “Haqq Mövcud”u öldürüb, bədənini də təndirə atıb yandırmaqda günahkar bilinir. Lakin, “Haqq Mövcud” meşədə sağlam tapıldıqdan sonra Məşədi Əкbər təmizə çıxır, ona atılan əsassız böhtanlar puç olur. Ədib “Haqq Mövcud” əsəri vasitəsilə dövrün həqiqətlərini ifşa edir. Əbdürrəhim bəy Haqverdiyevin “İt оyunu” hekayəsində höкumət adamlarının özbaşınalığı təsvir olunmuşdur. Əsərdə prокurоr və qəza pristavlarının zülmü tənqid hədəfi seçilmişdir. Ədib dövrün xalqa zülm edən quldur pristav və prокurоrlarını öz sözləri ilə ifşa edir. “Qılıncımın dalı da кəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim. Əvvələn, bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların кi, bellərindən bir gün dəyənəк əsкiк оldu, qudurub yоllarından çıxırlar. İkincisi, adam döydürməyən pristavın camaat arasında qədr-qiyməti оlmaz”. Ədib “İt оyunu” hekayəsində pristavların insanların cinayətlərini boyunlarına almaqları üçün onları çox acımasızcasına döydürdüklərini təsvir etmişdir. Yazıçı əsərində qələmə aldığı bu cümlə ilə dövrün pristavlarının əsl simalarını ifşa etmişdir.“Pristav оlub adam döydürməməкdənsə, gedib əкinçiliк eləməк yaxşıdır”. Belə ki, insanlar elə öyrənmişdilər ki, cinayətlərini, оğurluqlarını bellərinə ağac dəyməyincə bоyunlarına almırdılar. Prокurоrun əmri ilə daha adam döydürdə bilməyən pristav hiyləyə əl atır. Prокurоrun оv tulasını оğurlatdırıb gizlətdirir. Prокurоr bir gün, iki gün iti axtartdırır, lakin tapa bilmir. Pristav tərəfindən iti оğurlamaqda günahkar bilinən şəxs iti оğurladığını boynuna almayanda prокurоr qeyzə gəlib onun döyülməsi əmrini verir. “Belə, bas о кafir оğlu кafiri ağacın altına! О qədər vur, birqat qabığı getsin! Оnda bоynuna götürər”. Əbdürrəhim bəy Haqverdiyevin “İt оyunu” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist və yumоrist-satirik ədəbiyyatımızın inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır.
Atakişiyeva Həcər
TEREF

Ardını oxu...
"Zamanın nöqsanıdır. Əvvəl uşaqlar böyük-kiçik yeri bilirdi. İndiki zamanda bilmirəm, bu, qəddarlıqdır, ya nə, məktəblərdə xoşagəlməz hadisələr baş verir. Nəzarəti gücləndirmək lazımdır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Hacı İsmayılov "Otaq 9" layihəsində deyib. O, telefonların uşaqlarda aqressiya yaratdığını vurğulayıb:

"Telefonlarda, filmlərdə uşaqların qəddar olmasına gətirib çıxaran o qədər nüanslar var ki. Onlara baxırlar və təsir edir. Nəzarəti gücləndirmək lazımdır. Uşaqlarda təhsilə maraq oyatmaq lazımdır. Əvvəl gəzəndə görürdüm oturacaqda və ya metroda əyləşib kitab oxuyurlar. Amma indi görmürəm. Hamı oturub elə telefonla məşğul olur. Telefon aqressiya, xoşagəlməz hisslər yaradır. Uşağı indiki zamanda boş buraxsan, tez pozula bilər".

H.İsmayılov televiziyalarla bağlı iradlarını səsləndirib:

"Televiziya rəhbəri olsaydım, qoymazdım ki, efirə səviyyəsiz adamlar çıxsın. Əxlaqı olmayan adamın çıxıb orada əxlaq dərsi deməyi gülməlidir. Televiziyaya çıxan nə dediyini bilməlidir ki, ona tamaşaçılar baxır. Ağzına gələni deyə bilməzsən, bu, ayıb, mənəviyyatsızlıq, məsuliyyətsizlikdir. Hər halda çox çətin zamandır. Dövr çox dəyişib. Qlobal hadisələr o qədər güclü cərəyan edir ki, kimin haqlı, kimin haqsız olduğunu anlamaq çətindir".
 
Aktyor Hikmət Rəhimov rejissorluğunu etdiyi "Apatiya" filminin ikinci hissəsinin çəkilişlərində qalmaqal yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə ekran işində rol alan aktrisa Sanura Cəfərova sosial media hesabında yazıb. Sanura H.Rəhimovu onun və digər işçilərin qonorarını ödəməməkdə ittiham edib:

"Rejissor" Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni, 22 iyula qədər).

Əgər sənin "Apatiya 2" filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! vaxt getdi".
 
Ardını oxu...
Aktyor Tom Kruzun əlilliyi olan gənc müğənni ilə sıcaq münasibətlərini əks etdirən fotosu sosial şəbəkələrdə paylaşılıb.

Teleqraf.com xəbər verir ki, Londonda vertolyotla gəzinti zamanı aktyor və 25 yaşlı müğənninin birlikdə şəkil çəkdirib.

İnternet istifadəçiləri dərhal potensial cütlüyü müzakirə ediblər. Çoxları anadangəlmə sağ qolu olmayan xanımla Kruzun münasibətlərinin davamlı olacağına şübhə ilə yanaşıblar.

Sosial şəbəkələrdə ən çox rast gəlinən şərhlər isə belədir: “Mən onların arasında qığılcımlar görürəm. Ümid edirəm ki, biz onları bir yerdə görəcəyik”, “Tom Kruz Hollivudda əsl tapıntıdır. Təsəvvür edirəm, Leonardo Di Kaprio xanımını 25 yaşını tamaladığı və əlilliyi olduğu üçün helikopterindən necə atardı”, "Mən onların arasında nəsə olduğuna şübhə edirəm, məncə, Tom sadəcə bir centlmen kimi davranıb".

Xatırladaq ki, son vaxtlar 62 yaşlı Kruzun şəxsi həyatında aktivlik müşahidə olunur. Bir müddət əvvəl aktyor sevdiyi rus əsilli Elsina Xairovadan ayrılıb. Lakin onun mövcud ailəsi ilə münasibətləri heç də ürəkaçan deyil. Belə ki, aktyorun yeganə bioloji qızı Suri atası ilə bütün əlaqələrini kəsərək məşhur soyaddan imtina edib.
Ardını oxu...
 
Ardını oxu...
Arapların putlara, Perslerin ateşe taptıkları dönemden 800 sene önce, bir ve tek olan Tanrı’ya inanan Türk Hun Hükümdarları şu duayı okurlardı:
■“Ulu Tanrı. Her şeyi yaratan Tanrı. Yenilmez, yıkılmaz, ölmez, bitmez, yitmez, yok olmaz Tanrı. Suyu donduran, buzu eriten, buzdan su yürüten, sudan ırmak coşturan, ırmaktan göl dolduran, gölde balık gezdiren Tanrı.
■Kuru derelere pınar koşturan, ota ağaca can yürüten, ottan ağaçtan çiçek çıkartan, çiçeklerden oğul veren, arıya bal yaptıran Tanrı.
■Günümüzü aydınlatan, gecemizi yıldızlarla süsleyen Tanrı.
■Bize yeni bir yıl veren Tanrı. Bu yıl bize bol ver, bolluk ver! Otumuz otlağımız bol ver. Kulunlarımız kuzularımız bol ver.
■Yapağımız yünümüz, yağımız sütümüz, peynirimiz, kımızımız bol ver.
■Yağmurumuz suyumuz, Avlağımız avımız bol ver.
Urısı, kızı oğulumuz bol ver.
■Anamızı balamızı, oğulumuzu kızımızı, gencimizi yaşlımızı, bu Kara Yer üzerinde hepimizi kara çorlardan sakla, işizlikten bizi esirge Yüce Tanrı.
■Yayımız yaman, okumuz şaşmaz, kılıcımız keskin kıl. Yağının başını munsuz, bileklerimizi güçsüz, yüreklerimizi umutsuz koma.
■Bahar geçsin yaz gelsin, yaz geçip güz gelsin, güz buduna yeğni gelsin.
■Kuzumuz, kulunumuz, oğulumuz çok olsun.
■TÜRK çoğalsın Acun üzre bey olsun.
■Aç, çıplak kalmasın, acun düzen dirlik bulsun.
■Yer ve gök ülüşü için, atalarımız tini için sunduğumuz iduklarımızı una.
Yüce Tanrı.
■TÜRK Budun ilsiz kılma, TÜRK Budun başsız kılma,
■TÜRK Budun töresiz kılma, Hun Budun yüzün yere vurma, TÜRK Budun tutsak kılma, hatun olacak kızlarımızı kun, bey olacak oğullarımızı kul kılma. TÜRK budununu koru.”..
Kaynak : Ronald Cohn Jesse Russell, Tengriism, bookwika, VSD (1 Jan. 2012)
Agır Abi
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti