Ardını oxu...
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədrinin birinci müavini vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev tuturdu. O, bu vəzifəyə 2018-ci ilin noyabr ayında təyin edilmişdi.

Onu da qeyd edək ki, dövlət başçısı "Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamda dəyişiklik edilməsi ilə bağlı yeni sərəncam da imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada verilir:

Redaksiya heyətinin sədri

Əliyev İlham Heydər oğlu - Azərbaycan Respublikasının Prezidenti

Redaksiya heyəti sədrinin müavinləri:

Əli Zadə Akif Ağa Mehti oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru

Quliyev İbrahim Said oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

Rzayev Anar Rəsul oğlu - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru

Həbibbəyli İsa Əkbər oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti

Azərbaycan Milli Ensiklopediyasının məsul katibi

Nağıyev Tofiq Murtuza oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru

Redaksiya heyətinin üzvləri:

Abdullayev Kamal Mehdi oğlu - AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru

Abıyev Ağacan Qulam oğlu - texnika elmləri üzrə fəlsəfə doktoru, professor

Bədəlbəyli Fərhad Şəmsi oğlu - Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Bilalov Bilal Telman oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri

Budaqov Tahir Yaqub oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Cəfərov Nizami Qulu oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru

Cəlilov Namiq Sərdar oğlu - AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru

Eldarov Ömər Həsən oğlu - AMEA-nın həqiqi üzvü, Xalq rəssamı

Ələkbərov Urxan Kazım oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Əlquliyev Rasim Məhəmməd oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru

Əliyev Telman Abbas oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Əliyeva Fərəh Şirməmməd qızı - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Əli-zadə Firəngiz Əli Ağa qızı - AMEA-nın müxbir üzvü, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Fərzəliyev Vaqif Məcid oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru

Hacıyev İsmayıl Muxtar oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri

Həşimov Arif Məmməd oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru

Hüseynova İradə Məmməd qızı - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru

Xəlilov Fərhad Qurban oğlu - Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri

İsmayılov Amin İsmayıl oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri

Kərimli Teymur Həşim oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru

Qədirov Fəxrəddin Əbülfət oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru

Qəribov Adil Abdulxalıq oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Mahmudov Yaqub Mikayıl oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Mehdiyev Ramiz Ənvər oğlu - AMEA-nın həqiqi üzvü

Məhərrəmov Abel Məmmədəli oğlu - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri

Məmmədov Qərib Şamil oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Məmmədov Nazim Timur oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdiri

Muradov Şahbaz Musa oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri

Mustafayev Şahin Məcid oğlu - AMEA-nın həqiqi üzvü

Paşayev Arif Mir Cəlal oğlu - AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru

Rəsulov Əsgər Adil oğlu - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

Səmədzadə Ziyad Əliabbas oğlu - AMEA-nın həqiqi üzvü

Şükürov Kərim Kərəm oğlu - AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru

Vəlixanova Nailə Məmmədəli qızı - AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.
 
Ardını oxu...
“Tarzan” serialında eyniadlı rolu canlandıran amerikalı aktyor Ron Eli 87 yaşında vəfat edib.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölümünü qızı Kristen açıqlayıb.

Onun sözlərinə görə, atası sentyabrın 29-u öz evində, ailəsinin əhatəsində ölüb.

Qeyd edək ki, Ron Eli 1938-ci ildə Texasda anadan olub. O, 40-dan çox film və serialda rol alıb. Aktyor ona məşhurluq qazandıran “Tarzan” serialında bütün fəndləri özü yerinə yetirib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Vaxtımın çox hissəsini Şuşada keçirirəm. Şəhərə gələn qonaqların da sayı artır".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri ötən ay Şuşanın millət vəkili seçilmiş xalq artisti Polad Bülbüloğlu bildirib.

Millət vəkili qeyd edib ki, Şuşada təmir-bərpa, tikinti işləri davam edir, şəhər günü-gündən dəyişir.

Deputat həmçinin "Qələbə" marşı yazmağa hazırlaşdığını deyib.

O, azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Şuşada da abadlıq-quruculuq işlərinin sürətlə davam etdiriləcəyini bildirib.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Film və seriallarımızda etikadan kənar ifadələrin işlənməsi və hərəkətlərin edilməsi halları artıb. Bunlara ən çox da komediyalarda rast gəlinir. Filmlərdə belaltı zarafatlardan istifadə edərək izləyiciləri güldürməyə çalışırlar. Ancaq bu, çox vaxt uğurlu alınmır.

Bəs həm sinemalarda, həm də uşaqların izləyə biləcəyi televeziya kanallarında yayımlanan filmlərdə belə ifadələrdən niyə istifadə edilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan kinotənqidçi Sevda Sultanova bildirdi ki, söyüş güldürmək üçün istifadə olunursa, bu, qəbul edilən deyil və sənət meyarlarına ziddir:

"Dramaturgiya əgər imkan verirsə ki, bu vulqar söz, bu söyüş işlənməlidir və personajın xarakteri, düşdüyü situasiya imkan verirsə, hər hansı bir qeyri-etik sözü qəbul etmək olar. Əgər yox, o güldürmək üçün istifadə olunursa, bu qəbul edilən deyil və sənət meyarlarına ziddir. Başqa bir həqiqət də var ki, qeyri-normativ dialoqlara daha çox komediya filmlərində rast gəlmək mümkündür. Kommersiya filmlərində söyüşün istifadə edilməsi reytinqə hesablanır və əksər hallarda dramaturji vəzifə olmur".

Onun sözlərinə görə, dram kino, seriallarda isə duyğuya görə qeyri-etik sözlər bəzən yerinə düşə bilir:

"Şəraitə uyğun olaraq söyüş etiraz və ya mövcud vəziyyəti ifadə etmək üçün vasitə ola bilər. Məsələn, kriminalistlərdən bəhs edən bir hekayədə söyüşün olmaması qeyri-təbii görünərdi. Burda əsas ssenari müəllifinin, rejissorun söyüşə bəraət qazandıra və onu əsaslandıra bilməsidir".

Azərbaycan kino aktyoru və rejissoru Elxan Cəfərov isə qeyd etdi ki, belə hallar kino camiəsində yaranan boşluqlardan irəli gəlir.

"Yerli kinolarda problemlər çoxdur. Bunu ancaq söyüşlərlə kifayətləndirmək olmaz. Qeyri-etik ifadələr bu problemlərin ən kiçiklərindəndir. Onları filmlərdən yığışdırmaq ən asan məsələlərdəndir. Kino dünyamızın yaxşılaşması üçün "Kino haqqında qanun"un yaranması ən yaxşı həll yollarındandır".
 

Ardını oxu...
Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib. Bu barədə o modern.az-a məlumat verib. Xalq artisti sosial şəbəkələrdə ona qarşı məqsədli qara piar kampaniyası aparıldığını və bununla bağlı Kibercinayətkarlıqla Mübarizə İdarəsinə və digər dövlət orqanlarına müraciət etdiyini deyib.

"Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər" - deyə Mənsum İbrahimov vurğulayıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvələrində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb.

Ardını oxu...
 

FOTOVİDEO

Ardını oxu...
 

Beynəlxalq Muğam Mərkəzində Türk Ağsaqqallar İctimai Birliyinin (TAİB) Mədəniyyət Komitəsinin sədri, görkəmli sənətkar Aybeniz Haşımova və Sənət Akademiyasının tələbələrinin konserti keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına həsr edilən konserti Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri müşayiət edib.

Bədii rəhbər və dirijor Azərbaycan və beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçən gecə yüksək səviyyədə, tamaşaçıların alqış sədaları altında səhnəyə çıxan uşaq və yeniyetmələrin heyranedici ifaları yaddaqalan olub. Sənət Akademiyasının tələbələri böyük sənətkar Aybəniz Haşımovadan əxz etdikləri sənətin incəliklərini yüksək səviyyədə təqdim ediblər, bir çox hallarda tamaşaçıları təəccübləndirməyi bacarıblar. Əməkdar artist Aybəniz Haşımovanın ecazkar ifaları, tələbələri ilə səhnəni paylaşması, korifey sənətkarların, bəstəkarların əsərlərini təqdim etməsi, “Azərbaycan” mahnısını onu ayaq üstə alqışlayan tamaşaçılarla birgə ifa etməsi yaddaqalan olub. Retro mahnıları yüksək səviyyədə ifa edən, hətta aktyorluq məharətləri ilə də heyrətləndirən tələbələr Azərbaycanın ifaçılıq sənətinə yeni səslərin gəldiyinə, səhnəmizin yeni rəşidlərinin, şövkətlərinin doğulduğuna inam yaradır.

Ardını oxu...

Musavat.com-un əməkdaşı bildirir ki, konsert gecəsində iştirak edən tamaşaçılar arasında Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov da olub. Gecədə aparıcılığı da öz üzərinə götürərək, məclisi yüksək səviyyədə idarə edən Əməkdar artist bir neçə dəfə tarixə ekskurs edərək onun səsini mərhum prezident Heydər Əliyevin, həmçinin Həsən Həsənovun şəxsən dinlədiklərini, bəyəndiklərini və bu hadisələrin onun sənət aləmində mühüm rol oynadığını söyləyib. Konsertdən sonra Aybəniz xanımla Həsən Həsənovun, onları əhatəyə almış insanıarın əhatəsində səmimi söhbəti, sənətkarın diplomata minnətdarlığını bir daha dilə gətirməsi ilə bağlı kadrları təqdim edirik:

ELŞAD,
Musavat.com

 

 
 
 
 
 

 

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Yəqin bu başlıq bir çoxlarına mərhum şairimiz Qabilin məşhur “Səhv düşəndə yerimiz” şerini
xatırladacaq. Fərq bundadır ki, orda məkan, burda məfhum yerdəyişməsindən söhbət gedir.
Başqa sözlə desək, biz son zamanlar geniş yayılmış leksik norma pozuntularını hədəfə almışıq.
Müşahidələrimiz göstərir ki, belə leksik xətalara ən çox yalançı bəstəkarlar və kəmsavad
müğənnilər yol verir, sosial şəbəkələr və televiziya kanalları isə həvəslə onların qulluğunda
durur, ildırım sürətilə yayılmalarına şərait yaradır. Ənənəvi türk və fars ritmləri üzərində
aranjiman edilən musiqi parçaları nəinki məişət üslubunda, hətta küçə dilindən də betər tərzdə
ifa olunur. Bədii ədəbiyyatın, poeziyanın mahnı janrındakı rolundan, ümumiyyətlə, lirik növün
bədii-estetik tələblərindən xəbərsiz olan belə müğənnilər o tamaşaçıların və ya dinləyicilərin
zövqünü korlayır ki, onların sayı bu bayağılaşmaya laqeyd qalanların sayından, təəssüf ki,
qat-qat azdır.
Məsələn, illər öncə ifalarını həvəslə dinlədiyim Brilliant Dadaşova niyə birdən-birə gözümdən
düşdü, bilirsiz? “Maç-maç, quc-quc” dediyi həmin o meşşan əhval-ruhiyyəsi yaradan düşkün, şit
və bayağı mahnısına görə (təbii ki, əgər buna mahnı demək olarsa). Heç bilməzdim istedadlı
şairlərin sözlərinə peşəkar bəstəkarların mahnıları sayəsində qazanılan populyarlıqla
qudurğanlıq, təkəbbür və lovğalıq arasındakı məsafə bu qədər yaxın olarmış. O vaxt heç kim bu
nazlı xanımdan soruşmadı ki, görəsən, o, daşa-divarlara niyə sarılıb? Kimə yalvarır və niyə
yalvarır? Bəlkə, körpə üçün darıxıb onu oxşayan, nazlayan ana, bacı, bibi, xala hansısa mistik
qüvvənin təsiri altında bunu edir? Amma yox, bu nazlama heç də körpəyə yox, qarşısında
yarıçılpaq oynadığı türk iş adamına aid imiş. İstər-istəməz düşünürsən, xalqın artisti adını almış
bir qadın yad ölkədə, olsun ki, qardaş ölkədə necə bu qədər alçala bilər?
Yaxud, götürək müğənni Əlikram Bayramovu. Hərdən mənə elə gəlir ki, onun ən ulu babası
Dədə Qorqud olub. İntəhası, o kişi sonradan açıq etiraf etdi ki, dörd əşyanın adını düz
qoymayıb: gəlinə ayıran, ayrana doyuran, iynəyə tikən, tikana isə sökən deməli imiş. Amma bu
babasına çəkməyib, yəni kişi kimi boynuna almaq istəmir ki, uşaqlıqda məktəbə cırıq ayaqqabı
və yırtıq şalvarla yox, yırtıq ayaqqabı və cırıq şalvarla gedib.
Pardon, deyəsən, mən də səhv saldım. Bu kişi əsrin gözəlini görəndə ürəyi çırpınmaq əvəzinə
gözləri çırpınırmış… Heç cür anlaya bilmədim ki, çırpınan gözlər necə olur. Hətta saatlarla
güzgü qabağında məşq elədim, yenə alınmadı.
Çaşmaq dedim, yadıma bir əhvalat düşdü. Bir dəfə zavodda yenicə işə düzəlmiş bir nəfərə bir
cüt əlcək, bir çemodan və bir tay şüşə verib deyirlər ki, bunları apar qonşu sexə. Adam da
işgüzarcasına “baş üstə” deyib şeyləri götürüb gedir. Sexə çatanda fəhlələr gülüşməyə başlayır.
Sən demə, adam gözünə döndüyüm əlcək taxdığı əllə çemodanı, yalın əllə isə şüşəni
götürübmüş.
Əslində, əşyaların yerini səhv salmağın elə də qorxusu yoxdur, uzaqbaşı yerlərini dəyişirsən
düzəlir. Bəs sözlərin yerini səhv salan, rabitəsiz və məntiqsiz ifadələrlə eybəcər mahnı mətnləri
yazan adamların səhvlərini kim düzəldər?
Alim HÜSEYNOV
AJB-nin üzv
 
Ardını oxu...
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.
Ətraflı

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Qeyd edək ki, Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.
 
Ardını oxu...
Bu həftə "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı sabiq Təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanov olub.

Veriliş zamanı kövrək anlar yaşanıb. Belə ki, sabiq nazir anasının vəfat etdiyi zamanı xatırlayıb, onu görməyə getmədiyi üçün peşmanlığını dilə gətirib və kövrələrək göz yaşlarına hakim ola bilməyib.

Ətraflı RTV-də izləyə bilərsiniz:


 
Ardını oxu...
"Şuşa Dövlət Musiqili Dram Teatrı üçün yeni bina tikiləcək".

"DogruXeber.az" bildirir ki, bu barədə Qaynarinfo-ya sözügedən teatrın direktoru Yadigar Muradov məlumat verib.

Direktorun sözlərinə görə, hələlik kollektiv Xankəndində fəaliyyət göstərəcək:

"Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova dedim ki, Xankəndində ermənilərin teatr binası var, onu bizə verin, gedək orada işləyək. Aydın müəllim bu təklifimi bəyəndi, dedi ki, bunu müzakirə edək, sonra sizə cavab verək. Bu yaxınlarda Şuşada tədbir var idi. Mədəniyyət naziri Adil Kərimli Vaqifin məqbərəsinin qarşısında dedi ki, təklifiniz Prezidentin yanında müzakirə olunub və Xankəndindəki teatr müvəqqəti olaraq Şuşa teatrına veriləcək".

Yadigar Muradov Xankəndindəki teatrın qısa zamanda təmir olunacağını vurğulayıb.

Bəs teatrın adında dəyişiklik olacaqmı? Direktor buna inanmadığını bildirib:

"Ola bilər ki, Xankəndində fəaliyyət göstərdiyindən teatrın adı müvəqqəti Şuşa-Xankəndi Dövlət Musiqili Dram Teatrı kimi deyişdirilsin".

Dünyapress TV

Xəbər lenti