Ardını oxu...

Stiven Spilberqin yeni filmi 2026-cı il mayın 15-də tamaşaçılara təqdim olunacaq.

Film məşhur ABŞ kinorejissorunun təsis etdiyi "Amblin Entertainment" studiyası tərəfindən hazırlanır.

Filmin adı hələ açıqlanmayıb, lakin onun orijinal ssenari əsasında blokbaster olacağı məlumdur.

Ssenarini daha əvvəl Spilberqlə "Yura dövrü parkı" və "İndiana Cons" və "İndiana Cons və Kristal kəllə krallığı" filmlərində əməkdaşlıq etmiş Devid Kepp yazır. Bu filmlər birlikdə dünya üzrə 3 milyard dollardan çox gəlir gətirib.

Bundan əvvəl qeyd olunmuşdu ki, 77 yaşlı Spilberq UNO ilə bağlı hekayə üzərində işləyir.

Xatırladaq ki, rejissorun son filmi olan "Fabelmanlar" avtobioqrafik dramı 2022-ci ilin sentyabrında ekranlara çıxıb.

 

Gundemxeber.az

Ardını oxu...
Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Telli Pənah qızı Əliyeva Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi, şairə, publisist Telli Pənahqızının sabah 70 yaşı tamam olur.
 
Ardını oxu...
Türk tarixçi Ümit Doğanın qələmə aldığı “Mövlana Həqiqəti, Mövlananın Bilinməyən Yönləri və Sarsıdıcı Faktlar” adlı kitabda yer alan iddialar müzakirələrə səbəb olub.

"DogruXeber.az" xəbər verir ki, kitabda Hz. Mövlananın monqollarla münasibətləri və onunla Ahi Evran arasındakı münaqişənin pərdəarxası məqamları qeyd olunub.

Ümit Doğan böyük ictimai müzakirəyə səbəb olacağı gözlənilən kitabla bağlı türk mətbuatına açıqlama verib: "Hz. Mövlana ilə türkmənlərin monqollara qarşı müqavimətinin simvoluna çevrilən Ahi Evran arasında düşmənçilik var idi. Üstəlik, bizi güldürən, düşündürən zarafatları ilə hamının sevimlisinə çevrilən Ahi Evran əslində Nəsrəddin Xocanın özü idi”.

Tarixçinin sözlərinə görə, insanlara Mövlananın sözləriymiş kimi öyrədilən kəlamların demək olar ki, heç biri Mövlanaya aid deyil: “Hətta Mövlananın ümumbəşəri tolerantlıq mesajı kimi bildiyimiz məşhur “Nə olursan ol, yenə gəl” sözü də Mövlanadan əsrlər əvvəl yaşamış başqa bir sufinin sözləridir”.
Ardını oxu...
77 yaşlı Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavin evliliklərinin 27-ci ildönümünü qeyd ediblər.

Nadir fotonu aktyor sosial şəbəkə hesabında paylaşıb.

Rokki Balboa obrazını canlandıran aktyor fotoya "Həyatımın eşqi ilə 27 il" şərhini yazıb.
Ardını oxu...
Pərəstişkarları cütlüyü səmimi qəlbdən təbrik edib və bir neçə il əvvəl boşanma ərəfəsində evliliklərini xilas edə bildikləri üçün şad olduqlarını bildiriblər.

Xatırladaq ki, Stallone ilə Flavin arasında 22 yaş fərqi var.

Mənbə: peopletalk.ru
 
Ardını oxu...
Bolşoy Teatrında tamaşa zamanı yalançı həyəcan təbili çalıb.

Bu barədə “RIA Novosti!” məlumat yayıb.

“Moskvada “Bolşoy Teatr”da tamaşa zamanı yalançı həyəcan təbili çalıb. 1000-ə yaxın insan sərbəst şəkildə binanı tərk edib”, - məlumatda deyilir.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir./Apa/
Ardını oxu...
Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib.

Uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra sinif otaqlarının boşaldılması haqqında qətnamə qəbul olunub və hazırda qərar icra olunur.

Bu, tədris ilinin yekunu ilə bağlı imtahanlara hazırlaşan şagird, müəllim heyətinin narazılığına səbəb olub.

Məlumata görə, məktəb binasına bitişik ərazi Yaqut Tofiq qızı Məmmədova tərəfindən alınıb. Və iddia əsasında məktəb binasının boşaldılması barədə qərar çıxarılıb. Otaqlardan çıxarılan invertar məktəbin əsas binasına toplanıb, lakin daha sonra iddiaçının nümayəndəsi əsas binanın da onlara məxsus olduğunu və buranı da boşaltmağı tələb edib.

Musiqi məktəbində yaranmış vəziyyət valideynləri də narahat edib. Onlar məktəbin fəaliyyətini dayandırmasını və ya başqa yerə köçürülməsini istəmirlər.

Məsələyə münasibət bildirən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov deyib ki, onlar məktəbin bir hissəsinin icarə haqqı ödənilməsi şərti ilə cari tədris ilinin sonunadək istifadə olunmasını təklif etsələr də, qarşı tərəf bu təklifi qəbul etməyib. Ona görə də, məhkəmənin qərarının icra etmək məcburiyyəti yaranıb.

İdarə rəisinin sözlərinə görə, qısa müddətdə məktəbin balansında olan musiqi alətləri və digər əşyalar yaxınlıqda olan başqa bir binaya köçürüləcək: “Məktəbin fəaliyyətinin dayandırması məsələsi ümumiyyətlə, gündəmdə deyil".

Qeyd edək ki, məktəbin binası ötən əsrin əvvəllərində tikilib. Musiqi məktəbi həmin binada 50-ci illərdən fəaliyyət göstərir. Köhnə sənədlərə əsasən musiqi məktəbinin binasına bitişik tikilinin də mədəniyyət şöbəsinin balansına verilməsi qərara alınsa da, qərar təsdiqini tapmayıb.
 
 
 
Ardını oxu...
Hollivud aktyoru Ben Affleklə amerikalı müğənni Cennifer Lopez boşanırlar.

Azpost.info bildirir ki, bu barədə “InTouch” insayderə istinadən məlumat yayıb.

Çox güman ki, Afflek və Lopes toydan sonra birlikdə aldıqları evi satışa çıxaracaqlar. Nəşrin məlumatına görə, sənətçi artıq penthausdan köçüb. Qeyd olunur ki, cütlük boşanma prosesinə hazırlaşmağa başlayıb. İnsayderin sözlərinə görə, Afflek indi işinə diqqət yetirir, həmçinin keçmiş həyat yoldaşı, aktrisa Cennifer Qarnerlə birlikdə üç övladını böyüdür.
“Onlar heç vaxt bir-birlərini sevməkdən əl çəkməyəcəklər. Amma Cenifer onu idarə edə bilmir və Afflek isə ona xəyanət etmək istəmir. Bunun davam etməsi mümkün deyil”, – mənbə vurğulayıb.

Ben Afflek və Cennifer Lopez 2022-ci ilin yayında Nevada ştatının Klark qraflığında evləndilər. Sənətçilər 18 il əvvəl nişanlanıblar, lakin toydan əvvəl münasibətlərini kəsiblər.

2021-ci ilin iyul ayında Lopez Afflek ilə yenidən münasibətdə olduğunu açıqlayıb.
 
Ardını oxu...
“Kurtlar vadisi pusu” serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib.

"DogruXeber.az" xəbər verir ki, “Günaylı gün” verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:

"Mən hazırda Rumıniyada yaşayıram. Açığı deyim ki, mənim təsvir etdiyim Azərbyacan tam başqa cür idi. Ölkənizin bu qədər inkişaf etdiyini düşünmürdüm. Cənab Prezident İlham Əliyevə səslənirəm, mənə vətəndaşlıq verin. Burada yaşayaram. Bu qədər mükəmməl şəhər görməmişəm. Çox gözəl şəhərdir".

Qeyd edək ki, Orhan aydın serialda "Kənan Yarbay" obrazını canlandırıb.

Ardını oxu...
“Doğum günümdə, anadan olduğum gündə Şuşada “Xarıbülbül” festivalı keçirilirdi. Sübh tezdən oyanıb Gövhər Ağa məscidində namaz qıldım. 69 yaşım tamam oldu. Mən hələ belə xoşbəx olmamışdım. Hələ heç kim indiyə qədər mənə belə gözəl hədiyyə verməmişdi. Mənə şəhərimi qaytardılar. Şuşamı qaytardılar. Artıq 4 ildir ki, gəlib Şuşada namaz qılıram. Şuşada böyük yenidənqurma işləri gedir. Gecə-gündüz işləyirlər. Ali Baş Komandan, cənab prezident İlham Əliyev başda olmaqla bütün əsgərlərimizə can sağlığı, qazilərimizə şəfa, şəhidlərimizə isə rəhmət diləyirəm”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib. O daha sonra yeni filmlərdə çəkildiyini bildirib.
“Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən filmdə rol almışam. Hazırda da iki filmə dəvət gəlib. Görək nə olur?! Əsas işləməkdir də. Mənim yaşım artıq elədir ki, ata rollarını oynaya bilərəm. Hətta Aqil Abbas Qarabağ haqqında bir əsər yazıb. Orada baş qəhrəmanın atası rolunu da mən oynayacam. Mən rol seçmirəm, nə versələr oynayıram. Dünən mən çox xırda bir epizodda çəkildim. İmtina edəndə mənə düşmür. Sonra pauzalar çoxalır. Ona görə də hara gəldisə gedirəm” deyə sənətkar bildirib.
Xalq artisti çəkildiyi “Alatava” serialından da danışıb.
“ “Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm. Amma gənclərin sırasındayam, onlarla bir yerdə söyülürəm. Qocalar cəbhəsi məni cavanlar cəbhəsində söyür. Kim qələbə çaldı? Əlbəttə ki, gənclər! Bu filmdə London küçələrində olan avaraların həyatına bənzəyən axın var. Onlar da istədilər ki, söyüşlü bir şey çəksinlər. Cavanların arasında o söyüşləri mən də söymüşəm. Qocalar bizi söyür. Qoy söysünlər, biz cavab verməyəcəyik. Çünki biz cavanlar və bizim cavanların sırasında mən varam. Onların heç biri cavab verməyəcək. Çünki onların da komandanı mənəm. Böyük deyə bilər, o nə deyirsə düz deyir, amma biz də öz işimizdəyik. Bir gün cavanların sırasında onlarla birgə nəfəs almaq, 100 ilin qocasından daha yaxşıdır” deyə xalq artisti bildirib.
 

Ardını oxu...
“Təbrikiniz və diqqətiniz üçün çox sağ olun. Bu gün səksən yaşım tamam olur. Orxan Fikrətoğlu da zəng vurmuşdu və bildirdi ki, mənim məsələmə görə onu Mədəniyyət Nazirliyinə çağırıblar. Biz bir neçə dəfə mədəniyyət naziri Adil Kərimli ilə görüşmüşük və mənə çox diqqət göstərib”.

Bunu Bakupost.az-a açıqlamasında Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov deyib.

O qeyd edib ki, kino adı ilə, yalandan hökumət tədbiri adı ilə gözə girənlərin heç birinin xalq və dövlətə aidiyyəti yoxdur:

“Yaltaq, məddah qrupudurlar. Adil müəllimə demişəm ki, özünü bu məddahlardan qoru. Əlisəttar Atakişiyevdən, Cəfər Cabbarlıdan üzü bəri baxın, görün, onların hansı birinin avtobioqrafiyası mənim avtobioqrafiyam qədər zəngindir, mənim qədər iş görüblər və onda mənə deyin ki, danışma. Amma bu nə yanaşmadır, münasibətdir, bilmirəm”.
Əbdül Mahmudbəyov bu yaşa qədər həyatda hədər yaşamadığını bildirib:

“Hər şey insanın öz ruhu, işi ilə və bir də ki, ailəsi ilə bağlıdır. Allaha şükür, qohum-əqrəba, balalar hamısı öz yerində, ailədə heç bir söz-söhbət yoxdur, nazımı çəkirlər. Ona görə Allahdan razıyam. Çox yaxşı bir ailədə dünyaya gəlmişəm və bu da Allahın yazısıdır. Özüm də həmişə çalışmışam ki, ailəmin adına, şanına-şöhrətinə xələl gətirməyim. Allah mənə səksən il ömür və hər şey verib”.

Dünyapress TV

Xəbər lenti