Ardını oxu...
Xalq artisti Afaq Bəşirqızı səhhətindən gileylənib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətkar “Elgizlə izlə” ictimai-sosial verilişinə müsahibəsində danışıb.

Aktrisa bildirib ki, səhhəti ilə əlaqədar o səhnədən uzaqlaşmaq istəyibmiş:

“Bədənimdə saysız-hesabsız əməliyyatlar, xəstəliklər var. Bilirəm ki, artıq mənim 18 yaşım yoxdur. Amma bu reabilitasiya mərkəzinə gəlməyim mənim son ümidimdir. Bu yaxınlarda mən tamaşa oynadım. Tamaşadan sonra həmkarlarıma söylədim ki, mən səhnədən ayrılmaq istəyirəm. Artıq getməyimin vaxtıdır, amma ayrıla bilmirəm. Xasiyyətimə bələd bir insanam. Əgər mən həqiqətən də səhnədən uzaqlaşsam, özümə qapılacağam. Heç mənim yerimi və məkanımı da bilməyəcəklər. Lakin mən səhnədə qalmaq istəyirəm. Səhnədə qalmaq üçün isə mən müalicələrimə başlayacağam”.

Qeyd edək ki, A.Bəşirqızı uzun illərdir ki, xərçəng xəstəliyi ilə mübarizə aparır.

 
Ardını oxu...
Rusiyanın “Birinci Kanalı”nın Ermənistanda yayımının bərpa olunması üçün şərt açıqlanıb.
Bu barədə Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

“Borc ödənildikdən dərhal sonra “Birinci Kanal” açılacaq”, – erməni nazir media yayımının bərpası üçün şərt kimi deyib.
Qeyd edək ki, ötən gün Ermənistanda “Birinci Kanal”ın yayımı dayandırılıb. Ayrapetyanın sözlərinə görə, televiziya şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyib və 2,5 aydır ki, telekanalın borcları yığılıb.
RİA Novosti
 
 
 
Ardını oxu...
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarını sovet Azərbaycanı filmlərində dövrün tələbinə uyğun olaraq mənfi qəhrəman kimi göstəriblər. Lakin ssenarist və rejissorlarımız sətiraltı da olsa, onların müsbət tərəflərini, tarixi şəxsiyyət kimi çəkilərini göstərə biliblər.

Səməd Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmində ilk dəfə Cümhuriyyət dövrü geniş şəkildə göstərilir. Biz bu ekran əsərində Cümhuriyyətin parlament iclasını, üçrəngli bayrağımızı, milli ordumuzun əsgərlərini və İsmayıl Osmanlının canlandırdığı Xosrov bəy Sultanovun obrazını görə bilərik. Bu obraz Azərbaycan kinosunda Cümhuriyyət nümayəndələrinin ilk obrazı idi.

1966-cı ildə rejissor Əjdər İbrahimovun çəkdiyi "İyirmialtılar" bədii filmində hadisələr 1918-ci ildə baş verir. Film 26 Bakı komissarının fəaliyyətini əks etdirsə də, filmə diqqətlə baxan tamaşaçı Nuru Paşanın, Hacı Zeynalabdin Tağıyevin obrazlarını görə bilər. Filmdəki Şahbazov obrazı Tağıyevin prototipidir. Bakıya gələn türk komandanı isə Nuru Paşanın filmdəki görüntüsüdür. Real həyatda da filmdə olduğu kimi Nuru Paşa Tağıyevlə görüşür və onun evində qonaq qalır.

Ekran əsərində Azərbaycan Demokratik Respublikasının adı çəkilməsə də, milli hökumətin partiyaları və liderləri sosialist təşkilatların qatı düşməni kimi nümayiş etdirilir. Eyni zamanda "İyirmialtılar" filmi ilk ekran əsərimizdir ki, filmdə Mart soyqırımı hadisələrindən bəhs olunur. Hətta səhnədə tam olmasa da, Azərbaycan himninin melodiyasını eşidirik.

Rasim Ocaqovun 1974-cü ildə lentə aldığı "Qatır Məmməd" filmində "Müsavat", "müsavatçılar", "general Xoyski" ifadələrini eşidirik. Konkret ADR-in adı çəkilməsə də, Gəncə quberniyasında bu hökumətin nüfuz sahibi olduğunu görürük. Cümhuriyyətə qarşı vuruşan Qatır Məmməd qəhrəman kimi göstərilir. Filmdə Fətəli xan Xoyski obrazını İsmayıl Dağıstanlı yaradıb. Xan Xoyskidən başqa Rasim Balayevin oynadığı Cümhuriyyət zabiti Əziz və Cümhuriyyətin səhiyyə naziri, sonralar Gəncə qubernatoru olan Xudadat bəy Rəfibəyli əsas mənfi rollar kimi göstərilir. Bolşeviklərin nümayəndəsi Qatır Məmməd isə əfsanələşdirilir. Bu ekran əsərində mənfi planda təqdim olunan milli hökumət nümayəndələri əslində Azərbaycan istiqlalının əsl mücahidləri idi.

Sovet Azərbaycanı filmləri arasında Cümhuriyyət dövrünü ən detallı şəkildə göstərən film "İşarəni dənizdən gözləyin" filmidir. Bu ekran əsərində ADR donanmasını, Əksinqilabla Mübarizə Təşkilatını, Məhəmməd Əmin Rəsulzadənin xüsusi qiymətləndirdiyi şair Məhəmməd Hadini, Cümhuriyyətin sonuncu iclasını görmək mümkündür.

 
Ardını oxu...
Qədim yunan riyaziyyatçısı İskəndəriyyəli Diofant (Diophantus, 201-285) eramızın III əsrində "Arifmetika" adlı silisilə kitablar yazdı.
Orijinal 13 kitabdan günümüzə yalnız bəziləri gəlib çatmışdır.
Ancaq onlar belə Ferma kimi riyaziyyatçılara dərindən təsir etmişlər.
İbrahim Nəbioğlu
TEREF
 
 
 
Ardını oxu...
Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

Oxu.Az xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişinliyinin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Uzun bir dövr Azərbaycan Çar Rusiyasının müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.

AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və respublika süqut edib.

Müstəqillik Günü Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, mayın 28-i qeyri-iş günü elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

AXC dövründə qaldırılan üçrəngli bayrağımız bu gün Ermənistanın işğalından azad edilən Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri öz cəsarəti ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldular.
 
Ardını oxu...
Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

TEREF Lent.az-a istinadən xəbər verir ki, aktyor Los-Ancelesdə güllələnib.

Los Anceles Polis Departamentinin məlumatına görə, hadisə bazar günü saat 3 radələrində Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.

Məlumata görə, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, aktyor daha çox “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.
 
Ardını oxu...
XVI yüzyılın Osmanlı kayıtlarında TÜRKMEN olarak adı geçen ve bugün kendini Kürt sanan bazı aşiretler:
Barzan Aşireti,
Hörmekli Aşireti,
Karaballı Aşireti,
Pınarlı Aşireti,
Kubatlı Aşireti,
Delibudak Oymağı,
Karagüne Aşireti,
Şıhbızın Aşireti,
Şarran Aşireti ,
Aykut Oymağı,
Çemişgezeklü Aşireti,
Kureyşan Aşireti,
Beskan Aşireti,
Milli Aşireti,
Modanlı Aşireti,
Şavak Aşireti,
Abbasan Aşireti,
Ağuçan Aşireti,
Bekiran Aşireti,
Zerikan Aşireti,
Karakeçili Aşireti,
Avşarlu Aşireti,
Begdili Aşireti,
Hınıslu Aşireti,
Küresinli Aşireti,
Lek Aşireti,
Batıkan Aşireti,
Herkili Aşireti,
Kılıçlı Aşireti
Mukri Aşireti,
Türkan Aşireti,
Şadıllı Aşireti,
Çapanoğlu Aşireti,
Ertuşi Aşireti,
Rışvan Aşireti,
Burukan Aşireti,
Babat Aşireti,
Dersimli Aşireti,
Karaçoban Aşireti,
Tanas Aşireti,
İzzeddinli Aşireti.
Osmanlı arşivlerinde Türkmen olarak kaydı bulunan bir çok aşiret baskı, etnik dışlanmışlık, aşırı vergi alınması gibi etkilerde kalarak kendini Kürt saymıştır. Çünkü Osmanlıda Türkmenler Alevi olduğu için ağır vergiye tabi tutulur hem de askerler Türkmenlerden toplanırdı. Kürtler ise Sünni idi. Kürtler askerlikten ve de vergiden muaf idi.
Acı ama maalesef gerçek budur. "Kürtleşen Türkmen Aşiretleri" kitabını okumanızı tasviye ederim Tarihçi Halaçoğlu'nun tespitlerine göre de, yukarıda adı geçen aşiretlerin tamamı Türk'tür.
Nurettin Kamil Söyler
TEREF
Ardını oxu...
Baku TV-nin efirində "O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında 40 ildir gözətçilik edən Mərdəkan sakini Vidadi Yaftumov Mərdəkan qalasından, abidənin sirrindən bəhs edib:

"Bakı qoçuları ermənilərin qabağını burada alırdı. Bütün Abşeron kəndlərində sahilboyu qalalar olub: müdafiə və müşahidə qalaları. Dördkünc formada olan müdafiə, girdə şəklində olan qalalar isə müşahidə üçün tikilib".

O, Bakı kəndlərinin bir-biri ilə çox yaxın münasibətdə olduğunu söyləyib:

"Toy-nişan olanda Şüvəlan, Binə, Maştağa sakinləri həmişə bir yerə yığışardı. Bizi ayıran şey olmayıb. Əksinə, bir-birimizə daha da yaxınlaşırıq. Ayrı-ayrı Bakı kəndlərindən olan cavanlar evlənir, ailə daha da böyüyür".

Vidadi dayı "Bir qalanın sirri" filminin 1959-cu ildə onların evində çəkildiyini də qeyd edib.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Ankarada 28 may - Müstəqillik Günü və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Qardaş Türkiyədə Azərbaycana xüsusi münasibətin göstəricisi olaraq bayram tədbiri adətən mühüm dövlət tədbirlərinin keçirildiyi Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Konqres və Mədəniyyət Mərkəzində təşkil edilib.

Müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnlərinin səsləndirilməsinin ardından açılış çıxışları edilib.

Səfir Rəşad Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan müstəqil Azərbaycan Respublikasının dövlət və ordu quruculuğunda əldə etdiyi uğurlardan danışıb və bütün həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Səfir Azərbaycan - Türkiyə münasibətlərinin dövlətüstü xarakterindən danışaraq iki ölkənin dövlət başçılarının - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu münasibətlərin inkişafına verdiyi töhfəni vurğulayıb.

Dövlət qonağı qismində tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çıxışında Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıb və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin türk dünyasının güclənməsində roluna toxunub. TBMM sədri Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışıb, torpaqlarını işğaldan azad edən Azərbaycanı alqışlayıb.

Çıxışların ardından Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş etdirilib.

Bayram tədbirinin bədii hissəsində müğənni Çinarə Məlikzadə, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistləri Kənan Qədimov və Aynur İsgəndərlinin, eləcə Azərbaycan Respublikasının xalq artisti tarzan Sahib Paşazadənin və Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub, milli musiqimizin nümunələri və sevilən Azərbaycan rəqsləri sərgilənib.

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş bayram tədbirində Türkiyənin Respublikasının yüksək vəzifəli şəxsləri və digər dövlət rəsmiləri, millət vəkilləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Atamdan keçmişdə danışa bilmirəm. Hər dəfə onun haqda danışıb müsahibə verəndə, ötən günləri xatırlayanda özümə gələ bilmirəm. 2-3 gün ağlayıram. Ona görə də bir çox müsahibələrdən imtina edirəm. İstəmirəm atamı keçmişdə xatırlayım. Çünki həyatımın elə bir mərhələsi yoxdur ki, atamı yanımda hiss etməyim. Onun qızı olduğum üçün çox xoşbəxtəm. Bir dəfə Ulu Öndər Heydər Əliyev bizimlə görüşəndə dedi ki, atanın evi haradadır? Ona dedim ki, atamın evini satmışam. Mənə dedi ki, “Xoruz baba”nın evini necə sata bilərsən axı? Ona izah etdim ki, o evə gedə bilmirəm. Heydər Əliyev atamı çox istəyirdi. Həmişə atama deyirdi ki, mən xalqın prezidentiyəm, sən isə Azərbaycan uşaqlarının prezidenti. O dahi şəxsiyyət atama bu qədər dəyər və önəm verirdi”.
TEREF bildirir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib.

“Atam uşaqları, insanları çox istəyirdi. Çalışırdı ki, hər kəsə yaxşılıq etsin. Mənə də öyrədirdi ki, yaxşılıq etsən sənə yaxşılıq qayıdacaq, pislik etsən isə pislik. Uşaqları sevməyinin bir səbəbi də onlara yaxşılığı, zəhməti, dürüstlüyü izah, təbliğ etmək idi. O həmişə deyirdi ki, uşaqlar bilməlidir ki, nağıllarda yaxşılıq pisliyə qalib gəlir. Mən də uşaqları çox sevirəm, çalışıram onlara diqqət göstərim. Bu keyfiyyət mənə atamdan keçib. Bizim evimizə kisələrlə məktublar gəlirdi. Atam həm teatrda çalışırdı, həm də kinolara çəkilirdi. Amma bununla belə o vaxt tapıb bütün məktubları oxuyurdu. Bəzən ona sual verirdim ki, ata, axı bu qədər məktubu oxuyub bitirə bilməzsən, bəlkə oxumayasan?! Mənə deyirdi ki, o uşaqdır, mənə məktub yazıb, onun məktubunu oxumayıb qəlbini qıra bilmərəm. Çox həssas insan idi. Hətta mən uşaq olanda atamı uşaqlara qısqanırdım. Atam onlarla görüşəndə hönkürtü ilə ağladığım vaxtlar da olub”, - deyə sənətkarın övladı bildirib.

Tamilla Sadıqova deyir ki, atası uşaqlarla görüşüb gələndən 2 gün sonra dünyasını dəyişib.

“Atamın səhhəti bir o qədər də yaxşı deyildi. Bir gün yaxşı olurdu, bir gün də pis. Həkimlər ona televiziyaya getməyi, teatrda çalışmağı qadağan etmişdilər. Əlbəttə ki, sənət üçün darıxırdı. Amma biz də bilirdik ki, onun ömrünə sayılı günlər qalıb. Xəstəxanadan yeni çıxmışdı. Televiziyadan zəng edib ona dedilər ki, gəlin uşaqlar üçün nağıl oxuyun. O vaxt uşaqlar televiziyaya axın edib gəlmişdilər ki, atamla görüşsünlər. Sözün düzü anam bu telefona zənginə əsəbləşmişdi. Dedi ki, Hüseynağa xəstədir, o necə gələ bilər? Amma atam xəstə-xəstə gedib uşaqlarla görüşdü. Bu onun uşaqlarla son görüşü oldu. 2 gündən sonra dünyasını dəyişdi. Ürəyi partlamışdı. Həmişə vəsiyyət edirdi ki, mənə dəbdəbəli başdaşı qoymayın. Dəbdəbədən uzaq biri idi. Biz də onun bu vəsiyyətini yerinə yetirdik. Ona başdaşı qoymadıq, sadə bir məzar hazırlatdıq”, - deyə sənətkarın qızı bildirib.
 

Dünyapress TV

Xəbər lenti