“Böyük yeddilik” ölkələri Rusiya neftinə qiymət tavanı qoyur
“Böyük Yeddilik” (G-7) ölkələri Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar həddində müəyyənləşdirilməsinə dair razılaşmaya yaxındırlar.
Qərarın dekabrın 5-dən gec olmayaraq qəbul ediləcəyi bildirilir.
ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Polşanın etirazlarına baxmayaraq, Rusiya nefti üçün yekun qiymət limiti ilə bağlı razılığa gələ biləcək.
Eyni zamanda Rusiya baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edərək vurğulayıb ki, Rusiya neftinə qiymət tavanı qoymaq müqavilələr baxımından qəbuledilməzdir.
“Hətta sərfəli satış qiyməti təklif olunsa belə, Rusiya məhdudiyyətlərdə iştirak edən ölkələrə neft tədarük etməyəcək”.