Ardını oxu...
“Qalatasaray” klubu “Mançester Yunayted”dən Kriştiano Ronaldo və “Barselona”dan Memfis Depayı transfer edəcəyi ilə bağlı xəbərlərə reaksiya verib.

Qaynarinfo xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb.

“Son günlər klubumuzun Kriştiano Ronaldo və Memfis Depayla maraqlanması ilə bağlı bəzi mətbuat orqanlarında yer alan xəbərlər həqiqəti əks etdirmir. Klubumuzun hər iki futbolçunun transferi istiqamətində bir əlaqəsi və ya təşəbbüsü yoxdur”, deyə “Qalatasaray”ın açıqlamasında bildirilir.

Qeyd edək ki, karyerası ərzində ardıcıl olaraq “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Real” (İspaniya) və “Yuventus”da (İtaliya) çıxış edən Ronaldo 2021-ci ildə İngiltərə təmsilçisinə dönüb. Baş məşqçi ilə aralarındakı problemə görə heyətdən kənarda qalan portuqaliyalı ulduzun qışda komandanı tərk edəcəyi deyilir. 37 yaşlı futbolçu cari mövsümdə cəmi 12 oyuna çıxaraq 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Memfis Depay PSV (Niderland), “Mançester Yunayted” (İngiltərə) və “Lion” (Fransa klublarında çıxış edib. 2021-ci ildən “Barselona” forması geyinən 28 yaşlı forvard cari mövsümdə 3 oyuna çıxaraq bir qol vurub. Onun da komandadan getməsi gözlənilir.
 
Ardını oxu...
Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

Manset.az xəbər verir ki, 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil olunun yarışda bu gün 1/4 final mərhələsinə start verilib.​​​​​​

Baş tutan 20 döyüşün nəticəsinə əsasən 5 çəki dərəcəsi üzrə yarımfinalçılar bəlli olub. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Yığma üzvlərindən Ümid Rüstəmov, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Mirşərif Kazımzadə və Eldar Quliyev 1/4 final mərhələsini uğurla adlayıblar.

Qeyd edək ki, bu mərhələnin döyüşlərinə sabah yekun vurulacaq. Görüşlər saat 14:00-da başlanacaq.

Azərbaycan çempionatı
IV günün nəticələri

1/4 final mərhələsi
57 kq
Ümid Rüstəmov (DİN İK) – Nadir Əhmədov (“Qızıl əlcək” İK) – 5:0
Hüseyn Əliyev (“Səbail” İK) – Rasim İbrahimov – ikinci diskvalifikasiya olunub
Maqsud Xasmetov (“Neftçi” İK) – Vüsal Kazımov (“Sərhədçi”) – 5:0
Rüfət Qənizadə (Sabirabad) – Əzrək Bəbirov (BFL) – birinci döyüşə gəlməyib

67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Kənan Qasımlı (“Sərhədçi”) – 5:0
Fariz Süleymanov (DGK İK) – İbrahim Hüseynov (Abşeron) – 5:0
İlqar Salahov (DGK İK) – Pərvin Heydərov (“Qızıl əlcək” İK) – 3:2
Şəmsi Şahbazov (MOİK) – Pərviz Quliyev (Ağcabədi) – ikinci döyüşə gəlməyib

71 kq
Nofər Əlizadə (Naxçıvan MR) – Sərxan Əliyev (MOİK) – 0:5
Səməd Həsənzadə (Sabirabad) – Nicat Qurbanov (Gəncə) – 0:5
Rəşid Həsənov (BFL) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – 5:0
Tural Qaraşov (“Neftçi” İK) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 0:5

75 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Ənvər Babayev (UGİM-1) – ikinci döyüşə gəlməyib
İsmayıl Hüseynov (BFL) – Böyükağa Qasımov (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib
Türkeş Mustafayev (BFL) – Səbuhi Abışov (MOİK) – 0:5
Rahim Əliyev (“Qızıl əlcək” İK) – Amin Kuşkov (DGK İK) – birinci döyüşə gəlməyib

86 kq
Surət Qarayev (“Neftçi” İK) – Çələbi Çələbili (Ağdaş) – birinci tam üstünlüklə qalib gəlib
İbrahim İsmayılov (Z-1) – Emin Kərimli (Biləsuvar) – birinci tam üstünlüklə qalib gəlib
Eldar Quliyev (“Neftçi” İK) – Vaqif Bəşirov (Şirvan) – ikinci döyüşə gəlməyib
Tural Useynov (“Səbail” İK) – Məhəmməd Yusifov (Balakən) – 4:1
 
Ardını oxu...
İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker "Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldunun "Tottenhem”lə oyundakı davranışını şərh edib.

Manset.az xəbər verir ki, "Bu, qəbuledilməz davranışdır. Çox pis!” – deyə 61 yaşlı Q. Lineker vurğulayıb.
Xatırladaq ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu ötən gün "Mançester Yunayted”-"Tottenhem” matçı (2:0) bitməmiş "Old Trafford” stadionunu tərk edib. Bununla da həlledici oyunda onu meydana buraxmayan baş məşqçi Erik Ten Haqa etirazını bildirib.
Ardını oxu...
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov zədələnib.

31 yaşı müdafiəçi "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının XI tur oyununda xəsarət alıb.

38-ci dəqiqədə onun yerinə meydana Kevin Medina daxil olub.

Qeyd edək ki, "Qarabağ" 1:0 hesabı ilə öndədir.
Ardını oxu...
Braziliya prezidentliyinə namizəd olan Luiz İnasio Lula da Silva PSJ-nin braziliyalı futbolçusu Neymar haqda danışıb.

Qol.az AS-a istinadən xəbər verir ki, Luiz İnasio Neymarın onun prezidet seçilməsindən qorxduğunu deyib:

“Mən əsəbi deyiləm. Neymar prezident seçmək hüququna malikdir. Düşünürəm ki, o, seçkidə mənim qalib gəlməyimdən qorxur. Çünki Bolsonaronun (hazırkı Braziliya prezidenti – red.) onu gəlir vergisi borcuna görə bağışladığını aşkarlayacağam. Mənə elə gəlir ki, o, məndən qorxur. Aydındır ki, Bolsonaro Neymarın atası ilə sövdələşib”.

Bundan əvvəl Braziliyada keçirilən seçkilərin ilk turu zamanı Neymar ölkənin hazırkı prezidenti Jair Bolsonaroya təşəkkür etməsi barədə video paylaşmışdı. Bna səbəb isə ölkə başçısının oyunçunun Santosdakı futbol akademiyasını ziyarət etməsidir.

Qeyd edək ki, Neymar bu mövsüm liqada 11 oyunda 9 qol vurub və 7 qolun ötürməsini verib. O, Çempionlar Liqasında 4 oyunda 1 qola imza atıb.
Ardını oxu...
Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İtaliya təmsilçisi Elena Espositoya qalib gəlib.

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

65 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nerea Blanko (İspaniya) və Dariqa Abenə (Qazaxıstan) qalib gəlib.

53 kq-dakı Gültəkin Şirinova 1/8 final mərhələsində Zeynep Yetgilə (Türkiyə), 62 kq-da yarışan Birgül Soltanova təsnifatda Astirid Xirinosa (Venesuela) uduzub.

50 kq-da mübarizə aparan Şəhanə Nəzərova isə təsəlliverici qarşılaşmada Sarra Hamdiyə (Tunis) yenilib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.
 
 
 
Ardını oxu...
Türkiyə Kuboku uğrunda növbəti qarşılaşmalar keçirilib.

Aşağı liqa təmsilçisi “Kastamonuspor”la qarşılaşan “Qalatasaray” rəqibinə aman verməyib.

“Aslan”lar qarşı tərəfin qapısından nə az, nə çox – düz 7 cavabsız top keçiriblər - 7:0.

Raşitsanın 27-ci dəqiqədə başlatdığı darmadağına Akman 81-ci dəqiqədə son qoyub.

 
 
 
Ardını oxu...
İki gün öncə “Qızıl top”un təqdimetmə mərasimi keçirildi. Bu dəfə mükafat Fransa yığmasının və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kərim Benzemaya təqdim olundu.

Bəs indiyə kimi “Qızıl top”u hansı futbolçular və neçə dəfə qazanıblar?

“Qızıl top” mükafatı almış futbolçuların siyahısını təqdim edirik:

Lionel Messi (Argentina) – 7 mükafat

Kriştiano Ronaldo (Portuqaliya) – 5

Yohan Kroyf (Niderland), Mişel Platini (Fransa), Marko van Basten (Niderland) – 3

Alfredo Di Stefano (İspaniya), Frans Bekkenbauer (Almaniya), Kevin Kiqan (İngiltərə), Karl-Haynts Rummenigge (Almaniya), Ronaldo (Braziliya) – 2

Stenli Metyuz (İngiltərə), Raymond Kopa (Fransa), Luis Suares Miramontes (İspaniya), Omar Sivori (İtaliya), Yozef Masopust (Çexoslovakiya), Lev Yaşin (SSRİ), Denis Lou (İngiltərə), Eysebio (Portuqaliya), Bobbi Çarlton (İngiltərə), Florian Albert (Macarıstan), Corc Best (Şimali İrlandiya), Canni Rivera (İtaliya), Gerd Müller (Almaniya), Oleq Bloxin (SSRİ), Alen Simonsen (Danimarka), Paolo Rossi (İtaliya), İqor Belanov (SSRİ), Ruud Qullit (Niderland), Lotar Matteus (Almaniya), Jan-Pyer Papen (Fransa), Roberto Bacco (İtaliya), Xristo Stoiçkov (Bolqarıstan), Corc Vea (Liberiya), Mattias Zammer (Almaniya), Zinəddin Zidan (Fransa), Rivaldo (Braziliya), Luiş Fiqu (Portuqaliya), Maykl Ouen (İngiltərə), Pavel Nedved (Çexiya), Andrey Şevçenko (Ukrayna), Ronaldinyo (Braziliya), Fabio Kannavaro (İtaliya), Kaka (Braziliya), Luka Modriç (Xorvatiya), Kərim Benzema (Fransa) – 1.

“Qızıl top” mükafatı futbolda ən nüfuzlu fərdi təltif sayılır. Fransanın “France Football” jurnalının təsis etdiyi mükafatla 1956-1994-cü illərdə Avropada oynayan yerli futbolçu təltif olunub, 1995-ci ildən avropalı olmayan futbolçunu da təltif etmək imkanı yaradılıb, 2007-ci ildən mükafatın dünyanın ən yaxşı futbolçusuna verilməsinə başlanıb.

2010-2015-ci illərdə “France Football” mükafatı FİFA ilə birgə verib.
 
 
 
Ardını oxu...
Toni Kroos, Kərim Benzema və İker Kasilyas “Mançester Siti”nin ilin ən yaxşı komandası seçilməsi qərarını tənqid edib.

T.Kroos tviter hesabında bu qərara narazılığını dilə gətirib: “2021-22 mövsümünün ən yaxşı üçüncü komandası. Məmnunsan, “Real Madrid”?” Almaniyalı yarımmüdafiəçi instaqram səhifəsində isə ironiya ilə bu sözləri yazıb: “2021-22 mövsümündə ən yaxşı 3-cü komanda olması münasibətilə “Real”ı təbrik edirəm”.

“Real”ın sabiq kapitanı İker Kasilyas “France Football” nəşrinin bu qərarına sarkazmla cavab verib: “3-cü yeri qazanması münasibətilə “Real”ı təbrik edirəm…”

“Qızıl Top”un qalibi Kərim Benzema isə mərasimdən sonra bu sözləri deyib: “Mənə görə, “Real” həmişə dünyanın ən yaxşı klubudur. Kuboku kimə istəyirsiniz verin”.
Ardını oxu...
Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib.
Atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb.
Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.
Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.
 

Dünyapress TV

Xəbər lenti