Braziliyalı millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar həbs oluna bilər.
Manset.az xəbər verir ki, 30 yaşlı hücumçunun transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti oyunçunun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib.
İddiaya görə, təcrübəli forvard İspaniya "Barselona"sında çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkətin hesabına köçürülməyib.
Qeyd edək ki, Neymar 2013-cü ildə 88 milyon avro təzminat qarşılığında ölkəsinin "Santos" klubundan "Barselona"ya keçib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sosial şəbəkələrdə müzakirə olunan qol sevincindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la matçda futbolçusu Ramil Şeydayevin vurduğu mükəmməl qola maraqlı reaksiyasından söz açıb: “Sırf Ramilin qolunun sevinci idi. Onun qol vurmasını istəyirdim və buna görə qoldan sonra elə reaksiya verdim. Heç vaxt 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə çox sevinirəm”.
Qazaxıstanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə stolüstü tennis oynayıb. Bakupost.az həmin anları əks etdirən görüntüləri təqdim edir:
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında və Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana gedib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mayın 10-u Türkiyəyə rəsmi səfəri zamanı da liderlər stolüstü tennis oynamışdı.
Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçı üçün cəmi 300 bilet qalıb.
Ağdam klubundan verilən məlumata görə, həmin biletlər oktyabrın 13-də - oyun günü satışa çıxarılacaq.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan və müvafiq satış məntəqələrindən almaq mümkündür. Bu biletlər üçün onlayn satış həyata keçirilməyəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi haqqında danışıb.
Teref.az xəbər verir ki, o, 35 yaşlı forvardı dünyanın ən yaxşısı adlandırdı: "Messinin böyümə hormonunun çatışmazlığı səbəbindən idmanla məşğul ola bilməyəcəyini demişdilər. Amma o, mübarizəyə davam edərək dünyanın ən yaxşı futbolçusu oldu"./qol.az
UEFA Almaniyanın "Frayburq" komandasını cərimələyib.
Buna Bundesliqa təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la ev və II turda Yunanıstan "Olimpiakos"u ilə səfər oyunlarındakı davranışları səbəb olub.
Nəticədə klub ilk matçdakı olaylar səbəbindən 7 000 avro, ikinci görüşdəki insidentə görə isə 11 000 avro məbləğində cərimə ödəyəcək.
Qeyd edək ki, "Frayburq" - "Qarabağ" metçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
PSJ-nin baş məşqçisi Kristof Qaltye Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Benfika” ilə oyunu buraxacaq hücumçu Lionel Messinin durumu haqda danışıb.
O, klubun saytına açıqlamasında deyib:
“Leonel “Benfika” ilə ilk oyunda baldırlarında narahatlıq hiss etdi. Hamımız onun cavab oyununda iştirak edə biləcəyini düşünürdük, lakin matçlar arasındakı interval çox qısadır – cəmi altı gün. O, daha yaxşıdır, amma hələ də belə bir əhəmiyyət kəsb edən matçda ona problem yarada biləcək narahatlıq hissi var. Messi bu görüşdə iştirakdan çəkinməyi seçdi. Həftə ərzində dinamikaya baxacağıq və böyük ehtimalla o, “Marsel”lə oyunda bizə kömək edə biləcək”.
“Dinamo”nun futbolçusu Mahir Emreli keçmiş klubu “Legiya”ya qarşı bütün maliyyə öhdəliklərini oyunçu ilə “Legiya” arasında qarşılıqlı razılaşma əsasında həll edib.
Qol.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin saytı məlumat yayıb. Bildirilib ki, bu gün “Dinamo” FİFA-dan futbolçuya intizam işi bağlı qərarın ləğvi ilə bağlı məktub alıb. Beləliklə, M.Emreli “Dinamo”da oynamağa davam etmək hüququna malikdir.
Qeyd edək ki, FİFA millimizin üzvünün Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoymuşdu. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməli idi.
2003-cü ildə Mixael Şumaxer “Scuderia Ferrari Marlboro” zavod komandası ilə mövsüm ərzində altı Qran Pri qazanaraq altıncı dəfə “Formula 1” çempionu oldu. Həmin çempionatın qalib avtomobillərindən biri də mövsümün ortalarında təqdim edilən “Ferrari F2003-GA” idi.
İndi alman yarışçıya beş qələbə gətirən 229 şassi nömrəli avtomobili təxminən on milyon dolları olan hər kəs ala bilər.
Yarış karyerasının sonundan bəri avtomobil 250 kilometrdən az məsafə qət edib ki, bunun da bir hissəsi Mik Şumaxerin xidməti olub. Belə ki, əfsanəvi sürücünün oğluna 845 at güclü 3,0 litrlik V10 mühərriki ilə işləyən avtomobili Fioranoda bir neçə dövrə sürmək imkanı verilib.
“Qırmızı Baron”un İspaniya, Avstriya, Kanada, İtaliya və ABŞ-dakı yarışlarda qalib gəldiyi avtomobil 2022-ci ildə “Ferrari Formula 1 Clienti” bölməsində hərtərəfli restavrasiyadan keçib.
Noyabrın 9-da keçiriləcək “Sotheby's” hərracında “Ferrari F2003-GA” üçün satıcılar 7,5 milyon dollardan 9,5 milyon dollara qədər qazanc əldə etməyi düşünürlər.
"Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün biletlər satışa çıxarılıb.
Klubdan verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.