Ardını oxu...
Xorvatiyada səhər saatlarında Polşadan gələn avtobus qəzaya uğrayıb. Nəticədə 11 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb.

Bu barədə Xorvatiyanın RTL telekanalı xəbər verib.

Qəza A4 magistralında, Xorvatiya sərhədindən paytaxta gedən yolda baş verib. Şahidlərin sözlərinə görə, Polşa dövlət nömrə nişanlı avtobus yoldan çıxaraq xəndəyə düşüb.

Hadisə yerində bir neçə xilasetmə qrupu və polis işləyir.

Polşa Daxili İşlər Nazirliyi 11 nəfərin öldüyünü bildirib. Polşa Xarici İşlər Nazirliyi ölənlərin hamısının Polşa vətəndaşları olduğunu açıqlayıb.
Ardını oxu...
 
Ardını oxu...
Braziliya polisi Almaniyanın Rio-de-Janeyro şəhərindəki konsulu Uve Herberti saxlayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə ispandilli “Metropoles” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, diplomat vətəndaş nikahında olduğu Belçika vətəndaşı Valter Anri Maksimilian Biotu öldürməkdə təqsirli bilinir. Meyit aşkar olunan zaman konsul polisə bildirib ki, ölüm səbəbi onun alkoqolla birgə böyük dozada yuxu dərmanı qəbul etməsidir. Lakin tibbi ekspert meyitin üzərində çoxsaylı zorakılıq əlamətləri aşkar edib.

Hadisə baş verən gün alman diplomat katibəsini evə çağırıb. Sonuncu öz ifadəsində mənzildə qan izləri gördüyünü bildirib.
 
 
 
Ardını oxu...
Qəbələdə narkotacir saxlanılıb,külli miqdarda “patı” və digər narkotik vasitələr dövriyyədən çıxarılıb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb.Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin (patı), 90 qram tiryək, kibrit qutularında qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik və psixotrop maddələri “Whatsapp” vasitəsilə mütəmadi olaraq əlaqə saxladığı əcnəbi narkotacirdən onlayn yolla alıb.
Davam etdirilən tədbirlərlə L.Mehralıyevin rayon ərazisində yerləşən evinə də baxış keçirilib. Baxış zamanı onun həmin ünvanda narkotik tərkibli bitkiləri yetişdirmək üçün xüsusi laboratoriya hazırladığı məlum olub. Belə ki, xüsusi işıq sistemləri, eləcə də digər avadanlıqlarla təchiz edilmiş həmin laboratoriyadan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, L.Mehralıyevin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nə Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Xıllı kənd sakini Ceyhun Həmzəyev çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı 42 kiloqram marixuana və yaş çəkisi 331 kiloqram olan 110 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əvvəllər də narkotiklərə görə həbs olunan həmin şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Aşkar olunan faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 
Ardını oxu...
“Sosial şəbəkələrdə yayılan İranın dini liderinin iqamətgahının sütunlarının Azərbaycana dəstək olaraq bayrağımızın rənglərində bəzənməsi barədə məlumatlar həqiqəti əks etdirmir”.
Bakupost.az -ın xəbərinə görə, bu barədə İctimai Televiziya məlumat yayıb.
“Bu gün sosial şəbəkələrdə və teleqram kanallarda İranın dini lideri Xameneinin iqamətgahında sütunların Azərbaycan bayrağının rəngində bəzənməsini əks etdirən fotolar yayılıb. Bu Londonda səfirliyə hücumdan sonra İranın Azərbaycana dəstəyi kimi qiymətləndirilib. Lakin sonradan məlum olub ki, iqamətgahın sütunları artıq bir müddətdir ki, bu rənglərlə bəzədilib və bu Azərbaycana dəstək təzahürü deyil. Təəsüf ki, bu məlumat bizim də sosial şəbəkə hesablarımızda yer alıb. Bu yanlışlığa görə üzr istəyirik”, – məlumatda qeyd olunub.
Seçilmiş Zəngimc
 
Ardını oxu...
Buzovnalıların problemi həllini tapdı, Pirşağı sakinləri isə hələ də gözləyirlər
Bir neçə ay əvvəl Bakının Buzovna kəndinin çimərlik sahəsinin qanunsuz zəbt edilməsi mediada və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdi. Kənd sakinləri səlahiyyətlilərdən qanunsuz tikilmiş hasarların onları dənizə çıxışdan məhrum etməsindən şikayət edirdilər. Dəniz kənarında tikilmiş şəxsi villaların sahibləri tərəfindən böyük sahilyanı ərazilər xalqın üzünə bağlanmışdı.

Buzovna kəndinin sakinlərinin məhz fəal vətəndaş mövqeyi medianın diqqətini işğal olunmuş sahilyanı ərazilər probleminə cəlb etdi. Bu mövzu sosial şəbəkələrdə də aktiv şəkildə işıqlandırılıb. Azərbaycanda Mənzil Məcəlləsinə və “Şəhərsalma və memarlıq haqqında” qanuna əsasən dənizə 20-50 metr məsafədə obyekt tikmək qadağan olunduğundan, vətəndaşlar hüquqlarının bərpasını tələb ediblər.

Bu etirazın məntiqi nəticəsi o oldu ki, uzun illər qanun pozuntularına səhlənkar münasibət göstərdikdən sonra, Bakı şəhər və Xəzər rayon icra hakimiyyətləri, nəhayət, Buzovna sakinlərinin tələblərinə cavab verdilər.

Orada qanunsuz zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, müvafiq sənədləri olmayan bəzi tikililər, eləcə də çimərliyə girişə mane olan maneələr aradan qaldırılıb. Bundan əlavə, qayalıq ərazilərin müxtəlif tullantı və zibillərdən təmizlənməsinə başlanılıb.

Xəzər dənizinin sahil zolağında qanunsuz tikililərlə bağlı məsələ uzun illərdir ki, geniş ictimai müzakirələrə səbəb olub. Bu müddət ərzində hətta parlamentdə də bu məsələ müzakirə olunsa da, vətəndaşların dənizə çıxışının qeyri-qanuni hasarlanmasının qarşısını almaq üçün heç bir addım atılmayıb. Əksinə, kilometrlərlə uzunluğunda hasarlar çəkilib ki, bu da müvafiq mövsümdə çimərliyə səfəri əsl əzaba çevirib. Hasarları, şlaqbaumları və tor maneələri keçərək dənizə çatmaq qızmar havada əsl macəradır.

Buzovna kəndində dənizə çıxışa mane olan qeyri-qanuni tikililərin sökülməsinə başlanandan sonra digər yaşayış məntəqələrinin sakinləri də analoji qərarı gözləyirlər. O cümlədən, bu, Pirşağı kəndinə də aiddir.

Bu kəndin sakinləri uzun illərdir ki, çox kilometrlik hasara görə çimərliyə sərbəst gedə bilmirlər. Prezidentin 13 yanvar 2003-cü il tarixli sərəncamına əsasən, dəniz sahilindən 130 metr məsafədə fərdi yaşayış evlərinin və tikililərin tikintisi qadağan olunsa da, buna baxmayaraq, Pirşağı kəndində uzun illərdir bir neçə kilometr uzunluğunda hasar çəkilib.

Pirşağı kəndində kanalizasiya sisteminin olmaması və kanalizasiyanın birbaşa dənizə axması dənizə çıxış problemini daha da artırır. Hökumət tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına mərhələli şəkildə həyata keçirilən çirkab sutəmizləyici qurğu və kanalizasiya xətti layihəsi həyata keçirilir, lakin hələ də yekunlaşmaqdan çox uzaqdır.

Bu baxımdan, çox kilometrlik hasarların olması vətəndaşları yalnız gigiyenik normalara cavab verməyən çimərlikdən istifadə etməkdən qoruyur. Baxmayaraq ki, bu məsələyə başqa cür yanaşsanız, o zaman dənizə çıxışı məhdudlaşdıran çox kilometrlik hasarın tikintisinə qoyulan vəsaiti kəndin kanalizasiya sisteminin inkişafına sərf etmək olardı.

Hər halda, burada qanun pozuntusu var və buna cavabdeh olan strukturlar öz öhdəliklərini yerinə yetirməyə tələsmir. Vətəndaşlara düzgün məlumat verilsə, onlar Pirşağıdakı çimərlikdə çimməyəcək, sadəcə olaraq dəniz panoramasına heyran olacaqlar. Amma onlar bu imkandan da məhrum ediliblər... /AYNA///
 

Ardını oxu...
Ötən gün “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Yığıncaqda səsvermə ilə ictimai Birlik “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilib. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqdır. Həmçinin, onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınmasıdır. Eyni zamanda həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması da İcmanın məqsədləri arasındadır. Yığıncaqda İcmanın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvləri və rəhbərləri də seçilib. Dia.az-ın məlumatına görə, millət vəkili, “Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli "Sherg.az"a bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız zəfər hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Deputatın sözlərinə görə, bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu: “Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə qədər, əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olurdu. Bu gün qarşımızda daha böyük hədəflər, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Cəmiyyətin bu günə qədərki adı bu məzmunu ehtiva etmədiyi üçün onun adını Qərbi Azərbaycan İcması adı ilə əvəz etməyi məqsədəuyğun hesab etdik. Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik. Həqiqətləri beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Qərbi Azərbaycan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Qarşımızda duran ən mühüm məsələlərdən biri həmin irsimizə aid materialları toplayıb ortaya qoymaqdır. Bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətinə çatdırılması məsələsində də heç bir problemimiz yoxdur. Xarici ölkələrdə bizim xeyli sayda dəyərli soydaşlarımız var və biz onları bu işə səfərbər edəcəyik”.
Parlament üzvü bildirib ki, biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq: “Bu bizim tarixi-mənəvi və insani haqqımızdır. Burada qeyri-qanuni heç nə yoxdur. İnsanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kəsə qadağan etmək olmaz. O ki qaldı İcmanın bu yolda hansı işləri görəcəyinə, təbii ki, İcma bu yolda mümkün olan hər şeyi edəcək”.
 

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Bununla bağlı istefa verən 4 redaktor sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq “Sputnik”də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.(azpolitika.in

Ardını oxu...
İranlı siyasi şərhçi Azərbaycanı “yaşıl ləkə” adlandırıb.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu təhqir İranın kəskin anti-Azərbaycan çıxışları və yazıları ilə tanınan Qafqaz üzrə “eksperti” Salar Seyfəddini tərəfindən edilib. O, şəxsi “Twitter” səhifəsində Azərbaycanın yaşıl, İranın isə narıncı rənglə göstərildiyi xəritəni paylaşıb.

Azərbaycana qarşı hörmətsizlik edərək onu xəritədə “yaşıl ləkə” adlandıran “siyasi şərhçi” yazıb:

“O yaşıl ləkə iddia edir ki, narıncı rənglə işarələnmiş əraziyə (İran) “min il” (999 deyil) hökmranlıq edib və hətta indi də narıncı ərazinin üçdə ikisi onun “tarixi diyarı”dır və yaşıl ləkənin bir hissəsinə çevrilməlidir”.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti