Buzovnalıların problemi həllini tapdı, Pirşağı sakinləri isə hələ də gözləyirlər - VİDEO
Buzovnalıların problemi həllini tapdı, Pirşağı sakinləri isə hələ də gözləyirlər
Bir neçə ay əvvəl Bakının Buzovna kəndinin çimərlik sahəsinin qanunsuz zəbt edilməsi mediada və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdi. Kənd sakinləri səlahiyyətlilərdən qanunsuz tikilmiş hasarların onları dənizə çıxışdan məhrum etməsindən şikayət edirdilər. Dəniz kənarında tikilmiş şəxsi villaların sahibləri tərəfindən böyük sahilyanı ərazilər xalqın üzünə bağlanmışdı.

Buzovna kəndinin sakinlərinin məhz fəal vətəndaş mövqeyi medianın diqqətini işğal olunmuş sahilyanı ərazilər probleminə cəlb etdi. Bu mövzu sosial şəbəkələrdə də aktiv şəkildə işıqlandırılıb. Azərbaycanda Mənzil Məcəlləsinə və “Şəhərsalma və memarlıq haqqında” qanuna əsasən dənizə 20-50 metr məsafədə obyekt tikmək qadağan olunduğundan, vətəndaşlar hüquqlarının bərpasını tələb ediblər.

Bu etirazın məntiqi nəticəsi o oldu ki, uzun illər qanun pozuntularına səhlənkar münasibət göstərdikdən sonra, Bakı şəhər və Xəzər rayon icra hakimiyyətləri, nəhayət, Buzovna sakinlərinin tələblərinə cavab verdilər.

Orada qanunsuz zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, müvafiq sənədləri olmayan bəzi tikililər, eləcə də çimərliyə girişə mane olan maneələr aradan qaldırılıb. Bundan əlavə, qayalıq ərazilərin müxtəlif tullantı və zibillərdən təmizlənməsinə başlanılıb.

Xəzər dənizinin sahil zolağında qanunsuz tikililərlə bağlı məsələ uzun illərdir ki, geniş ictimai müzakirələrə səbəb olub. Bu müddət ərzində hətta parlamentdə də bu məsələ müzakirə olunsa da, vətəndaşların dənizə çıxışının qeyri-qanuni hasarlanmasının qarşısını almaq üçün heç bir addım atılmayıb. Əksinə, kilometrlərlə uzunluğunda hasarlar çəkilib ki, bu da müvafiq mövsümdə çimərliyə səfəri əsl əzaba çevirib. Hasarları, şlaqbaumları və tor maneələri keçərək dənizə çatmaq qızmar havada əsl macəradır.

Buzovna kəndində dənizə çıxışa mane olan qeyri-qanuni tikililərin sökülməsinə başlanandan sonra digər yaşayış məntəqələrinin sakinləri də analoji qərarı gözləyirlər. O cümlədən, bu, Pirşağı kəndinə də aiddir.

Bu kəndin sakinləri uzun illərdir ki, çox kilometrlik hasara görə çimərliyə sərbəst gedə bilmirlər. Prezidentin 13 yanvar 2003-cü il tarixli sərəncamına əsasən, dəniz sahilindən 130 metr məsafədə fərdi yaşayış evlərinin və tikililərin tikintisi qadağan olunsa da, buna baxmayaraq, Pirşağı kəndində uzun illərdir bir neçə kilometr uzunluğunda hasar çəkilib.

Pirşağı kəndində kanalizasiya sisteminin olmaması və kanalizasiyanın birbaşa dənizə axması dənizə çıxış problemini daha da artırır. Hökumət tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına mərhələli şəkildə həyata keçirilən çirkab sutəmizləyici qurğu və kanalizasiya xətti layihəsi həyata keçirilir, lakin hələ də yekunlaşmaqdan çox uzaqdır.

Bu baxımdan, çox kilometrlik hasarların olması vətəndaşları yalnız gigiyenik normalara cavab verməyən çimərlikdən istifadə etməkdən qoruyur. Baxmayaraq ki, bu məsələyə başqa cür yanaşsanız, o zaman dənizə çıxışı məhdudlaşdıran çox kilometrlik hasarın tikintisinə qoyulan vəsaiti kəndin kanalizasiya sisteminin inkişafına sərf etmək olardı.

Hər halda, burada qanun pozuntusu var və buna cavabdeh olan strukturlar öz öhdəliklərini yerinə yetirməyə tələsmir. Vətəndaşlara düzgün məlumat verilsə, onlar Pirşağıdakı çimərlikdə çimməyəcək, sadəcə olaraq dəniz panoramasına heyran olacaqlar. Amma onlar bu imkandan da məhrum ediliblər... /AYNA///
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti