Qəbələdə narkotik yetişdirmək üçün evində laboratoriya hazırlayan narkotacir tutulub/VİDEO
Qəbələdə narkotacir saxlanılıb,külli miqdarda “patı” və digər narkotik vasitələr dövriyyədən çıxarılıb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb.Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin (patı), 90 qram tiryək, kibrit qutularında qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik və psixotrop maddələri “Whatsapp” vasitəsilə mütəmadi olaraq əlaqə saxladığı əcnəbi narkotacirdən onlayn yolla alıb.
Davam etdirilən tədbirlərlə L.Mehralıyevin rayon ərazisində yerləşən evinə də baxış keçirilib. Baxış zamanı onun həmin ünvanda narkotik tərkibli bitkiləri yetişdirmək üçün xüsusi laboratoriya hazırladığı məlum olub. Belə ki, xüsusi işıq sistemləri, eləcə də digər avadanlıqlarla təchiz edilmiş həmin laboratoriyadan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, L.Mehralıyevin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_foto-9.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_foto-7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1659853635_foto-2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_foto-5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1659853668_foto-1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_foto-6.jpg
 
 

Bölmənin digər xəbərləri

07 İyul 2024 Bakıda polis zabitinə SİLAHLI HÜCUM -
07 İyul 2024 Sabiq nazirin bankı Röyanın keçmiş qaynatasından nə istəyir?
07 İyul 2024 Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək - KİV
07 İyul 2024 Bakıda baş həkimə kələk gəliblər
07 İyul 2024 MSK 6 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı
06 İyul 2024 Daha bir deputatın mandatı şübhə altında - İDDİA
06 İyul 2024 narə Vəliyevanın rəhbərlik etdiyi Agentlik şirkətlərə borcunu niyə ÖDƏMİR? — Şikayətə rəsmi CAVAB
06 İyul 2024 Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
06 İyul 2024 “6 dəfə deputat olub, bir dəfə ağzını açıb “A”, “B” deməyib” - İTTİHAM
05 İyul 2024 Husilər Qırmızı və Ərəb dənizlərində 160-dan çox gəmiyə hücum ediblər
05 İyul 2024 Şəkidə Yerli İcra orqanları hara baxır ? VİDEO
04 İyul 2024 Bakıda güclü zəlzələ gözlənilir? - SEYSMOLOQ AÇIQLADI
04 İyul 2024 Esklavların qaytarılması mütləqdir - GƏLİŞMƏ
04 İyul 2024  Ekoloji həyəcan siqnalı: Azərbaycanda vəziyyət daha həssasdır - NƏ ETMƏLİ?
04 İyul 2024 Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür - DYP-dən xəbərdarlıq
03 İyul 2024 Bu yol niyə belə bağlanıb?.. - FOTOFAKT
03 İyul 2024 Özünə villa tikdirən mərkəz sədri camaatın kanalizasiya xəttini zədələyib... - FOTO
03 İyul 2024  Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI? - Zabratın bitməyən "zibil dərdi"...
03 İyul 2024 nar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur... - Ortaqlardan biri aşpaz bloger, digəri...
03 İyul 2024 QANUNLA VƏ QANUNSUZ FƏALİYYƏT GÖSTƏRƏN KARXANALAR - SƏNƏDLƏŞMƏDƏ YARADILAN SÜNİ MANİƏLƏR

Dünyapress TV

Xəbər lenti