Ardını oxu...
Məşhur alim Süni İntellektdən niyə qorxur?!
Tanınmış alim, Beynəlxalq İqtisadi Forumun rəhbəri Klaus Şvabın müşaviri Yuval Huh Harari Bakıdakı çıxışında son vaxtlar tez-tez toxuduğu Süni İntellekt mövzusundan da danışıb. Alim 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında deyib ki, Süni intellekt bir çox məsələlərin həllində bizdən üstündür. Onu yeni səviyyəyə çatdırmaq üçün cəmi bir neçə onillik lazım olacaq.
Süni intellektin bəşəriyyətə faydalarından danışan israilli tarixçi qeyd edib ki, o, kosmosun tədqiqində, həmçinin, Yer planetinin ekosistemini qorumaqda, həyat standartımızı yüksək səviyyəyə çatdırmaqda yardım edə bilər.

Hərçənd, cənab Harari Süni İntellektə skeptik yanaşanların düşərgəsinə aiddir. O, İT sənayesinin minlərlə mütəxəssisi, o cümlədən, İlon Mask, “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak ilə birlikdə süni intellektin yaratdığı təhlükələrlə bağlı açıq məktubu imzalayanlardan biri idi. Müraciətə qoşulanlar əmin idirlər ki, süni intellekt tərtibatçıları “daha güclü rəqəmsal ağıllar yaratmaq üçün nəzarətsiz yarışa” girişiblər. Məktub müəlliflərinin fikrincə, maşın şüuru üçün xüsusi təhlükəsizlik protokolları yaratmaq, süni intellektlə qarşılıqlı əlaqə və etik standartları müəyyən etmək üçün bu işlərə altı aylıq fasilə vermək lazımdır. Əks halda, texnologiya yalanların yayılmasına, kütləvi ixtisarlar ehtimalını artırmağa və “sivilizasiya üzərində nəzarəti itirmək” riski yaratmağa davam edəcək.

Harari əvvəlki çıxışlarında Sİ-nin vira biləcəyi ziyanlardan kifayət qədər danışıb. Hararinin fikrincə, Süni İntellekt demokratiyaya avtoritar rejimlərdən daha çox təhlükə yaradır. Çünki demokratiya mahiyyət etibarilə dialoqdur. Süni intellektlə isə həqiqi dialoq mümkün deyil. Sİ ictimai fikirlə manipulyasiya etməyə imkan yaradır. Rəqəmsal şüur avtoritar rejimlərin əlinə keçərsə, böyük problemlər ortaya çıxar.

Harari həmçinin hesab edir ki, maşın intellekti bir gün qeyri-bərabər rəqabət və “homo sapiens”lərdə müəyyən bacarıqların olmaması səbəbindən insanları işdən uzaqlaşdıracaq: "Biz elə bir həddə çata bilərik ki, iqtisadi sistem milyonlarla insanı tamamilə dəyərsiz hesab edər. Bunun dəhşətli psixoloji və siyasi nəticələri olacaq ".

İsveçrədəki “Frontiers Forumu”nda çıxışı zamanı alim bildirmişdi ki, süni intellektin bəşər sivilizasiyasına təhlükəyə çevrilməməsi üçün onun şüura malik olmasına və fiziki dünyada olan obyektləri idarə etməsinə imkan verilməməlidir. Amma süni intellekt alətləri artıq ictimai sferaya daxil olub və sivilizasiyamıza gözlənilməz istiqamətdən təhlükə yaradır. "Süni intellekt öz-özünə öyrənə və təkmilləşə bildiyindən hətta onu tərtib edənlər də yaratdıqlarının bütün imkanlarını bilmirlər və özləri bu alətlərdə yaranan qabiliyyətlərə təəccüblənirlər", - alim deyib.


Süni intellektin sürətlə inkişaf edən mətnlər yazmaq, şəkillər və musiqi yaratmaq qabiliyyəti hamıya məlumdur. Başqa istiqamətlər də var: insanların səsləri və təsvirləri əsasında dipfeyklər yaratmaq. Ancaq daha əhəmiyyətlisi odur ki, yeni süni intellekt texnologiyaları insanlarla dərin və emosional əlaqələr qura bilirlər.
“Davam edən süni intellekt inqilabının ən mühüm xüsusiyyəti odur ki, neyron şəbəkə dili orta səviyyəli insandan daha yaxşı mənimsəyir. Bununla da Sİ bütün institutlarımızı aça biləcək açara çevrilir. Dil tarixdə hər bir mədəniyyətin “əməliyyat sistemi” olub. Süni İntellekt bəşər sivilizasiyasının “əməliyyat sistemini” sındırıb.

“Əvvəlcə söz var idi. Biz sözdən mifologiya və qanunlar, tanrılar və pullar, incəsənət və elm, dostluq və millətlər yaratmaq üçün istifadə edirik. İnsan hüquqları bioloji deyil, onlar bizim DNT-mizdə yoxdur. İnsan hüquqları bizim dil vasitəsilə hekayələr danışmaq və qanunlar yazmaqla yaratdığımız şeydir... Pul da bioloji və fiziki reallıq deyil. Əskinaslar dəyərsiz kağız parçalarıdır, hazırda pulun 95%-i heç əskinas da deyil, sadəcə olaraq, kompüterlərdə bir yerdən başqa yerə ötürülən elektron informasiyadır. Pula dəyər qazandıran bankirlərin, maliyyə nazirlərinin və kripto-investorlarının bizə danışdığı hekayələrdir”,- Harari deyir.

Alim bu cür hekayələrin, melodiyaların, obrazların, qanunların və qərarların əksəriyyətinin insan şüurunun zəifliklərini və ehtiraslarını bilən qeyri-insani zəka tərəfindən hazırlandığı bir dünyada yaşasaq, nələrin baş verə biəcəyini təsəvvür etməyə çağırır.
Onun sözlərinə görə, süni intellekt artıq insanlarla dərin və hətta məhrəm münasibətlər qurmağı bacarır. Şahmat kimi oyunlarda heç bir insan kompüteri məğlub edə bilməz. Bəs sənətdə, iqtisadiyyatda, siyasətdə, hətta dində eyni vəziyyət yaranarsa, nə olacaq? İnsanlar ChatGPT-nin təhlükələri haqqında danışanda məktəblilərin ondan inşa yazmaq üçün istifadə edəcəklərindən narahat olurlar. Ancaq bu cür fikirlər tam mənzərəni gizlədir. Axı məhrəmlik istənilən siyasi qarşıdurmada ən təsirli silahdır. Süni intellekt artıq yüz milyonlarla insanla yaxın əlaqələr qurmaq imkanı qazanıb.

“ABŞ-dakı növbəti prezidentlik kampaniyası haqqında düşünün. Manifestlər və saxta xəbərlər yazmaq üçün istifadə olunacaq yeni süni intellekt texnologiyalarının təsirini təsəvvür etməyə çalışın”, - alim bildirib.
Harari qeyd edib ki, biz botlarla nə qədər çox ünsiyyətdə olsaq, onlar bizi bir o qədər yaxşı tanıyacaq, mesajları siyasi və ya iqtisadi baxışlarımıza təsir edəcək şəkildə necə quracaqlarını anlayacaqlar. Bir insanla saxta yaxınlıq yaratmaq üçün süni intellektin özünün hisslərinin olması lazım deyil, o, yalnız bizdə hisslər oyatmağı bacarmalıdır ki, ona bağlanaq.
"2022-ci ilin iyun ayında məşhur bir hadisə baş verdi. “Google”un bir mühəndisi üzərində işlədiyi çat-botun hisslər keçirməyə başladığını iddia etdi. Bu mübahisəli açıqlama ona işini itirmək bahasına başa gəldi. Amma ən maraqlısı, çox güman ki, yalan olan bu açıqlama deyil, onun riskə getməyə və çat-botun xeyrinə işini itirməyə hazır olması idi. Əgər süni intellekt insanların işini itirməsinə təsir göstərə bilirsə, o daha nələrə qadirdir!?" - Harari soruşmuşdu.

Tariyel Həsənov
AzVision.az
Ardını oxu...
“Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür”.

Bizim.Media xəbər verir ki, bunu "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiyada çıxışında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədov bildirib ki, Azərbaycan son 10 ildə kosmik sahənin inkişafına 600 milyon dollar investisiya yönləndirib.
Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hökuməti kosmos proqramını davam etdirəcək.

“Azərkosmos” dövlətə məxsus agentlik olsa da, biz, eyni zamanda, kosmik fəaliyyətlə bağlı bir sıra beynəlxalq qaydaları qəbul edib, bununla yanaşı yerli kommersiya və qeyri-biznes strukturları ilə də əməkdaşlıq edirik", - deyə Saməddin Əsədov vurğulayıb.
Ardını oxu...
Azercell, məlumata görə digər mobil operatorlar da Xankəndi və ətraf ərazilərdə fəaliyyətə başlayıb.
Düşünmək olar ki, operatorlar ətraf ərazidə mövcud baza stansiyaların gücünü artırmaqla bərabər, həm də mobil (daşınan) baza stansiyalardan da istifadə edirlər.
Burada diqqət çəkən, ictimai əhəmiyyət kəsb edən məsələ həm də odur ki, görəsən bu operatorlar Ermənistan kodu ilə işləyən Karabakh Telecom operatorunun infrastrukturundan istifadə edirlərmi?
Görəsən hansı operator Karabakh Telekocom infrastrukturundan (baza stansiyalar və yerləşdiyi ərazilər, fiber-optik infrastruktur, generatorlar, xidmət mərkəzləri və s.) bəhrələnə bilib ?
Yoxsa, hələlik bu infrastruktur nəzarət-yoxlama altındadır?
Xatırlayıram ki, ötən illərdə bu infrastrukturdan istifadə üçün daha çox Azercell-ə münbit şərait yaradılmışdı.
Əlbəttə, anlaşılandır ki, indiki anda bölgədə mülki qurumlar deyil, hərbi-inzibati qurumlar vəziyyətə nəzarət edirlər.
Güman ki, telekommunikasiya infrastrukturunun qurulması da bu qurumların nəzarəti altında gerçəkləşir.
Düşünürəm ki, Xankəndi və ətraf ərazilərdə telekommunikasiya və mobil infrastrukturunun, poçt rabitəsinin, nömrə resurslarının, internet infrastrukturun yenidən qurulması üçün kompleks tədbirlər həyata keçirilməlidir.
RİNN, İKTA bu sahədə bərabər imkanlar, rəqabətli şərait yaratmalıdır.
Yeri gəlmişkən, görəsən Karabakh Telecom-un taleyi necə oldu? Onun sonuncu sahibi Araik Arutunyan indi haradadır görən ? Bu gün Baş prokuror Kamran Əliyev Araikin beynəlxalq axtarışa verildiyini də açıqlayıb.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Azərbaycanın azad edilmiş ərazilərinin sürətli dirçəlişinə öz töhfəsini vermək məqsədilə “Nar” geniş mobil şəbəkəsi ilə Qarabağı əhatə edir. “Nar” Qarabağın və Şərqi Zəngəzurun bir çox yaşayış məskənlərini baza stansiyaları ilə artıq təmin edib.
“Nar” texniki heyəti Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə “Nar” şəbəkəsi abunəçilərə təqdim edilib.
Azərbaycan brendi olması ilə hər zaman qürur duyan “Nar” azad edilmiş ərazilərə xüsusi diqqət ayırmağı özünə borc bilir. “Nar”ın həyata keçirdiyi layihələrlə bağlı ətraflı nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 
 


 
Ardını oxu...
“X” şirkətinin sahibi Elon Mask Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn il “TEKNOFEST”də iştirakla bağlı dəvətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Bundan əvvəl Türkiyə lideri onun bu mötəbər festivalda iştirakından məmnun olacağını qeyd edib.

“Elon Mask! Növbəti il sizi dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest” də görməkdən çox məmnun olarıq. İnanıram ki, bu əməkdaşlıq bir çox sahələrdə ölkəmizə və bəşəriyyətə böyük töhfələr verəcək”, – Ərdoğan paylaşımda vurğulayıb.
 
 

Ardını oxu...

Multimilyarder İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti ABŞ Kosmik Qüvvələri ilə “Starshield” sistemindən istifadə edərək ABŞ ordusunu peyk rabitəsi ilə təmin etmək üçün ilk müqaviləni imzalayıb.

Məlumata görə, ABŞ Kosmik Qüvvələrindən müqavilələr almaqda 15 şirkət “SpaceX”ə rəqibdir. Söhbət 2028-ci ilə qədər 900 milyon dollar məbləğində işlərə dair sifarişlərdən gedir.

“SpaceX” və Pentaqon arasında müqavilə sentyabrın 1-də bağlanıb və bir il müddətinə qüvvədədir. Müqavilənin həcmi 70 milyon dollar olacaq.

 

Gundemxeber.az

 
 
 
Ardını oxu...
Alimlər dünyanın ən güclü rentgen lazerini işə salıblar, bu da elmdə yeni bir dövr açacaq.

Texnologiya ABŞ-də təqdim edildi. Artıq dünyanın hər yerindən tədqiqatçılar sınaqlarda iştirak etmək üçün növbəyə durublar.

Lazer yeni hesablama formalarını, daha dayanıqlı sahələri və təmiz enerji texnologiyalarını stimullaşdırmaq potensialına malikdir. Bu, həm də yeni dərman növlərinin inkişafına kömək edəcək.
Mənbə: Lenta dnya
 

Ardını oxu...
DİA.AZ: - "Mənim şikayətim "Citynet" provayderindəndir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımda guiley olunur.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: " "App store" və bəzi saytlara bizim evdə "Citynet" provayderi ilə daxil olmur.

WIFI söndürəndə, telefonun öz interneti ilə hər şey normaldı. Ofisin və başqa yerlərin interneti ilə də normaldı hər şey.

Provayderə zəng eliyib səbəbini soruşduğum halda köməklik göstərməyə, araşdırmağa cəhd belə etmədilər.

Provayder Citynet olduğu halda bizlik deyil cümləsi quruldu.

Bu problemi necə aradan qaldırım bilmirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - "Hörmətli Rəşad Nəbiyev, ermənilər ağ bayraq qaldırdı. Bəlkə votsapın sürətini bərpa edəsiniz, “Tik-Tok”u da açasınız..." DİA.AZ bildirir ki, bunu tanınmış jurnalist Məhəmmədəli Qəribli nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə xitab edərək bildirib.

Jurnalist internetin sürətindən narazılığını ifadə edərək daha sonra bildirib:

"Antiterror tədbirləri bitibsə, heç kim həmin yerlərdən video paylaşmayacaq. Onsuz da lazımsız məzmunları paylaşmaq istəyənlər bunu digər sosial şəbəkələrdə də edə bilir.

Hər kəs öz etdiyinə görə fərdi məsuliyyət daşımalıdır. Vatsapın sürətini azaltmağın bu nəsələlərə nə dəxli var, onu anlamadım…"
Ardını oxu...
Donald Trampın oğlunun “X” sosial şəbəkəsindəki hesabı sındırılıb.

Səhifədə ABŞ-nin keçmiş prezidentinin ölümü ilə bağlı saxta mesajlar, eləcə də müxtəlif təhqiramiz ifadələr yer alıb.

Bildirilir ki, keçmiş “Twitter” platformasındakı hesaba nəzarəti ələ keçirən hakerlər kiçik Donald Trampın adından 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyətini bəyan ediblər.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti