Ardını oxu...
Konqoda taxtadan hazırlanan “çukudu” (və ya “çikudu”) adlanan maraqlı bir nəqliyyat növü öz funksionallığına görə dünya brendlərinə meydan oxuya bilər.

Bu, bildiyimiz elektrikli skuterlərin ibtidai variantına bənzəyir. Yerlilər ondan taksi kimi istifadə edirlər.

Cəmi 150 dollara başa gələn bu ikitəkərli “yolsuzluq” texnikası əsasən evkalipt ağacından hazırlanır və 450-800 kq yükə tab gətirir.

“Çukudu”ların elit variantı da var. Bunun üçün skuterdə güclü yay və müxtəlif əlavələrlə xüsusi modifikasiyalar həyata keçirirlər.
Konqolular, hətta bu skuterə heykəl də qoyublar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: News.ru
 
Ardını oxu...
"Şikayət yazma səbəbim "City Net"dir!

Hər il yanvar ayında yüksək sürətli internet paketi üçün illik ödəmə ödəyirik. Hər ildə zəng edirik yanvarın əvvəli tam ödəməni yenə soruşuruq.Keçən il son iki aya az qalmış sms gəldi ki , bağlanır ödəmə ödəyin.

Zəng etdik, axı illik ödəmişik dedilər texniki səhv olub internet kəsilmədi. Bu il həmin sms yenə gəldi zəng etdim ki, illik pul ödənib dedilər sorğu açırıq.Dəfələrlə bildirdim ki, elə edin kəsilməsin.Nəticə olaraq internet kəsilib iki gündü zəngdə edirik elə deyirlər sorğular növbə ilə baxılır.Ondan qabağ iki gündə öz texniki səbəblərindən kəsmişdilər.

"CityNet", sizə sual verirəm... biz pulumuzu illik ödəyirik ki, internet kəsilməsin! Sizə görə iki gündür internet yoxdu? Nə zaman olacaq, bilinmir... biz nə etməliyik?

Hansı zəmanədir? Hamının işi-gücü internetə bağlıdı..."


Mənbə: "Müşərinin Səsi" Sosial Qrupu - Müəllif: Elnurlu
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Yaponiyada kredit kartı ilə ödəniş sistemində kütləvi nasazlıq yaranıb.

"Report"un məlumatına görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkədəki əksər mağazalarda kredit və debet kartları vasitəsilə nağdsız ödənişlər etmək mümkün olmayıb.

Daha sonra nağdsız əməliyyatların həyata keçirildiyi ölkənin ən böyük ödəniş sisteminin operatoru olan JCB Korporasiyası nasazlığın artıq aradan qaldırıldığını bildirib.
 
Ardını oxu...
“Arrow3” İsrailin raketdən müdafiə sisteminin ən yüksək eşelonudur

Bu yaxınlarda İsrail dünya tarixində ilk dəfə olaraq orta mənzilli ballistik raketi vurmaq üçün döyüş şəraitində strateji raketdən müdafiə sistemindən istifadə etdi. Bu necə sistemdir? “Arrow3” İsrailin raketdən müdafiə sisteminin ən yüksək eşelonudur.

İnsanlar İsrailin raketdən müdafiə sistemindən danışanda hamının ağlına ən aşağı komponent – “Dəmir Qübbə” düşür. Amma sistem əslində üç komponentdən ibarətdir. "Dəmir Qübbə" - idarə olunmayan raketləri tutmaq üçün nəzərdə tutulmuşdur. Bundan sonra ballistik raketləri, əməliyyat-taktiki raketləri, yəni nisbətən desək, “İskəndər” nöqtəsini tutmaq üçün nəzərdə tutulmuş "David's Sling" adlanan ən yüksək səviyyə gəlir. Ən yüksək səviyyədə isə orta mənzilli ballistik raketləri və qitələrarası ballistik raketləri tutmaq üçün nəzərdə tutulmuş “Arrow3”dür. Qitələrarası raketlərlə bağlı sual açıqdırsa, o zaman orta mənzilli raketlərdən danışa bilərik.

Sistemin işləməsi son dərəcə vacibdir. Axı bu, onun oktyabrın 31-də Yəmən husiləri tərəfindən atılan orta mənzilli ballistik raketin qarşısını almaq üçün onun ilk döyüş istifadəsi idi. Əvvəllər sistem bir neçə il əvvəl Suriyadan atılan S-200 raketini vurmaq üçün istifadə edilib. İndi “Skad” əsaslı, lakin yenidən işlənmiş, çox güman ki, İran raketindən danışırıq. İki min kilometrə qədər uçuş məsafəsi var. Və bu, Yəməndən İsrailə hücum üçün kifayət edir.

Ukraynaya belə bir sistem lazımdırmı? İndi cəbhədə heç bir faydası olmayacaq. Axı bu, arxa əraziləri qorumaq üçün nəzərdə tutulmuş raketdən müdafiə komponentidir. Allaha şükür ki, Rusiya Federasiyası Ukraynaya qitələrarası raketlərlə hücum etmir və onların rəsmi olaraq orta mənzilli raketləri yoxdur.

Bundan əlavə, “Arrow3” sisteminin əldə edilməsində obyektiv maneələr var. Təbii ki, Ukraynanın belə bir sistem üçün təxminən 3,5 milyard dolları olsaydı (Almaniya İsraildən məhz bu məbləğə “Arrow3” sistemini sifariş etmişdi), üstəlik bir neçə il ehtiyatda (çünki onun çatdırılması 2025-ci ilə planlaşdırılır) və həmçinin İsraillə düzgün münasibətləri olsaydı. Ancaq İsrailin raketdən müdafiə sistemindən danışırıqsa, o zaman Ukrayna üçün indi daha maraqlı olan “Dəmir Qübbə” deyil, baxmayaraq ki, o, həm də cəbhə xəttindəki şəhərləri düşmən hücumlarından qorumaq üçün vacibdir. "David's Sling" bizim üçün daha maraqlıdır, çünki o, operativ-taktiki səviyyəli ballistik raketləri, yəni Rusiyanın bizə zərər vurduğu "İskəndər”ləri tutmaq üçün nəzərdə tutulub.

Müəllif: Oleq Katkov – Ukraynalı hərbi ekspert, “Defense Express” jurnalının baş redaktoru.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
Ardını oxu...
Cənubi Koreyanın Kyonqsan əyalətində robot sınaq zamanı 40 yaşlı kişini əzərək ölümünə səbəb olub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qəza bibər çeşidləmə zavodunda baş verib.

Belə ki, robototexnika şirkətinin əməkdaşı sınaq buraxılışından bir gün əvvəl sensorlarında nasazlıq yaranan robotun işini yoxlayıb. Robot bibər qutularını qaldırıb altlıqlara yerləşdirməli idi.

Bu zaman robot kişini tərəvəz qutusu ilə səhv salaraq onu tutub və konveyer lentinə sıxaraq üzünü və sinəsini əzib.

Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Ardını oxu...
“The Telegraph”: İsrailin husi raketini vurması kosmosda ilk döyüş idi

İsrailin oktyabrın 30-da Yəməndən husilər tərəfindən atılan və Eylat şəhərinə doğru istiqamətlənən ballistik raketi vurması tarixdə ilk kosmos döyüşü kimi qiymətləndirilir. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.

"İsrail bu həftə Yer atmosferindən kənarda ballistik raketi vurmaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə etdi, bu, kosmosda ilk döyüşdür", - deyə bildirilib.

Üstəlik, qəzetin yazdığına görə, bu həm də ilk dəfədir ki, ABŞ və İsrailin birgə hazırladığı “Arrow” raketdən müdafiə sisteminin əsas məqsədinin yüksək hündürlükdə uçan və uzun mənzilli ballistik raketi vurmaq üçün istifadəsidir.
 
Ardını oxu...
Bir neçə gündür ki, sosial mediada vətəndaşların pensiya hesablarına müdaxilə və oradan vəsaitlərin oğurlanması ilə bağlı yazışmalar diqqətimi cəlb edirdi.
İndi baxıram ki, Azər Nəsirov artıq ƏƏSMN qurumları ilə əlaqə saxlandığını , problemin həll olunduğunu, onların isə, baş verənlərin texniki problem olmasını bildirdiklərini açıqlayıb.
Dərhal qeyd edim ki, əgər hətta belədirsə bu çox ciddi, ağlasığmaz bir haldır.
Necə yəni texniki problem?
Dövlətin dataları ciddi qorunur, audit olunur, kənar müdaxilələrin izi qalır, dövlət datalarına, fərdi məlumatlara nəzarət edən dövlət qurumları var.
Mən bildiyim qədər bu sistemlərə giriş gücləndirilmiş imzalarla baş tutur.
Həm də , xatırladıram ki, ƏƏSMN -nin informasiya sistemləri sektorda ən öndə gedən və ciddi uğurları olan DOST İnnovasiya Mərkəzinin nəzarətindədir.
Bütün məlumatların DSMF və DVX-yə göndərilməsi işəgötürənin gücləndirilmiş imzaları vasitəsilə mümkündür. Hesabatlar, dəqiqləşmələr hamısı bu formada reallaşdırılır. Emal prosesi isə bu qurumların informasiya sistemlərində baş verir.
Vətəndaşlata məxsus vəsaitlərin dövlətə məxsus bazalardan oğurlanması haqqında məlumatların özü aydın səmada göy gurultusu olmalıdır.
Doğurdanmı deyilənlər doğrudur, kənar müdaxilə olubmu? Burada insan amili rol oynayıbmı?
Dövlət qurumları dərhal buna reaksiya verməli, ciddi açıqlamalar, izahatlar olmalıdır.
Məsul şəxslərdən hesabat sorğulanmalı, məsuliyyət tələb olunmalıdır.
Dağ boyda DSMF -in bazasına müdaxilədən söhbət gedir, konkret adlar var, pensiya hesablarından böyük məbləğlərdə pulların silinməsi , bunun texniki problemlər olmasının müzakirəsi gedir , amma qurumdan açıqlama yoxdur.
Bu yolverilməzdir.
DSMF, ƏƏSMN, XRİTDX, RİNN, İRİA, bu qurumlar hamısı baş verənlərlə bağlı maraqlı tərəflərdi. Hər birisi öz səlahiyyətləri çərçivəsində reaksiya verməlidir.
Ortada ciddi ittihamlar var.
Əsas ittiham da DSMF-yə qarşıdır.
Ümid edirəm DSMF və digər qurumlar baş verənlər və onun səbəbləri haqqında rəsmi açıqlamalar verəcəklər.
İnanmaq istərdim ki, dövlətə məxsus datalara hansısa kənar müdaxilə olmayıb, "insan amili" rol oynamayıb.
Osman Gunduz
Teref.az
Ardını oxu...
2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən “Azərsky-2” peykinin orbitə çıxarılması üçün 50 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Bakupost.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, vəsait Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") ayrılacaq.
 
Ardını oxu...
"Golden Concept" şirkəti platin və brilyantdan hazırlanmış "Apple" qadcetlərinin eksklüziv dəstini təqdim edib.

Yenisabah.az xəbər verir ki, "milyarderin qadcetləri" adlanan kolleksiya 250 min dollar dəyərində qiymətləndirilib.

Dəstə "iPhone 15 Pro Max" smartfonu, "AirPods Max" simsiz qulaqlıqları, "Apple Watch Ultra" 2 smart saatı və "Apple" ilə heç bir əlaqəsi olmayan mexaniki saat daxildir. Bütün cihazlarda müxtəlif kəsiklər və keyfiyyətlər olan brilyantlarla bəzədilmiş platin korpus var.

Kolleksiyada ən bahalı qadcet 213 qram ağırlığında və ümumi çəkisi 36,72 karat olan 2448 almazdan ibarət "iPhone 15 Pro Max"dır. Üstəlik, orijinal smartfonun çəkisi 221 qramdır.

Qeyd edilir ki, bütün "Milyarder qadcetlər"inin istehsalı 500-dən çox iş saatı tələb edir və 7586 almazdan istifadə olunur.

"Golden Concept" şirkəti "Milyarderin qadcetlər"i dəstini bir neçə gün ərzində dünyanın istənilən nöqtəsinə çatdırmağı vəd edir. Bütün dəst qadcetləri zədələnmədən qoruyan təbii qara palıd ağacından hazırlanmış xüsusi qutuda veriləcək./Teleqraf.com
 
Ardını oxu...
İkinci Qarabağ müharibəsində tam qələbəsini təmin edən Azərbaycanın qarşısında artıq yeni bir çağırış dayanıb. Vətən müharibəsində qalib gələn Azərbaycan arxasında erməni lobbisinin dayandığı informasiya müharibəsi ilə üz-üzədir.
2022-ci il fevralın 2-də Gənclər Forumunda çıxış edən Prezident İlham Əliyev sonu olmayan bu müharibədə daima ayıq olmağın vacibliyini vurğulayıb:
«Biz üçüncü müharibə istəmirik. Əgər özümüz üçün təhdid görməsək, biz hər hansı bir addım atmaq fikrində deyilik, ancaq informasiya müharibəsi davam edir və bu müharibənin sonu olmayacaq. Bu, bizim seçimimiz deyil, ancaq əgər sənə kimsə hücum edirsə, sən gərək özünü müdafiə edəsən və elə müdafiə edəsən ki, daim qalib gələsən».
Erməni lobbisi və onların əlaltıları hazırda Azərbaycana qarşı informasiya hücumlarında kimliyi məlum olmayan çoxsaylı xarici İP TV operatorlarından istifadə edir.
Bunların sırasında ən aktivləri «Ilook TV», «EdemTV», «Megogo» və s.-ləridir. Beynəlxalq müstəvidə bu operatorlar pirat sayılırlar, çünki adətən kimliklərini gizlədirlər və ölkələrin internet məkanına icazəsiz, qeyri-qanuni üsullarla daxil olurlar.
İlkin araşdırmalar göstərir ki, bu pirat operatorların Azərbaycanda bu qədər fəal yayılmasında revanşist erməni dairələrinin və Azərbaycana düşmən mövqedə dayanan digər qüvvələrin xüsusi rolu var. Hansısa yollarla bir ucu ermənilərə bağlı olan bu operatorların Azərbaycan ərazisindəki fəaliyyəti tam qanunsuzdur. «Media haqqında» qanunun 28-ci maddəsinə görə, platforma operatorları Azərbaycanda fəaliyyət göstərmək üçün mütləq lisenziya almalıdırlar.
Pirat məhsulların lisenziyasız yayımını qeyri-qanuni həyata keçirən bu operatorlar Azərbaycan bazarında ildırım sürəti ilə yayılır və Azərbaycanın həm iformasiya təhlükəsizliyinə təhdid yaradır, həm də qanuni şəkildə fəaliyyyət göstərən, dövlətə vergilər ödəyən sahibkarlıq subyektlərinin inkişafını imkansız edir.
Təqdim etdikləri 400-800 kanalın arasında çox sayda erməni kanalları və Vətən Müharibəsi dövründə və son keçirdiyimiz antiterror tədbirləri dövründə Dövlətimizin əleyhinə geniş informasiya müharibəsi aparan digər düşmən mövqeyindən çıxış edən kanalları vasitəsi ilə nəzarətsiz şəkildə evlərimizə icazəsiz girərək öz çirkin təbliğatlarını aparırlar.
Bütün yayımladıqları kontent oğurluq, pirat məhsullar olduğu üçün aylıq abunə haqqını çox ucuz - cəmi bir dollar edən bu operatorlar Azərbaycanda rəsmi lisenziya ilə fəaliyyət göstərən «Ailə TV», «KATV», «ATV+», «TVNET», «City Net», «Connect TV», «Baktelekom» kimi operatorlarla haqsız rəqabət aparır.
Əhaliyə keyfiyyətli xidmət göstərən yerli operatorlar işçilərə maaş, dövlət büdcəsinə vergi və rüsumlar ödədiklərinə, infrastruktura sərmayə yatırdıqlarına görə aylıq abunə haqqını 10 manatdan aşağı sala bilmirlər. Bu isə infrastruktura heç bir sərmayə yatırmayan, internetlə telekomunikasiya bazarımıza qeyri-qanuni daxil olan “pirat” operatorların inhasırçı mövqeyə çıxmasına səbəb olur.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərlinin REAL-a bildirdiyinə görə, hazırda IP televiziya bazarının 90 faizindən çoxu pirat operatorlara məxsusdur:

«Onlar lisenziyalı olub-olmamasından, KİV standartlarına uyğun gəlib-gəlməməsindən, fəaliyyətlərinin qanunsuz olub-olmamasından asılı olmayaraq bütün yayımçılara özlərində yer verirlər...
...bunlar informasiya məkanında çox ciddi problemlər yaradırlar».
İnformasiya məkanında yaranan problemlərin ilk nəzərə çarpanı yerli operatorların üzləşdiyi maddi itkilərdir. İlkin hesablamalar görə, ölkədə təxminən 700 min istifadəçi pirat operatorların xidmətindən istifadə edir. Bu, hər il milyonlarla valyuta ehtiyatlarımızın ölkədən çıxarılaraq mənbəyi bəlli olmayan və böyük əksəriyyəti Azərbaycana düşmən mövqedə dayanan dairələrin çiblərinə axıb gedir. Yerli operatorların isə hər il milyonlarla manat abunəçi haqqı itirməsinə gətirib çıxarır ki, bu da öz növbəsində Dövlət büdcəsinə önənilə biləcək milyonlarla manatın itirilməsi deməkdir.
Amma Azərbaycanın itkiləri yalnız bununla məhdudlaşmır. Pirat operatorların təqdim etdiyi kanallar feyk xəbərlərlə birbaşa ictimai rəyə təsir edərək, Azərbaycan milli fikrinin bünövrəsini təşkil edən dəyərləri dağıtmağa çalışırlar.
Pirat operatorlar gənclərə yalan məlumatlar çatdırmaqla Azərbaycanın gələcəyini də hədəfə alıblar. Məsələn, Parfiya tarixindən oğurlanmış uydurma «Böyük Ermənistan» yalanını gerçəklik kimi təqdim edən, ermənilərin Cənubi Qafqazda qədimdən yaşadığını iddia edən əsassız məlumatları təbliğ edirlər.
Yaxud Azərbaycan gəncliyinin döyüş ruhunu zəiflətmək üçün narkotik təbliğinə göz yumurlar. Özü də bu hücumlar təkcə Ermənistandan və erməni lobbisinin nəzarəti altında olan Rusiya kanalları tərəfindən edilmir.
Beynəlxalq təcrübə göstərir ki, ölkənin informasiya məkanına icazəsiz girən pirat operatorların qarşısı sərt tədbirlərlə alınmalıdır. Məsələn, 2020-ci ildə İtaliya ölkə bazarında icazəsiz fəaliyyət gösərən pirat operatora qarşı kəskin addımlar atıb.
Polis pirat operatorun 20-yə yaxın ofisinə basqın edərək avadanlığını müsadirə etdi, əməkdaşlarını həbs edərək cinayət işi başlayıb. Son 2-3 ildə Avropanın bir çox ölkələrində və qardaş Türkiyədə bu cür pirat operatorlara qarşı çox sərt tədbirlər görülərək onların bloklanması həyata keçirir.
Azərbaycanın da beynəlxalq təcrübəni öyrənərək öz informasiya təhlükəsizliyinə olan təhdidlərin qarşısını almaq və yerli sahibkarlarını haqsız rəqabətdən qorumaq məqsədi ilə bu cür qəti addımların atmasının vaxtı çatıb.
 

Dünyapress TV

Xəbər lenti