Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Rus Borisi kənd tam orta məktəbində aşağıda qeyd etdiyim nöqsanlar, saxtakarlıqlar, qanunsuzluqlar, məktəb direktorunun vəzifəsindən sui istifadə halları mövcuddur: 1. Azərbaycan bölməsi 8- ci sinifdə iki nəfər şagird olmaqla iki bacı təhsil alması üçün adları jurnalda qeyd edilmişdir. Bu şagirdlər məktəbə gəlmir, dərslərdə iştirak etmirdilər. Bu sinifdə dərs deyən müəllimlər şagirdləri görmədikləri halda mövzuları sinif jurnalına yazaraq, biliklərini qiymətləndirirdilər. 08.12.2022- ci il tarixində Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov Rus Borisi kənd tam orta məktəbində ciddi araşdırmalar apardı. Həqiqətən də Azərbaycan bölməsinin 8- ci sinfində şagirdlərin olmamasını, olmayan şagirdlərə müəllimlərin biliklərinin qiymətləndirilməsinin, sinif jurnalında mövzular yazıldığının şahidi olaraq qeydiyyat etdi və həmin siniflərdə dərs deyən müəllimlərin izahatlarını aldı. 15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin əməkhaqqısı bu sinifdə dərs deyən müəllimlərdən tutulması üçün Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun mühasibatlığına arayış təqdim etdi. Məsləhətçi Mirabbas Məmmədovun dediyinə görə 8- ci sinif bağlandı. QEYD: bu məsələni araşdırmaq üçün 8- ci sinfin bağlanması əmrini, 15.10.2022- ci il tarixindən 08.12.2022- ci il tarixinə kimi olan günlərin müəllimlərdən həqiqətən əməkhaqqılarının tutulması sənədlərini, məsləhətçi Mirabbas Məmmədovdan müəllimlərdən aldığı izahatları araşdırmaq lazımdır; 2. Məsləhətçi Mirabbas Məmmədov bu məktəbdə mövsümü olan ocaqçı ştatında olan ocaqçıların işdə olmamalarını aşkarladı; 3. Azərbaycan bölməsi 9- cu sinifdə oxuyan bir nəfər şagird ümumiyyətlə məktəbə gəlmir, dərslərdə iştirak etmir, Gəncə şəhərində yaşayır, şagirdin əmisi Dövlət Yol Polisində çalışır ( DYP) adını jurnala yazdırıblar, müəllimlər həmin şagirdi görməsələr də biliyini qiymətləndirirlər; 4. Rus bölməsinin Çinarə adlı 11- ci sinif şagirdi Naftalan şəhərində yaşayır, məktəbə gəlmir, dərslərdə iştirak etmir, biliyi müəllimlər tərəfindən qiymətləndirilir; 5. Məktəbin kitabxanaçısı 20 ilə yaxındır ki, orta təhsilli kimi kitabxanaçı işinə qəbul olunub. Rus Borisi kənd tam orta məktəbində üç nəfər məktəb direktorları : Mixail, Malik, Xəqani müəllimlərin dövründə kitabxanaçı orta təhsilli kimi işə başlayıb, orta təhsilli kimi əməkhaqqı alıb. Məktəbə direktor vəzifəsinə təyin edilən Roman Səfərəliyev bir neçə müddətdən sonra həmin bu kitabxanaçının təhsilini orta təhsildən dəyişdirərək ALİ təhsilli kimi əmrləşdirərək ali təhsilli əməkhaqqı almasına şərait yaradıb. 2023- cü ilin yanvar ayının əvvəllərində bu məsələdən xəbər tutan məsləhətçi Mirabbas Məmmədov kitabxanaçını qəbul etmiş, ali təhsil sənədinin gətirməsini, ali təhsil sənədini gətirənə kimi əməkhaqqısının ali təhsilli kimi deyil orta təhsilli kimi alacağını kitabxanaçının diqqətinə çatdırıb. Məsləhətçi Mirabbas Məmmədovun deməsinə görə kitabxanaçı ali təhsil sənədini təqdim edə bilmədiyi üçün kitabxanaçının əməkhaqqısı 2023- cü ildən bu günə kimi yenidən orta təhsilli kimi hesablanır. QEYD : məktəb direktoru kitabxanaçını ali təhsilli kimi işə qəbul olunması barəsində əmrini, ali təhsil haqqında sənədini təqdim etməsə mühasibatlıq kitabxanaçının orta təhsilli əməkhaqqısını ali təhsilli kimi hesablaya bilməz, kitabxanaçının adına ali təhsilli kimi əməkhaqqı yazıla bilməz; 6. Məktəbin rus bölməsinin Saşa ( əsl adı Andrey ya Aleksandr olmalıdır) adlı müəlliminin 34 saat dərs saatı, bir sinfin sinif rəhbərliyi var. Qeyri ixtisaslı pedaqoji kadrdır. Bu müəllim iş günlərində bir neçə günlük 2022- ci ilin oktyabr ayında sərhəddi keçərək xaricə getmişdi. Məktəb direktoru bu müəllimin xaricdə olduğu müddətdə olan günləri üçün əməkhaqqını tutmamış, adına əməkhaqqı yazmış, müəllim özü də xaricdən qayıtdıqdan sonra dərs dediyi siniflərdə sinif jurnallarına mövzuları öz xətti ilə yazmışdır; 7. Məktəb direktoru Roman Səfərəliyev ali təhsilli tarix müəllimidir, rus bölməsində tarix fənnini tədris edir. Tarix fənni ilə yanaşı qanunsuz olaraq informatika fənnindən olan dərs saatlarını da götürüb tədris edir, əməkhaqqı alır. İnformatika fənnini tədris etməsi üçün ” Müəllimlərin İşə Qəbulu İmtahanında ” iştirak etməli, bu fənni tədris etməsi üçün uğur qazandıqdan sonra informatika fənnini tədris edə bilər. İmtahanda iştirak etmədən qanunsuz olaraq adına informatika fənnindən olan dərs saatlarını da əmrləşdirib , əməkhaqqı alır. Yuxarıda qeyd etdiyim nöqsanları, saxtakarlıqları, qanunsuzluqları Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov araşdırıb, məlumatlıdır. Sizdən xahiş edirəm nəzarətinizə götürəsiniz, obyektiv araşdırılma aparılmasına, günahkarların layiqli cəza almalarına, əməllərinə hüquqi qiymət verilməsinə TAPŞIRIQLAR verəsiniz. IHörmətlə, Goranboy rayon sakini Eminov Neman Bayram oğlu dunyaninsesi