AKİA-nın müəmmalı tenderi:
Azərbaycanda büdcədən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarının keçirilməsi proseslərində qanun pozuntularının olması barədə kifayət qədər yazılıb.

Zaman-zaman yerli mətbuatda araşdırmaçı jurnalistlərin və iqtisadçı ekspertlərin təqdim etdiyi xəbərlərdə dövlətdən maliyyələşən əksər qurumların sifarişçi olduqları satınalmalarda öncədən sövdələşmə, "otkad" və digər neqativ halların olması barədə faktlar yer alıb.

Qlobal.az xəbər verir ki, keçirdiyi satınalmaları şübhə doğurduğu iddia edilən dövlət təşkilatlarından biri də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyidir.

Agentlik 29.03.2023-cü il tarixində "Mətbuatda elan, bildiriş və reklamların verilməsi; Reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması; məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.

Tenderin məbləği 193.300 manat təşkil edir.

Agentliyin sifarişçi olduğu tenderdə "Tag Consultangy" (2005409031) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"Tag Consultangy" - Agentliyi bəzər, özü "lüt gəzər"

Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçi olduğu 193 min manatlıq tenderinin qalibi elan edilən "Tag Consultangy" MMC 2019-cu ilin yanvar ayının 15-də dövlət qeydiyyatına alınıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680626794_2.jpg
On beş manat nizamnamə kapitalı olan "Tag Consultangy" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Vinqtau ev 11 A, mənzil 89 ünvanı, şirkəıtin qanuni təmsilçisi isə Quliyev Həsən Camal oğludur.

"Tag Consultangy" MMC-nin fəaliyyət profili, lisenziyaları, faktini ünvanı, əlaqə telefonları və texniki imkanları barədə açıq internet resurlarında məlumat yoxdur.

2019-cu ilin yanvar ayında yaradılan "Tag Consultangy" MMC-nin feysbuk sosial şəbəkəsində 127 nəfər izləyicisi olan "Tag Consultangy" adlı səhifəsində isə ən son paylaşım 2019-cu ilin mart ayının 20-də olub.

Şirkət bu paylaışmında Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

"Tag Consultangy" MMC satınalma müqaviləsinə görə Aqrar Kredit və İnkişaf Agentliyinə 150 sayda təbliğat xarakterli video materiallar, 30 sayda maarifləndirici foto xidməti, 150 sayda sosial media marketinq fəaliyyəti, 80 sayda tv verilişin hazırlanması və yayımı, 24 sayda bölgələrdə fermerlərlə görüşlərin təşkili və mediada işıqlandırılması xidmətini göstərəcək.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680626917_2.jpg
Texniki bazası barədə açıq internet resurslarında heç bir məlumat verilməyən, feysbuk səhifəsində son paylaşımı 4 il əvvəl olan "Tag Consultangy" MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinə tender müqaviləsi üzrə hansı keyfiyyətdə xidmət göstərəcəyi xeyli suallar və şübhələr yaradır.

Qalib şirkətin rəhbəri kimdir?

Aqrar Kredit və İnkişaf Agentliyinin 130 min manatlıq tenderinin qalibi olan "Tag Consultangy" MMC-nin Kənd Təsərrüfatı nazirliyinə heç də yad olmayan təşkilat olduğu deyilir.

"Qlobal.az"ın əldə etdiyi məlumata görə "Tag Consultangy" MMC-nin qanuni təmsilçisi Quliyev Həsən Camal oğlunun Kənd Təsərrüfatı nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri ilə dostluq münasibəti var.

İddialara görə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevin Həsən Quliyevlə xüsusi münasibətlərinin olduğu bildirilir. "Tag Consultangy" MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinin mart ayının 29-da yekun vurduğu satınalmada qalib elan edilməsində də bu münasibətlərin mühüm rolunun olduğu vurğulanır.

Daha bir məlumatda isə "Tag Consultangy" MMC-nin qanuni təmsilçisi Həsən Quliyevin də Kənd Təsərrüfatı naziri İnam Kərimovun müşaviri olduğu iddia edilir.

"Qlobal.az" məsələ ilə bağlı "Tag Consultangy" MMC-dən mövqe öyrənib.

Şirkətin qanuni təmsilçisi Anar Quliyev uzun illərdir iqtisadi və təhsil sahəsində çalışdığını, tagrom.az adlı layihələrinin olduğunu bildirdi. AKİA-nın sədri Seymur Mövlayevlə heç bir əlaqələrinin olmadığını vurğulayan A.Quliyev tagrom.com, tagrom.ru, tagrom.az layihələrinin Azərbaycan iqtisadiyyatına ciddi dəstək verdiklərini bildirdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680626991_1.jpg
Atasının Azərbaycanın Milli Qəhrəmanı olduğunu bildirən MMC rəhbəri çoxsaylı startap layihələrinin olduğunu deyir.

Aqrar Kredit və İnkişaf Agentliyi isə sözügedən 193 min manatlıq satınalma üzrə xidmətləri "Tag Consultangy" MMC-nin hansı texniki baza ilə yerinə yetirəcəyinə aydınlıq gətirmədi.

Agentlik tenderdə iddiaçı qismində daha hansı şirkətlərin iştirak etdiyi barədə olan sualımızı da cavablandırmayıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680627087_1.jpg
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir.
 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti