Sumqayıtda qəribə vəziyyət yaranıb. Qəribəliyə səbəb ölkənin üçüncü böyük şəhərinin kim tərəfindən idarə olunması ilə bağlıdır. Məsələ belədir ki, hal hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı rəsmi olaraq Zakir Fərəcovdur. Lakin onun səhhətində son zamanlar yaranmış problem səbəbindən davamlı olaraq, işə gedib-gələ bilmədiyi deyilir. İddalara görə, Fərəcov xeyli müddətdir xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq, Almaniya və ya İsraildə müalicə alır. Hətta o da bildirilir ki, icra başçısı ötən ilin sonlarına yaxın əməliyyat belə olunub. Elə bu səbəbdən də Zakir Fərəcovun əksər rəsmi tədbirlərə qatılmadığı, işdə isə yalnız günün birinci yarısı gəldiyi deyilir. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının faktiki olaraq bir neçə müavini var. Müxtəlif sahələr üzrə təyinat almış müavinlər icra başçısı olmadığı təqdirdə, şəhərin idarəçiliyini həyata keçirməlidirlər.

Lakin faktiki olaraq, Sumqayıtın idarəçiliyini İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev reallaşdırır. Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. Son zamanlar isə o, bir il bundan öncə vəfat etmiş və postu hələ də boş qalmış müavinlərdən birinin səlahiyyətlərini icra edirdi. Əliyev bir ildir ki, müavin olmaq üçün çalışsa və bu məqsədlə bir sıra idarəetmə işlərini həyata keçirirsə də sonda məqsədinə nail ola bilmədi və bu posta kənardan təyinat verildi. Onu da bildirək ki, bu müddət ərzində onun təqdimatının iki dəfə Prezident Admnistrasiyasından geri qaytarıldığına dair xəbərlər də var. Məlumata görə, admnistrasiya Gündüz Əliyevin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə məqbul hesab etməyib.

AzToday.az xəbər verir ki, bunun da əsas səbəbi Gündüz Əliyevin Sumqayıt şəhərindən olan Qazilərlə yola getməməsi və adının bir sıra qalmaqallara qarışmasıdır. Məlumatlı mənbələrin dediyinə görə, hələ ötən il bir qrup Qazini qəbul edən Gündüz Əliyev ilk dəfə onlara müxtəlif vədlər verərək, yola salıb. Lakin bir müddət sonra həmin Qazilər vədlərin yerinə yetirilmədiyi səbəbindən təkrar şöbə müdiri ilə görüşməyə cəhd edirlər. Bu zaman Gündüz Əliyev onlarla kobud davranaraq, qəbul otağından çıxarılmaları barədə göstəriş verib. Həmin vaxt məsələnin sədası Prezident Admnistrasiyasına qədər gedib çatıb. Elə həmin zamandan onun müavin olmaq arzusu xəyala çevrilib. Məsələ bununla da bitmir, bildirək ki, Gündüz Əliyevin adın əvvəllər də qalmaqallara qarışıb. Məsələn, onun tender oyunlarının əsas aparıcı simalarından biri olduğu deyilirdi. Elə buna görə də, Sumqayıtda bütün təmir-tikinti işlərinin nəzarətini də ələ keçirməyə nail olmuşdu. Həmin tender oyunları sayəsində imkanlarını genişləndirən sözügedən şöbə müdirinin Sumqayıt Bulvarında qolf stadionu və xeyli sayda restoran və mülkləri olduğu deyilir. Bundan başqa, onun adı “MTN işi”ndə də hallanırdı. İddia edilirdi ki, şöbə müdiri ləğv edilmiş MTN-in rəhbərliyinə aylıq “xərac” verirmiş…

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti