İmişlinin Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi işini hansı geyimdə icra edir?
 
Hörmətli oxucular: 
Mən sizə İmişli rayon KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİNİN rəisi (KOMXOZ) Ceyhun Süleymanovdan bəhs etmək istəyirəm.
O, həmin Ceyhun Süleymanovdur ki, 2022 ci ilin sonlarında təxminən avqust ayında bu posta gətirilmişdi. Fəaliyyətə başlayandan bu günə qədər heç bir uğurlu işilə yadda qalmasada, 2023-cü ilin Fevral ayında ona tabe olan "DOST" M.M.C də biraz ara qarışan kimi, o böyrək əməliyyatı keçirməli oldu. Mən onun xəstəliyinin olub olmaması barədə heç nə deyə bilmərəm, amma mənə maraqlıdır ki, niyə məhz həmin vaxt onunda böyrəyində əməliyyata ehtiyac oldu? 
Ceyhun, yuxarıda qeyd etdiyim kimi, işində heç bir uğuru ilə yadda qalmasada böyrək əməliyyatından sonra rayon mərkəzində idman şalvarı ilə işini idarə etməsilə yadda qalıb. Mənə elə gəlir ki, onun bu hərəkəti dövlət qulluğu haqqın qanuna ziddir. Mən biləni dövlət qulluqçuları haqqında qanunun müvafiq bəndi ilə dövlət qulluqçusu həm xidməti, həm davranışı və həmdə geyimilə digərlərinə nümunə olmalıdır. Amma Ceyhun dövlətin bu qanunlarına məhəl qoymur. Hətta onu müdafiə edib əməliyyat olunduğu üçün idman geyimilə iş başında olduğunu deyənlərdə tapıldı. Onu müdafiə edənlər onuda bildirdilər ki, Ceyhun iş başında olmasına baxmayaraq o bülletendədir. Mənə o da maraqlıdlr ki, bülletendə olan iş başında olub, işini necə icra edə bilər? Mən biləni əgər o həqiqətən büllətendədirsə həkim nəzarətində olmalıdır, yoxsa idman şalvarı ilə İmişlinin mərkəzində yerləşən parkda yox. Bundan başqa yox əgər o, sağalıbsa niyə bülletendə olmalıdır?  
Onu da bildirək ki, qanunda nəzərdə tutulan güzəştlər hər bir işçi üçündür, tək Ceyhun üçün yox. Amma biz bildirmək istəyirik ki, ona hansı qanun icazə verir ki ictimayi yerdə, düz rayon icra hakimiyyətinin önündə və ULU ÖNDƏR H.Ə.ƏLİYEVİN heykəlinin ətrafında  yerləşən parkda, insanların ən çox olduqları yerdə, dövlət qulluqçusu olaraq, idman şalvarı ilə iş başında olsun.
Bəs onun bu hərəkətinə rayon icra hakimiyyəti başçısının və rayon ictimaiyyətinin münasibəti necədir?
Mövzunu diqqətimizdə saxlayacağıq.

                                                           Mehman Məmmədoğlu.
                                                           Bakı TV.az İnternet Televiziyası