Yelo Bank işçilərin haqqını mediaya göndərir – İDDİA
Yelo Bank aşağı vəzifəli işçilərin bayrampayını rəhbərlikdə yer alan şəxslərə və mediaya bəxşiş göndərir. Bunu adlarının çəkilməsini istəməyən bir neçə bank əməkdaşları sarkazm.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildiriblər.
Onların sözlərinə görə, bank öz mənfəəti üçün iqtisadi oyunlara başlayıb.
“Bankda mühafizə, xadimə, sürücü kimi işləyənlərin maaşı 550-700 manat arasıdır. Hazırkı iqtisadi durumu nəzərə alaraq bu maaşla Bakıda yaşamaq çox çətindir. Bundan ziyadə, inzibati işçilərin əksəriyyəti kirayə yaşayır. Əksər işçiləri isə, bank onlara kredit ayırmaqla borclandırıb. Bütün bunlara rəğmən Yelo Bank sözgedən işçilərə bayrampayı ayırmır. Bank rəhbərliyi əsaslandırır ki, siz heç bir qazanc gətirməyən işçilərsiniz.” – deyə bank əməkdaşları bildirir.

Onlar həmçinin bildirir ki, bizə ayrılmayan pay hesabına bank şikayətçilərin səsini boğur.
“Bizlərə qazanc gətirməyən işçi deyərək bayrampayı ayırmayan bank rəhbərliyi həmin pulları rəhbərlikdə yer alanlara və mediaya ayırır. Bankın rəhbər heyətinin üzvləri bayramla əlaqədar 5000-10000 manat əlavələr alırlar. Bunu onların bankdakı xidmətlərinə bağlayırlar. Digər bir tərəfdən isə bayramlarda bir çox media qurumlarına bəxşişlər göndərilir. Təbii ki, bu bəxşişlər məqsədli şəkildə göndərilir. Bankla aralarında problem olan və bank tərəfindən haqsızlığa uğramış müştərilər əsl həqiqəti ictimaiyyətə və dövlət qurumlarına çatdırmaq üçün mediaya üz tuturlar. Bu zaman bir çox media qurumları bank tərəfindən göndərilən bəxşişə görə şikayətçinin problemini ictimailəşdirməkdən boyun qaçırırlar.” – deyə bank işçiləri qeyd edirlər.

Qeyd edək ki, Yelo Bank Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur. Həmin bank əvvəllər “Nikoil Bank” adı altında fəaliyyət göstərib. Bu ad altında uğur qazana bilməyən və nüfuzdan düşən bank rebrending edərək “Yelo Bank” adı altında fəaliyyətə başladı.

Qarşı tərəfin söz haqqını tanıyaraq fikirlərini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti