Ardını oxu...
Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Şahin qızı Məmmədova barəsində müxtəlif media orqanlarında yazılan “xanım tərifini” oxuyanda adam xəcalət çəkir və demək istəyirsən ki, “Vəsf zamanı deyil, Ramella Şahin qızı..”.
Doğrudan da, ölkə təhsilinin nə səviyyədə olduğu, məktəblərdəki nizam-intizam, mənəvi atmosferin az qala hamıya bəlli olduğu bir zamanda Ramella Məmmədovadan “örnək” düzəltmək ən azı gülüncdür. Həm də nəzərə almalıyıq ki, Ramella Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən dövlət qurumlarına, Təhsil Nazirliyinə ünvanlanan şikayətlərin arası dayanmır. Yeri gəlmişkən, Füzuli rayon Təhsil Şöbəsindəki 400 minlik mənimsəməyə görə, əvvəlki müdirə vəzifəsindən uzaqlaşdırılmışdı. Və Füzuli camaatı ümid edirdi ki, Ramella Məmmədova rayonun təhsil sahəsində müsbət dəyişiklik edəcək. Amma tam əksi oldu.
Belə ki, mətbuatdan bəlli olduğu kimi Ramella Məmmədovanın razılığı ilə bəzi məktəb direktorları məktəbin həyətyanı sahəsini öz şəxsi mal-qaralarının örüş yerinə çeviriblər.
Problem örüş yeri ilə bitmir. Ramella Məmmədova öz yaxınlarına deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam.
Onu da qeyd edək ki, Ramella Məmmədovanın tabeçiliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi var. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfərdir. İndi özünüz hər ay müəllimlərdən yığılan pulun miqdarını təxmini hesablayın. Hər müəllimin maaşından 10-15 manat tutulsa, bu 30 min manatdan çox pul edir. Bu hələ harasıdır..?
Təsəvvür edirsiniz, 80 məktəbə ayrılan idman və digər avadanlıqlar satılaraq pulu Ramella Məmmədova tərəfindən mənimsənilib. Ramella Məmmədovanın korrupsiya mexanizmi bununla bitmir. Dövlət tərəfindən rayon Təhsil Şöbəsinə ayrılan vəsaiti mənimsəmək üçün Ramella Məmmədova saxta tenderlər keçirir və külli miqdarda “otkat”lar alır. Füzuli rayon məktəblərində çalışan müəllimlər yazır ki, Ramella Məmmədova müəllimlərin hər birinin məzuniyyət pulundan 100 manat alır, məktəb direktorlarının isə hər birindən 5 min manat gətirməyi tələb edir. Və direktorlara deyir ki, böyük miqdarda məmisəmə ortaya çıxıb, onu “bağlamaq” istəyirəm. Müəllimlər deyir ki, onsuz da maaşımız azdır, nə üçün Ramellaya 100 manat verməliyik.
Bütün bunlar azmış kimi, rayonun məktəb direktorları, müəllimləri arasında saxta diplomla çalışanlar da var. Məsələn, saxta diplomla məktəbdə müəllimə işləyən Pərvanə Quliyeva həm də məktəb direktorunun müavinidir və qeyri-qanuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb.
Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Rayondakı məktəb direktoru, müavinlərin çoxu qohum-əqrəba, baldız, qayın, kirvədir. Məsələn, Təhsil Nazirliyindən attestasiyadan keçməyən İlahə Qəmbərova direktordur. Çünki icra başçısı Alı Alıyevin baldızı qızıdır. Bakı şəhərində yerləşən 2 N-li məktəbin direktoru Alı Alıyevin əmisi oğlunun həyat yoldaşı Svetlana Məmmədovadır. Qayıdış 2 N-li məktəbin direktoru Rəna müəllimə başçının dayısı qızıdır. Qayıdış 5-Nli məktəbin direktoru Alı Alıyevlə kirvədir. Zobucuq 27 saylı məktəbin direktoru isə Gəncə müəllimlər insitutunu saxta diplomla bitirmiş Elşaddır. Onu kiminsə xahişi ilə məktəbə direktor təyin ediblər. Bu siyahını kifayət qədər uzatmaq olar. Amma nə ehtiyac var..?
Ramella Məmmədova yüksək vəzifəli şəxslərin adını tez-tez çəkdiyi üçün məktəb direktorları və müəllimlər ondan qorxurlar. Ramellanın sirrli macəraları bununla bitmir. Bu yazıları başqa xəbər saytlarından götürmüşük. Amma növbəti yazıda geniş mövzulara toxunacağıq.
Redaksiyamıza daxil olan məlumata görə, Ramella Məmmədova bütün sənədlərinə əl gəzdirərək, bütün düzəlişləri edib. Saxtalaşdırma tək bununla bitmir. Ramella Məmmədova Dövlət İmtahan Mərkəzini-zadı saya salmır, kimi istəyirsə müsabiqədən keçmədən vəzifəyə təyin edir. Bizim hazırda apardığımız araşdırma Ramella Məmmədovanın diplomunun axtarışı ilə bağlıdır. Və Ramella Məmmədovanın diplomunu tapan kimi, yaxın xarici ölkələrdən birinə rəsmi sorğu ünvanlayacağıq.
P.S. Deyirəm, Ramella xanım yaman yerdə axşamlamısan, çünki hər şeyi saxtalaşdıra bilsən də, ləğv olunmuş məktəblərin diplomunu dəyişə bilməzsən. Çətindir, elə deyilmi? Biz heç vaxt dövlətimiz və dövlətçiliyimiz üçün lazım olan məsələlərdə güzəştə getmirik. //gundelik-baku.com//
 
 
 
Ardını oxu...
Ucar rayon sakinləri ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında ciddi narazılıq yaranmış, korrupsiya əməllərinə görə dövlətə küllü miqdarda ziyanlar dəyməkdə davam edir.
Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədov hətta o qədər arxayındır ki, həftədə bir dəfə işə gəlib yığılan pulları götürüb evinə Bakı şəhərinə qayıdır.
Bu vəzifəyə təyin olunana qədər Bakı şəhərində maqazin işlədən Müşfiq Məmmədov icra başçısı olan qardaşının sayəsində Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
İdarəyə məxsus bütün texnikalar şəxsi işlərə cəlb edilib gündəlik qazanclarının 90 faizini müdirə ödəyirlər.Dövlət tərəfindən ayrılmış yanacaq isə satılaraq talan edilir.Həttda illərlə sürülməyən nasaz vəziyyətdə idarənin həyətində yatıb qalmış texnikalara yanacaq fakturası yazılır.Rayon ərazisində suvarma kanallarını kol-kos basıb, qamış və lil olsada təmizlənməsinə dair qanunsuz sənədləşmə aparıb dövlətin vəsaitini talan edirlər.
Adı işdə özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, aylıq müdir Müfiq Məmmədova haqq verirlər.Həttda staj xatirinə adı işdə maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilərdə çoxdur.
Rayon ərazisində su qıtlığı yaşansada hektarı üçün Müşfiq Məmmədova 2000 manat ödəməklə yüzlərlə hektar çəltik sahələri əkilmişdir.
İdarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorlar, boru kəmərləri və bəndlərinin istismarını keyfiyyətsiz həyata keçirir. Müşfiq Məmmədovun yarıtmaz idarəçiliyinə görə rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir. Nəticədə isə torpaqların məhsuldarlığı olmur , şoranlaşma dahada artır.
Su nasoslarının təmiri üçün 1 və ya 2 min manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 20-30 min manat göstərilir. Həmçinin İdarəyə məxsus texnikalaraın təmirini sürücülər özləri vəsaitləri hesabına etsələrdə Müşfiq Məmmədov buna dair sənədləşmə aparıb həmin məbləği öz şəxsi hesabına keçirir.
Nəticədə də talançılığı gündəlik iş üslubu etmiş Müşfiq Məmmədov böyük kaitala daşınmaz əmlaka və bahalı avtomobillərə sahiblənmişdir.
Təkcə Bakı şəhərində 12 yerdə mənzilə, 14 yerdə ticarət obyektinə sahiblənib.Qəbələ, Quba və İsmayıllı rayonlarında bağ evləri və bahalı maşınları dövlət büdcəsindən taladığı pulların hesabına əldə etmişdir.
Elementar savadı, danışıq qabiliyyəti və kobud davranışı olan dövlət vəsaitini talan edən belə yaramazın vəzifədə qalması dövlət adına bir ləkədir.
Ucar əhalisi Məmmədov qardaşlarının cinayət əməllərindən çox əziyət çəkirlər.Onların nə vaxt qanun qarşısnda cavab verəcəklərini əhali səbirsiliklə gözləyir".

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Səmədov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident! Yazaraq Sizi məlumatlandırmaq istəyirəm ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin məsul şəxsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək (CM maddə 308) dövlət büdcəsinə külli miqdarda zərər vurmağa davam edirlər. Belə ki, adı çəkilən idarə tərəfindən öz ərazisi hesab olunan Göyçay, Ucar, Ağdaş və Zərdab rayonlarında yerləşən bir çox yanacaq doldurma məntəqələri, super marketlər, çay evləri, kafelər, xırdavat və tikinti materialları mağazaları, apteklər, şadlıq sarayları və digər ticarət obyektlərilə şəxsi maraqlarına uyğun qaydada razılaşma həyata keçirir. Həmin sahibkarlar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilir.

Bu, birbaşa qanunsuz əməldir Azərbaycan Respublikasının CM-nin 162 (Əmək mühafizəsi qaydalarını pozma)
və 192-ci (Qanunsuz sahibkarlıq)
maddələrinə əsas verir və bilavasitə 9 saylı Dövlət Vergi İdarəsi məsələyə ciddi nazərət etməlidir. Çünki iş zamanı o, işçilərdən birinin həyatı üçün təhlükə yaranarsa, burada sahibkarla yanaşı 9 saylı Dövlət Vergi İdarəsi də məsuliyyət daşıyır.

Bundan əlavə, bildiyiniz kimi sahibkarlar və vergi ödəyiciləri kassa metodundan istifadə etməli, hesablanmış aylıq gəlirə uyğun vergi borcunu ödəməlidir. Lakin 9 saylı Ərazi Vergilər İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlar 9 saylı Vergi İdarəsi ilə sövdələşərək qanuni vergidən yayınırlar. Bu sövdələşmə əsasında isə onların adında VÖEN olmasına baxmayaraq, əksər hallarda satılan malları kassada qeyd etmirlər. Hətta bəzilərinin də ümümiyyətlə kassa aparatı belə yoxdur.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1. maddəsinə əsasən "Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır".

Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən "qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur".

Lakin, dəyişən səbəblərə (puluna, adamına və s. ) görə 9 saylı Vergi İdarəsi vətəndaşlar arasında ayrıseçkilik edərək Azərbaycan Respublikasının Konstitusiyasının 25 və eyni zamanda Cinayət Məcəlləsinin 154-cü maddələrində bildirilən hüquq və barəbərliyi kobud şəkildə pozmaqdadırlar.

Bu cür iyrənc əməllərdə əlbir olan "məmur"lar Sizin dediyiniz kimi: "varlanmaqla yanaşı Dövlətə xəyanət etmiş sayılır".

Çox hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq Sizdən xahiş edirəm, 9 saylı Ərazi Vergilər İdarəsinin qanunsuz əməlləri mənim də iştirakımla təcili araşdırılsın.

Ümid edirəm ki, ölkəmizi talan edən "məmur"lar barəsində qanunun müvafiq bəndlərinə uyğun tədbir görüləcəkdir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Deputat Kəmaləddin Qafarova məxsus olduğu deyilən “Azəri Med” Qapalı Səhimdar Cəmiyyəti barəsində yenidən məhkəmə iddiası qaldırılıb.

TEREF.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Belə ki, şirkət yenidən gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Azəri Med” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.

Qeyd edək ki, fevral ayında da şirkət eyni qayda pozuntusu ilə məhkəməyə verilmişdi. Həmin hadisə ilə bağlı, şirkətdən bildirilib ki, bu nadir halda baş verən bir xətadır. “Azəri Med” rəsmisi problemin daşıma şirkətinin məsuliyyətsizliyi ucbatından irəli gəldiyini iddia edib.

Amma şirkətin nadir saydığı hadisə yenidən baş verib.

Xatırladaq ki, “Azəri Med” firması Azərbaycanda 170-dən çox apteklər şəbəkəsinə məxsusdur. 2018-ci ildə əczaçılıq fəaliyyəti ilə məşğul olan “Shafran” və “Avestafarm” MMC-lər ləğv edilərək “Azəri Med”ə birləşib.
 
Ardını oxu...
Son günlər “Bizim Media.az saytında “Kürdəmir məktəbinə basqın, şagirdləri ağladan kimdir?” başlıqlı silsilə yazılar və video-görüntü yayımlanır.
Mövzudan xəbəri olmayanlar üçün cumhuriyyet.az olaraq bildirək ki, 14 oktyabr 2022-ci il tarixində “Kürdəmir Rayon Təhsil Sektorunun rəhbəri Rəfail Məmmədov, Kürdəmir rayon icra nümayəndəsi, “press” geyimli bir Göyçay sakini, Elşən Abdulov adlı bir valideyn, onun dörd nəfər başqa qohumu Şilyan kənd E.Zülfüqarov adına tam orta məktəbin müəllimi Xatirə Əhmədovanı təhdid və təhqir edərək olay yaratmışlar.
“Bizim Media.az “saytının araşdırmalarından sonra məlum olmuşdur ki, “jurnalist” adıyla məktəbə gələn şəxs Göyçayda Məşğulluq idarəsində fəhlə işləyən Etibar Bəşirovdur və onun mediaya heç bir dəxli yoxdur. KRTS rəhbəri Rəfail Məmmədov “Bizim Media.az” a açıqlamasında sözügedən “jurnalist”i tanımadığını bildirib. Cavabında sayta açıqlama verən Etibar Bəşirov əminliklə Rəfail müəllimin yalan danışdığını söyləmişdir: “Ora mən özbaşına getməmişdim. Şagirdin babası problemi danışdı və xahiş etdi ki, həll edim. Oktyabrın 12-si valideynlə birgə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədovun qəbulunda oldum. Təhsil Şöbəsinin giriş-çıxışında kameralar da var. Yoxlatdıra bilərlər. Məsələni izah etdim.
Rəfail müəllim bildirdi ki, həftənin cümə günü məktəbə gələrsiz, biz də ora gedəcəyik. Sonra Kürdəmir Rayon İcra Hakimiyyətinə getdim. İctimai Siyasi və Hümanitar Məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli ilə görüşdüm. Məsələni onlara da izah edib, komissiya ayrılmasını xahiş etdim. O da sözümü eşitdi və komissiya ayırdı. İki gün sonra Rəfail müəllimin nümayəndəsi mənə zəng edərək “10:30-da məktəbdə olun” dedi. Mən, şagirdin valideynləri, Rəfail müəllim və icra hakimiyyətindən komissiya məktəbdə olduq. Xatirə Əhmədovanın üzərinə hücum olunmayıb. Sadəcə problemi aydınlaşdırmağa getmişdik. Onun valideynlə şəxsi intriqası var. Çünki direktorun o müəllimə gücü çatmır”.
Bu sitatda Rəfail müəllimin mediaya yalan məlumat verməsini bir tərəfə qoyub diqqətinizi açıqlamadakı başqa nüanslara yönəltmək istəyirik. Müəllimlə valideyn arasında şəxsi intriqa (müəllim bu iddianı rədd edir) varsa işə Təhsil Sektorunun rəhbəri niyə qarışır? “Çünki direktorun o müəllimə gücü çatmır”- nə deməkdi? Yəni, direktorla müəllim arasında güc savaşı gedir və direktor KRTS rəhbərindən, o da öz növbəsində icra hakimiyyətindən yardım istəyir? Əgər R. Məmmədov özünün dediyi kimi müəllimin valideynlə komprimisə gəlməsinə çalışırdısa,icra hakimiyyətindən komissiyaya nə ehtiyac vardı?
Və yaxud da necə olub ki, özünü “jurnalist” kimi təqdim edən bir saxtakar həm icra nümayəndəsini, həm Təhsil sektorunu, həm orta məktəb direktorunu yumşaq desək, aldatmağa nail olub?
Belə çıxır ki, üst geyiminə yapışdırıcı ilə mövcud olmayan bir saytın adını ( “xəbərlər.info.az”) yapışdıran bu Göyçay sakinindən həm icra görəvlisi Vəsilə Əsgərli, həm KRTS-in rəhbəri Rəfail Məmmədov, həm də sözügedən məktəbin direktor əvəzləyicisi Ülkər Quliyeva heç bir sənəd tələb etməyiblər. Kürdəmirdə nə axtardığını, problemin həllində kim olaraq iştirak etdiyini soruşmayıblar.
Deməli, ya E.Bəşirov tipli şəxslər əyalət məmurlarının öz “qoçularıdı”, ya da onlar “press” sözünü görəndə sənəd tələb etməyəcək qədər özlərini itiriblər. Eynən Qoqolun “Müfəttiş” əsərində olduğu kimi. “Xain xoflu olar” məntiqi.
Bütün bu həngaməyə səbəb olan valideyn Elşən Abdulov isə Sözügedən müəllim Xatirə Əhmədovanın saytımıza verdiyi məlumata görə Kürdəmir polisi tərəfindən saxlanılaraq tüfəngi əlindən alınıb və haqqında cinayət işi açılıb.
Hörmətli Rəfail müəllim, indi bildinizmi Xatirə müəllimə niyə təkidlə həmin valideynlə “komprimis”ə gəlməkdən imtina edirdi? Axı o dəfələrlə həmin şəxsin onu direktor otağında “Səni güllələyərəm” deyə təhdid etdiyini, yolda üstünə it kısqırtdığını, silah tuşladığını demişdi. Sizdən “Bunun mənə dəxli yoxdur, “polisə de”, cavabı almışdı. Bəli, polis artıq cinayət işi başlayıb. Təəssüf ki, bu qarşıdurmada siz öz müəlliminizin, zərərçəkənin, iddiaçının, haqlının yox , haqqında cinayət işi açılan E.Addulovun və artıq ifşa olunmuş qondarma bir “jurnalist” E. Bəşirovun yanında yer alırsız.
Maraqlıdır, öz yaxınlarınızdan olan bir qadından, üstünə silah çəkən biri ilə “komprimis”ə gəlməsini tələb edərdizmi? Yoxsa düşünürsünüz ki, müəllimdən vəzifəcə üstünlüyünüz onu hər cür əzməyə imkan verir?
Xəbəriniz varmı ki, Xatirə müəllimənin döyüşlərdən yenicə çıxmış, hazırda hosbitalda olan oğlu yaxınlarından “Anama nə olub, niyə yanıma gəlmir? ”- deyə soruşur? Bəlkə Azərbaycan əsgərinin bu haqlı sualına siz cavab verəsiniz? Nə olub o igidin anasına, Rəfail müəllim? Vicdanınız heçmi qımıldanmır? Aradan keçən bir həftə ərzində sizin üzünüzdən xəstə yatan müəllimənizlə bir dəfə də olsun maraqlanmısınızmı?

Maraqlanmamısınız, çünki başınız daha “vacib” işlərə qarışıb , mediaya yalan məlumat ötürməklə məsələni ört-basdır etməyə çalışırsız, videonu çəkən müəlliməyə töhmət verməklə məşğulsuz. Bəlkə güzgünü sındırmaq əvəzinə üzünüzdəki ləkəni siləsiniz?
Analoqu olmayan hadisələrin baş verdiyi həmin məktəbdə vəziyyətin daha da gərginləşməsindən xəbəriniz varmı? Hansı əsasla haqqında cinayət işi açılan E.Abdulovun həmin məktəbdə xadimə işləyən bibisi Saçlı Xatirə müəllimənin sinfinə girib uşaqları sorğu-sual edir, “qayıdanda müəllimənizin başına oyun açacam, qardaşım oğlunu polisə verib”- deyə uşaqlara növbəti travmanı yaşadır? Sizin iş prinsipinizdə şagirdlərin güvənliyi, müəllimin şərəf və ləyaqəti neçənci yerdə dayanır?
Birinci sinifdə dörd ay sərarsər dərsə gəlməyən, şagird yoldaşlarından geri qalan Ayxan Abdulovun valideynləri uşağına “beş” yazılmasını tələb edəndə müəllimə “yaz də, yazanda nə olur ki?” cavabını hansı məntiqlə vermisiniz? Nə olacaq, bilirsinizmi, qalan 28 şagirdin beş yaşından özlərinə ana bildiyi müəllimə, dolayısı ilə həyata, gələcəyə, cəmiyyətə inamı qırılacaq, ədalət anlayışları deformasiyaya uğrayacaq. Bütün bunlar haqda düşünmüsünüzmü? Düşünsəydiniz, məlum video-görüntüdəki o körpələr elə yanıqlı-yanıqlı ağlamazdılar,”polis müəlliməmizi apardı”- deyə şivən qoparmazdılar. O uşaqların sinfinə girib, dərsini yarıda kəsəndə özünüzü necə aparmısınız, müəllimlə necə davranmısınız ki, biçarə körpələr sizi cinayətkarı zərərsizləşdirməyə çalışan polisə bənzədib?
Ümid edirik ki, bu suallara cavab axtarmağa kifayət qədər vaxtınız olacaq.
Ümid edirik ki, o göz yaşlarının baiskarları cəzalanacaq.
Ümid edirik ki, həqiqət qələbə çalacaq! //cumhuriyyet.az//
 
Ardını oxu...
DogruXeber.az- O, Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisidir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu onun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. O, daha çox Cavid Qurbanovun «kassiri», pulyığanı kimi tanınır. 

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında internet üzərindən araşdırma apardığımız zaman, haqqında çıxan məlumatlar bu və bunun kimi xeyli məlumatlardır.

Lakin, haqqında, bu cür məlumatlar bitib-tükənməyən Rəcəb Babaşovun bircə dənə də olsa bioqrafik məlumatına rast gəlmədik.
Elə çox sosial medialardakı məlumatları oxuyarkən də gördük ki, bizim kimi bütün informasiya portalları da bu şəxsin harda, nə vaxt doğulduğunu bilməyə cəhd etsələr də mümkün olmayıb. Ümumiyyətlə haqqında heçolmasa "azərbaycanlı" ifadəsi belə yazılmayıb. Üstəlik harda təhsil aldığı barəsində bir dənə məlumat yoxdur. Bəlkə, heç təhsili yoxdur ?!

Bir rayonun rəhbərinin haqqında normal məlumat yoxdurmu ki, onun "Vikipediya"sı olsun ən azından?!

Amma, gəlin görək bioqrafik məlumat sarıdan"yoxsulluq" çəkən Rəcəb Babaşovun haqqında sosial medialarda nə qədər iddialı məlumatlar var.

Baxın, sosial medialar üzərindən apardığımız araşdırmalarda deyilir:

- "Sabirabad rayonunda da Rəcəb Babaşovun xeyli sayda obyektləri var. Qardaşının rayonda böyük tikinti materialları bazası var. Məlumatlara əsasən R.Babaşov elə öz rayonundan başlayaraq iş adamlarına divan tutur. Bakıda isə onu tanımayan, ona «haqq» verməyən bir az iri olan iş adamı yoxdur".

Əslində bu kimi məlumatlar kifayət qədərdir, amma bundan əlavə R.Babaşov "söyüşçül icra başçısı" kimi daha çox tanınır.
Təhsili haqqında heç bir məlumat olmayan İcra başçısının ziyalı təbəqəyə yad olan bu hərəkətləri rəhbərlik etdiyi Qazax rayonunun sakinlərini də cana doyurub.

İndi Qazax rayon sakinləri, demək olar ki, kütləvi şəkildə media qurumlarına üz tutub, dərdlərini media vasitəsilə xalqa və ölkə başçısına danışırlar.

"DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14"ün efirinə axışan sakinləri dinlədikcə, necə deyərlər "əlimiz-ayağımız yerdən üzüldü".

İlahi, balaca bir rayonda nələr yaşanır?!
Yerli sakinlər hansı cəzalarla sınanırlar.



Yeri gəlmişkən, ifadələri ilə "əxlaqsızlığa meydan oxuyan" icra başçısının rəhbərlik etdiyi rayon sakinlərinin "Kanal14"ün efirindəki çıxışlarından sonra Samirə adlı bir qadın redaksiyamıza votsap vasitəsilə həmin şəxslərin ünvanına təhqir, söyüş dolu səsli mesajlar göndərib, icra hakimiyyəti və Mənzil kommunal təsərrüfatı birliyinin rəhbəri Sərxan barəsində tərifli cümlələr qurmuşdu - bir sözlə tərəf saxlamışdı. Ardından isə Həmin qadının hansı formada ünvanlı sosial yardım alması barəsində sosial şəbəkələrdə özünün bəzi səs yazıları yayıldı.

Əlqərəz...

Çox xırdalıqlara getsək, xeyli yazmalı olacağıq deyəsən...
Ona görə də çox uzatmadan sizə bir videomaterial təqdim edib, keçək orada səsləndirilən şokedici faktlara:



Gördüyünüz kimi Qazax sakini Mircəfər kişi bildirir ki, Rəcəb Babaşovun Rayona çatar-çatmaz gördüyü "böyük iş" məscidin günbəzini dağıtmaq, Quran ayəsini qırmaq oldu.

Hələ İcra başçısının keçmiş müavini Fərman Nağdəliyev, onun qohumu olan hazırkı ikinci müavin Gülayə Həsənovanın, həmçinin İcra nümayəndəsi Akif Vəliyev və Akif Vəliyevin qohumu, eyni zamanda rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Sərxan adlı şəxsin oliqarx həyatı yaşadıqlarının, hətta hərəsinin vəzifəsindən əlavə artıq bir sahibkar - iş adamı olduqlarını da canlı yayıma qoşulan sakinlərdən eşitdiniz. Bütün bunlar azmış kimi, sakinlərin iddiasına görə adıçəkilən şəxslər - əsasən də MKTB-nin Müdiri Sərxan tabeçiliyində çalışan işçiləri işdən sonra şəxsi həyətində, fermasında işləməyə, onun satması üçün kapron su qabları, kardon toplamağa məcbur edir. Buna etiraz edənləri isə Ceyhun Məmmədov, Pakizə Vəliyeva, Mircəfər Hüseynzadə, Xədicə Hüseyinzadə və digərləri kimi işdən çıxarır. Hələ üstəlik, iddialara görə, ona haqsızlığa görə ondan şikayət edəcəklərini deyən şəxslərə gülür, onları ələ salır ki, "kimdən kimə şikayət edəcəksən? Prezident aparatında oturanın biri də mənim oğlumdur. Başını sal aşağı, nə deyirəm, onu elə".

Umud Allahverdiyev deyir, "Cibimin pulu ilə dövlət əmlakı olan traktoru təmir etdim, 3.000 manat pul xərclədim, pulumu vermirlər".

Mircəfər Hüseyinzadə deyir, "İcra başçısının ikinci müavini Gülayə xanım Həsənovanın qardaşı Şahin Diaqnostika Mərkəzində həkimi neştərlə qanına qəltan elədi, heç 24 saat da saxlanılmadı. Bundan əlavə şəxsi apteki var ki, orada psixotrop həblər, narkotik tərkibli dərmanlar və narkotik satırlar. Həmçinin, ruhi xəstəxananın dərmanları da Gülayə Həsənovanın aptekində satdırılır." (Hətta, bu barədə digər sakinlər də videonun şərh bölməsində yazmışdılar ki, "Gülayə xanım milyarderdir, onun qardaşı qatildir".)

""Ədalət" partiyasının sədri İlyas İsmayılovu təmsil edən Oruc ötən il Qazax Ruhi xəstəxanasının təmiri üçün 100.000 (yüz min)lik tender uddu, amma, oranı yalandan üzdən edib çıxdılar. Orucun, İlyas İsmayılovun Qazaxda "zapravkaları" (yanacaqdoldurma məntəqələri), hektarlarla torpaqları, milyonları var. Onlar onu nədən qazanırlar?. Onun oğlu Rüstəmin Facebook səhifəsinə baxın, işi-gücü bələdiyyə və digər dövlət idarələrini şantaj etməkdir. Bir çəkiliş edir, səs-küy salır, poketini alır, vəssalam o söhbət orda bitir."

Daha sonra Mircəfər bəy, qeyd edir ki, "Qazax Ruhi xəstəxanasının keçmiş baş həkimi Ramiz doktorun oğlu ruhi xəstədir, mütəmadi müalicələrdədir, amma, buna rəğmən, hazırda Qazax regional səhiyyə idarəsinin hüquqşünasıdır, Bir bacısı da ruhi xəstədir, evində otura-otura adı dövlət işində gedir. Dövlətdən maaş alır."

Bundan əlavə canlı yayımda danışan Qazax sakinləri nələr dedi, nələr...

Bütün bunları tam dinləmək üçün sizə təqdim etdiyimiz videomaterialları sonuna qədər izləyin.



Hörmətli, hər zaman əxlaqsızlığa qarşı sərt mövqeyini, nifrətini söyüşlə ifadə edən Rəcəb Babaşov, məzlumun haqqını yemək, haqqına girmək də əxlaqsızlıq deyilmi?

Sizin rəhbərlik etdiyiniz 700 (yeddi yüz) km²-lik və 98.400 (doxsan səkkiz min, dörd yüz) nəfərlik bir rayonda baş verən ölçüyə, saya gəlməyən bu qədər haqsızlıqların, özbaşınalıqların adını nə qoyaq?

Qeyd edək ki, burda deyilənlər, burda yazılanlar hələ hamısı deyil. Növbəti yayımlarımızda daha dəhşətli faktlar açıqlanacaq.

Yəni anlayacağınız, mövzuya yenidən qayıdacağıq.

P.S: Yeri gəlmişkən, qarşı tərəfin mövqeyini dinləmək məqsədilə yazıda adı keçən nə Qazax rayon İcra Hakimiyyətində çalışan səlahiyyət sahiblərindən, nə də adı çəkilən digər şəxslərdən bir neçə gün, fərqli saatlarda dəfələrlə, təkrar-təkrar zəng etdiyimizə baxmayaraq, heç biri istər ofis telefonları, istərsə də (bəziləri) mobil nömrələrinə cavab vermədilər.

Bütün hallarda, biz yenə də adı çəkilən tərəflərin mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
DİA.AZ: - Keçən ilin aprel ayında Kənd Təsərrüfatı Naziri İnam Kərimov bir kadr dəyişikliyinə getmək zorunda qaldı. Belə ki, nazirin əmri ilə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov işdən çıxarıldı və onun yerinə həmin vəzifə Fəda Abbasova həvalə edildi. DİA.AZ xatırladır ki, elə həmin gün Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edildi.

Bu, o Anar Hüseynovdur ki, onunla bağlı dia.az olaraq davamlı şəkildə ilginc faktları təqdim edirik. Belə ki, dövlətin əslində normal fermerlər üçün nəzərdə tutduğu subsidiyaları mənimsəməkdə pərgar olan Anar Hüseynov əslində İnam Kərimovun qara işlərinin icraçısı olduğundan ona hələ uzun müddət kimsə toxuna bilməyəcək.

Bu barədə DİA.AZ-a anışan mənbə bildirir ki, İnam Kərimov Anar Hüseynovdan məhz qara işlərin icraçısı kimi istifadə edir: "Təbii ki, zərurət yarananda KTN şefi ilk olaraq Anar Hüseynovu qurban verəcək. Kimsə hüquq mühafizə orqanlarının günlərin birində KTN qapılarına dayanacağını istisna edə bilməz..."

Anar Hüseynovun hələ il yarım əvvəlki vəzifə dəyişikliyinə gəlincə isə bu barədə məlumatlı mənbə ilginc faktları təqdim etdi: "O zaman “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndəki korrupsiya faktları artıq hüquq-mühafizə orqanlarının və dövlətin müvafiq maliyyə qurumlarının diqqətini cəlb etmişdi. Buna görə də, İnam Kərimov Anar Hüseynovun yerini dəyişməklə onu və əslində həm də özünü vəziyyətdən çıxarmış oldu".

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə gəlincə isə hazırda həmin qurumda anoloji yeyinti davam edir.

Keçən ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC birliyinə Fəda Abbasov yeni direktor təyin ediləsə də, adı çəkilən qurumda demək olar ki, heç nə dəyişməyib. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, Fəda Abbasov da digər məmurlar kimi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru təyin eiləndən sonra mühüm postlara özünə yaxın adamları təyin edir. Qurumun idarəsində olan yüzminlərə hektar əkinə torpaq sahələri isə Fəda Abbasovun yaxın olan şəxslərə icarəyə verilir.

Yəni hazırda “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-dəki durum sabiq direktor Anar Hüseynovun dövründəkindən heç nə ilə fərqlənmir. Bu qurum elə əvvəlki kimi “korrupsiya bataqlığı” olaraq qalmaqda davam edir. Qurumun fəliyyəti isə heç bir halda aqrar sektorun inkişafına xidmət etmir. Yüzminlərlə torpaq sahəsinə və çoxlu sayda fermer təsərrüfatlarına sahib “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC aqrar sektorun inkişafına heç bir töhfə vermir. Əksinə qurumun yeni direktoru Fəda Abbasov və komandası gizli şəkildə maliyyə maxinasiyalarına yol açırlar. Saytımıza verilən məlumata görə Fəda Abbasovun komandasındakı şəxslərin əsas maliyyə maxinasiyaları qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini özləri üçün əkilib becərilməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Bu iddia ilə çıxış edən məlumatlı mənbə qeyd edir ki, Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbərliyi üçün əkilir. Burada Regional İdarə rəislərinin və əlaltılarınında öz payı var. Dövlət adına əkilən torpaqların gəlirlərinin böyük hissəsi də mənimsənilir.

Maraqlıdır ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də vəzifə tutan şəxslərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsinə aid olan insanlar deyil.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC yaradılandan sonra kənd təsərrüfatı ekspertləri açıqlamalarında bu qurumun dövlət üçün ciddi faydasının olmadığını dəfələrlə bildiriblər. Keçmiş direktorun dövründə qurumun hansısa bir hesabatı sosial şəbəkədə və mətbuatda azda olsa yayınlanırdı. Ancaq hazırkı direktor Fəda Abbasovun dönəmində belə hesabatlara rast gəlinməyib.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qohumbazlığa əsaslanan təyinatlar
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev öz müavini Rövşən Rüstəmovun qardaşı Heydər Rüstəmovu Dövlət Radiotezliklər İdarəsinə rəis təyin edərkən qanunsuzluğa yol vermişdi. Çünki eyni nazirliyin tərkibində iki qardaşın yüksək vəzifə tutması qanunauyğun deyildi.

İndi isə nazirliyin vazkeçilməz müavini postunu daşıyan Rövşən Rüstəmov öz qardaşı Heydər Rüstəmovu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə yeni sədr müavini təyin etdirib.

Bilənlər bilir ki, nazirlikdə əsas söz sahibi Rövşən Rüstəmovdur. Onun öz qardaşını rəis vəzifəsindən azad edib, Yerüstü Nəqliyyat Agentliyinə müavin təyin etməsi səbəbsiz deyil.

Tezliklə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gündən-günə inkişaf etmək əvəzinə geriləməsi, nazirlikdə ciddi problemlər haqqında geniş yazım olacaq.

Hələlik isə bu postla kifayətlənirəm. Çünki problemi gizlətmək onu həll etmək demək deyil, gizli qalaraq üst-üstə yığılan kiçik problemlər gələcəkdə həll edilməsi mümkün olmayan böyük problemə çevrilir.

Üzdə hər şeyin qaydasında olduğu görünən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə problemlər içərisində üzür… Nazirliyin təkcə bir qərarla insanlara vurduğu böyük ziyan, əhaliyə verilən bərbad internet, xidmətlərin rəqəmsallaşdırılmasına maneə, Azərpoçtun problemləri, Radiotezliklər sahəsində aparılmayan islahatlar və bu kimi bütün sahələrdə ciddi axsamalar var.

Elmar Hüseynov //azinforum.az//
 
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun topdağıtmaz biznes şəbəkəsi yayılıb.

“Azərişıq” rəhbərinin mülklərinin adlarını sizlərə təqdim edirik:

“Azərişıq” rəhbəri biznes fəaliyyətinə 2010-cu ildən başlayıb, həmin il o, nizamnamə kapitalı 100 manat olan “QRAD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701121201) qeydiyyatdan keçirib.
MMC BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA KÜÇ. ev.23 m.35 ünvanında hüquqi qeydiyyata alınıb.
Şirkətin qanuni qanuni təmsilçisi Kazımov Elçin Sahib oğlu elə həmin il eyni ünvanda hüquqi qeydiyyata alınmış “ŞÜVƏLAN UŞAQ BAĞÇASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin də qanuni təmsilçisidir. “ŞÜVƏLAN UŞAQ BAĞÇASI” MMC-nin təsisçisi isə “Azərişıq” rəhbərinin həyat yoldaşı ƏHMƏDOVA NƏRMİN AZAD qızıdır.
Vüqar Əhmədov eyni hüquqi ünvanda keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınan İSMAYILOV VÜQAR İSMƏT oğlu ilə şərik “TESTA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701132901) də
təsis edib. Vüqar İsmayılov vaxtilə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik və Vergi öhdəliklərinin icrasına nəzarət departamentlərinə rəhbərlik edib.
Şirkətin qanuni təmsilçisi AĞAYEV SAHİB OKTAY oğlu keçmiş vergilər naziri Fazil Məmmədova məxsus Synergy Şirkətlər Qrupuna daxil olan “AZORCHİD HOTELS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə və ATATRAVEL MMC-yə də rəhbərlik edib.
“Azərişıq” şefinin və xanımının şirkətlərinin hüquqi qeydiyyatda olduğu ünvanda daha 3 şirkət qeydiyyatdadır.
Bunlardan biri BƏHRAMİ MAHMUD ÇİNGİZ oğlunun təsisçiliyi ilə qeydiyyatdan keçmiş
“BEAT CATERING” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİdir
Eyni ünvanda hüquqi qeydiyyatda olan “BEAT GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Bakıdakı elit BEERBASHA, M’EAT, SUMAKH restoranları, GAZELLİ CAFÉ, EXPO, Dubaydakı BAKU kafelər şəbəkəsini idarə edir. Şirkətin təsisçisi BABAYEV MURAD KAMAL oğludur. O, təsisçiləri “SİNERJİ ŞİRKƏTLƏR QRUPU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ və DOYURUCU RESTORAN PASTAHANE VE TURİZM İŞLETMECİLİĞ İ TİCARET LİMİTED ŞİRKETİ (Türkiyə Respublikası) olan “AZORCHİD HOTELS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə, həmçinin bir müddət isə ATAHOLDİNQ-ə daxil olan “ATATRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə rəhbərlik edib.
Vüqar Əhmədova məxsus ünvanda hüquqi qeydiyyata alınmış “VOGA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisi də “Azərişıq” şefinin şəriki, keçmiş vergi məmuru, Fazil Məmmədovun yaxın adamı Vüqar İsmayılovdur. VOGA MMC Bakının Zərdabi küçəsindəki eyniadlı mebel satış mərkəzinə sahibdir. Şirkətin qanuni təmsilçisi MƏMMƏDOV NURƏLİ ƏHMƏDİYƏ oğlunun adı “EVRA” , “SOLENNE” və “ERVA-EN” şirkətlərinin də təsisçisiləri sırasında yer alır.
“Azərişıq” şefinin şəriki Vüqar İsmayılova məxsus olduğu məlum olan daha 3 şirkət var. Bunlar “LAYF FİTNES”, “PEQAS MARKETİNQ” və “TOSCANA” MMC-lərdir.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.xeberal.az
 

Dünyapress TV

Xəbər lenti