Ardını oxu...
Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin biznesi ilə bağlı yeni məlumatlar yayılıb.

Bu barədə "azfakt.com" məlumat yayıb.

Bildirilir ki, Fərzəliyev bu biznesi Nərimanov rayon icra hakimiyyətinin başçısı olduğu vaxt əldə edib.

Sayta məlumat verən sakinlər icra başçısını "əmlak kralı" kimi xarakterizə ediblər.

"İllər öncə paytaxtda - Nərimanov rayonunda əhali arasında "qəbiristanlıq" kimi tanınan ərazinin sökülməsi, bu ərazilərin iş adamlarına, yüksək vəzifəli şəxslərə satılması hesabına milyonlarla vəsait əldə edən Abdin Fərzəliyev həm də bu ərazidə - Əhməd Rəcəbli küçəsində çoxsaylı daşınmaz əmlaklara sahibdir. Əlbəttə ki, bu obyektlər İcra başçısının özünün yox, qohum-əqrabalarının, etibar etdiyi şəxslərin adınadır", - deyə məlumatda bildirilir.

Məlumata görə, Abdin Fərzəliyevin sərmayə yatırmağa başladığı sahələrdən biri də "avtoyuma" biznesidir: "İcra başçısı bu istiqamətdə artıq ilk obyektini istifadəyə verib. A.Fərzəliyevin yeni "biznes imperiyası"na əlavə olunan sonuncu obyekt "avtoyuma" məntəqəsidir. bu obyekt Əhməd Rəcəbli 1 ünvanında - Atatürk liseyinin qarşısında yerləşir".

İddia olunur ki, obyekt sənəddə Seyidzadə Saleh Mirmöhsün oğlunun adına olsa da, əslində nəzarəti Abdin Fərzəliyevin etibarlı adamı kimi tanınan və hazırda Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsini icra edən Nurlan Həsənov edir: "Onu da vurğulayaq ki, Saleh Seyidzadə Nurlan Həsənovun yaxın qohumudur. Saleh Seyidzadə həm də Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsində çalışır".

Saytın əməkdaşı əraziyə gedərək obyekt barədə yeni məlumatlar əldə edib. Belə ki, obyektin ümumi ərazisi dövlət sənədində 186 kvm göstərilsə də, tikinti zamanı layihədən kənara çıxmaq hesabına ümumi ərazi 200 kvm-dan yuxarıdır.

İkimərtəbəli olan obyektin birinci mərtəbəsi "təkər təmiri, "avtoyuma" "çilingər-yağlama" sexləri kimi fəaliyyət göstərir.

Obyektin ikinci mərtəbəsi isə Ataürk mərkəzinin qarşısında olan dairəyə-küçəyə açılır.

Ərzidəki sakinlər bildiriblər ki, burada kafe fəaliyyət göstərəcək. Hazırda ikinci mərtəbədə təmir işləri yekunlaşmaqdadır. Obyektin ümumi qiymətinin hazırda 1 milyon manat civarında olduğu bildirilir.

Həmin ərazidə olan "Altun" şadlıq sarayının da Abdin Fərzəliyevə məxsus olduğu deyilir.

A.Fərzəliyev 2003-2005-ci illərdə Nizami rayonunun, 2005-2022-ci illərdə Nərimanov rayonunun icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Şikayətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Bakının sabiq meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov mətbuatın həmişə maraqla izlədiyi şəxs olub.

Zaman-zaman onun biznesi, ümumiyyətlə, fəaliyyəti, dini inancı barədə sensasion, hətta bəzən inanılması çətin olan informasiyalar yayılıb, iddialar səsləndirilib. H. Abutalıbov vəzifəsindən uzaqlaşdırılandan sonra belə yazılar səngiyib.

Bu isə heç də İ.Abutalıbovun fəaliyyət sürətinin enməsi anlamına gəlməməlidir. Əksinə, o, Türkiyədəki biznesini inanılmaz dərəcədə genişləndirir. Əgər Əbu Bəkr ləqəbli İsrafil Abutalıbov İstanbulda 2017-ci ildə ilk hotelini – beşulduzlu “Ajwa Sultanahmet Hotel”i açmışdısa, indi onun biznes obyektlərinin sayı-hesabı bilinmir.
Ardını oxu...
Yeri gəlmişkən, İsrafilin necə Əbu Bəkr olduğu yəqin ki, yadınızdadır. Bakının sabiq merinin oğlunun bir zamanlar vəhabilərə qoşulduğu, onlar kimi uzun saqqal saxladığı, qısa şalvar geyindiyi haqda söhbətlər hamının yadındadır. O vaxtdan hamının onu vəhabilərin verdiyi Əbu Bəkr adı ilə çağırdığı söylənilir. Hətta Türkiyənin “Hürriyyət” qəzetinin”Ajwa Sultanahmet Hotel”i barədə hazırladığı reportajda da İsrafil Abutalıbovun adı Əbu Bəkr kimi keçir.

Bakupost.az -ın İstanbulda səfərdə olan əməkdaşı, maraqlı, həm də qalmaqallı personanın – İsrafil Abutalıbovun Türkiyədəki biznesi barədə kiçik araşdırma aparıb, onun İstanbuldakı ilk hotelinə – beşulduzlu “Ajwa Sultanahmet Hotel”inə baş çəkib.
Ardını oxu...
“Ajwa Sultanahmet Hotel”i məşhur Sultanahmet camisinə yaxın ərazidə yerləşir; Fatih bələdiyyəsinin ərazisi, Çemberlitaş deyilən küçədə. Buranı “kiçik otellər şəhərciyi” də adlandırmaq olar. Turistlərin ən çox üz tutduğu məkan: şəhərin ən görməli yerlərinə, sahilə yaxın, amma nisbətən ucuz otellərin yerləşdiyi ərazi. Bu ərazinin isə bir “göz muncuğu” var. Ən bahalı, fantastik qiyməti ilə hər kəsin diqqətini çəkən, hamıda qəribə bir şübhə yaradan otel. Hamı bu qədim, çox da möhtəşəm görünməyən otelin fantastik qiymətinin altında “xəzinə” yatdığının fərqindədir.

 

 

Otel 2017-ci ildə öz qapılarını qonaqların üzünə açıb. “Ajwa” Osmanlı memarlığı üslubunda bəzədilib. Hoteldə musiqi əvəzinə su və quş səsləri kimi təbii effektlərdən istifadə olunur: Səlcuqlu, Osmanlı və bu torpaqlarda yaşamış bir çox mədəniyyətlərdən ilham alan hotel son texnologiya ilə təchiz olunub. Topqapı bərpaçılarının əl işləri, taxta və sədəflə bəzədilmiş kreslolar… Hotel ənənəvi hamam mədəniyyətini texnologiya ilə birləşdirən buxar otağı, masaj və üzgüçülük hovuzundan ibarət müasir SPA mərkəzinə malikdir, qapalı hovuz və Osmanlı üslubunda otaqlar təklif edir. “Ajwa”nın hər mərtəbəsi Azərbaycanın görkəmli rəssamlarının birinin rəsm əsərləri ilə bəzənib – Səttar Bəhlulzadə, Mahmud Mahmudzadə, İslam İsrafilzadə, Cəmilə Həşimova, Salam Salamzadə, Mikayıl Abdullayev, Nadir Axundov, Maral Rəhmanzadə və s. Döşəmələrə isə Təbriz xalçaları, Azərbaycandan gətirilmiş əllə toxunmuş ipək xalçalar sərilib.
Ardını oxu...
Hotelin son mərtəbəsində dənizə mənzərəsi olan “Zəfəran” restoranı fəaliyyət göstərir və burada ənənəvi Azərbaycan yeməkləri təqdim edilir. “Zəfəran” İstanbulun ən bahalı restoranlarından biri hesab olunur. Burada müştərilərə Beluqa kürüsü, Azərbaycan mantısı, gürzə, qutab növləri, şah plov, toyuq ləvəngisi, müxtəlif kabab növləri, bir sözlə, Azərbaycan mətbəxinin demək olar ki, bütün təamları təqdim edirlir. Restoranda yeməklərlə yanaşı Azərbaycan şirniyyatları – paxlava, şəkərbura, şor qoğal, şərbətlər, təzə şirələr və kokteyllər də verilir. O da qeyd olunur ki, “Zəfəran” alkoqolsuz restorandır. Restoranda yeməkləri Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş 60-a qədər aşpaz hazırlayır. Yeri gəlmişkən, Abutalıbovların İstanbulda “Zəfəran” adı ilə fəaliyyət göstərən başqa restoranlarının və apteklərin olduğu da bildirilir.
Ardını oxu...
Otelin qiymətlərinə gəlincə isə, burada ən ucuz nömrə 800 avrodan başlayır. Düzdür, bəzən burada endirim kamnpaniyalarından da yararlanmaq mümkündür, amma bu, şans məsələsidir. Oteldə ən bahalı nömrə isə 35 min avrodur. İşin ilginc tərəfi odur ki, çox vaxt oteldə turist olmasa da, otaqlar müştərilərə verilmir.

Qonşuluqda fəaliyyət göstərən otel əməkdaşlarının sözlərinə görə, ayda azı bir dəfə otel İ. Abutalıbovun dostları üçün bağlanır. Bütün otel onlara xidmət edir. İ. Abutalıbovun dostları isə adi adamlar deyil. Onun Türkiyə dövlətini idarə edən, ən yüksək postlarda olan adamların övladları ilə yaxın dostluq münasibətlərinin olduğu deyilir. Şahidlərin sözlərinə inansaq, həmin şəxslər qonaq gələndə nəinki otel, hətta otelin yerləşdiyi küçədə giriş-çıxışa bağlanır.
Həmin ərazidə otelçiliklə, eyni zamanda turizm sahəsində çalışanlar iddia edirlər ki, “Ajwa” özünün fantastik qiymətlərinə baxmayaraq, rentabelli işləyə bilməz. Gələn müştərilərlə heç personalların, aşpazların əmək haqqını ödəmək mümkün deyil. Onlar iddia edirlər ki, bu otel Abutalıbovun çirkli pul yuyan maşınıdır…
Ardını oxu...
Qeyd edək ki, Türkiyənin məşhur “Hürriyyət” qəzeti də 2017-ci ilin fevralında bu hotelin açılışından reportaj hazırlayıb. Orada bildirilirdi ki, yarımadanın ilk beşulduzlu hoteli olan AJWA layihəsinin arxasında “12 Group”un sahibi, azərbaycanlı iş adamı Əbu Bəkr dayanır. Onun buradakı köhnə oteli 20 milyon dollara aldığı, tamamilə təmir etdirdiyi və Ajwa brendi ilə adlandırdığı bildirlir:

“Əbu Bəkr vaxtilə “Aziyadə hoteli” adlanan binanı aldı və üç illik bərpadan sonra qrupun şirkətlərindən biri olan “Gülab Architecture Office”in layihəsi ilə mehmanxanaya çevirdi”.

Hələ o zaman “Hürriyyət” qəzeti “AJWA Hotel Sultanahmet”dən sonra Əbu Bəkrin ikinci hotel üçün Kapadokiyanı seçdiyini bildirmişdi. “Gülab Architecture” komandasının layihəsi ilə 1400-cü illərdə tikilmiş ənənəvi karvansaray bərpa və dizayn edilərək, “AJWA Hotel Kapadokiya” kimi fəaliyyətə başlayıb. “Ajwa Cappadocia Hotel” qiymətlərinə görə heç də İstanbuldakından geri qalmır. Türkiyə mediasının yazdığına görə, “Ajwa Cappadocia Hotel” 98 otaq və 10 mağaradan ibarətdir. Burada Əbu Bəkrin “12 Group” şirkəti tərəfindən ümumilikdə 3 hotel binası inşa edilib.

Karvansara konsepsepsiyası və Səlcuqilər memarlığı əsasında qurulan oteldə 120 m2-də başlayan və 600 m2-ədək dəyişəm 10 mağara fəaliyyət göstərir. Ərazidə böyük meyvə bağları salınıb. Bildirilir ki, “Zəfəran” restoranlarında yalnız bu bağlarda yetişdirilən meyvə-tərəvəzlərdən istifadə olunur.

O da bildirilir ki, Əbu Bəkr “Zəfəran”ı restoranlar şəbəkəsinə çevirməyi bacarıb. Bununla da kifayətlənməyən iş adamı Türkiyədə daha bir neçə otel, avtomobil parkları, istirahət mərkəzləri və digər obyektlərə sahibdir. Hətta obyektlərinin sayının sürtələ artığını görən Fatih bələdiyyəsinin Əbu Bəkrə yeni obyektlər almaq qadağası qoyduğu bildirilir.
Ardını oxu...
Xatırladaq ki, Hacıbalı Abutalıbovun oğlu bir vaxtlar Bakının hər cür əyləncə mərkəzlərində vaxt keçirməsi, lüks avtomonillər sürməsi, 2008-ci ilə qədər Konstitusiya Məhkəməsi sədrinin köməkçisi işləməsi ilə tanınırdı. Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı ilə ailə qurub boşandıqdan sonra Londona köçən və bir müddət sonra oradan vəhabi kimi Bakıya qayıdan İsrafil Abutalıbov daha sonra İstanbulda gedib, orada öz böyük biznes imperiyasını qurdu. Əlbəttə, onun ilk sərmayəsi atasının müxtəlif qanunsuz yollarla qazandığı pullar idi. Həm məzhəbini, həm də həyatını dəyişən Əbu Bəkr öz restoranına belə ərəb adı qoyub. İnsanları cəlb edən ekzotik ad: Ajwa (ərəbcə “Əcva”) Mədinə xurması növüdür. Görünür, bu ad da onun vəhhabi dünyagörüşündən qaynaqlanır.

Türkiyədə hamı onu Əbu Bəkr adlandırsa, dindar şəxs kimi tanısa, restoranlarında alkoqola icazə verməsə də, Abutalıbovun oğlunun bu sərvəti halal yolla qazanmadığı heç kimə sirr deyil. Əslində onun hotel və restoranlarının təyinatının gəlir qazanmaq yox, çirkli pulları yumaq olduğu bildirilir ki, bu da həqiqətə ən yaxın versiyadır.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...


Ardını oxu...
DİA.AZ: - "Vururam, yaxşı eləyirəm..." Bu sözlər Sabunçu rayonun icra hakimiyyəti başçısının müavini Güloğlan Məmmədova aiddir. O Güloğlan Məmmədov ki, barəsində yerli KİV-də yetərincə informasiyalar yayılıb. DİA.AZ bildirir ki, bütün bunlara rəğmən özünü cəzasızlıq mühitində hiss edən Güloğlan Məmmədov qanunların üstündə olduğunu bu dəfə də nümayiş etdirib.

DİA.AZ bildirir ki, vətndaş Nail Qurbanovun Bilgəhdəki mülkünün qanunsuz sökülməsi ilə bağlı əraziyə gedən jurnalistə qarşı açıq vəhşilik nümayiş etdirən Güloğlan Məmmədov əslində DÖVLƏTİ təmsil etdiyini unutmaqla yanaşı, özünün qeyri-insani keyfiyyətlərini də nümayiş etdirib.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq, mövzu ilə bağlı dia.az digər əlaqədar qurumlaarın da münasibətini öyrənməyə çalışacaq...
Ardını oxu...
"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir" - Yəni rəhbərliyindən aslı olmayaraq Göyçay səhiyyəsinin dədə-babadan vəziyyəti belə gəlib, belə də davam edəcək.
Təəssüflər olsun olsun ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasında vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir. "Yaşar Əhmədov hələki təzədir, tədricən hər şey düzələcək" deyərək yeni direktorun inqilab edərək vəzifəyə gəlməsinə köməklik göstərənlər, yalnız şəxsi maraqlarını güdürlər. Özündən öncəki sabiqlərin yalnışlarını təkrarlayan, hətta daha çox qanunsuzluqlara şərait yaradan Yaşar Əhmədov gəldiyi cəmi 8 ay müddət olmasına baxmayaraq, artıq o, sosial şəbəkələrin şikayət bölümlərində "Trend" olmağa başlayıbdır.
TEREF "Göyçay Operativ Xəbər " səhifəsinə istinadən yazır ki, Yaşar Əhmədovun islahatlar apara biləcəyinə və yaxşılığa doğru dəyişikliklər edə biləcəyinə etimad bəsləmək tamamilə əlçatmaz xəyallardan ibarətdir. Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər isə 20 yaşında böyük bir imperiyaya artıq hökmdar edirdilər. Yəni necə deyərlər: "Ağıl yaşda deyil, başdadır".
Bu gündən etibarən Yaşar Əhmədov 10 il müddət ərzində direktor olmağa davam etsə belə, nəaliyyətlər əldə edə bilməyəcəkdir. O, insanın idarəetmə qabiliyyəti yoxdur. Şübhəsiz ki, qırxında öyrənən gorunda çalar.
Göyçay Xəstəxanası rüşvət ocağıdır. Xəstələr bəzi insafsız "tibb işçiləri" üçün yalnız və yalnız çörək ağacıdır. Allah heç kimin yolunu Göyçay Rayon Mərkəzi Xəstəxanasına salmasın! Canımızı əmanət etməzdən öncə cibimiz can sağlığında qazandığımız pul-para ilə dolu olmalıdır ki, canı bizə verən Yaradanın əmanətinə xəyanət etməsinlər.
Sonunda onu da xatırladım ki, Göyçay səhiyyəsində nadanlarla yanaşı kifayət qədər savadlı və insaflı tibb işçiləri də vardır ki, onların xəstələrə göstərdiyi qayğı və məhəbbətin məsəli, gecələr səhərə kimi körpəsinin üstündə yuxusuz halda fədakarlıq edən ananın məsəlinə bənzəyir.
Ümid edirik ki, aidiyyəti qurumlar çoxsaylı şikayətlərimizə obyektiv yanaşaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasını ciddi nəzarətə götürəcəklər...
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
Bir neçə gün öncə, müxbirimizin Nəsimi rayon, Akademik Mirqasımov küçəsi, 55,57,59 saylı binaların qarşısından keçərkən sakinlərdən birinin əsəbi halda danışdığını müşahidə etmişdir. Qısa dialoqdan sonra, həmin şəxs başına gələnləri redaksiyamıza təqdim edəcəyini bildirmişdir.
Redaksiyamıza daxil olmuş şikayət ərizəsini olduğu kimi oxucularımıza təqdim edirik.
Nəzərinizə çatdırırıq ki, “Sahil-R” MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın inşası 2016-cı ildə başa çatdırılmış və istismara verilmişdir. …
Binada təhlükəli və insan ölümü ilə nəticələnə biləcək problemlərdən başlıcası “Sahil-R” MTK tərəfindən müvafiq standartlara cavab verməyən liftlərin quraşdırılmasıdır. MTK rəhbərliyinin təqdim etdiyi sənədlərə əsasən bu liftlər HKS Has Asansör LTD ŞTİ-yə məxsusdur. Sakinlər tərəfindən dəvət olunmuş mütəxəssislərin şifahi rəyinə əsasən, quraşdırılmış liftlər 8-10 mərtəbəli binalar üçün nəzərdə tutulmuşdur. Liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. Sakinlərin haqlı narazılığına cavab olaraq, MTK rəhbərliyi dəfələrlə bildirmişdir ki, liftlər istismara yararsız olsa idi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməzdi. Digər tərəfdən onu da qeyd etmək istəyirik ki, bizim binanın həyətində digər binaya məxsus olan uşaq baxçasının istifadəsi üçün nəzərdə tutulmuş oyun sahəsinin yerləşməsidir. Qanunvericilikdə də qeyd edilmişdir ki, ictimai təyinatlı sahələr (obyektlər) binanın həyətində yerləşirsə binanın və yaşayış ərazisinin sakinlərinə xidmət etmək üçün nəzərdə tutulmalıdır. MTK yenidən qanunvericiliyin tələblərini kobud surətdə pozur, sakinlərin həyətyanı sahədən məqsədyönlü istifadəsini məhdudlaşdırır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa əsasən stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər eskalator, kanat yolları, funikulyor və liftlər təhlükə potensiallı istehsal obyektləridir. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, 597 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Qeyd etmək istəyirik ki, “SunLab” tibb müəssisəsi binanın Mirəli Qaşqay küçəsinə baxan hissəsində, fasadda əlavə artırmalar etmiş və bununla qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinə görə birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Yaşayış Binalarının Layihələndirmə Normalarının 4-cü bəndinə əsasən, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır. Həmin əsasnamənin 4.10-cu bəndinə əsasən liftin qarşısındakı meydançanın eni və liftin ölçüləri təcili yardım xərəyində daşınan xəstəni liftə keçirməyə imkan verməli və aşağıdakı göstəricilərdən az olmamalıdır: - yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin eni 2100 mm olan liftin qarşısında -1,6 m-dən; - yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin dərinliyi 2100 mm olan liftin qarşısında - 2,1 m-dən az olmamalıdır. Həmin əsasnamənin 7.3-ci bəndinə əsasən hündürlüyü 28 m-dən artıq olan binaların lift şaxtalarında yanğın zamanı AzDTN 2.12-2-yə uyğun olaraq xarici havanın verilməsi təmin olunmalıdır. Həmin əsasnamənin 7.4.6-cı bəndinə əsasən hündürlüyü 50 m-dən çox olan yaşayış binalarında liftlərdən biri yanğınsöndürmə heyətinin daşınmasını təmin etməlidir. “Sahil-R” MTK tərəfindən müvafiq standartlara cavab verməyən liftlərin quraşdırılması ilə qanunvericiliyin tələbləri ciddi surətdə pozulmuşdur. Biz sakinləri narahat edən digər problem isə binanın özəyində “Bazarstore” marketinə, “Sun Lab” tibb müəssisəsinə, “Göygöl” kafesinə və digər obyektlərə məxsus iri həcmli avadanlıqların (mərkəzi havalandırma sisteminə aid qurğuların, iri həcmli kondisionerlər, çillerlər, binanın fasadına quraşdırılmış və nəzarətsiz qalan kombilər) yerləşdirilməsidir. Binanın özəyinə quraşdırılmış avadanlıqlar ciddi vibrasiyaya, səs-küyə səbəb olur. Bundan əlavə, yuxarıda adı çəkilən “Bazarstore”a məxsus təhlükə mənbəyi (yanğın və s) olan generatorun və stabilizatorun sakinlərin istirahəti üçün nəzərdə tutulmuş sahədə yerləşdirilməsidir. Elektrik istehlakı kəsilən zaman generator işə düşür ki, bu da sakinlərin ciddi narahatçılığı və narazılığına səbəb olan tüstü və yüksək səs yaradır. Qeyd olunanları nəzərə alaraq, liftlərin standartlara cavab verən liftlərlə əvəz olunmasına, sakinlərin istirahəti üçün nəzərdə tutulmuş həyətyanı sahədən digər binanın uşaq bağçasına məxsus oyun sahəsinin, “Bazarstore”a məxsus təhlükə mənbəyi (yanğın və s) olan generatorun və stabilizatorun götürülməsinə dair, eləcə də Feyzulla Qasımzadə və Mirəli Qaşqay küçələrinə piyada səkilərinin çəkilməsinə dair “Sahil-R” MTK-ya göstəriş verməyinizi Sizdən xahiş edirik.
Redaksiyadan:
Biz redaksiya olaraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdən, Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyinin sədri Saleh Məmmədovdan, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asıf Əsgərovdan sakinlərin haqlı narazılığına münasibət bildiməsini xahiş edirik.
gundelik baki.com
 
Ardını oxu...
Zaman-zaman Azərbaycanda adı korrupsiyada hallanan məmurların dövlətin və xalqın malını talan edib daşıdıqları xarici ölkələrdə övladlarının adına şirkətlərinin üzə çıxması cəmiyyətimizdə hiddətlə qarşılanır. Az öncə deputat Cavanşir Feyziyevin İngiltərədəki kapitalına həbs qoyulması xəbəri paylaşılandan sonra onunla təhqir etdiyi jurnalistlar arasında çıxan dava hələ də gündəmdədir.

Bu “şanlı” siyahıda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini Rafiq Aslanovun da adı vardır. Yayılan informasiyaya görə, Vətən müharibəsinin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir dönəmdə Rafiq Aslanov Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil alıb.

Efirdəki çıxışlarından birində suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir. Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır.

İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında “Bentley”, “Range Rover”, “Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var.

Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar.

Rafiq Aslanovun himayəsi altında olan «Hidro-Kaskad» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Zeynalovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köhnə kadrlar iş başındadır, suyun yarısı “itkiyəı” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq.

Deryaz.az
0
 
 

Ardını oxu...
 
 

Redaksiyaya daxil olan məlumatlara görə, Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri də, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər.Söhbət müəssisənin yerləşdiyi binanın damından içəri yağış sularının axıb-axmamağından getmir.Sadəcə olaraq, məsələ bundadır ki, təxminən bir il bundan əvvəl bu səhiyyə müəssisəsinin baş həkimi vəzifəsindən azad olunandan sonra, oraya təyin olunan baş həkim tərəfindən “yeni qanunların tətbiqi”nə narazılıqların səngiməməsidir. DİA.AZ-ın məlumatına görə, orada həkimlər əmin idilər ki,yeni təyin olunacaq baş həkim ideal olmasa belə,yəqin keçmiş baş həkim qədər olar.O cümlədən heç kimin ağlına gəlməzdi ki,Respublika Dəri-Zöhrəvi Mərkəzinə heç kim yox,TƏBİB tərəfindən məhz Müşfiq Zeynalov baş həkim təyin olunar.

 

Qaldı, Müşfiq həkimə o, isə ən qısa zamanda hər kəsə sübut etdi ki,sakit abu-havanı,yaxşı münasibətləri,pisə dəyişmək olar. Yəni yarıtmaz idarəçilik nəticəsində həkimlər Prezident Adminstrasiyasına,TƏBİB rəhbərliyinə şikayət edə bilərlər.Elə də oldu,bu şikayətlər səbəbindən TƏBİB orada iki dəfə yoxlama apardı.

Oradan şikayətlərə gəlincə ona görə edildi ki, tibb müəssisəsində həkimlərə aylıq pul yığımları tətbiq edildi.Bunu qəbul etməyənlər şikayət etməyə başladı.Narazılıqlar o həddə qədər yüksəldi ki,zamanla Milli Məclisin deputatı Azay Quliyevin qohumu Səbinə xanım da Muşviq Zeynalovdan şikayət etdi.Həmin arada Müşfiq Zeynalov isə orada qohum-əqrəbaya, dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaqla bezdirirdi,65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsini uzatmayıb,peşəkar həkimləri oradan uzaqlaşdırırdı.

RESPUBİLKA DƏRİ-ZÖHRƏVİ MƏRKƏZİNDƏ VƏZİYYƏT İNDİ NECƏDİR?

Təsadüfi deyil ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Yəni bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemləri həll etmək olar. Lakin reallıqda bunu heç də həmişə müşahidə edə bilmirik. Belə ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə ciddi geriləmələrə səbəb olur. O cümlədən hazırda Respublika Dəri-Zöhrəvi Mərkəzinin fəaliyyəti də qətiyyən qənaətbəxş hesab edilmir.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki,mərkəzin baş həkimi Müşfiq Zeynalov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir,gəlmək belə istəmir.Çünkü TƏBİB-də olan himayədarlarına güvənərək bildiyi qanun pozintilarına davamlı yer verir. Daxil olan məlumatlarda bildirilir ki, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. O cümlədən Respublika Dəri-Zöhrəvi Mərkəzində bu cür xəstəliklərə yoluxan şəxslərin müalicəsinə etinasız yanaşılır. Daha fikirləşən yoxdur ki,zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq belə yaranır. Müşfiq Zeynalov isə ölkə üzrə cavabdeh olduğu çox vacib bir sahədə sabitlik yaratmaq istiqamətində iş aparmaqdansa, rəhbərlik etdiyi müəssisə daxilində intriqalar aparmağa üstünlük verir. Baş həkim bunu çox orijinal üsullarla edir. Məsələn, məlumdur ki, hər bir müalicə həkimi müəssisə daxilində özünə tibb bacısı seçmək hüququna malikdir. Amma bu hüquq Respublika Dəri-Zöhrəvi Mərkəzində işləmir. Burada bir sıra istisnalar olmaq şərti ilə həkimlərə tibb bacılarını baş həkim şəxsən özü təyin edir ki, burada da məqsəd həkimlərə “nəzarət” etməkdir.Baş həkim elə bir vəziyyət yaradılıb ki, bura müraciət edən pasiyent müayinədən və hətta həkimlə sadəcə söhbətdən sonra mütləq əlini cibinə salmalıdır. Buna görə də, Respublika Dəri-Zöhrəvi Mərkəzinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olurlar.

Ən son məlumatda bildirilir ki,çoxsaylı şikayətlər baş həkim Müşfiq Zeynalovun aqressiv fəaliyyətini bir qədər səngidib. Amma indi də baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyev,Baş həkimin müavini Sevil Yusifova,onlardan da ötsə kadrlar şöbəsinin müdiri Nuridə Almazova icra edirlər. Həm də necə icra edirlər...

Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalovun “əməllərinə” gəlincə hələ ki,TƏBİB rəhbərliyi hansısa səbəbdən göz yummaq məcburiyyətindədir.Əks təqdirdə baş həkim 65 yaşlı peşəkar həkimləri “çölə atıb” nədən 73 yaşlı təqaüdçü Kamil Mustafayevlə işləyər ki?(Ortada dəhliz boyu gəzişən, Kamil doktorla guya müqavilə əsasında işlənilir. Onun vəzifəsi də konsultatdır.)Bəs,orada Fuad Əfəndiyev kimi savadlı həkim niyə incidilir? Uşağı xəstə olan,bu çətin dövürdə ailə saxlayan Fuad doktora Müşfiq Zeynalov nə verib ki,ala bilmir?!TƏBİB rəhbərliyi nə vaxta kimi bu tip intiriqa “yuvalarını” himayə edəcək?

Dəri-Zöhrəvi Mərkəzinə TƏBİB-in xətti ilə dərman verilir.Dərman verilirsə,Müşfiq Zeynalovun marağı nədir ki,müqavilə bağlayıb dərman almaq üçün firma axtarır və ya seçir?!

Yəni bu kimi halların nə səbəbdən qaynaqlandığını oradakı həkimlər,ictimaiyyət bilirsə- həqiqətənmi TƏBİB rəhbərliyi bilmir? Hərçənd hamı bilir axı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə dava-dərman TƏBİB tərəfindən verilir və bu dərmanlar xəstəxananın aptek müdiri tərəfindən qəbul edilir.Orada vəziyyət necədir,aptek müdiri işindən narazı deyil ki,bu tip suallara təbii TƏBİB rəhbərliyi tərəfindən aydınlıq gətirilməsi başqa mövzudur.

Ümumiyyətlə verilən bahalı dərmanlarla xəstələr təmin edilirmi? Respublika Dəri-Zöhrəvi Mərkəzində hər ayın axırında bir sıra həkimlər “sıxma-boğmaya “ salınarkən, nə səbəbə ər-arvad,bacı-qardaş,ana-bala olan həkimlərə rahat “nəfəslik” verilir,kimi ümdə suallara aydınlıq gətirilməyən xəstəxanadır Respublika Dəri-Zöhrəvi Mərkəzi hələ ki.Yəni,daxili nizamnamə yol verirmi ,bu kateqoriyadan olan həkimlər orada cüt-cüt işləsin?!

O cümlədən,meyyar nədir ki, qeydiyyat şöbəsi imkanlı xəstələri Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalova yönləndirir,o da ya özü müalicə edir, ya da xəstələri istədiyi həkimə yönləndirir? NƏDƏN ???

Həqiqətənmi,TƏBİB rəhbərliyi düşünür ki,bu kimi hallar xəstəxanada narazılıqlarla müşayyət olunmur? Və ya hər ay 300-500 manat pul verib əlahəzrətin “qılıncının” altından keçənlərin məqbul,verməyib “qeyri-məqbul” qiymət alanlardan TƏBİB rəhbərliyinin xəbəri yoxdur? Bu tip suallar qutarası deyil,o vaxta kimi ki,TƏBİB rəhbərliyi tərəf tutmayıb,tərəfsiz qalacaq...

Belə görünür ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinə hansısa bir irəliləyişə nail olmaq hələ bir müddət də mümkün olmayacaq. Bu səbəbdən də ölkədə dəri-zöhrəvi xəstəliklərindən əziyyət çəkənlər, yaxşısı budur ki, bir müddət türkəçarə mütəxəsisslərinə müraciət etsinlər.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Lerik rayonunda baş verən özbaşınalıqlar, dövlət əmlakının talanması və prezident İlham Əliyevin rayona ayırdığı milyonlarla vəsaitin mənimsənilməsi barədə ölkə mətbuatında silsilə məlumatlar verilib. Həmin məlumatlardan ən çox diqqətçəkəni isə Azərbaycan prezidentinin sərəncamı ilə 50 yaşayış məqtəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah yolunun tikintisi və yenidən qurulması üçün Lerik Rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manatın "yoxa çıxması"dır.

TEREF-ın reyting.az-a istinadən məlumatına görə, rayon sakinləri iddia edirlər ki, Lerik Rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manat mənimsənildiyindən hələ 2016-cı ilə qədər çəkilib-başa çatdırılması planlaşdırılan yolun tikintisi yarımçıq qalıb. Yolun çəkilən hissəsi isə 1 ili tamamlanmamış dağılıb, qəzalı vəziyyətdədir.

Leriklilər bununla bağlı dəfələrlə yuxarı instansiyalara müraciət etdiklərini bildirirlər. Onların sözlərinə görə, rayon faktiki olaraq, icra başçısının I müavini Cəlil Baxşıyevin nəzarətindədir. Baxşıyevi isə yaxın qohumu, Leriki Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədov himayə edir.

Sakinlərin iddiasına görə, vəziyyət o həddə çatıb ki, Cəlil Baxşıyev rayonda quruculuq və abadlıq işləri üçün ayrılan vəsaitləri də yaxın adamları arasında bölüşdürür. Onun hazırda rayonun Kələxan kəndində qardaşına dəbdəbəli villa tikdirdiyi bildirilir. Sakinlər güman edirlər ki, ola bilsin, bu villanın tikintisinə sərf olunan material və avadanlıqların müəyyən hissəsi rayonun abadlığı üçün nəzərdə tutulan büdcə vəsaitləri hesabınadır. Qeyd olunur ki, bu barədə ayrı-ayrı KİV-lərdə və sosial şəbəkələrdə yazılmasına baxmayaraq, C. Baxşıyev belə əməllərindən çəkinmir.

"İcra başçısının birinci müavini və deputat İqbal Məmmədovun şəxsi mülkə çevirdikləri rayonda korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı baş alıb gedir, əhalinin problemlərinin həlli yolunda heç bir addım atılmır. Üstəlik, prezidentin ayırdığı vəsaitlər də havaya sovrulur", - bunu sakinlər iddia edir.

İddiaya görə, C. Baxşıyev bütün idarələrdən pul toplamaqla yanaşı, həm də seçki prosesinə müdaxilə edib, bu prosesdən də qazanc məqsədilə yararlanıb:

"İcra başçısının birinci müavini YAP-ın rayon təşkilatının keçmiş sədri ilə əlbir olaraq, 78 saylı DSK üzrə bütün məntəqə sədrləri və üzvlərindən hər seçki zamanı 100 manatdan toplayıblar. Yəni hər üzvdən 1 ayın əməkhaqqısı tələb olunub. Baxşıyev göstəriş verib ki, pul verməyən şəxslər üzvlükdən üzaqlaşdırılıb yeniləri ilə əvəzlənsin. Ümumilikdə, seçki məntəqələrindən 40 000 manat pul tələb ediblər. Lerik rayonunda 100-ə qədər seçki məntəqəsi, hər məntəqənin 4 üzvü var. Ümumi məntəqələrdə 400 üzvün olduğunu nəzərə alsaq, bu da 40 000 min manat edir".

Məntəqə seçki komissiyasının üzvü olan rayon sakinləri də belə halların dəfələrlə müşahidə edildiyini iddia edirlər. Belə ki, ötən parlament seçkilərində də Baxşıyevin özbaşınalığı diqqət çəkib:

"Qohumu və himayədarı İqbal Məmmədovun xeyrinə qanunsuz addımlar atan Baxşıyev hətta rayonda ciddi nüfuzu olan, sözügedən 50 yaşayış məntəqəsində seçicilərin etimadını qazanan namizədlərdən biri - İlham İbadovu da saxta yollarla seçkidən kənarlaşdıra bilib. O, İbadovun xeyrinə imza verən şəxslərdən izahat aldırmaqla onun namizədliyinin DSK tərəfindən ləğv edilməsinə nail olub. Bu tapşırığı isə ona İqbal Məmmədov verib. Nəticədə İqbal Məmmədovun "alternativsiz namizəd" olmasını təmin edib. Bu gün də əvəz olaraq, İqbal Məmmədov onun bu "xidmət"lərini qiymətlədirir".

Sakinlər yazır ki, bu və yuxarıda sadalanan digər problemlər sosial şəbəkələrdə və saytlarda işıqlandırılsa da, nəticəsiz qalıb, lazımi tədbirlər görülməyib.

Qeyd olunur ki, Əkbər Abbasov Lerik rayonuna icra başçısı təyin edilsə də, hazırda Cəlil Baxşıyevin nəzarətində olan Lerikdə vətəndaş narazılığı hökm sürür. Rayonun Orand kəndinin 250-dən çox sakini isə ölkə başçısına müraciət edərək I müavinin qanunsuz əməllərinə, ayrı-seçkiliyə əsaslanan fəaliyyətinə son verməyi tələb ediblər. Orand kənd sakinlərinin ölkə mediasına ünvanladığı müraciətdə Baxşıyevin rayonda xaotik vəziyyət yaratdığına diqqət çəkilir. Sakinlər müraciətlərində ölkə başçısından kömək istəyirlər.

Cəlil Baxşiyev rayona yeni təyin olunan icra başçısı Əkbər Abbasova güc nümayiş etdirmək üçün vaxtilə vəzifəyə təyin etdirdiyi idarə və müəsissə rəhbərlərinə, eləcə də kənd icra nümayəndələri və bələdiyyə sədrlərinə tapşırıqlar verərək, hər həftə icra başçısının qəbuluna 300-500 nəfər kənd sakininin müxtəlif məsələlərlə qəbula yazılmalarını tələb edir. Məqsəd “mən olmasam, bu camaatın qabağını ala bilməzsən, Əkbər Abbasov”,- mesajını yeni icra başçısına çatdırmaqdır. Qəbula gələnlərin əksəriyyəti də Əkbər Abbasova müavinlərini tərifləyərək məsləhət verirlər ki, onlarla işlə. Müavinlər düşünürlər ki, bununla da icra başçısının fəaliyyətini kadr islahatlarından yayındırmağa nail ola biləcəklər.

Əkbər Abbasovun Lerikə icra başçısı təyinatı sosial mediada da geniş müzakirə olunub. Sosial şəbəkədə yazanların bir çoxu düşünürdü ki, London təhsilli icra başçısı Lerikdə ciddi islahatlar aparacaq. Onlar iddia edirdilər ki, Abbasov Leriki anarxiya və özbaşınalığa sürükləyən Rövşən Bağırovdan qalma köhnə komandadan təmziləyəcək. Bununla da, ağır güzəran və maddi şərtlər altında yaşayan, dözülməz həyatın çətinliklərinə tab gətirməyib rayonu tərk edən əhaliyə dəstək olacaq. Deyəsən, artıq təsir əks təsirə çevrilir və “köhnə komanda” daha tez qabağa düşüb Abbasovu “zərərsizləşdirməyə”, onu əhali ilə üz-üzə qoymağa çalışır.

Redaksiyamıza daxil olan digər bir müraciətdə Lerikdə Əkbər Abbasovun təcrübəsiz kadr olması barədə təbliğat aparıldığı, deputat İqbal Məmmədovun ölkə başçısının qərarlarına əhəmiyyət vermədiyi də bildirilir. Yaxın günlərdə təqdim edəcəyimiz həmin müraciətdə deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovun hər ay Cəlil Baxşıyevdən haqq aldığı da iddia edilir. Bununla yanaşı toy gecəsi baş verən qətl hadisəsindən də bəhs olunur.

P.S. Redaksiya adıçəkilən şəxslərlə əlaqə saxlayıb rayon sakinlərinin ölkə KİV-lərinə müraciəti ilə bağlı mövqelərini öyrənə bilməyib. Reyting.az İqbal Məmmədovun, Çingiz Məmmədovun və Cəlil Baxşıyevin də mövqeyinə hörmətlə yanaşır və onların da fikirlərinə yer ayırmağa hazırdır.
 
Ardını oxu...
Xeyli müddətdir vətəndaş təəssübkeşliyindən doğan dərin narahatlıqla bu mövzuya toxunmaq istəyirdim. Təəssüf ki, “Azərlotereya”nın ölkədə yaratdığı labirinti və xalqa kələk gəlməyin “metodologiyası”nı araşdırmaq üçün bu mövzuya indi baş vurmağı məqsədəuyğun hesab etdik. Təbii, bir yazı ilə “Azrlotereya”nın xalqın necə tələyə salmasını şərh etmək çətindir, ona görə də davamlı araşdırmaqlarımızın şahidi olacaqsınız.

Bəli, söhbət “Azərlotereya”nın Azərbaycanda yaratdığı antimilli qumar bazarından gedir.

Əvvəlcə ölkəmizdə bu məsələ ilə bağlı vəziyyəti araşdırmağa çalışdım. Maraqlı nüanslar ortaya çıxdı.

Bütün ölkələrdə qanuniləşdirilmiş qumar bazarı mövcuddur. Amma heç bir ölkədə qumar bazarı xalqın genefondunun dağıdılmasına hesablanmayıb, ölkədə sosial partlayışların ilkin “mina”ları kimi təkmilləşdirilməyib. Amma… Azərbaycan istisna! Ölkəmizdə “Azərlotereya”nın bütün fəaliyyət istiqamətləri ailələrdə sosial problemlərin pik həddə çatmasına, xalqın sürətli şəkildə yoxsullaşdırılmasına və gənclərin narkotikdən sonra ikinci bir böyük bir bəla ilə – lotereya” ilə məhv edilməsinə yönəlib. Qumar biznesi milli dəyərləri tapdalayırsa, onun qanuni fəaliyyətinə heç bir halda bəraət qazandırmaq olmaz.

Mənim burada Amerika kəşf etmək fikrim yoxdur.

Zəfər Rəisoğlunun qumar biznesinin uyuşdurucu həbləri…

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlunun ölkə mətbuatına verdiyi müsahibəni oxudum.

Hörmətli Rəisoğlu deyir:

“Hər iki ölkədə (Yəni, Azərbaycan və Türkiyədə) mentaliteti bir-birinə çox yaxın olduğundan deyə bilərəm ki, insanlar arasında da şans oyunlarına münasibət eynilik təşkil edir. Bu baxımdan Azərbaycanda öz vətənimizdəki kimi hiss edirik. Yerli əhalinin istəkləri ilə daim maraqlanır, onların marağını təmin edə bildiyimizi düşünürük”.

Çox humanist yanaşmadır. Elə deyilmi? Sən demə Hatayda yaşayan bir ərəblə, Trabzondakı bir lazla mənim mentalitetim eyni imiş… Siz öz fikirinizdə qalın, cənab Reisoğlu! Maraqlıdır, niyə Türkiyədən gələn qumarbaz belə məsələlərə milli aspektdən yanaşır, pul qazanmaq ehtirasında belə pafosdan istifadə edir. Amma öz aramızdır, yaxşı ki, “Bir millət, iki dövlət” şüarını səsləndirməyib.

Keçdik digər suala, yəni Rəisoğlunun suala cavabına.

“Son zamanlar “Azərlotereya”nın “Poz Qazan” lotereyasına artan marağı nə ilə əlaqələndirərdiniz? “Poz Qazan”ın bu qədər populyar olmasının səbəbini necə izah edərdiniz?”

Həmkarımın ona verdiyi pafoslu sualdan ehtirasa gələn cənab Rəisoğlu deyir:

“Aparılan müşahidələr onu göstərir ki, bu sahədə idarəetmənin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması lotereya oyunlarına populyarlıq qazandırıb”.

Azərbaycan öz müstəqilliyini yeni qazananda ən çox eşitdiyimiz söz birləşmələrindən biri də “beynəlxalq standartlar” idi. İnanın, içi mən qarışıq milyonlarla azərbaycanlı həyat tərzimizin bütün istiqamətlərinin “beynəlxalq standartlar”lara uyğunlaşdırılmasını o qədər istəyirdi ki… Demək alındı. Yoxsa, Rəisoğlu Azərbaycan xalqının cibinə girməyin yollarını beynəlxalq standarlara əsasən həyata keçirməzdi. O hansı beynəlxalq standartdır ki, sadə vətəndaşın ailəsinə aparacağı qəpik-quruşu əlindən almağın yollarını öyrədir!? Hətta şans adı ilə insanlarda azar yaradır, asılılıq və nəticədə onsuz da gündəlik dolanışıq üçün çalışan sadə azərbaycanlını daha da bədbaxt günə qoyur. Gəlişi gözəl sözlərlə insanları aldatmaq texnologiyasını mənimsəmiş bu şəxs və ya şəxslər törətdikləri bəlaların həcmini görməməzlikdən gəlirlər. Əvəzində mentalitet bağlarından, insanları şirnikləndirən rəqəmlərdən, uduş məbləğindən istifadə edərək, zamandan yaxşıca yararlanırlar.

Dediklərim bir daha cənab Rəisoğlunun növbəti cavabında öz təsdiqini tapır. Diqqət yetirin:

“Böyük uduşlara sahib olan qalibləri görənlərdə lotereya oyunlarının şəffaf keçirilməsinə əminlik yaranır, inam hissini artırır. Bu niyyətlə düşünülə bilər ki, Azərbaycanda lotereya oyunlarına böyük maraq var. Təbii ki, insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblər də ola bilər. Bura sosial-psixoloji amilləri də aid edə bilərik. Bu, nəinki bizim ölkədə, dünya təcrübəsində də belədir”.

Bəli, doğrudur. İnam hissi artır. Çünki siz “sosial-psixoloji” vəziyyəti yaxşı olmayan minlərlə vətəndaşı dediyiniz beynəlxalq standartlarla – texnologiya ilə torunuza salırsınız. Dediyiniz kimi insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblərdən yararlanırsınız. Yaratdığınız “Poz qazan”, “40.000.000 Pul Yağışı”, “Brilliant -3”, “Uğurlu 7” və sairə oyunlarla maddi vəziyyətinizi zənginləşdirir, əhvalınızı yüksəldirsiniz. Əvəzində isə sadə vətəndaşlar itirdikləri pulların, düşdükləri vəziyyətin əzabını çəkir. Bunun səbəbkarı siz və sizin kimi “beynəlxalq standart”ları vətəndaşa sırıyanlarsınız!

Hesab edirəm ki, hələlik bəsdir. İnsanlıq və heç bir ədalət prinsipinə sığmayan bu “beynəlxalq standart”ların üzərindən oyun quran, qumar olmadığına özünü və vətəndaşları inandıran hər kəs haqq-hesab tərəzisini unutmamalıdır. Dünyanın fırılandığını və atdığınız bumeranqların bir gün özünüzə qayıdacağını da düşünün! “Mentalitet” sözündən isə bir də heç vaxt istifadə etməyin. Bunun sizin “oyun”larınıza aidiyyatı yoxdur.

Sonda isə cənab Zəfər Rəisoğluna və “oyundaşlarına” bir sualım var:

Yaxınlarınızın, sizə əziz olan şəxslərin yaratdığınız bu “beynəlxalq standart”lardan istifadə etməsinə razı olardınızmı?

Ramil Məmmədli
Hərbi-siyasi analitik //pravda.az//
 
 

Ardını oxu...
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov üçün təhlükə yaradıb.
Reportyor.info xatırladır ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
Şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin açar fiqurlarından biri hesab edilir. Onun uzun illərdir ki, medianın gündəmindən düşmür. Şirkət rəhbəri haqqında mətbuatda vaxtaşırı materiallar dərc edilib. Həmin materiallarda DGK-dakı fəaliyyətindən tutmuş, şəxsi biznesinə qədər çoxsaylı faktlar yer alıb. Bu faktlardan biri də Əbülfəz Məlikovun ölkəyə palma yağları gətirməsi haqqındadır.
Həmin məlumatarda iddia edilir ki, ölkəyə idxal olunan palma yağları Əbülfəz Məlikovun inhisarındadır. Həmin yağlar vətəndaşlar kərə yağı adı altında satılır. Halbuki bu yağların ümumi adı beynəlxalq bazarlarda “spred” kimi təqdim edilir. Bu çox ucuz və insan orqanizminə zərərli qatqı hesab edilir. Bir neçə il əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata verdiyi açıqlamasında qeyd edib ki, kərə və nehrə yağları ilə bağlı rəhbərlik etdiyi birliyə hər həftə 10-15 telefon zəngləri daxil olur: “Həmin telefon zəngləri zamanı istehlakçılar bu yağların keyfiyyəti, ekspertizası ilə əlaqədar suallar ünvanlayırlar. Qeyd edim ki, ölkənin əmtəə bazarının yağ sektoru çox çirklənmiş vəziyyətdədir. İnək şəkillərini kağızların üzərinə çəkməklə, “naturalnaya maslo” yazmaqla, etiketlərdə istehlakçıları aldadan məlumatları qeyd etməklə əhalinin istehlakçı hüquqları pozulur. Təəssüflər olsun ki, bu qədər laboratoriya olduğu bir halda bu sahədə şəffaf fəaliyyət göstərən bir laboratoriya yoxdur ki, hansı yağların necə olduğunu açıq deyə bilək”.
Bütün bunlara baxmayaraq ölkəyə tonlarla palma yağı gətirilir və maraqlıdır Qida Təhlükəsizliyi Agentliyi bu barədə susur. Bu isə Qoşqar Təhməzovla Əbülfəz Məlikovun arasında hansısa işbirliyinin olmasına şübhələr yaradır. Əbülfəz Məlikovun həbsi ilə bu məsələdəki qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Qoşqar Təhməzov üçün də əsas təhlükə də Əbülfəz Məlikovun palma yağlarının ölkəyə gətirilməsi, satışının təşkil edilməsi və bu zərərli məhsulun Qida Təhlükəsizliyi Agentliyinin hansı səbəbdən diqqətdən kənarda qalması barədə deyəcəkləridir.
Reportyor.info
 
 
 

Dünyapress TV

Xəbər lenti