Ardını oxu...
"Bilmirəm xəbəriniz var, ya yox, Neft Daşlarında artıq bu ayın 10-dan etibarən isti (texniki) suyu da soyuq (guya "içməli") su kimi, hər dəfə 2-2,5 saat olmaqla gündə 3 dəfə verirlər". DİA.AZ bildirir ki, bu barədə Neft Daşlarında çalışan sıravi işçilər giley edir.

Daha sonra narazı işçilər bildirirlər: "Bu su dəniz suyudur, onsuz da düz-əməlli filtrasiya olunmurdu, indi bunu da çox görürlər işçilərə. İndi camaat işə gələndə "Pampers" alıb geyinsin, ya axşam 9-dan sonra səhərəcən tualetə getməsin ki, su yoxdur?

Biabırçılıqdır vallah, "Azneft" rəhbərliyi qabağa getməkdənsə, günü-gündən dala gedir. Özləri antisanitariya yaradırlar, sonra da Covid-lə mübarizədən danışırlar, camaatı hər dəfə Covid testindən keçirib dənizə göndərirlər".

DİA.AZ bildirir ki, buunla yanaşı Neft Daşlarındakı hazırki durum aşağıdakı kimi də xarakterizə olunur: "Başları "kadr islahatına", "bölgüyə" və s qatışan "Azneft" rəhbərləri! Neft Daşlarının işçiləri xahiş edir ki, Baş məsləhətçinizi, "müşavirlərinizi" də götürüb adaya gələsiniz və onların içdikləri sudan içib, kondinsionersiz otaqlarda yatasınız.

Platformalardan da neftçilər xahiş etdi ki, kondinsionerləri yanvarda alarsınız ki, az enerji işlənsin. Problemin günahkarı isə sizsiniz. Ona görə ki, əks osmos qurğusunun membranı yoxdu. Bunu almaq üçün isə sizin "şəffaf" satınalmalarınız geçikir. Kondinsionerlər kimi..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Vətən müharibəsi günlərində Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində evi qəza şəraitinə düşmüş şəhər sakini yenidən “Yeni Müsavat”a müraciət edib.

DİA.AZ Gəncə şəhəri, DOS 6, mənzil 55-də yaşayan, əslən ukraynalı olan Natella Rəhimovanın dediklərini təqdim edir:

“2020-ci ilin 11 oktyabr tarixində Ermənistanın yaşadığımız ərazinin yaxınlığına raket atması nəticəsində evimizə ciddi ziyan dəymişdi. Evimizin pəncərələri tamamilə qırılıb, otaqlarda təhlükəli çatlar əmələ gəlmişdi. Ötən ilin dekabrında şəhər icra hakimiyyəti, FHN və şirkətdən əməkdaşlar gələrək, evimizə baxış keçirdilər və bildirdilər ki, mənzildə yaşamaq çox təhlükəlidir, ev təcili sökülməlidir. Beləliklə, evi söküb, yenidən tikməyə başladılar. Ailəmiz isə bu müddət ərzində müvəqqəti olaraq başqa yerdə yaşamağa başladı.

Lakin bizə indiyədək kirayə haqqı ödənilməyib. Dəfələrlə icra hakimiyyətinə bu barədə müraciət etmişik, lakin bir nəticəsi olmayıb. Qurumdan bizə verilən cavab bu oldu ki “bu günə qədər necə yaşamışdınızsa, birtəhər də eviniz tikilənə qədər davam edin”. Halbuki qanuna əsasən ailəmizə həm kirayə, həm də əşyalarımıza dəymiş ziyana görə kompensasiya ödənilməli idi. İki övladım var, heç bir yerdə işləmirəm. Xəstə anam və 1-ci qrup əlil olan atamla birgə yaşayırıq. Bildirim ki, atam Rəhimov Tofiq Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Aldığı müavinət onun müalicəsi üçün yetərli deyil. Aidiyyəti qurumlardan xahiş edirəm ki, ailəmizə ödənilməli olan kompensasiya ilə bağlı köməklik göstərsinlər".

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Gülnar Rzayeva sorğumuza cavab olaraq bildirdi ki, artıq sakinlə əlaqə saxlanılıb, problem tezliklə həll olunacaq: “Gəncə şəhər sakini Natella Rəhimova ilə əlaqə saxlanılıb və ona kirayə haqqının ödənilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi tövsiyə olunub. Vətəndaş tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra evinin inşası başa çatanadək Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən kirayə haqqının ödənilməsi təmin ediləcək”.
 
 
 
Ardını oxu...
Rusiya hərbçiləri Krım körpüsünü Ukraynanın mümkün raket zərbəsindən dolayı bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Kanal 24” məlumat yayıb.

Bildirilib ki, avtomobillərin yerli vaxtla 17 avqust 6:00-a qədər körpüdən keçməsinə icazə verilməyəcək.
 
Ardını oxu...
Artıq medianın yazdığı ən kəskin, ən sərt yazılar belə hədəfdən yan keçir.
Atalar demişkən, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır.
Bəlkə də çoxlarına qəribə gələcək. Amma gəlin bəyənmədiyimiz sovet mediası ilə müstəqil mediamızı müqayisə edək.
Sovet dönəmində hansı məmurun adı Kirpi, ya da Mozalan jurnalına düşsəydi, onun ya partbileti əlindən alınardı, ya da ən yaxşı halda vəzifədən çıxarılmaqla canını qurtarmış olardı.
Bu gün isə müstəqil, azad mediamız hansısa məmur haqqında aylarla, bəzən illərlə faktlara söykənən yazılar dərc etsə də...
Nə medianı çağırıb soruşan olmur ki, nə yazırsan, nə də haqqında tənqidi yazılar dərc olunan məmur barəsində ölçü götürülmür.
Sözümüzün canı odur ki, medianın yazdıqları nəinki araşdırılmır, hətta medianın yazdıqları öz əleyhinə işə düşür.
Belə ki, media ya reket elean edilir, ya məhkəməyə verilir, ya da media rəhbəri həbs edilir.
Heç sovet dövründə eşitmişdinizmi, Kirpi, ya da Mozalan jurnalını hansısa məmur məhkəməyə versin..?
Sözün qısası, azadlıq, müstəqillik istədiyini yazmaq demək deyil. Əgər medianın yazdıqlarına dövlət qurumları heç bir reaksiya vermirsə, onda biz nə etməliyik?
Bu mənada, yəni təsir etmə mənasında tam əminliklə deyə bilərik ki, Kirpi jurnalı müstəqil mediamızdan daha azad idi. Bir daha deyirik ki, təsirinə görə...
Təsəvvür edirsiniz, az qala nazir səlahiyyətində olan şəxs, yəni Sara Həsənova barəsində dövrü mətbuat dayanmadan yazır. Onun barəsində yazılanları internet üzərindən toplayıb dərc etsələr 5 cildlik roman alınar. Amma bu boyda yazılanlara 1 cümləlik reaksiya varmı..?
Söhbət Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru Sara Həsənovadan gedir.
Bir daha deyirik ki, bu adamın vəzifəsi səlahiyyətlərinə və təsir imkanlarına görə nazirdən, komitə sədrindən geri qalmır.
El arasında bir söz var ee...Nikolayı taxtda görüb, Lenini qundaxda...
Bəli, Sara Həsənova sabiq səhiyyə nazirləri Əli İnsanovu, Oqtay Şirəliyevi yola salıb, indi də yeni səhiyyə naziri Teymur Musayevi yola salmağa hazırlaşır.
Bəli, Sara Həsənova Əli İnsanovun yaxın adamı olub və onun dövründə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ( GEM ) direktoru olub.
Sonradan səhiyyə naziri Oqtay Şirəliyevin sevimlisinə çevrilib daha böyük vəzifəyə - Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunub.
Hazırda isə Səhiyyə nazirliyinin tabeçiliyində olan Respublika Sanitar və Epidemiologiya Mərkəzinin direktorudur.
Sara Həsənovanın rəhbəri olduğu hər 3 dövlət qurumu ən böyük rüşvət və korrupsiya yuvası olub.
Qısaca qeyd edək ki, respublikaya gətirilən məhsullara setrifikatı Sara xanım verib, binaların tikintisində istifadə olunan materilların sanitar normalarına görə icazəni Sara xanım verib, biznesmenlərin gömrükdən keçməsi üçün yaşıl işığı Sara xanım yandırıb, dəyəri milyonlarla ölçülən saxta tenderlərə icazəni Sara xanım verib, avtomobil hissələrinin, yanacağın alınmasına Sara xanım icazə verib və nəticədə...
Sara Həsənova milyonlara sahib olub, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə bahalı içkilərdir.
Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Sara Həsənovanın keçirdiyi və milyonlar qazandığı saxta tenderlərin uzun siyahısını dərc etməyi artıq hesab edirik.
Hətta Sara Həsənovanın qurumun qaraj müdiri Yaşar müəllimlə bağlı məsələsini isə hüquq-mühafizə orqanlarının üzərinə buraxırıq.
Onu da qeyd edək ki, Sara Həsənova uzun illər ona mane olmaq istəyənləri zəhmli məmurla hədələyib.
Bu gün isə mətbuata daxil olan məlumatdan bəlli olur ki, Sara Həsənovanın arxasında bərk gedən icra başçılarından biri dayanır.
Həmin icra başçısının kimliyi və Sara Həsənovanı necə müdafiə etməsi barədə növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfim mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
AQTA, yaxud İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?

Son 20-30 ildə Azərbaycana nə qədər əcnəbi brendlər gətirilib..?
Bəli, məşhur ərzaq, qida, yaxud geyim brendləri adı altında ölkəmizdə əməlli-başlı bazar açıblar.
Təsəvvür edin ki, məşhur əcnəbi brendin adı altında 5-6 min manata satılan məhsulun “yerli” olduğu və real dəyərinin heç 500 manat olmadığı bəlli olur.
Sözün qısası, bu məsələdə istehlakçıların hüquqlarını qoruyan yoxdur.
Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti boyda dövlət qurumu var. Ki, əsas funksiyası istehlakçıların hüquqlarını qorumaqdır. Və buna görə, yüzlərlə işçi dövlətdən hər ay yüksək maaş alır.
Bu qurum istehlakçıların hüquqlarını qoruyurmu..?
Yaxud o boyda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. Ki, istehsal və istehlak olunan qida məhsullarının keyfiyyətinə nəzarət etsin. Bəs nə oldu, axırı…
Təkcə bircə faktı qeyd edək.
Sovet dövründə çörəyin keyfiyyətinə xüsusi nəzarət var idi. Qara çörəkdən, çovdar çörəyindən istifadə edənlər az deyildi.
Ancaq neçə ildir ki, Bakıda hamı saxta qara çörəklərdən şikayətlənir. Təsəvvür edin ki, müxtəlif boyalardan istifadə edərək saxta qara çörəklər istehsal edib əhaliyə baha qiymətə satırlar. Ancaq sonra məlum olur ki, bu çörəklər saxtadır.
Bəli, hər şeyin saxtasına əl uzadan dələduzlar çörəyi də saxtalaşdırıblar.
Belə işbazlardan biri də Şirvanda fəaliyyət göstərən Teymur adlı şəxsdir. Bu adam “Nənəmin təndiri” çörək sexi açıb.
Birincisi, Azərbaycanda məşhur “Nənəmin təndiri” brendi var.
Bu ad altında fəaliyyət göstərmək üçün mütləq icazən olmalıdır. Əks halda səni kiminsə brendini oğurlamaqda ittiham edə bilərlər.
Əlbəttə, biz tanınmış “Nənəmin təndiri” brendinə vəkillik etmək fikrində deyilik, amma bunu qanunlar tələb edir.
Nə isə, keçək əsas məsələyə.
Deməli, Teymurun “Nənəsinin təndiri” Şirvan sakinlərini aldadır.
Belə ki, Teymur sakinlərə çörəyin təndirdə bişirildiyini élan və reklam etsə də, əslində çörəklər qaz sobasında bişirilir və standart və normalara uyğun gəlmir.
Sakinlər Teymurun bu əməllərindən ciddi narazılıq edirlər. Və sakinlər soruşur ki, AQTA-nın rəhbəri Qoşqar Təhməzli, yaxud İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?
Görəsən, Şirvan boyda şəhərin hüquq-mühafizə orqanları, icra hakimiyyəti niyə bu barədə susur..?
Teymur isə saxta yolla əhalidən qazandığı pulların hesabına “Kənd evləri” deyilən ərazidə təzə, sənədsiz obyektlər tikməkdə davam edir.
Teymur haqqında çox sözlər deyirlər, hətta onun “maloletka”, “türmə” söhbətini edənlər də var.
Amma bizim üçün kiminsə şəxsi problemləri önəmli deyil.
Bizim üçün əsas olan ictimai yüklü problemlərdir. Ki, vətəndaşların pozulan hüquqları təmin edilsin, saxta məhsullar vətəndaşlarımızın evinə yol tapa bilməsin.
Axı, Peyqəmbər Əfəndimiz demişkən, biz yediklərimizin cəmiyik.
gundelik baki.com
 
Ardını oxu...
Məlumdur ki, yerli icra hakimiyyətləri haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Bu Əsasnamənin ümumi müddəalar hissəsində qeyd olunub ki, yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və s. rəhbər tuturlar. Bundan əlavə, təsdiq olunmuş Əsasnamədə o da qeyd olunub ki, icra hakimiyyətlərinin başçıları öz fəaliyyətlərini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar.

O halda sual oluna bilər ki, 2003-cü ilin aprel ayından Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2005-ci ilin dekabr ayından Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmış, 19 yanvar 2022-ci il tarixdən isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşımaqda olan Abdin Fərzəliyev, görəsən icra başçısı olaraq ötən səkkiz ay ərzində fəaliyyətini qeyd olunan Əsasnamənin tələblərinə uyğun davam etdirib, ya yox? Bu yöndə apardığımız araşdırmalar zamanı elə bir faktlar aşkara çıxarıldı ki, baş verənləri eşidib bildikcə şoka deyil, birbaşa “şökə” düşməli olduq. Məsələn, bu şəxs icra başçısı olaraq daşıdığı vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan, ona bu və ya digər yollarla bağlı olan şəxsləri öz ətrafına topladı. Təəccüb və təəssüf doğuran hal odur ki, həmin şəxslərin sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Namiq Xıdırov və bu Xidmətdə vaxtilə rəis müavini vəzifəsini daşımış Mehman adlı şəxslər də yer alırlar. Hansı ki, bu iki şəxsin hər biri vaxtilə çalışdıqları sahədə elə bir maxinasiyalara, elə bir qanunsuzluqlara qol qoyurlar ki, son anda onların fəaliyyətləri Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanılır və külli miqdarda mənimsəmə faktları da aşkara çıxarılır. Belə bir yoxlamalardan sonra istər Namiq Xıdırov, istərsə də Mehman adlı şəxs daşıdıqları vəzifələrinə “əlvida” deməli olurlar və onların heç biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sturukturlarında işlə təmin olunmurlar. Redaksiyamıza çatdırılan məlumatlara görə, Abdin Fərzəliyev bu cür əməl sahibi olan hər iki şəxsi ilk əvvəl Abşeron RİH Aparatında müavin vəzifəsinə təyin etmək istəsə də, sonda o, belə bir məqsədinə nail ola bilmir. Buna da əsas səbəb, keçmiş fəaliyyətləri “qaranlıq olan” hər iki şəxslə bağlı PA-dan razılığın verilməməsi olur. Bu yöndə razılıq əldə olunmasa da, İcra Başçısı özünə bağlı olan hər iki şəxsi heç də işsiz qoymur və Mehman adlı şəxsi Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə rəis, Namiq Xıdırovu isə bu şəxsə müavin təyin edir. Düşündürücü hal o olur ki, belə bir təyinatdan sonra rayon ərazisindəki “JEK”lər ərazilərdəki zibillərin daşınmasına köməklik göstərilməsi məqsədilə, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin büdcəsinə hər ay 17 min manat məbləğində pul köçürməli olurlar. Söz yox ki, belə bir məbləğdə pul köçürmələri RİH başçısının verdiyi tapşırıqlar əsasında həyata keçirilir və bu quruma rayon rəhbərliyi tərəfindən iki ədəd zibil maşını da verilir.

Qeyd edək ki, sabiq icra başçısı İradə xanım Gülməmmədovanın zamanında zibillərin daşınmasına görə “JEK”lərin əməkdaşları qeydiyyatda olan hər nəfərə görə 30 qəpikdən pul yığırdılar və bunun qarşılığında hər kəsə ödəniş qəbzi də verirdilər. Hətta, qeyri-yaşayış sahələrindən daşınan zibillərin hər kubuna görə 11 manatdan pul alınsa da, buna görə də ödəniş qəbzi verilirdi. Yaxud da ki, ödəniləcək məbləğ ümumi hesaba köçürülürdü. Bəs bu gün nələr baş verir? Baş verən o olur ki, bütün bu kimi işlər Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən həyata keçirilsə də, atılan addımlara görə nə bir kimsəyə ödəniş qəbzi verilir, nə də ki, hansısa hesaba köçürmələr həyata keçirilir.

Hələ bunlar azmış kimi, rayon ərazisində tikinti işləri aparan hər bir şəxsin Abşeron RİH Aparatının Memarlıq və tikinti şöbəsinə rüsumdan əlavə ödədiyi qeyri-qanunu pulların 200 manatı da, məhz Abadlıq və Kommunal Xidmətlər İdarəsinə verilir. Belə bir addımı atmaqda başlıca məqsəd, guya ki, rayon ərazisində həyata keçirilən təmizlik işlərinə köməklik göstərmək olur. Bu yöndə nə qədər addımlar atılsa da, RİH başçısının verdiyi tapşırıqlar əsasında Mehman adlı şəxsin rəhbərlik etdiyi idarənin büdcəsi aşıb-daşsa da, yenə də Abşeronun ərazisi zibilliklər içində boğulmaqdadır. Diqqəti cəlb edən hallardan biri də, Abdin Fərzəliyevin həyata keçirdiyi idarəçilik sayəsində, Malik Məmmədovun rəhbərlik etdiyi Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin səlahiyyətsiz bir quruma çevrilməsidir. Yəni, qanuni əsaslarla şəhər ərazisində təmizlik, işıqlandırma, müəyyən təmir-bərpa və s. kimi işlərin həyata keçirilməsi Nümayəndəliyin səlahiyyətinə aid olsa da, bu gün həmin işləri Abadlıq və Kommunal Xidmətlər İdarəsi həyata keçirməkdədir. Bundan əlavə, bir müddət bundan öncə Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tender keçiriləcəyi elanı verilsə də, inanırıq ki, bu tenderdə Nümayəndəliyin heç bir rolu olmayacaq. Yəni, keçiriləcək tenderdə Abadlıq və Kommunal Xidmətlər İdarəsi söz sahibi olacaq və bu qurum rəhbərliyinin qərar verdiyi hansısa şirkəti, hansısa MMC-ni və s. mütləq “qalib çıxaracaq”. Bütün bunların kökündə Abdin Fərzəliyevin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə və bu qurumun rəhbərliyində çalışan şəxslərə “isti münasibət” göstərməsi durur. Bu yöndə baş verənləri təhlil edib belə bir nəticəyə gəlmək olar ki, 2003-cü ildən başçı vəzifələrində çalışan və kifayət qədər idarəçilik sahəsində təcrübə qazanan Abdin Fərzəliyev, görəsən ötən illər ərzində özü üçün peşəkar kadrlar tapmadımı ki, o, büdcə talançılığına qol qoyan şəxslərə “yaşıl işıq” yandırmaqda davam edir? Deməli, bu gün Abşeron RİH-nin başçısını rayonun inkişafı, problemlərin aradan qaldırılması və s. o qədər də düşündürmür.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin 25 iyulunda Masallı Rayon İcra Hakimiyyətinə, Lerik Rayon İcra Hakimiyyətinə və Göygöl Rayon İcra Hakimiyyətinə başçı təyin etdiyi şəxsləri qəbul etdi və rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edib onu da bildirdi ki, “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. O halda ortaya düşündürücü sual çıxır ki, görəsən ölkə rəhbərinin verdiyi tapşırıqların Abşeron RİH-nin başçısına aidiyyatı yoxdurmu ki, hazırda bu rayonun ərazisində hər cür qanunsuzluqlara qol qoyulması adi məişət məsələlərindən birinə çevrilib? Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq.
Ardını oxu...
Ardını oxu...
Xeberfakt.az
 
 

Ardını oxu...
Deyirlər, kəndlərdə gün-güzaran, dolanışıq yoxdur. Olmaz da. Çünki kəndliyə su lazımdır. O da yoxdur. Niyə, hansı səbəbdən? Günahkar BMT-nin Bş katibi Antonio Quterreşdir. Zarafat elədik, o yazığın Azərbaycanın kəndləri ilə nə işi?

Səbəb çox sadədir. Rayonlarda əjdahalar peyda olub. Bilirsiniz də əjdaha suyun qabağını kəsir. Bundan başqa əjdahanın kəndlərdəki başları da olur. Həmin başlar da kəndlərdə camaatı su üzünə həsrət qoyurlar. Suya həsrət qalanlar içərisində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakinləri də var.

Deməli, bu kənd tipli qəsəbənin yeni yaşayış sahəsi adlı yerində yaşayanlar subartezian quyusundan çıxan suyun hesabına özlərinin həyətyanı sahələrini suvarırdılar. Günlərin birində həmin artezian xarab olub. Yəni camaat elə bilib. Həmişə yığışıb özləri su nasosunu təmir etdirirdilər. İndi də eyni qaydada corablarında gizlətdikləri puldan atışmaq istəyiblər. Amma görüblər ki, məsələ başqadır. Əvvəl adamlara deyiblər ki, bəs, hökumətimiz yeni quyu qazır. Camaat da sevinib. Yəqin təsəvvür ediblər ki, yeni quyudan su elə dəhşətli fışqıracaq ki, qabaqlar sahələrini növbəlilik əsasında ayda bir dəfə suvarırdılarsa, indi azı iki dəfə torpaqları su görəcək.

Pəh. Kəndli başlayıb vurub-çıxmağa, hesablamalar aparmağa. Gözlə ki gözlə. Nəhayət yeni artezian əvvəlki arteziandan aralıda, daha doğrusu camaatdan uzaqda, əsas yol tərəfdə qazılıb. Yol kənarında da “əjdahaların” obyektləri, dükanları, nə bilim restoranları filan. Bir sözlə, çıxan su ancaq onlara çatıb, camaata gəlməyib. Vacib məqamlardan biri də budur ki, köhnə artezianın elektrik enerjisi götürdüyü transformator da aparılıb təzə yerə. O tranformator ki, onu vaxtilə camaat pul qoyub almışdılar.

Nə isə, transformatorun və quyunun olduğu əvvəlki ərazi hasara alınıb. Hasara alınmış ərazi kiməsə satılıbmı, verilibmi hər nədirsə, camaat görüb ki, it də getdi, ip də. Daha maraqlısı budur ki, kəndlilər hazırda hasara alınmış quyudan da suyun çıxdığını görürlər. Görmək yox e, seyr edirlər. Sudan onlara çatmır. Onlar eyni zamanda məhlələrinin susuzluqdan yandığına da tamaşa etməklə kifayətlənirlər.

Əlqərəz, insanlar sözü bir yerə qoyub müxtəlif instansiyalara üz tutublar, məktublar yazıblar, yerli icra hakmimiyyətində olublar. Həmin məktublar da yuxarıdan aşağıya doğru tədbir görülmək üçün aidiyyatı üzrə göndərilib. Tədbir görmək də belə olub: beş-altı səlahiyyətli şəxs hadisə yerinə gəlib. Onlar dəftər-kitab açıb iş görən adam pozası alıb gediblər. Sözləri də bu olub ki, artezian qazılması plandadır. Ancaq məsələ xeyli müddətdir uzanır.

Artıq heç nəyə və heç kimə inam qalmayıb. Deyilənə görə, payızda yeni artezian quyusu qazılacaq. Camaat bildirir ki, artezianın istifadəsi üçün transfarmatorun enerjisinin qiymətinin 80 faizini dövlət ödəyir. Əjdahaların obyektləri hazırda məhz o 80 faizdən faydalanır. Kəndin narazı əhalisi payızda qazılmalı olan artezianın da onlara xidmət etməyəcəyi düşüncəsindədir. Burada ağlagəlməz planın olduğu önə çəkilir.

Plan budur. Deməli, əvvəlki artezianın yeri təmir-bərpa adı ilə dəyişdirilir. Camaat susuzluqdan şikayətlənəndə onların narazılığı aidiyyatı üzrə yuxarı qurumun – Meliorasiya və Su Təsərrüfatı ASC-nin diqqətinə çatdırılıb. Buna uyğun olaraq da çox güman, yeni artezian quyusu deyildiyi kimi payızda qazılacaq. Yəni ilk baxışdan əhalinin istəyi nəzərə alınacaq. Ancaq yeni quyu harada qazılacaq, maraqlısı budur. Kənddə gəzən söz-söhbətlərə görə, yeni quyu hansısa yerli sahibkar üçün sərfəli yerdə olacaq.

Nə bilmək olar, bəlkə də quyu elə həmin yerdə qazılacaq, camaata xidmət göstərəcək. Amma baxın, insanlarda inam qalmayıb. Vətəndaşın müraciəti əsasında yazılmış bu yazıdan sonra ümid edək ki, hər şey yaxşı olacaq. Hər halda sizlər də camaatın kəndlərdən necə didərgin düşdüyünün və ya düşürüldüyünün bir fraqmentini gördünüz. Çox güman, oxşar məsələ yalnız Goranboy rayonu üçün aktual deyil. Başqa sözlə, hər rayonun və hər kəndin öz “əjdahası” və ya “əjdahaları” var. //Yenicag.az//
 
Ardını oxu...
Mingəçevir Regional Elektrik Şəbəkəsinin (REŞ MMC) rəhbərliyi əmək qanunvericiliyini pozaraq öz işçilərini əməyini istismar edir.
Ovqat.com-a bu barədə qurumun işçiləri məlumat verir.
İşçilərin bildirdiyinə görə, son zamanlar rayonda havanın temperaturu 45 dərəcəni keçir. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 45 dərəcədən artıq qeydə alındıqda işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir. El dilində desək, işi dayandırmalı və ya işçilərini kölgədə işlətməlidir. Mingəçevir REŞ MMC-nin rəhbərliyi isə qanunvericiliyin bu tələbinə məhəl qoymur. İşçilərindən açıq havada günəşin altında işləməyi tələb edir. Özü də səhər saat 8.00-dən axşam saat 17.00-yə qədər elektikçiləri qızmar günəşin altında dayanmadan çalışmalıdırlar.
İşçilərin dediklərinə görə, son 1 həftədən çoxdur ki, rayonda temperatur 45 dərəcəni keçir. Hətta bu səbəbdən rayona günvurma halları da qeydə alınıb. Kondisionerli kabinetdə əyləşib sərinliyin keyfini çıxaran REŞ rəhbərliyi isə cəhənnəm odunda qovrulan işçilərinin nə şikayətinə belə qulaq asmaq istəmir.
Mingəçevir REŞ MMC-nin işçiləri bu cəhənnəm əzabının müqabilində cəmi 280 manat maaş alırlar.

 
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2021/2022-ci tədris ili bitmiş, 2022/2023-cü tədris ili yaxınlaşmaqdadır. Hər il yay tətili mövsümündə olduğu kimi, bu il də rektor İbrahim Cəfərov təmir adıyla tender elan edib. Yenə son 15 ildə olduğu kimi, tenderi Gəncədə hamı tərəfindən “obnaliçka” ləğəbi ilə tanınan Bəhruz adlı şəxs qazanıb. Bildirilir ki, Bəhruz həmişə bir qayda olaraq, tenderlə köçürülən pulların 80 faizini nağdlaşdırıb İbrahim Cəfərovun özünə qaytarır. Təmir işlərini isə Bəhruzun oyuncaq firmasının işçiləri deyil, universitetin öz fəhlələri icra edirlər. Elə buna görədir ki, rektor fəhlə işə götürəndə əlindən hər şey gələn, necə deyərlər “universal” işçiləri qəbul edir.
Onu da qeyd etmək lazımdır ki, Bəhruz Elmar Vəliyevin başçılığı dövründə belə İcra Hakimiyyətinin işlərində tenderləri qeyri – qanuni udaraq vəzifəli şəxslərin, eləcə də rektor İbrahim Cəfərovun təmirə ayırdığı pulları “dirildib” əhəmiyyətli qismini özlərinə qaytarır. Qəribədir, neçə illərdir bu maxinasiyanı davam etirən və külli miqdarda pulları mənimsəyən rektor İbrahim Cəfərova nəyə görəsə “dur” deyən yoxdur.
Redaksiyamıza verilən məlumatda xatırlanır ki, Malliyə Nazirliyindən yoxlamalar gəldikdə ilişən rektor İbrahim Cəfərov Prezidentin sabiq köməkçisi Əli Həsənovun müdaxiləsi nəticəsində düşdüyü naqolay vəziyyətdən çıxa bilmişdi. İndinin özündə də ölkə başçısının korrupsiyaya qarşı mübarizədə qətiyyətli mövqe ortaya qoymasına baxmayaraq, İbrahim Cəfərov hələ də öz köhnə ampluasındadır, ixtisasını bildi-bilmədi, işə müəllim götürməkdə, karguzarlıq məsrəflərini mənimsəməkdə, professor – müəllimlərə deyil, yalnız özünə elmi ezamiyyətlər yazıb pulunu götürməkdədir.
Son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq, özbaşınalıqlar və anarxiya baş alıb gedir. Çünki, burada elmli, təcrübəli, professorlar və dosentlər sıradan çıxarılır. Onların yerinə müəyyən gənclər müəyyən təmənna müqabilində işə götürülür. Dekan və kafedra müdiri vəzifələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na uyğun yox, rektor İbrahim Cəfərovun şəxsi qaydalarına uyğun aparılır.
Mövzuya qayıdacağıq.
aktualxeber .az
 
 
 
Ardını oxu...
Cəlilabadda icra başçısının müavini Elnarə Həsənova ilə rayonun mərkəzi xəstəxanasının baş həkimi Elnur Azadxanov əlbir olaraq dövlətin təchiz etdiyi dərmanlarla biznes qurublar.

TEREF reportyor.info-ya istinadla məlumat verir ki, bu haqda sosial medianın “Cəlilabad” səhifəsi məlumat yayıb.

Deyilir ki, baş həkim dövlətin verdiyi dərmanları başçı müavininə məxsus apteklərdə satdırır. Bunun əvəzində xəstələr öz cibindən dərman almalı olurlar. Baş həkimin xəstəxananı bərbad, baxımsız vəziyyətə qoyduğu da bildirilir. Hazırda Cəlilabad RMX-da antisanitariya, baş alıb gedir. Azadxanov isə pul qazanmaqla məşğul olur.
 

Dünyapress TV

Xəbər lenti