Bir neçə gün öncə Masallı Vərəm Dispanserinin baş həkiminin intihara cəhd etməsi ilə bağlı mediada xəbər yayılmışdı və belə bir versiya irəli sürülmüşdü ki, həkim Spartak və Azər qardaşlarından sələmə pul götürüb və qaytara bilmədiyi üçün pul sahibi tərəfindən ciddi təhdid olunub, hətta 1 gün girov saxlanılıb…
Əlbəttə, biz bu versiyanın nə qədər həqiqət olub-olmadığını deyə bilmərik. Amma atalar misalı var ki, od yanmasa tüstü çıxmaz. Həm də axı, bu şəxslərin, yəni Spartak və Azər qardaşlarının adları hansı cinayət əməllərində çəkilmir.
Ümumiyyətlə, SSRİ-nin dağıldığı 90-cı illərdə İranla sərhəd olan Cənub bölgəsində ciddi problemlər yarandı, xaos, “bespredel” baş alıb gedirdi, yəqin ki, çoxları Əlikram Hümbətovun dəstəsinin əməllərini unutmayıb.
Düzdür, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə ciddi nizam-intizam yarandı, sabitlik bərpa olundu, amma… Əmması odur ki, Cənub bölgəsində İran həmişə öz nüfuzunu artırmağa çalışır, kriminal ünsürlərə dəstək verir… İndi biz haradan bilək ki, Spartak və Azər qardaşları öz “müdir”lərindən təlimat almırlar..?
Yəni bu məsələlərə sadə cinayət əməli kimi deyil, daha geniş prizmadan yanaşmaq lazımdır. Sözün qısası, Spartak və Azər qardaşlarının cinayət əməlləri bu bölgədə dayanmaq bilmir. Bu ailədə cəmləşmiş külli miqdarda kapitalın da mənbəyi barədə ciddi düşünmək lazımdır..?
Bu qardaşların atası “Hacı” Abıda bu boyda maliyyə haradandır ?
Biz bu sualları təsadüfi yerə qoymuruq. İran faktorunu qəti unutmaq olmaz. İran indi bizimlə sərhəddə hərbi təlimlər keçir… Biz bunu da elə-belə yazmadıq ee… Kimlərsə bölgədə destruktiv əməllərlə məşğul olur, bəs müvafiq qurumlar hara baxır..? Bir daha xüsusi olaraq vurğulayırıq ki, cinayət əməllərinə sadə məişət prizmasından yanaşmayaq…
Son bir neçə ayda yayılan informasiyalardan bəlli olur ki, qardaşlar Masallı şəhər sakini Əhədov Emin Əhəd oğlunu may ayının 29 - da amansızcasına döyərək bədən xəsarəti yetiriblər. Hansı ki, döyülən şəxs ruhi xəstədir, xəstəliyə görə təqaüd alır, sakit həyat tərzi sürür, kimsə ilə münaqişəsi yoxdur. Spartak və qardaşı Azər isə rayonda “razborka” ilə məşğuldur.
Bunlardan soruşan yoxdur ki, siz kimsiniz, bəlkə dövlətə meydan oxumaq istəyirsiniz, bu dövlətin hüquq-mühafizə orqanları var, məhkəməsi var…
Biz yuxarıda İran məsələsini əbəs yerə demədik. Onu da qeyd edək ki, zərəçəkənin atası Əhəd Əhədovla qardaşların atası "Hacı" Abı əmiuşağıdır. Bir şəcərəyə mənsubdurlar. Onların arasındakı mübahisənin əsas səbəbi Əhəd Əhədovun babasından miras qalmış evin Masallı rayon İH- nin sabiq Başçısı Rafil Hüseynov tərəfindən 2020- ci ildə "Hacı" Abının kürəkəni, Masallı şəhərinin keçmiş ərazi nümayəndəsi Laçın Sadıqova 70 min ABŞ dollarına qanunsuz olaraq satılması olmuşdur.
Alqı-satqı prosesində Masallı rayon İHB-nın hazırkı 1-ci müavini Məmmədhüseyn Hüseynov və İH -nin memarlıq və tikinti şöbəsinin müdiri Abas Mikayılov yaxından iştirak etmişlər. Yəni onların da hesabı ödənilib. Məhz bundan sonra Əhəd Əhədov ölkə Prezidenti İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə və digər dövlət rəsmilərinə şikayət etmişdir. Yəni bu problemin kökündə də rüşvətxor məmur faktoru var.
Sözün qısası, rayonun hüquq mühafizə orqanlarının məsul şəxsləri Emin Əhədova ağır xəsarət yetirmiş Spartak və Azər qardaşları barədə əsaslı hüquqi tədbirlər həyata keçirmirlər. Hətta bu bölgədən olan deputatlar da susmağa üstünlük verirlər. Mediada gedən son məlumatdan bəlli olur ki, zərərçəkmiş şəxsin atası 70 yaşlı ağsaqqal Əhəd Əhədov mediaya bilidirib ki, məsələ ictimailəşdikdən sonra Baş prokurorluğun ekspertizasında agır dərəcəli xəsarət rəyi verildi. Nəhayət ki, Spartak məhkəmə qarşısına çıxarıldı. Amma nədənsə zərərçəkmiş olaraq bizi məhkəməyə buraxmadılar. Sual oluna bilər ki, zərərçəkən tərəfi nə üçün məhkəməyə buraxmadılar..?
İkincisi, bu boyda cinayət əməlindən sonra Spartaka 4 aylıq ev dustaqlığı cəzası verilib. Yəni yenə kimlərsə Spartakı qoruyub. Görəsən, nəyin müqabilində..? Maraqlıdır ki, 49 gün müddətində Spartak və Azər qardaşları barədə ciddi istintaq işi aparılmayıb. Məsələn, Bığ Əhədin oğlu Emin xəncərlə qardaşlar tərəfindən vurulanda, xəncəri onun əlindən alıblar, bunu görən şahidlər var.
Sonra Ruslan zərəçəkəni Spartakın, Yusif isə Azərin əlindən alıb.
Araşdırma zamanı bunlar heç araşdırlmayıb. Bir məsələni də xüsusi olaraq qeyd edək ki, bütün bu cinayət əməllərinin baş verməsində, Masallının sabiq icra başçıları Rafil Hüseynovun və Şahin Məmmədovun da öz rolları var. Və nəhayət bir müddət əvvəl general-mayor, Qarabağ müharibəsi veteranı Araz Əhmədov Masallı rayon İcra Hakimiyyətinin Başçısı təyin olunub. İndi bütün Masallı camaatının ümidi odur ki, hörmətli yeni icra başçısı Araz Əhmədov rayondakı neqativ durumla bağlı Perzidentə obyektiv məlumat verəcəkmi..?
Kadrların yerləşdirilməsi əvvəlki illərdən fərqli olaraq təmənnasız həyata keçirilir.
Rayonda baş vermiş insident, yəni Xəzərlə İlqarın arasındakı insident heç araşdırılmadı
Rayonda baş verən hadisələr Mərkəzdən gizlədilir… Rayonda cinayətkar şəbəkənin başında duran Spartak və Azər həm məhkəmə, həm polis, həm də prokurorla yaxın münasibətdədir.
Görəsən, icra hakimiyyəti ilə üzbəüz yerləşən “Çyornıye zerkalo” kimi tanınan obyekti görmürlər..?
Bu suallarla bağlı növbəti yazıda bəhs edəcəyik. Bizi izləyin.