DogruXeber.az: - O, Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisidir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu onun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. O, daha çox Cavid Qurbanovun «kassiri», pulyığanı kimi tanınır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında internet üzərindən araşdırma apardığımız zaman, haqqında çıxan məlumatlar bu və bunun kimi xeyli məlumatlardır.
Lakin, haqqında, bu cür məlumatlar bitib-tükənməyən Rəcəb Babaşovun bircə dənə də olsa bioqrafik məlumatına rast gəlmədik. Elə çox sosial medialardakı məlumatları oxuyarkən də gördük ki, bizim kimi bütün informasiya portalları da bu şəxsin harda, nə vaxt doğulduğunu bilməyə cəhd etsələr də mümkün olmayıb. Ümumiyyətlə haqqında heçolmasa "azərbaycanlı" ifadəsi belə yazılmayıb. Üstəlik harda təhsil aldığı barəsində bir dənə məlumat yoxdur. Bəlkə, heç təhsili yoxdur ?!
Bir rayonun rəhbərinin haqqında normal məlumat yoxdurmu ki, onun "Vikipediya"sı olsun ən azından?!
Amma, gəlin görək bioqrafik məlumat sarıdan"yoxsulluq" çəkən Rəcəb Babaşovun haqqında sosial medialarda nə qədər iddialı məlumatlar var.
Baxın, sosial medialar üzərindən apardığımız araşdırmalarda deyilir:
- "Sabirabad rayonunda da Rəcəb Babaşovun xeyli sayda obyektləri var. Qardaşının rayonda böyük tikinti materialları bazası var. Məlumatlara əsasən R.Babaşov elə öz rayonundan başlayaraq iş adamlarına divan tutur. Bakıda isə onu tanımayan, ona «haqq» verməyən bir az iri olan iş adamı yoxdur".
Əslində bu kimi məlumatlar kifayət qədərdir, amma bundan əlavə R.Babaşov "söyüşçül icra başçısı" kimi daha çox tanınır. Təhsili haqqında heç bir məlumat olmayan İcra başçısının ziyalı təbəqəyə yad olan bu hərəkətləri rəhbərlik etdiyi Qazax rayonunun sakinlərini də cana doyurub.
İndi Qazax rayon sakinləri, demək olar ki, kütləvi şəkildə media qurumlarına üz tutub, dərdlərini media vasitəsilə xalqa və ölkə başçısına danışırlar.
"DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14"ün efirinə axışan sakinləri dinlədikcə, necə deyərlər "əlimiz-ayağımız yerdən üzüldü".
İlahi, balaca bir rayonda nələr yaşanır?! Yerli sakinlər hansı cəzalarla sınanırlar.
Yeri gəlmişkən, ifadələri ilə "əxlaqsızlığa meydan oxuyan" icra başçısının rəhbərlik etdiyi rayon sakinlərinin "Kanal14"ün efirindəki çıxışlarından sonra Samirə adlı bir qadın redaksiyamıza votsap vasitəsilə həmin şəxslərin ünvanına təhqir, söyüş dolu səsli mesajlar göndərib, icra hakimiyyəti və Mənzil kommunal təsərrüfatı birliyinin rəhbəri Sərxan barəsində tərifli cümlələr qurmuşdu - bir sözlə tərəf saxlamışdı. Ardından isə Həmin qadının hansı formada ünvanlı sosial yardım alması barəsində sosial şəbəkələrdə özünün bəzi səs yazıları yayıldı.
Əlqərəz...
Çox xırdalıqlara getsək, xeyli yazmalı olacağıq deyəsən... Ona görə də çox uzatmadan sizə bir videomaterial təqdim edib, keçək orada səsləndirilən şokedici faktlara:
Gördüyünüz kimi Qazax sakini Mircəfər kişi bildirir ki, Rəcəb Babaşovun Rayona çatar-çatmaz gördüyü "böyük iş" məscidin günbəzini dağıtmaq, Quran ayəsini qırmaq oldu.
Hələ İcra başçısının keçmiş müavini Fərman Nağdəliyev, onun qohumu olan hazırkı ikinci müavin Gülayə Həsənovanın, həmçinin İcra nümayəndəsi Akif Vəliyev və Akif Vəliyevin qohumu, eyni zamanda rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Sərxan adlı şəxsin oliqarx həyatı yaşadıqlarının, hətta hərəsinin vəzifəsindən əlavə artıq bir sahibkar - iş adamı olduqlarını da canlı yayıma qoşulan sakinlərdən eşitdiniz. Bütün bunlar azmış kimi, sakinlərin iddiasına görə adıçəkilən şəxslər - əsasən də MKTB-nin Müdiri Sərxan tabeçiliyində çalışan işçiləri işdən sonra şəxsi həyətində, fermasında işləməyə, onun satması üçün kapron su qabları, kardon toplamağa məcbur edir. Buna etiraz edənləri isə Ceyhun Məmmədov, Pakizə Vəliyeva, Mircəfər Hüseynzadə, Xədicə Hüseyinzadə və digərləri kimi işdən çıxarır. Hələ üstəlik, iddialara görə, ona haqsızlığa görə ondan şikayət edəcəklərini deyən şəxslərə gülür, onları ələ salır ki, "kimdən kimə şikayət edəcəksən? Prezident aparatında oturanın biri də mənim oğlumdur. Başını sal aşağı, nə deyirəm, onu elə".
Umud Allahverdiyev deyir, "Cibimin pulu ilə dövlət əmlakı olan traktoru təmir etdim, 3.000 manat pul xərclədim, pulumu vermirlər".
Mircəfər Hüseyinzadə deyir, "İcra başçısının ikinci müavini Gülayə xanım Həsənovanın qardaşı Şahin Diaqnostika Mərkəzində həkimi neştərlə qanına qəltan elədi, heç 24 saat da saxlanılmadı. Bundan əlavə şəxsi apteki var ki, orada psixotrop həblər, narkotik tərkibli dərmanlar və narkotik satırlar. Həmçinin, ruhi xəstəxananın dərmanları da Gülayə Həsənovanın aptekində satdırılır." (Hətta, bu barədə digər sakinlər də videonun şərh bölməsində yazmışdılar ki, "Gülayə xanım milyarderdir, onun qardaşı qatildir".)
""Ədalət" partiyasının sədri İlyas İsmayılovu təmsil edən Oruc ötən il Qazax Ruhi xəstəxanasının təmiri üçün 100.000 (yüz min)lik tender uddu, amma, oranı yalandan üzdən edib çıxdılar. Orucun, İlyas İsmayılovun Qazaxda "zapravkaları" (yanacaqdoldurma məntəqələri), hektarlarla torpaqları, milyonları var. Onlar onu nədən qazanırlar?. Onun oğlu Rüstəmin Facebook səhifəsinə baxın, işi-gücü bələdiyyə və digər dövlət idarələrini şantaj etməkdir. Bir çəkiliş edir, səs-küy salır, poketini alır, vəssalam o söhbət orda bitir."
Daha sonra Mircəfər bəy, qeyd edir ki, "Qazax Ruhi xəstəxanasının keçmiş baş həkimi Ramiz doktorun oğlu ruhi xəstədir, mütəmadi müalicələrdədir, amma, buna rəğmən, hazırda Qazax regional səhiyyə idarəsinin hüquqşünasıdır, Bir bacısı da ruhi xəstədir, evində otura-otura adı dövlət işində gedir. Dövlətdən maaş alır."
Bundan əlavə canlı yayımda danışan Qazax sakinləri nələr dedi, nələr...
Bütün bunları tam dinləmək üçün sizə təqdim etdiyimiz videomaterialları sonuna qədər izləyin.
Hörmətli, hər zaman əxlaqsızlığa qarşı sərt mövqeyini, nifrətini söyüşlə ifadə edən Rəcəb Babaşov, məzlumun haqqını yemək, haqqına girmək də əxlaqsızlıq deyilmi?
Sizin rəhbərlik etdiyiniz 700 (yeddi yüz) km²-lik və 98.400 (doxsan səkkiz min, dörd yüz) nəfərlik bir rayonda baş verən ölçüyə, saya gəlməyən bu qədər haqsızlıqların, özbaşınalıqların adını nə qoyaq?
Qeyd edək ki, burda deyilənlər, burda yazılanlar hələ hamısı deyil. Növbəti yayımlarımızda daha dəhşətli faktlar açıqlanacaq.
Yəni anlayacağınız, mövzuya yenidən qayıdacağıq.
P.S: Yeri gəlmişkən, qarşı tərəfin mövqeyini dinləmək məqsədilə yazıda adı keçən nə Qazax rayon İcra Hakimiyyətində çalışan səlahiyyət sahiblərindən, nə də adı çəkilən digər şəxslərdən bir neçə gün, fərqli saatlarda dəfələrlə, təkrar-təkrar zəng etdiyimizə baxmayaraq, heç biri istər ofis telefonları, istərsə də (bəziləri) mobil nömrələrinə cavab vermədilər.
Bütün hallarda, biz yenə də adı çəkilən tərəflərin mövqeyini dinləməyə hazırıq.