Ardını oxu...
Ağsu rayon, Zərqava kənd sakini Məmmədov Məsud Mürsəl oğlu üzləşdiyi ağır problemlə bağlı, videogörüntü vasitəsilə, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət edib. Saytımız vasitəsilə müraciətin yayılmasını xahiş edən M.Məmmədov, 5 ay əvvəl mədəaltı vəz əməliyyatı keçirdiyini, ağır ankoloji xəstə və “Hepatit B” daşıyıcısı olduğunu, eləcə də şəkərli diabetdən əziyyət çəkdiyini bildirərək, xəstəlik tarixçəsi ilə bağlı tibbi sənədlərini və reseptlərin surətlərini də cumhuriyyet.az-agöndərib.

M.Məmmədovun şikayəti Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Emin Hüseyndəndir. Şikayətçinin sözlərinə görə, xəstəliyini, keçirdiyi əməliyyatın növünü və digər xəstəliklərini əks etdirən sənədləri Ağsu Rayon Mərkəzi Xəstəxanası vasitəsilə Şamaxı Mərkəzi Xəstəxanasına təqdim edib. Lakin Şamaxı RMX PHŞ-nin direktoru Emin Hüseyn ağır xəstənin sənədlərini təsdiq edib, aidiyyatı üzrə dövlət qurumlarına göndərmir ki, 2012-ci ildən ikinci qrup əlilliyi təyin olunmuş, lakin 16 ay əvvəl pensiyası kəsilmiş M.Məmmədovun əlliyi bərpa olunsun və xəstəliyinə uyğun dövlət tərəfindən nəzərdə tutulan pulsuz dərmanları alıb, istifadə edə bilsin.

ŞM.Məmmədovun cumhuriyyet.az-a bildirdiyinə əsasən, ağır xəstələrin halına zərrəcə acımayan Emin Hüseyni, ümumiyyətlə, iş yerində tapmaq daha böyük müşkülə çevrilib. Əməliyyatdan ötən 5 ay müddətində həyati vacib dərmanları Emin Hüseynin saymazlığı ucbatından əldə edə bilməyən ağır ankoloji xəstə M.Məmmədov, son ümid yeri kimi, dövlət başçısına müraciət etmək məcburiyyətində qaldığını vurğulayır.
Ardını oxu...
Təqribən bir həftə əvvəl Şəmkir rayon, "Düz qışlaq" kənd sakini Şükür İsmayılov "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda Su Melorasiya idarəsindən narazılıqlarını bildirmişdi.

‌Xatırlatmaq üçün qeyd edək ki, Şükür İsmayılov kənddəki artezyanların tutulmasından, suların çox zəif və çirkli olmasından narazılıq edirdi. Onun dediyinə görə artıq, bir neçə müddətdir ki, bütün nəinki yerli idarələrə, Su Melorasiya idarəsinin rəisi Zaur Mikayılova və müavinətlərinə də dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmamışdır.

Şükür İsmayılov "Kanal14"ün efirində problemi səsləndirdikdən 2 gün sonra, yenidən redaksiyamızla əlaqə saxlayıb, təşəkkür etdi və bildirdi ki, "Bizə zəng etdilər, söz verdilər ki, 2 günə problemin həlli üçün işlər başlanılır ".

Şükür İsmayılovun bu zəngindən 2-3 gün sonra o, yenidən redaksiyamıza zəng edib canlı efirə bağlanmaq istədiyini bildirdi.

"Kamalın zamanı" proqramının canlı efirində o bildirdi ki, "Artıq, işlərə başlanılıb. Amma, indi də kənd icra nümayəndəsi camaatdan pul yığır ki, "Bəs havayı iş var? Texnikaya hər gün 300 manat verilməlidir". Rayonda Su Melorasiya idarəsinə zəng etdim, Tahir müəllim dedi, "Ola bilməz, mənim xəbərim yoxdur".

Maraqlıdır, icra nümayəndəsi o boyda kəndin camaatından su üçün pul yığır, Su Melorasiyanın xəbəri yoxdur???

Görünür Tahir müəllim, bu yolla vəziyyətdən çıxmağa çalışıb.
Amma, təəssüf ki, vəziyyətdən çıxış yolu üçün seçdiyi variant artıq kohnəldiyi üçün, təsir gücünü çoxdan itirib.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Kadr seçimlərində, yeni təyinatlarda baş verən ilginc qanun pozuntuları…
DogruXeber.az: - Sərdar Nəbiyev – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayonu üzrə Təhsil Sektorunun müdir. İcrada işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Kəmalə Əhmədova – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayonu üzrə Təhsil Sektorunun müdiri məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Bəhruz Nəbili – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Tədrisin Keyfiyyəti Sektorunun müdiri “MƏDƏT” kurslarında təlimçi olub, son iş yeri Biləsuvarda kənd məktəbində direktor işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Cavad Cavadlı – Mərkəzi Aran Regional Təhsil İdarəsi Tədris Keyfiyəti sektorunun müdiri. Göyçay rayon Potu kənd məktəbinin direktoru olub. “MƏDƏT” kurslarında təlimçi olub. Dövlət qulluğu imtahanından keçməyib.

Leyla Bayramova – Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektorunun müdiri. Təlimçi olub, Ağdaş rayon 7 saylı tam orta məktəbdə tarix müəllimi işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Sevinc Həsənova – Mingəçevir şəhər 16 saylı tam orta məktəbin direktoru 24 balla məktəb direktoru olub, müsahibədən də Firudin Qurbanovun tapşırığı ilə keçib. Dövlət qulluğu imtahanından keçməyib.Mərkəzi Aran RTİ Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri təyin olunması Mingəçevirin təhsil ictimaiyyətini şoka salıb. Xanım Həsənova yeni təyinatını burununu kəsdirməklə qeyd edib və hazırda özündən razı şəkildə müəllimlərə yuxarıdan aşağı baxır, süründürməçiliyə yol verir. Demək olar ki, idarəetmədən və təhsil sənədlərindən, hüquqi normativ aktlardan xəbəri yoxdur.

Namidə Abbasova – Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri. Havarlı kənd məktəbində direktor əvəzi işləyən Namidə Abbasova hansısa gözəgörünməz əllərin sayəsində 1 ili tamam olmamış müqavilə ilə təhsil şöbəsinin müdiri təyin olunub. Daimi dövlət qulluqçusu olmamağına baxmayaraq hazırda Yevlax şəhər Təhsil sektorunun müdiridi. Adamın nə savadı, nə danışıq qabiliyyəti, nə də ünsiyyət qurmaq mədəniyyəti var.

Yevlaxdakı 1,2 və 7 №-li məktəblərin direktorları direktorların işə qəbulu imtahanlarında uğur qazanmayan “ələdüşməz” kadrlardandır. S.Əliyev adına 1 №-li tam məktəbin direktoru, ixtisasca ingilis dili müəllimi olan Əfsanə Səlimovanın nəinki ingilis dilində, heç Azərbaycan dlində tərcümeyi-halnı yazmağa savadı yoxdur. Hələ rəhbərlik etdiyi məktəbdə baş verən dindar müəllimin “Xomneyi sevgisi”, 12-ci imama həsr olunan mahnı qalmaqalı bir ayrı mövzudur. Onun necə və hansı meyarlarla direktor təyin olunması 21-ci əsrin möcüzələrindən hesab olunur. Onun rahatlıqla “Yevlax təhsilinin əfsanəsi” adlandırmaq olar.
Nizami adına 7 №-li tam orta məktəbin direktoru Üliviyyə Ağayeva da “ələdüşməz” kadrlardan hesab olunur. İşçilərinə yuxarıdan aşağı baxan, adı seçki saxtakarlıqlarında, müəllimlərdən dərs bölgüsünə görə pul yığmada hallanan bu xanım direktor da Yevlaxda çox məhşur rəhbərlərdəndir.
“Bollivud” aktirisalarından fərqlənməyən və təhsilə heç bir aidiyyatı olmayan Yevlax şəhər 2 №-li məktəbin direktoru Sədaqət Şükürova isə ayrı aləmdi. Bu adam Azərbaycan təhsilinin gələcək faciələrinin SOS siqnalıdır. Hələ bu azmış kimi rəhbərlik etdiyi məktəbdə baş verən biabırçı “xadimə əməliyyatları”, direktorun borclarının ödənilməsi üçün müavinlərinin az qala dilənçi kimi şıdırığı pul yığması, fiziki tərbiyə müəllimin “kino-filmi” və Sədaqət Şükürovanın baş verənləri gizləməsi…tükürpədən digər olaylar və daha nələr, nələr…
Bəs təhsil adamı olan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov nə düşünür? O, bu biabırçılıqların qarşısını alacaqmı?
Elnur Qasımov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayonu üzrə Təhsil Sektorunun müdiri təlimçi olub. Gəncədə məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Xəyal Məmmədov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Naftalan-Goranboy rayonları üzrə Təhsil Sektorunun müdiri Goranboyda məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Elmir Cəfərov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri. Məktəb direktoru və təlimçidir. Dövlət qulluğu imtahanından keçməyib.

Əksər idarələrdə məsləhətçilər çoxdu müsabiqəsiz və müsahibəsiz Dövlət Qulluğu haqqında Qanuna zidd olaraq götürülüblər.

Görəsən, bu qanunsuzluqlara görə kimlər məsuliyyət daşıyır? Niyə təhsil sahəsi üzrə dövlət qulluğundan keçmiş və idarəetmə təcrübəsi olanlar kənarda qalır?

QEYD: Regional təhsil idarələrinin mövqeyini dərc edə bilərik…//Dunyaninsesi.Az
Ardını oxu...
Xəstəxananın həyətində dincəlmək üçün ayrılmış yerlərdə solğun bənizli, başı şalla çəkili, analiz üçün qan götürüldüyünə və ya yenicə aldıqları kimyaterapiya prosedurlarına görə qollarında iynə yerləri hələ də qanayan qadınlar, kişilər və onların yaxınları oturub ya analizlərin cavabını gözləyir, ya da dincəlirlər.

Yaşlı bir qadınla yanaşı əyləşmiş solğun bənizli, qısa qumral saçları hələ aldığı kimyaterapiyanın təsirinə tam məruz qalmağa imkan tapmamış, 30 yaşlı Bakı sakini Gülşən də buradadır. O, adını pıçıltı ilə çəkdiyi xəstəlikdən müalicəyə görə “18 ayda, təxminən 18 min manat” vəsait xərclədiyini deyir.

“Əvvəllər əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödəyirdim. Bir ayda iki dəfə gəlirdim 700 verirdim, hər kimyaterapiya bitdikdən sonra isə MRT-yə gəlirdim. 300 manat da onun pulu, o da iki aydan bir olurdu. Qan analizinə bir dəfəyə 25 manat idi, amma o stolda oturan qızlar bizdən 38 manat alırdılar. Deyilənən görə, 25 manat idi. Bir aya ümumi xərclərim 1000 manata gəlib çıxırdı”, – Gülşən deyir.

Ardını oxu...
Gülşən özəl klinikadakı xərclərini də topladıqda indiyədək müalicələrinə “20-25 min manat pul tökdüyünü” söyləyir.

“Sağaldım. Yəni, həkimlər elə deyirdilər. Ancaq iki ay əvvəl yenə özümü narahat hiss etdim, gəldik ki, yenə başlayıb. İndi yenə pul xərcləməliyik”.

Xəstələr xidmət “pulludur”, baş onkoloq “təmənnasız”dır deyir
Bakı Onkologiya Mərkəzinin qarşısında bizə bu xəstəxanada aldıqları müalicəyə pul ödədiklərini deyən təkcə Gülşən deyil.

Mərkəzin həyətində söhbətləşdiyimiz başqa bir pasiyent deyir ki, USM üçün 50 manat ödəyib. Bir başqası “qan analizlərinə 25 manat”, digər bir şəxs isə “MRT-yə 150 manat ödədiyini” söyləyir.

Milli Onkologiya Mərkəzinin həyətində görüşdüyümüz xəstələr və xəstə yaxınlarının hamısı xidmətlərin pullu olduğunu bildirir. Söhbətləşdiyimiz şəxslərin hamısı bu xəstəxanada verilən qan analizi, kimyaterapiya, USM-rentgen, MRT xidmətləri üçün müxtəlif məbləğlər ödədiklərini iddia edirlər.

Ardını oxu...
Azərbaycanın baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə onkoloji xəstələrə göstərilən tibbi xidmətin pullu olması iddialarını rədd edib.

O bildirib ki, Azərbaycanda ikisi aparıcı olmaqla – Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası – fərqli bölgələrdə yerləşən 9 mərkəzdə onkoloji diaqnozu təsdiqlənmiş şəxslərin müayinə və müalicələri təmənnasız aparılır.

Onkoloji yardım haqqında Qanun hökm edir ki, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində “dövlət büdcəsi vəsaiti hesabına” həyata keçirilməlidir.

Kimyaterapiya otağının qarşısı
MOM-un müalicə korpusunun girişində böyük bir qələbəlikdir. Bütün oturacaqlar tutulub. Kişi-qadın, gənc-qoca, körpə – hər yaşdan adam var burada…

Korpusun ikinci mərtəbəsində liftdən çıxıb sola dönəndə xəstələri və onların yaxınlarının min bir ümidlə üz tutduqları kimyaterapiya şöbəsinin qarşısına çıxırsan. Şöbənin qarşısında bir neçə nəfər oturub.

Burada oturanlar yeni gələnləri salamlayır, dərhal söhbətə keçirlər. Hər gələnə ilk sualsa “Sən niyə gəlmisən?” olur.

Azərbaycanın bölgələrindən birindən gəlmiş 62 yaşlı Münəvvər xanım da (ad müsahibin istəyi ilə dəyişdirilib–red.) məni görən kimi üzümə diqqətlə baxıb, “sən niyə gəlmisən” sualını verir.

Gəlişimin səbəbini ona deyəndə tələsik ətrafa nəzər salır,onu eşidən yoxdur ki?!

Münəvvər xanım danışır ki, yanvar ayında döşünün ucu şişdiyi üçün özü evdə türkəçarə edib, lakin şişin keçmədiyini görüncə övladlarına xəbər verib və onlar da onu Milli Onkologiya Mərkəzinə gətiriblər.xərçəng, xəstəlik, Azərbaycan, qanun
Ardını oxu...
“Səkkiz aydır gəlib-gedirəm. Həkim deyir ki, kimyaterapiya ilə getməsə, əməliyyat edərik. Mənim qiymətlərdən xəbərim yoxdur. Heç bu zəhrimardan da başım çıxmır. Uşaqlardan da neçə dəfə soruşmuşam nə qədər pul xərcləyirlər bura, mənə demirlər. Uşaqlarım deyir ki, sən ye, iç, müalicəni al. Nəyinə lazımdır, nə qədər xərcimiz çıxıb?” – o qayğısından məmnuniyyətlə bəhs edir.

Elə bu vaxt kimyaterapiya almaq növbəsi çatan Münəvvər xanım söhbətini elə gülə-gülə də bitirib, içəri keçir.

“USM-ə diri 50-lik, kimyaterapiyaya 350…”

Milli Onkologiya Mərkəzinin həyətində adamlar əllərində kağızlar tələm-tələsik bir korpusdan digərinə girib-çıxırlar…

Kimyaterapiya şöbəsinə getmək üçün liftə daxil oluram. Liftin qapısı bağlanarkən, təxminən 40 yaşlarında bir qadın qaçaraq içəri daxil olur. “Ordan ikinci mərtəbənin düyməsini mənim üçün bas” deyir, sonra da şikayət qarışıq söhbətə başlayır:

“İki xəstəxana arasında qalmışam. Ora qaçıram, ordan da çıxıb bura qaçıram. Bilmirəm neyləyim. Özüm də gecikmişəm”, – üz-gözünə dağılan, aralarında gümüşü zolaqlar görünən qara birçəklərini toplamağa çalışır.

Adının çəkilməsini istəməyən müsahibim yanvardan bəri hər ay anasını kimyaterapiyaya gətirdiyini deyir.

Liftin qapısı açılır, qadın “indi qayıdıram” deyib anasını yoxlamağa gedir…Milli Onkologiya Mərkəzi Azərbaycanda xərçəng xəstələri onkoloji xəstələr
Ardını oxu...
Onu gözləyə-gözləyə başqalarına yaxınlaşıram. Kimyaterapiya otağının qarşısında yaşlı bir qadınla ona bənzəyən gənc bir qadın əyləşib: ana-baladırlar. Gənc qadın ağlaya-ağlaya anasına ürək-dirək verir:

“Xalxın cavan yaşda uşaqları bu andırdan tapır. Ağlama. Məni də incidir. Neyləyək?!”

Bu ailənin başçısına dördüncü mərhələdə olan “ağciyər xərçəngi” diaqnozu qoyulub. Onlar xəstəlikdən təzə xəbər tutublar. Lənkəranda müalicələrin “nəticəsi olmadığı üçün” gəliblər Bakıya.

“Birinci dəfədir gətirmişik. İndicə 350 manat ödəyib gəldim. Qan analizlərinə nə qədər verdiyimi unutdum. USM-ə diri əllilik verdim”.

“İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir”
Professor, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, real vəziyyətin necə olduğunu dəqiq bilməsə də, onkoloji xəstələrdən pul alınması ilə bağlı “şikayətlərin gəldiyi ona da məlumdur”.

Onun fikrincə, hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra bir çox xidmət icbari tibbi sığorta paketinə daxil edildiyi kimi “onkoloji xəstələr də birmənalı olaraq o paketə daxil edilməlidir”.

Adil Qeybulla hesab edir ki, “bu zaman bu sahədəki problem aradan qalxa bilər”.
Ardını oxu...
Onkologiya tibbi müalicə müayinə Bakı Onkologiya Mərkəzi
“Azərbaycanda son illərdə onkologiya sahəsində irəliləyiş və inkişaf olsa da, xəstələrdən tibbi xidmətin ödənişli olması ilə bağlı şikayətlərin gəlməsi yaxşı hal deyil”, – o vurğulayır.

“Bu cür şikayətlər, narazılıqlar varsa, aidiyyatı qurumlar, şəxslər bunu araşdırmalıdır. Bu, əslində həll olunmalı məsələdir, çünki icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə onkoloji xəstələrin müalicəsi bütövlükdə o icbari tibbi sığorta paketinə daxil edilir”, – həkim əlavə edir.

Milli Onkologiya Mərkəzinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olub-olmaması barədə aidiyyatı qurumlardan konkret cavab almaq mümkün olmayıb.

Lakin bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verilən (İcbari Tibbi Sığortaya baxan xəstəxanalar TƏBİB-in tabeliyindədir) xəstəxanalar, dispanserlərin siyahısında MOM-un adı yoxdur.

Nazirlər Kabinetinin 1 dekabr 2020-ci il tarixli sənədində isə TƏBİB-in tabeliyinə verilmiş müəssisələr arasında bir sıra tibb müəssisələri ilə yanaşı, MOM-un da adı istisnalar siyahısındadır. Belə görünür ki, indi səhhətində şikayəti olan şəxslər yalnız onkoloji diaqnozu təsdiqlənənə qədər icbari tibbi sığortadan yararlana bilər.

Ardını oxu...
“Burada pulsuz heç nə yoxdur”
Anasını yoxlamağa getmiş müsahibimiz qayıdıb gəlir. Yerini rahatlayıb söhbətə başlayan kimi deyir ki, hazırda bir gəlişdə kimyaterapiyaya “150 manat” ödəyir:

“Əvvəllər, lap təzə gələndə 350 manat verirdik. Sonra şikayət etdik. Prezidentə yazdıq. Prezidentdən bizə cavab gəldi ki, bu xəstəliyin müalicəsi pulsuzdur. İndi kağızımız var, onu göstəririk, 150 manat veririk bir dəfə kimya vurulmasına. Nə edək? Onu verməsən də olmur. Çox qəddardırlar. Verməsək, birdən az vurarlar, birdən anama nəsə edərlər”, – qadın deyir.

O iddia edir ki, yanvar ayından indiyədək anasının xəstəliyi ilə bağlı təkcə bu xəstəxanaya 1600 manatadək vəsait xərcləyib:

“O pulu mənim uşağım tələbə stipendiyası ilə yığmışdı. Uşaq səhər evdən çıxır dərsə, axşam da dərsdən çıxıb işə gedir. Oradan qazandığından qənaət edib yığmışdı. Nənəsinin müalicəsinə pul lazım oldu, gətirib verdi ki, “təki, nənə sağalsın””.

Xəstəxanada pul ödədiyini deyən xəstələrin hamısı bildirir ki, onlara ödədikləri pulun qarşılığında hər hansı qəbz verilməyib.
Ardını oxu...
Şəklin alt yazısı,Vəsilə Salmanova, Astaranın Suparibağ kənd sakini
“Kimyaterapiya alsaydı, bəlkə yaşamaq şansı olardı”
Bir müddət əvvəl Astaranın Suparibağ kəndinin sakini Vəsilə Salmanova bölgədə rastlaşdığı BBC müxbirlərinə Milli Onkologiya Mərkəzində ondan kimyaterapiya üçün bir həkimin “500 manat pul istəməsilə” bağlı şikayət etmişdi.

Vəsilə Salmanovanın bildirmişdi ki, qardaşı “ağciyər xərçəngindən əziyyət çəkir və pul ödəmədiyi üçün onun qardaşını həkim kimyaterapiya etməyib”.

Bu yazı hazırlanarkən əlaqə saxladıqda Vəsilə Salmanova 64 yaşlı qardaşının artıq vəfat etdiyini deyir və vurğulayırdı ki, “kimyaterapiya alsaydı, bəlkə də yaşamaq şansı olardı”.

“Baş Prokurorluğa şikayət edəcəyəm, çünki hələ də yadımdan çıxmır. Həkim bizə dedi ki, ödəniş etməmisiniz, sizi axıra saxlayacam. Bizdən sonra gələnləri qəbul etdi, bizi etmədi. Bir gün axşama kimi xəstə adamı da, məni də o qapının ağzında saxladı, gözlətdi”, – Vəsilə Salmanova vurğulayır.

Onkologiya xəstələrinin statistikası
2021-ci ilin statistikasına görə, Azərbaycanda hər 100 min nəfərə ilk dəfə qoyulmuş diaqnozla 136,2 nəfər onkoloji xəstə düşür.

2020-2021-ci illərdə müvafiq olaraq, ölkədə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 11 595 və 13 644 nəfər olub.

Ötən ilin məlumatlarına görə, ölkədə ümumi 59 minə yaxın onkoloji xəstə var. Bu, hər yüz min nəfərə 587,3 nəfər deməkdir.

Bu ilin büdcəsindən ayrılan 47 milyon manat
Azərbaycan Səhiyyə Nazirliyindən BBC-yə bildiriblər ki, Milli Onkologiya Mərkəzinə büdcədən vəsait ayrıca verildiyi üçün bir onkoloji xəstənin illik müalicəsi üçün nə qədər vəsaitin ayrılması ilə bağlı onlarda məlumat yoxdur. MOM-dan isə bir onkoloji xəstəyə ayrılan illik vəsaitin məbləği ilə bağlı şərh almaq mümkün olmayıb.

Azərbaycanda Milli Onkologiya Mərkəzinə birbaşa vəsait ayrılması 2007-cı ildən həyata keçirilir.

2022-ci ilin büdcəsi üçün müəssisəyə 47 milyon manata yaxın vəsait ayrılıb. Sənəddə bu məbləğin təkcə Milli Onkologiya Mərkəzinə ayrılması, yoxsa həmin vəsaitdən digər onkoloji dispanserlərin də yararlana bilib-bilməyəcəyi göstərilmir.

Xərclərin strukturu barədə məlumatlar ictimailəşdirilmədiyi üçün bu vəsaitin nə qədərinin dərmana, texniki təchizata ayrıldığı məlum deyil.

“Onkoloji yardım haqqında” Qanuna əsasən, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

MOM-un baş onkoloqu Azad Kərimov rəhbərlik etdiyi müəssisəyə ayrılmış xərclərin strukturu barədə BBC-nin sualına cavab verməyib. O, eyni zamanda bu mərkəzdə BBC-nin pasientlərin xərclərilə bağlı topladığı iddiaların “yalan olduğunu” iddia edib.

“Bu pul kiməsə az görünə bilər”
Gülşən deyir ki, müalicənin ilk mərhələlərində ona maddi yardım etmiş qohumlarının “daha kömək etməyə gücü qalmayıb”.

“Mənim qardaşlarım, qohumlarım, qaynım, qaynatam, başqa qohumlarım birinci dəfə müalicəm üçün əllərində olanı verdilər, kredit götürdülər, məni sağaltdılar. İndi ikinci dəfə baş qaldırıb. Hamı hələ də o əvvəlki kreditləri ödəyir. Bəs, mən indi hardan alım pulu? İkinci dəfə yenidən şiş tapılanda gəldik, birinci prosedura 350 manat verdik. Axı, tək o da deyil, bunun başqa dərmanları da var. Getdik danışdıq, mən buranın öz xəstəsi olduğum üçün endirim etdilər, indi bir kimyaterapiyaya 150 manat verirəm. Qeydiyyatda oturanlar da çox alır. 10 manat qan puludursa, 15 alıb 5-ni də özlərinə götürürlər. Həkimlə danışmışıq, o qan analizi götürən qızlara zəng vurur, yarı qiymət ödəyirəm. O dəfə analizlərə 12 manat verdim, bu gün də bir analizə 4 manat verdim. Bu pul kiməsə az görünə bilər. Ancaq bizim üçün az deyil axı”.

Gülşən bu dəfə neçə kimyaterapiya proseduru keçəcəyini bilmir, lakin artan müalicə xərcləri onun qayğılarını da artırmaqdadır.

“Pul-para tapılan şeydir, amma bir nəfər xəstələnirsə, bütün ailə əziyyət, zülüm çəkir. Ancaq yaşamaq da istəyirsən. Hərdən canım ağrıyanda, üstəlik maddi sıxıntılar da üstünə gələndə, bax, bir oğlum var, bununla belə hərdən yaşamaq arzum tamam yox olur. Elə istəyirəm gözümü yumum, oyanmayım”, – Gülşən deyir və analizlərinin cavabını almağa gedəcəyi üçün sağollaşır…
 

Prezidentin ictimai siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun Dubay biznesinin təfərrüatları məlum olub.

AzToday.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli Əli Həsənovun Dubaydakı daşınmaz əmlak biznesi və qızıl alverinin detallarını açıqlayıb.

Onun sözlərinə görə, sabiq məmur vəzifə başında olarkən Dubayda biznesə başlayıb:

“Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən – Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb. Sabiq şöbə müdirinin oğlu, “Xəzər” TV-nin o zamankı prezidenti Şamxal Həsənli Dubayda cazibədar əmlak agenti Nensi Karamla müəyyən sövdələşmələr əldə edir və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak daşınmaz əmlak sahibi olur.

3 il sonra Şamxal Həsənli Nensini investisiya üçün Dubayın ən etibarlı əmlak agentlərjndən biri kimi xarakterizə edəcəkdi. “Quyruq” da elə burda ələ keçir və Şamxal “Provident” şirkəti üçün yazdığı rəydə Dubayda daşınmaz əmlak aldığını təsdiq edir.

Əlbəttə, BƏƏ kimi informasiya resurslarının qapalı olduğu ölkədə Əli Həsənovun mülkünü, əmlakını tapmaq qumsallıqda xəzinə axtarmaq kimi bir işdir. Üstəlik Şamxal Dubaydan Amerikanın bahalı kurort şəhəri Miamiyə üz tutmaqla ləpirləri daha tez itirməyə çalışmışdı.

 

Amma Şamxalın Amerikadakı yeni daşınmaz əmlak maklerlərinin dili ilə desək ‘çifayda”…

Əli Həsənov Azərbaycandan çıxarılan vəsaitləri oğlunun əli ilə Dubayda “yerbəyer edəndən” sonra “Dubay əmirliyini” qızına həvalə etdi.

Səfiyə Möhbalıyeva Əli Həsənovun qızı olmaqla yanaşı Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbəliyevin gəlinidir. Atası vəzifəsindən qovuşduqdan sonra o da qardaşı kimi işi ilə vidalaşmalı oldu və Dubaya üz tutdu, indiyədək Əli Həsənovun buradakı mal-mülkünə sahiblik edir. Ən nəhayət bu ilin avqustunda Səfiyənin atasının fəxr etdiyi çapovulçu “ailə biznesi” böyük qumsallıqda bərq vurmağa başladı. İndi məlum olur ki, 3 ay əvvəl sabiq şöbə müdiri Dubayda qızıl-brilyant və bahalı saatların alverinə girişib. Əlbəttə Dubaydakı əmlakı da, Əl-Başra küçəsi 1 ünvanındakı RASİS BUSİNESS CENTRE-nin 5-ci mərtəbəsindəki ofisdə (otaq nömrələri Z59 və Z60) daş-qaş və brilyant biznesini də keçmiş qapançının qızı idarə edir. Türklər demiş, neredən nereyə?!

7 mərtəbəli biznes və residential mərkəzin ətrafında GEMAEE brendinin iri reklam lövhəsi diqqəti cəlb edir. Böyük ehtimalla biznes mərkəzi Əli Həsənovun Dubaydakı biznesində ən önəmli həlqədir. MOANDSONS GENERAL TRADING LLC Dubayda Əli Həsənovun biznesinin sığındığı hüquqi ünvandır: Mohammadali (atasının adı Məhəmmədəli) and Sons (və oğulları). GEMAEE-nin kataloqu zəngindir, burada dəyəri 50-60 min manatlıq “Rolex” saatları, 70 min manatlıq boyunbağılar, qızıl-zinət əşyaları, qiymətli daş-qaşlar təqdim olunur. Şirkətin internet səhifəsində (https://www.gemaee.com/) Əli Həsənovun qızı bunları qeyd edib: “Gemaee ilə biz zərgərlik sənayesinə yeni bir marka gətirmək istədik. Biz təkcə ən orijinal zinət əşyalarını təqdim etmirik, həm də tərəfdaşlıq vasitəsilə müxtəlif zərgərlik markalarını müştərilərimiz üçün bir araya gətiririk”.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 
Ardını oxu...
Həmkarlar ittifaqları konfederasiyası.

Bu qurum nə üçün yaradılıb?


Ümumiyyətlə bu qurumun məqsədi, məramı və fəaliyyəti nədən (yaxud nələrdən) ibarətdir?
Bu sualın cavabını heç hər ayın axırında bir aylıq zəhmətinin qarşılığı olaraq, aldığı əmək haqqının hazırından 2 % qurumun büdcəsinə köçürən şəxslər də bilmir.
Əslində nələrdən ibarət olmalı olduğunu bilirlər də həmin öhdəliklərini icra etmədikləri üçün, onların hazırkı fəaliyyətinin nələr olduğunu kimsə bilmir. Təbii ki, "putyovka" (yollayış) alveri xaric.

"Putyovka alveri" demişkən, heç kimə sirr deyil ki, bütün dövlət idarələri və müəssisələrində işçiləri "könüllü"adı altında Həmkarlar İttifaqları Konfederasiyasına üzv olunur və onların əmək haqlarının 2%-i bu komitənin balansına köçürülür. Əvəzində də verdikləri vəd budur ki, güya bayramlarda onlara hədiyyələr verilir, yay aylarında hər hansı bir istirahət mərkəzinə, yaxud sanatoriyaya güzəştli qiymətlə "putyovka" (yollayış) verilir.

Amma, gəlin reallığa nəzər salaq, görək verdikləri vədə əməl edirlərmi?

Tibb işçiləri "DogruXeber.az" bildirir ki, "Bizdə Naftalana və digər sanatoriyalara yollayış olmur " deyən AHİK əməkdaşları 1200-1500 (min iki yüz - min beş yüz) manat arası dəyişən qiymətlə hər kəsə, elə tibb işçilərinin özünə belə satırlar.

Günəşli sanatoriyasına isə 600-dən başlayan qiymətlər təklif olunur.

Yeri gəlmişkən, "100 eşitməkdənsə, 1 görmək yaxşıdır" deyib, özümüz AHİK-nin Bakı şəhərindəki rayonlardan birinin sədri ilə iltifata keçdik. Şəhər ərazisindəki sanatoriyalardan birinə tək nəfərlik yollayış istədik. O da qiyməti birbaşa özü deməyə tərəddüd etdi və "səhv etmirəmsə ora 500 (beş yüz) manatdır deyib, digər həmkarına zəng etdi. Telefondakı şəxs ora yollayışların bitdiyini bildirdi. Ümumiyyətlə, qiymətini soruşduqda isə "610 (altı yüz on) manatdan başlayır" cavabını verdi. Təbii ki, biz bu qiymətlə razılaşmadıq. Bundan sonra bizimlə danışan şəxs minimum 580 (beş yüz səksən) manata qədər endirim edə biləcəyini bildirdi.

Deyirik, "Axı tanışlarımız 200 (iki yüz) manata alıb.
Deyir, - "O yəqin lap çoxdan olub, ya da o yollayışı ona verən onun çox yaxın qohumu filan olub ki, öz qiymətinə verib, yoxsa həyatı boyu ola bilməz. Yəqin o, həkim "putyovka"sı olub"

Tibb işçilərindən biri isə "DogruXeber.az" əməkdaşlarından birinə danışıb ki, "Mənə Naftalana putyovka vermədilər ki, yoxdur. Bir istirahət mərkəzinə verdilər, o da ki, şəraiti, xidməti çox bərbad. Heç verdiyim pula dəymədi. Çox peşman oldum".

Bölgələrimizdən birində yaşayan təhsil işçisi deyir, - "Nəinki putyovka, heç öz pulumuzla bayramlarda bir dənə hədiyyə də vermirlər. Cəmi bircə dəfə hədiyyə verdilər, gəldim evdə açdım, içindəkiləri hesabladım, cəmi 70 qəpiklik şirniyyat var idi içində. Bu pulumuzu alıb, üstəlik də bizi ələ salmaq deməkdir. Mən üzvlükdən imtina etmək üçün dəfələrlə AHİK-nın məktəbdəki nümayəndəsinə müraciət etmişəm. Hər dəfə də xahiş-minnət edir ki, "çıxma, sən çıxsan mənə söz gələcək".
Adını "könüllü" qoyublar, amma məcbur etmək üçün hər vasitədən istifadə edirlər. Hələ üstəlik üzvlükdən çıxmamaq üçün mənə pul da təklif edirlər.".

Maraqlıdır, üzvlərin üzvlükdən çıxması onları bu qədər narahat edirsə, niyə onun müqavilə şərtlərinə uyğun tələblərin yerinə yetirilməsi üçün yalnız üzvlükdən çıxmaq istədikdə hər hər hansı addımların atılmasına cəhd edilir?

Onsuz da bütün dövlət idarələrində bütün çalışanlar bu quruma məcburi üzv olunur, heçolmasa müqavilənin digər şərtlərinə uyğun şəkildə əməl edilə bilməzmi?

Əgər bu şərtləri yerinə yetirmək çətin, yaxud mümkünsüzdürsə, o zaman müqavilədə niyə şərt olaraq qeyd edilib?

Təbii ki, bütün bu suallara cavab verməli olan qurumun - AHİK-nın məsul şəxsləri yenə də susacaq.
Həmişə hər verilən sualın, yazılan haqlı iradların qarşısında susduqları kimi.

Möhbalıyevin "menyu"sundan...

Qeyd edək ki, Bakı şəhər ərazisində də Təhsil üzrə Həmkarlar komitələri nöqsanlarla fəaliyyət göstərirlər. Hər il eyni vaxtda (yay tətilində) sanki, sözü bir yerə qoyub, kütləvi şəkildə təhsil işçilərinin haqqını mənimsəyir, onlara güzəştli qiymətlə verilməli olan yollayışları, baha qiymətə başqalarına satırlar. Hansı ki, əslində heç o qiymətə "güzəşt" demək də düzgün deyil, çünki, onlar zatən işə qəbul olduqları gündən bəri hər ay əmək haqlarının müəyyən hissəsini bu qurumun büdcəsinə köçürürlər.
Amma, görünən

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
“Almasdır, zümrüddür, dürdür Lənkəran”: Bəs bu zibil poliqonu nə demək?
Lənkəran şəhərinin zibil poliqonu köhnə Bakı-Astara yolunun yaxınlığında, rayonun Göyşaban kəndinin ərazisində yerləşir. Ərazisi 5 hektardan çoxdur. Yerli sakinlərin dediklərinə görə, 40 ildən çoxdur ki, şəhərin və ətraf kəndlərin məişət tullantıları buraya gətirilir. Poliqon tullantılarla qalaqlanıb. Zibillik ərazisi 3-4 yerdə yanır, tüstü ətrafa yayılır.

Biz burada xeyli mala-qara gördük, donuzlar isə zibillikdə eşələnirdilər. Zibillyin hasarı yoxdur, hər tərəfi açıqdır. Zibilliyi digər yerlərdən kanallar ayırır. Buralar cəhənnəmi xatırladır. Yaxınlıqda gözətçi otağı diqqəti cəlb edir. Gözətçi isə suallarımıza cavab vermək istəmədi. Aydınlaşdrdıq ki, bura Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələri İdarəsinin nəzarətindədir.

Göyşaban kənd sakini Füzuli Məmmədov deyir ki, zibil poliqonu xəstəlik mənbəyinə çevrilib:

“Oradan gələn zəhərli tüstüdən evdə qala bilmirik. Xüsusən, axşamçağılar. Biabırçılıqdır. Həmişə belədir. Dəfələrlə müraciət etmişik. Dəfələrlə gəlib baxış keçiriblər. Tüstünün altındayıq. Üfunət qoxusu da bir tərəfdən. Ölmüş itlər,mal cəmdəkləri, nə istəsən, orda tapmaq olar. Şəhərin yaxınlığında yerləşir. Belə biabırçılıq olar? Başqa yer versinlər, köçək burdan.”

Kəndin digər sakini Qəşəng Əkbərova isə deyir ki, illər keçir, problem həllini tapmır:

“Kəndimizdə xəstələr var. Onlar kənara çıxa bilmir, tütstünün əlindən də həyətə düşmək mümkünsüzdür. Həytlərdə uşaqlar var, hərəsi də bir cür xəstə. Təmiz hava yoxdur. Avtobusla bazara gələndə pəncərəni bağlayırıq ki, tüstü içəriyə girməsin. Bir çarə qılsınlar”.

Adının çəkilməsini istəməyən bir Lənkəran ziyalısının sözlərinə görə, problem dəfələrlə müzakirə olunub:

“İcra hakimiyətinin bir tədbirində oldum. Bu məsələ müzakirə olunurdu. Poliqon dolub. Yeri dəyişilməlidir. Dedyildi ki, investisiya proqramı var, zavodun (zibil emal edən) tikilməsi orda nəzərdə tutulub. Doğurdan da orda ekoloji vəziyyət yaxşı deyil. Söhbət ondan gedir ki, müasir tələblərə cavab verən yeni zibil poliqonunun tikintisi böyük vəsait tələb edir. Lənkəran şəhərinin 50 min əhalisi var. Ətraf kəndlərlə birlikdə əhalinin sayı 60 min nəfərə çatır. Əhali artır. Söhbət ondan gedir ki, bu zibillik yaşayış evlərilə əhatə olunub. İntensiv hərəkət olan asfalt yolun kənarındadır. Buradan yüksək vəzifəli adamlar keçir. Bizim üçün utancverici haldır”.

Lənkəran Şəhər Mənzil İstismar və Kommonal Müəssisələri İdarəsinin müdiri Emin Şahzadənin dediyinə görə, bu sahəyə investisiya qoyulandan sonra məsələ həllini tapacaq.

Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədov sözügedən məsələ ilə bağlı mətbuata bildirmişdi ki, ərazidə məişət tullantılarını utilizasiya etməkdən ötrü regional zavodun tikilməsi məsələsi investisiya proqramına salınıb. Burda 10 min kub metr məişət tullantıları utilizasiya ediləcək.

Göyşaban kənd sakini Füzuli Məmmədov deyilənlərə inanmır. Onun bildirdiyinə görə, hər dəfə belə vədlər verirlər, amma problem yerində qalır.

Zibil poliqonuna yaxın ərazidə yaşayan, adının çəkilməsini istəməyən bir sakinin dediyinə görə, bununla bağlı Yapon mütəxəssisləri ərazidə olublar:

“Onlar burada tullantıların utilizasiyası zavodunu tikmək fikrində idilər. Sonra söhbət yayıldı ki, onların qarşısında ağır şərtlər qoyublar. Onlar bir də buraya gəlmədilər. Lənkəran şəhərinin iki böyük problemi var. Kanalizasiya yoxdur, zibl paliqonu da dolub daşır. 30 ildə bu iki problemlə bağlı dəfələrlə müzakirə gedib. Amma problemin həllindən ötrü əllərini ağdan-qaraya vurmayıblar”. //cenub.az//
Ardını oxu...
 

Ardını oxu...
Gəncə Şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov dövlətin qanunlarını "çeynəyir".

Bir müddət əvvəl 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunan Z.Hüseynov həm də Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri kimi fəaliyyət göstərir.

Belə ki, bir şəxsin iki vəzifə tutması qanuna ziddir.

16.11.2020-ci il tarixindən Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsində çalışan Zakir Hüseynovun əməlləri bununla bitmir.

Ümumiyyətlə, Z.Hüseynovun universitetdə heç vaxt dərs üçün auditoriya qarşısına çıxmadığı halda, "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsinə təyin olunması müəmmalıdır.

Saytımıza universitet daxilindən verilən məlumata görə, bu onunla ADAU-nun sabiq rektoru İbrahim Cəfərov arasındakı dostluq münasibətindən irəli gəlir.

Digər maraqlı məqam isə, Zakir Hüseynov Gəncə Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri işləməklə yanaşı 0.5 ştat vahidi ilə rəhbəri olduğu kafedranın müəllimidir.

Bu da qanunun kobud şəkildə pozulmasıdır, maliyyə pozulmasının rəsmi faktıdır.

Xatırladaq ki, o tutduğu nöqsanlara görə 02.07.2020-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…

Ardını oxu...
Gəncə Şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov dövlətin qanunlarını "çeynəyir".

Bir müddət əvvəl 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunan Z.Hüseynov həm də Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri kimi fəaliyyət göstərir.

Belə ki, bir şəxsin iki vəzifə tutması qanuna ziddir.

16.11.2020-ci il tarixindən Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsində çalışan Zakir Hüseynovun əməlləri bununla bitmir.

Ümumiyyətlə, Z.Hüseynovun universitetdə heç vaxt dərs üçün auditoriya qarşısına çıxmadığı halda, "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsinə təyin olunması müəmmalıdır.

Saytımıza universitet daxilindən verilən məlumata görə, bu onunla ADAU-nun sabiq rektoru İbrahim Cəfərov arasındakı dostluq münasibətindən irəli gəlir.

Digər maraqlı məqam isə, Zakir Hüseynov Gəncə Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri işləməklə yanaşı 0.5 ştat vahidi ilə rəhbəri olduğu kafedranın müəllimidir.

Bu da qanunun kobud şəkildə pozulmasıdır, maliyyə pozulmasının rəsmi faktıdır.

Xatırladaq ki, o tutduğu nöqsanlara görə 02.07.2020-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…

Ardını oxu...
Masallıda sahibkar yeri icra hakimiyyətindən narazdır. Azər İsmayılov adlı sahibkar Masallıda yeni tikdirdiyi Supermarketinin bütün qanuni sənədlərinin olmasına baxmayaraq fəaliyyət göstərə bilmədiyini bildirib.

xeberfakt.az -ın məlumatına görə, Manset.az-a müraciət edən sahibkar bildirir ki, aylardır tikdirdiyi supermarket tam hazırdır. Onlar Market fəaliyyəti üçün bütün lazimi texnikaları alıb, içəris isə külli miqdarda mallarla doldurduqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək onların fəaliyyətinə mane olub. Belə ki, nümayəndələr rayon rəhbərliyinin göstərişi ilə sahibkar Azər İsmayılova supermarketi qapatmaq tapşırığı veriblər. Daha sonra ərazidə post qurulub. Sahibkarın dəfələrlə icra hakimiyytinə müraciət etməyinə baxmayaraq məsələ həllini tapmayıb. İcərisində yarım milyondan çox ərzaq malları olan supermarket hazırda fəaliyyət göstərmir. Sahibkar isə aylardır işə qəbul etdiyi şəxslərə öz büdcəsindən ödənişlər edir. Azər İsmayılov bildirir ki, rayona yeni icra başçısı təyin olunduqdan sonra onun qara günləri başlayıb. Bu qeyri-yaşayış obyektindən əlavə sahibkarın daha bir qeyri-yaşayıb sahəsinin icra hakimiyyəti qarşısını hördürüb. Hazırda supermarketin içərisində olan yarım milyondan çox ərzaq malları xarab olmaq üzrədir.

“Bu yaxınlarda qanunsuz formada işığımı kəsdirdilər. Azərişıq rəhbərliyinin qəbuluna getdim, dərhal göstəriş verildi, problem həllini tapdı. Çünki sənədlərin qanunidir. Mən rayonda nə qədər xeyirxah işlər görmüşəm. Onları danışmaq mənə utanc verir. Çünki, vətən uğrunda şəhid olanlara qarşı xeyirxahlıq borcumuzdur. Rusiyada yaşayırdım. Vətən müharibəi zamanı cənab Prezidentin cağrışı ilə gəlib iş yerləri yaratmışam. Rayona kapital qoymuşam sonda da belə olub. İnanıram ki, dövlətim ədaləti bərpa edəcək. Rayondan işə qəbul edilən işçilər işə çıxacağı günü səbirsizliklə gözləyirlər.”

Məsələ ilə bağlı Manset.az Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında bunları deyib:

“Bilirsiz siz gərək icra hakimiyyətinə gələsiz. Mən də sizinlə görüşüb məsələni danışam. Deyəsən, orda sənədlərdə problemlər olmalıdı. Yer icarəyə götürülüb. Ancaq, Deyirlər içərisi malla doludu. Mən köməklik göstərməyə çalışacam.”
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti