Ardını oxu...
Mikayılov Zaur Rauf oğlu - Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.
"Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

Halbuki, başqaları ölkə xaricində aldığı diplomu Azərbaycanda tanıtdırana qədər aylarla sürünüb, dəridən-qabıqdan çıxır, axırda da ya reseption işləyir, ya ekspeditel, ən yaxşı halda hansısa marketdə, yaxud restoranda administrator. Bunun üçün isə heç diploma gərək yoxdur.
Odur ki, ölkədən kənarda təhsil aldığı 4 ili də, orta təhsil aldığı 11 ili də (hələ hazırlıq kursları, repetitor yanına getməsini demirik) - bir sözlə ömrünün ən az 15 ili heçə getmiş olur.

Amma, şansa baxın ki, Türkiyədə təhsil almış, karyerasına marketdən başlamış Zaur Mikayılov mühüm bir dövlət qurumunun rəhbəri vəzifəsinə qədər yüksələ bilib.

Doğrudur, Boğaziçi Universiteti güya diplomu Azərbaycanda tanınan ali məktəblər sırasında yer alsa da, tanıdana qədər də ömrümüzün bir neçə ayını (bəzən də ilini) və pulumuzu xərcləməli oluruq.

Əlqərəz...

Əslində, doğrudur, əvvəllər də su təsərrüfatı sahəsində çoxsaylı şikayətlər var idi. Zatən çoxsaylı şikayətlərin və digər qanun pozuntularının, korrupsiya hallarının olduğuna görə rəhbər dəyişdi.

Sözümüzü ora gətirmək istəyirik ki, ölkə xaricində auditoriya görmüş, böyük marketlərdə rəhbərlik təcrübəsi keçmiş Zaur Mikayılov Melorasiya və Su Təsərrüfatı ASC-nə sədr təyin edildikdən sonra nəinki əvvəlki neqativ hallar aradan qaldırılmadı, əksinə, daha da artdı.

Çoxsaylı vətəndaş şikayətləri cavabsız qaldı, su üstündə bacı-qardaş, nəsil-nəcabət arasında düşmənçilik halları hər gün daha da artdı.

Amma, elə bil, bu qədər şikayətlərin, tənqidlərin Zaur Mikayılova aidiyyatı yoxdur. El demişkən, "tükü də tərpənmir".

Dəfələrlə "DogruXeber.az" informasiya portalında Şamaxı rayon Çıraqçı kəndi, Şəmkir rayon "Düz qışlaq" kəndi, "Yeni yol" qəsəbəsi və digər bölgələrdəki su problemləri barəsində məlumatlar dərc edilib.

Hətta, son məlumatımızda Şəmkir rayon "Düz qışlaq " kəndində sakinlərin çoxsaylı şikayətlərindən və məlumatlar "DogruXeber.az"da yayımlandıqdan sonra nəhayət artezyan quyusunun təmizlənib, təmir edilib, istifadəyə verilməsi işinə başlanıldı.
Ancaq, ilk növbədə işə kənd sakinlərindən pul yığmaqdan başladılar. Daha vətəndaş özü təmir edəcəkdisə, bu qədər şikayətlərə nə ehtiyac var idi?!

Təbii ki, kənd sakinləri buna etiraz etdilər və iş eləcə də qaldı.

Yeri gəlmişkən, Samux rayonunun Qarayeri qəsəbə sakini Əjdər Məmmədov da bir neçə gündür içməli su artezyan quyusunun işləmədiyi barəsində hər gün təkrar redaksiyamıza müraciət edir.
Bildirir ki, "Bir neçə gündür Melorasiya və Su Təsərrüfatı ASC-nin Samux rayonundakı nümayəndəliyinə dəfələrlə müraciət etmişik, gəlib təmir etmirlər ".

Əjdər Məmmədovun bu gün redaksiyamıza verdiyi məlumata görə isə məsələ üzrə məsul şəxslər artezyan quyusunun təmiri üçün indi də qəsəbə sakinlərindən minimum 10 manatdan, 40 manata qədər pul yığırlar.
Eynilə, Şəmkir rayon "Düz qışlaq" kəndində olduğu kimi.

Yeri gəlmişkən, Şəmkir Suvarma Sistemləri İdarəsinin işçisi olduğunu deyən Şəmkir rayon "Yeni yol" qəsəbəsinin sakini Polad Vəliyev "Kanal14" youtube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramında canlı yayımda olarkən, dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq, hər artezyan quyusunun vurulması üçün sakinlərdən 3-5 min manat arası pul yığıb vermələrinin tələb olunduğunu bildirmişdi.

Özü də Melorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyəti bununla da bitmir. Artıq, uzun müddətdir ki, işinin əsasını az qala Tender məsələləri ilə uğraşmaq təşkil edir.

Daha maraqlı məqam budur ki, sözügedən qurumun keçirdiyi tender müsabiqələrinin ikisinin (Zərdab Suvarma Sistemləri İdarəsi və Ağcabədi Suvarma Sistemləri İdarəsi) qalibi bir şirkət - «Xəzər İnşaat KO» MMC olub.

O «Xəzər İnşaat KO» MMC ki, apardığımız kiçik araşdırmalar nəticəsində heç bir hüquqi ünvanı və hüquqi bazası olmadığını aşkar etdik. Bununla bağlı aidiyyatı üzrə bir neçə qurumlara müraciət etdiyimizdə isə, şirkətin adını eşidən kimi, sualımız qarşısında həmişəlik susdular.

Yeri gəlmişkən, "DogruXeber.az" redaksiyasına daxil olmuş digər məlumata əsasən, Zərdab rayon Suvarma Sistemləri İdarəsindəki korrupsiya və yeyinti halları ilə bağlı Melorasiya və Su Təsərrüfatı ASC-yə rəsmi müraciətimiz də hələ ki, cavabsız qalır.

Deyir, "dəyirman öz işində, çak-çak baş ağrıdır...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //"DogruXeber.az"//
 

“Şirvan şəhər Mərkəzi Xəstəxanası Pubilik Hüquqi Şəxsi digər adi il “KOLXOZ BAZARI” adlı paylaşım (oxşarlıqdan bəziləri barədə aşağıda qısa qeyd olunub) etmişdik. Xəstəxananın direktoru Kamil Əhmədov nöqsanları araşdırmaq, aradan qaldırmaq əvəzinə (halbu ki. xidməti avtomobillə vəziyyətlə gəlib yerində tanış ola bilərdi) üçüncü şəxslərin vasitəsi ilə bizi məhkəməyə verməklə “hədələmək” yolunu seçdi. Biz Kamil Əhmədov və digərlərinin hədəsindən ehtiyyat etsəydik bu və ya digər bu kimi fəaliyyət göstərən qurumların “fəaliyyət” və fəaliyyətsizliklərin ictimaətə və müvafiq qurumlara çatdırmaq yolunu seçməzdik.

Xəstəxananın KOLXOZ BAZARI ilə oxşar cəhətlərin və digər neqativ hallərı direktor Kamil Əhmədovun və digər müvafiq qurumların diqqətinə çatdırırıq.

  1. Xəstəxananın DOĞUM ŞÖBƏSİNDƏ yeni dünyaya gələn uşaq üçün heç bir xərc ödənilməməli olduğu halda normal doğuş minumum 200 manat keysəriyyə yolu ilə doğuş 400 manatdan başlayır.

2.Doğum şöbəsində müəyyən həkimlər tərəfində sadə müayinəyə gedən şəxslərin müayinəsi 10-20 manatdan başlayır.

3.Xəstəxananın Cərrahiyə Şöbəsində ən sadə cərrahiyə əməliyyatlardan hesab olunan “kor bağırsaq” əməliyyatı 200 , Sünnət əməliyyatı 50-100 manatdan başlayır və əməliyyata görə qiymət dəyişilir.

  1. Müəyyən həkimlərini iş vaxtlarında yerlərində olmaması , özəl kilinikalarda çalışmaları, müayinə üçün gələn xəstələrin çalışdığı özəl kilinikalara yönləndirməsi.

5.Müəyyən firmaların məhsullarının (dərman və dərman əlavələri) satışını icra edə şəxslərin müəyyən həkimlərin qəbulunda müəyyən qədər vaxt keçirmələri və bu səbəbdən həkim qəbulunda müəyyən növbələrin yaranması.

  1. Döşəmənin (metlax) qopmaları nəticəsində yaranan vəziyyət və problemin çox çüzi xərclə aradan qaldırılması mümkün olduğu halda həmin materiların sınmasına şəraitin yaradılması.

7.Tibbi ixtisası olmayan şəxsin Tibbi ixtisasına uyğun yerlərdə çalışması (bu barədə xəstəxanada çalışanlar məlumat verib, belə ki, həmin şəxslər digər peşə üzrə işə götürülərək digər yerlərdə çalışırlar).

8.Bəzi şəxslərlə kobud davranış və qeyri etiq və təhqir halları barədə yayılan səs yazıları.

9.Axşam saatlarında bir çox növbətçi tibb işçilərinin növbədə olmaması halları. ( Bu hər kəsə aid olmasa da bu hallar çox təkrarlanır)

  1. Bəzi tibb işçilərinin xəstə yaxınları ilə kobud rəftarı.

Qeyd olunan problemlərin və vəziyyətin siyahısını daha çox uzatmaq olar.

Bizim direktor Kamil Əhmədov və ya digər hər hansısa rəhbər şəxsin şəxsi ilə heç bir şəxsi problemimiz yoxdur .Bilməlidirlər ki, dövlət tərəfindən etimad göstərilərək təyin olunduqları vəzifə vətəndaşlara tibbi xidmət göstərən xidmət sahəsi oradakı əmlaklar isə DÖVLƏT əmlakıdır işlərini düzgün icra etmək və dövlət əmlakını qorumaq VƏZİFƏ BORCLARIDIR.
Ümüd edirik ki. göstərilən nöqsanların aradan qaldırılması üçün əməli tədbirlərə başlanılacaq və bu və ya digər nöqsanlar aradan qaldırılacaq.

QEYD: Xəstəxanada göstərilən xidmətlərdən istifadə edən sakinlər də qarşılaşdıqları haqsızlıqlar və ödəniş tələbləri barədə fikirləri qeyd edə bilər. Mənbə: Şirvan Şəhəri səhifəsi

Qarşı tərəfın mövqe haqqını tanıyır.

 
 

Ardını oxu...
Ölkədə aparılan kadr islahatları, Prezidentin vəzifəyə təyin olunanlar qarşısında qoyduğu sərt tələblər cəmiyyətdə böyük rezonans doğurub. İndi korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizə günün başlıca tələblərindəndir. İndi artıq demək olar ki, Prezident xalqa müraciət edərək məmurlar üzərində ictimai nəzarətin zəruriliyini vurğulayır,hamını fəal olmağa çağırır. Düşünmək olar ki, vəzifə mənsubları bundan bir nəticə çıxardar, fəaliyyətlərində dönüş yaradarlar. Amma,çifayda…
Artıq illərdir ki, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova vəzifədə olduğu müddətdə böyük bir kollektivi, tibb ocağını çətin duruma saldı. Naşı idarəçilik, kollektivə qarşı cəbhə açmaq aylardır ki, burada gərgin atmosferin hökm sürməsinə səbəb oldu. Yalnız keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev ilə olan “qudalıq”dan yararlanan G.Dadaşova “burda mənəm nazirlikdə Oqtay müəllim” deyərək istədiyini etmiş-işdən çıxarmış, işə qəbul etmiş… G.Dadaşova ”Sobsan” şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır. Sabiq nazir O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə, sabiq nazir təzə qohumluğu daha da möhkəmləndirmək üçün (hər halda başqa nəsə səbəb düşünmək istəmirik) Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyadı. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verdi. Gülnaz xanım instituta gəldi nə gəldi. İnstituta təmir adı ilə yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başladı otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozdu.
Təzə direktorun əsas “islahatları” isə kadr sahəsində oldu. Məhz bu “islahatlar” Kardiologiya İnstitutunu altını üstünə çevirdi. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırdı. Qanunsuz olaraq işdən çıxarılanlar isə məhkəmələrdə öz haqqlarını qorudu, hətta Gülnaz Dadaşovanın qanunsuz işdən çıxartdığı həkim məhkəmə hökmü ilə işə qayıtdı. İnstitutun keçmiş əməkdaşlarının tələbləri nəinki yerinə yetirilmədi,hətta G.Dadaşova bu məsələyə münasibət bildirməyi belə özünə sığışdırmadı və sonda müəyyən adlar altında təcrübəli həkimləri institutdan kənarlaşdırmaq imkanı əldə etdi.
G.Dadaşova instituta işə qəbul etdiyi şəxsləri hansı kriteriyaları əsas götürərək seçdiyini isə ancaq özü bildi. Çünki həmin şəxslərin nazirliyin keçirdiyi imtahanlarda iştirakı və yaxud hansı vakansiyalara qəbul olunması barədə demək olar ki,heç bir məlumat yox idi. Xüsusilə qeyd edilməlidir ki, G.Dadaşovanın qısa müddət ərzində işə qəbul etdiyi şəxslərin sayı son 15 ildə işə götürülənlərin sayından qat-qat çoxdur.. Bu isə məsələdə şəxsi maraqların və qaranlıq məqamların olmasından xəbər verir.
Ümumiyyətlə G.Dadaşova bu və ya digər mənada öz yaxınlarını ətrafına toplamaqda davam etdi. Verilən məlumatlarda bildirilir ki, təxminən bir neçə il əvvəl «yaxın əlaqələri» olan türk iş adamı nəinki institutun təmir olunmasında, hətta idarə olunmasında belə yaxından iştirak edib.
G.Dadaşovanın gəlişindən sonra Kardiologiya İnstitutu “dərman mafiyası”nın oylağına çevrilib. Direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını «imtiyazlı müqavilələr» bağladıqdan sonra almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.
G.Dadaşova elm aləmində “inqilab” hesab olunan plagiat əsəri barədə deyilənlərə də reaksiya verməyi özünə sığışdırmadı. Bu barədə mediada gedən müraciətlərə hələ ki,düz-əməlli bir cavab verilməsə də müvafiq qurumlar-konkret olaraq Ali Attestasiya Komissiyası da susqunluğunu qorudu.
Bir daha bildiririk ki, G.Dadaşovanın “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır. “Əsər”in ərsəyə gəlməsində Mədinə Əzimovanın “Metabolik sindrom zamanı hemodinamika,qanın lipid spektri,insulinərezistenlik,ürək ritmi variabelliyinin əsas parametrləri və müalicənin optimallaşdırılması” mövzusunda dissertasiyasından, eləcə də Nailə Məmmədovanın “Osobennosti kliniçeskoqo teçeniya i izmeneniya qemodinamiki,qemoreoloqii u jenşin postmenopauze,perenesşix infarkt miokarda” mövzusunda dissertasiyasından eninə-uzununa istifadə edillmiş, daha doğrusu köçürülmüşdür. Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da sabiq nazir O.Şirəliyevlə qohumluq və şəriklik yaranandan sonra bu “dahiyanə əsər”in də bəxti açıldı. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olundu və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bildi.
Göründüyü kimi fəaliyyəti “dramatik çalarla” zəngin olan G.Dadaşova bu gün ölkədə aparılan islahatları, yenilənmə proseslərini görməzdən gəlir. Sanki bütün bunların onun rəhbərlik etdiyi instituta heç bir aidiyyatı yoxdur. Ən pisi odur ki, G.Dadaşova instituta rəhbərlik etdiyi dövrdə hərbi çağırışçılarla bağlı obyektiv olmayan, maraqlara söykənən rəylər verilmişdir. Hətta belə hallar sosial təqaüd alan «ağır» xəstələrə də şamil edilir. Yəqin ki, bu səbəbdən media üzərində gedən məlumatlara heç bir rəsmi cavab verilmir, münasibət açıqlanmır. Biz dəvəsi ölmüş ərəbik, Gülnaz xanımın bu kaprizinə də dözərik. Amma, yəqin ki, ondan hesab soruşulanda G.Dadaşovanın kaprizləri keçməyəcək!

«Gündəm Xəbər»

Ardını oxu...
Təkrar-təkrar yazmağa məcburuq ki, Azərbaycan səhiyyəsinin üzərində çox zərərli və çirkin eksperiment aparılır. İslahat adı altında Səhiyyə Nazirliyinə alternativ olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sonra isə onun nəzdində TƏBİB deyilən ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) qurum yaradılır.
Biz bir media olaraq zaman-zaman yazmışıq ki, eyni sahə üzrə pararlel qurumların olması çox zərərlidir. Birincisi, ona gərə ki, vətəndaşlar bu qurumların arasında qalır, o bir teatrda deyilən kimi, şap elə bilir şupdadır, şup elə bilir şapdadır.. Və bu məsələdə vətəndaşlar olmazın əziyyətini çəkirlər. Biz vaxtilə onu da qeyd etmişdik ki, paralel qurumlar həm də dövlət büdcəsinə ziyan vurur. Yeri gəlmişkən, bir neçə gün əvvəl qardaş Özbəkistanda nazirlik və komitələrin sayının 2-3 dəfə azaldılması qərarı verildi. Biz əhalimizin sayına və ərazimizə görə, Özbəkistandan bir neçə dəfə balacayıq.
Biz də bir dövlət olaraq büdcənin BELİNDƏ, BOYNUNDA oturan dövlət qurumlarının sayını azaltmalıyıq. Dövlət aparatını bu boyda şişirtmək olmaz. Lap loru dildə desək, Səhiyyə Nazirliyi varsa, TƏBİB, yaxud əksinə TƏBİB varsa, Səhiyyə Nazirliyi nəyə lazımdır..?
Bunun birini ləğv edin, həm camaatın canı qurtarsın, həm də dövlət büdcəsinin xərci azalsın. Söhbət təkcə səhiyyə sferasından getmir ee... Məsələn, mədəniyyət sahəsini götürək. Bu sahədə rüşvət və korrupsiya dəhşətli həddə çatıb, naziri qoyub 1 il sonra çıxarırlar. Amma buna baxmayaraq hər bir rayonda mədəniyyət şöbəsi oloduğu halda, Allah qoymasa, üstəlik 2-3 rayonu birləşdirib Regional Mədəniyyət Mərkəsi yaradırlar, onlara yer, əmək haqqı, xidməti maşınlar verirlər. Bu mədəni formada büdcəni talamaqdır. Axı, Azərbaycan bir quberniya boyda deyil, bu qədər quruma, bu qədər məmura nə ehtiyac var ? Bir misal da çəkib kifayətlənək.
Təsəvvür edirsiniz, Azərbaycanın Mərkəzi bankı üçün tikilən yeni bina Rusiya Federasiyasının bankının binasından az qala 5 dəfə böyükdür. Nə isə əsas mövzudan yayınmayaq. Söhbət Sabunçu rayonundakı 3 saylı Tibbi Mərkəzin fəaliyyətindən gedir. Qısa da olsa məlumat verməyə məcburuq ki, TƏBİB rəhbərliyinin apardığı qondarma islahat nəticəsində rayonlarda Ərazi Tibbi Bölmələri yardılıb. Bakının rayonlarında isə rayonun ərazisindəki xəstəxanalar, poliklinikalar birlşdirilərək Tibbi Mərkəzlər yaradılıb.
Təsəvvür edirsiniz Doğum evi ilə Stomatoloji Poliklinika bir mərkəzdə birləşdirilib. Ötən yazılarımızda Nərimanov Rayon Tibb Mərkəzinin və onun direktoru Fazil Alməmmədovun yarıtmaz faəliyyətindən bəhs etmişdik.
İndiki yazının mövzusu isə Sabunçu Rayon 3 saylı Tibbi Mərkəzdir. Məlumat üçün qeyd edək ki, Sabunçu rayonu ərazisində 246 min insan yaşayır, bu rayonda 18 tibb müəssisəsi var, bu tibb ocaqlarında 751 həkim, 1730 orta tibb işçisi fəaliyyət göstərir və çarpayı sayı 1254-dür. Sabunçu ƏRAZİ TİBB BÖLMƏSİNƏ aşağıdakı xəstəxanalar daxildir: 8 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 5 nömrəli Uşaq Yoluxucu Xəstəxanası 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 4 nömrəli Vərəm Əleyhinə Dispanser 3 nömrəli Uşaq Stomatoloji Poliklinikası 11 nömrəli Şəhər Poliklinikası 22 nömrəli Uşaq Poliklinikası 2 nömrəli Doğum Evi 22 nömrəli Şəhər Poliklinikası 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Kürdəxanı Sağlamlıq Mərkəzi 12 nömrəli Şəhər Poliklinikası 36 nömrəli Şəhər Poliklinikası Həkimlərin Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə Klinikası 3 nömrəli Şəhər Klinik Xəstəxanası 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Zabrat Müalicə Diaqnostika Mərkəzi 21 nömrəli Şəhər Poliklinikası İndi isə bu xəstəxanalrın bir hissəsini birləşdirib 3 saylı Tibb Mərkəz yaradıblar. Və Mərkəzə 2 nömrəli Sabunçu Doğum Evini, Maştağa Ruhi Dispanserini və digər tibb müəssisələrini tabe ediblər. Mərkəzin direktoru isə Fikrət Zeynalovdur. Bizim Fikrət Zeynalovla, onun mərkəzdə çalışan qohumları, yaxınları, doğmaları ilə işimiz yoxdur. Bizim iradımız odur ki, Mərkəzin həkimləri əmək məzuliyyətində olduğu halda nə üçün hər gün işə gəlib-gedirlər ?
Onların məqsədi nədir..?
Mərkəzin şöbə müdirləri Qaracayev İlqar, Quliyev Heyran, Abdullayev Ədalət necə olur ki, hər dəfə yoxlamadan quru çıxırlar..?
Nə üçün bu şəxslər qanunsuz əməllərinə görə, həbs olunmurlar..?
Təsəvvür edirsiniz 3 saylı Tibb Mərkəzdə bir çox vətəndaşlar hərbi qulluqdan yayınmaq üçün külli miqdarda pul verib arayış alırlar. Sonra 3 saylı Tibbi Mərkəzdə narkotik xəstələri ilə bağlı baş verən cinayət əməlləri də diqqətdən yayınmır. Bütün bunlar və digər cinayət əməlləri ilə bağlı növbəti araşdırma yazısında bəhs edəcəyik.
Növbəti sayımızda 3 saylı Tibbi Mərkəzdə, Nevrologiyadakı xəbər daşıyan Zema xanımın, Baş həkimin köməkçisi Firdovsinin, xəstəxananın yeməkxanasından oğurlanan ərzaq məhsullarının Kürdəxanıda satılmaq üçün hansı marketə boşaldılmasından, xəstəxananın yeməkxanasının yeni müdiri Aynur kişinin iş fəaliyyətindən, Mahirlə İlqarın və Xəqaninin xəstəyə sağlam arayışı verməsindən və arada olan narazılıqdan bəhs edəcək yazı dərc edəcəyik. Hətta Baş həkimin qohumlarının kimliyi və ya aptekin müdiri Müşviqə xanımın, Şövkət xanımın, Aynurun, Mürsəlin, (Gərayın dayısı oğlu) Sədaqətin, anbardar Yaqutun, kirvə Zəminənin, parkovşik Farizin, böyük tibb bacısı Sevil xanımın, lor Arzunun, Əsmərin, Kəmalənin, rəfiqə Vəfanın, rengen Heyranın və başqalarının qohumluq münasibətlərinə aydınlıq gətirəcəyik.
P.S. Xatırlatma: Bir nəfərin kürəkənindən xahiş edirik ki, işimizə müdaxilə etməsin, əks halda rəhbərlyinizə məlumat veriləcək.
 //gundelik-baku.com//
Ardını oxu...
Zaman-zaman doğum evlərində baş verən qanunsuzluqların, övlad dünyaya gətirən valideynlərdən tələb olunan rüşvətdən, ana və körpə ölümləri ilə bağlı məyusedici xəbərlərlə çox rastlaşmışıq. "Gündəm Xəbər" olaraq bu kimi neqatif halları hər zaman ictimaiyyətin diqqətinə çatdırmışıq.
Demək olar ki, elə bu ənənəvi hadisələr indi də doğum şöbələrində davam edir. Elə bu günün özündə də dünyaya körpə gətirən valideynlərin dərisi, bəzi həkimlər (həkim-ginekoloqlar) tərəfindən Nəsiminin dərisi kimi soyulur. Lakin TƏBİB və digər qurumların sərt müdaxiləsi də heç bir nəticə vermir.
Bir sözlə, dəyişən heç nə yoxdur. Yenə də "köhnə hamam, köhnə tas" ənənəsi ilə iş prinsiplərini davam etdirirlər və doğum evlərinin baş həkimləri yenə də öz doğuş "bazarlarını" qoruyub saxlayırlar.
Bu ənənəni daha çox "təcrübəsi" çox olan, uzun illər doğum evlərini öz şəxsi biznesi kimi idarə edən söbə müdirləri həyata keçirir.
Necə ki, hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində baş verən hoqqalardan, narazılıqlardan və eyni zamanda həkimlərin özbaşınalıqları hər kəsi təəccübləndirir.
Xəstəxananın doğum evindəki narazılıqlarla bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirmək və aydınlıq gətirmək üçün yazı öncəsi şöbənin baş həkimi Leyla Ağalarovayla telefon əlaqəsi yaratdıq.
İlk əvvəl Leyla xanımın Yeni il bayramını təbrik edib, daha sonra keçdik mətləbə. Elə ağzımızı açıb problemlərdən bəhs etmək istəyirdik ki, Leyla xanım bizə Türkiyənin İstanbul şəhərində olduğunu dedi və ardıncada butün günahları onu əvəz edən Ofeliya İsmayılovanın üzərinə atdı.
Heç imkan vermədi ki, fikrimizi tam yekunlaşdıraq və mövzunu daha ətraflı diqqətinə çatdıraq. Biz suallarımızı bitirmək istəsək də, ancaq Leyla həkim buna imkan vermir, elə hey telefonun o tayından Ofeliya İsmayılova deyib dururdu. Doğrudur, Ofeliya İsmayılova kimdir, nəçidir biz bilmirik. Ancaq Leyla həkimin elə hey onun adını hallandırması bizdə bir təəccüb doğurdu.
Hələ də fikirləşirik ki, Ofeliya xanım ilə Leyla həkimin nə kimi problemləri var?
Hələ bu azmış kimi Leyla Ağalarova Türkiyədə oturub bizi də hədələməkdən əl çəkmir.
Elman Qəmbərov
GundemXeber.Az

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adıçəkilən tərəflərin yenə də mövqeyini öyrənməyə çalışacaq və TƏBİB-ə də sorğu ünvanlayacağıq.
Ardını oxu...
Milli Qəhrəman və Şəhid ailələri şirkət nümayəndəsi tərəfindən incidilir və təhqir edilir. Bu barədə İmişli rayonundan göndərilən videomüraciətdə bildirilir

Əslən Kəlbəcər rayonundan olan, hazırda İmişli rayonunun Məmmədli kəndi ərazisində yerləşən Qaçqın düşərgəsində – Narınclar kəndində yaşayan Milli Qəhrəman və şəhid ailəsi, eləcə də birinci Qarabağ savaşının qazi ailəsi adından BECAN.AZ-ın internet ünvanına şikayət daxil olub. Sənədlər və videoçəkilişlər şəklində göndərilən müraciətdə “Sarıyal” kəndli-fermer təsərrüfatının direktoru, şəhid ailəsi, qazi Xaliq Xurşud oğlu İbrahimov və Milli Qəhrəman İmamverdi Barat oğlu Əliyevin qardaşı Novruz Barat oğlu Əliyev qanuni sənədlərlə istifadə etdikləri otlaq-örüş sahəsinin “GP İmişli Cotton” MMC şirkətinin əməkdaşları tərəfindən əsassız şəkildə zəbt olunduğunu iddia edirlər.

Şikayətçilərin videomüraciətində bildirilir ki, 5 qazi və 3 şəhid ailəsi 2000-ci ildə, dövlət qanunlarına uyğun olaraq, Kəlbəcər RİH başçısının müvafiq sərəncamı ilə İmişli rayonunun Məmmədli kəndi ərazisində, Kəlbəcər rayonuna məxsus otlaq-qışlaq sahəsində 200 hektar ərazi hüdudlarında “Sarıyal” kəndli-fermer təsərrüfatını yaradıblar. Və bu vaxtadək təyinatı üzrə - heyvandarlığın inkişafı məqsədilə istifadə ediblər. Şikayətçilərin sözlərinə görə, lakin 2022-ci ilin avqust ayında, “GP İmişli Cotton” MMC-nin nümayəndəsi Nicat Abdullayev Xaliq İbrahimova zəng edərək, təhqir dolu ifadələrlə, onların sözügedən ərazini boşaltmalarını istəyib. Xaliq İbrahimovun verdiyi bilgiyə əsasən, Nicat Abdullayev həmin ərazini 2016-cı ildə İmişli RİH-nin keçmiş başçısı Vilyam Hacıyevdən (Vilyam Hacıyev hazırda həbsdədir! – red.) aldıqlarını bildirib.

Daha sonra, şikayətçi qeyd edir: “Əlimizdə Sərəncam, Torpaqdan Müvəqqəti İstifadə Hüququna Dair Şəhadətnamə, Dövlət Reysrtindən Çıxarış, eləcə də vergi ödənişlərinə dair sənədlər ola-ola, Nicat Abdullayev bizi müxtəlif məmurların, “Paşa Holdinq”in, “Bandotdel”in adlarıyla hədələyərək, torpaqdan çıxmağımızı istəyir... Vilyam Hacıyev hazırda həbsdədir, cinayət əməllərinə görə məsuliyyətə cəlb olunub, amma bunlar onun adından istifadə edirlər... Torpaq uğrunda vuruşan biz, şəhid olan biz, bizi “Banotdel”lə hədələyirlər... Xahiş edirik, səsimizin aidiyyatı dövlət orqanlarına çatdırılmasında bizə kömək edəsiniz.”... Daha ətraflı, videomüraciətdə:

Qeyd: İnternet axtarışları nəticəsində əldə etdiyimiz bilgiyə əsasən, “GP İmişli Cotton” MMC şirkəti “GP Cotton Holdings” MMC-nin bir qolu olmaqla, “Gilan Holdings” MMC-nin şirkətlər qrupuna aiddir.

Xüsusi qeyd: Göndərilən elektron şikayətin tərkibində sözügedən otlaq-qışlaq səhəsinin ərazisindəki, adı “Qırmızı kitab”a salınmış yulğun ağaclarının, texnikalarla şumlanaraq, kütləvi şəkildə məhv edilməsini əks etdirən videogörüntülər də var ki, onları da saytımız vasitəsilə yaxın günlərdə aidiyyatı qurumların və oxucuların diqqətinə çatdıracağıq.

Şikayətdə adı halanan şirkətin və şəxsin mövqeyini dinləməyə hazırıq.

 
 
 
Ardını oxu...
Azərbaycanda son illər korrupsiyaya qarşı aparılan mübarizə, hüquq-mühfizə orqanlarının apardığı əməliyyatlar, eləcə də müstəqil araşdırmalar “kölgə iqtisadiyyat”ı ilə bağlı yeni-yeni faktları gün işığına çıxarır. Bəzən proseslər elə sürətlə baş verir ki, bir məmurla bağlı başlayan araşdırmalar başa çatmamış digər məmurun talançılıq və korrupsiya yolu ilə əldə etdiyi milyonlarla dollarlıq sərvəti, biznes obyektləri üzə çıxır. Bax, elə hazırda Naxçıvanın Ali Məclisinin sabiq sədri Vasif Talıbovun biznesinə əl qoyulması ilə bağlı intensiv xəbər axının müşahidə olunduğu bu günlərdə daha bir vəzifəli şəxslə bağlı iddia gündəmə gəlib.

Belə ki, Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun özünün və oğlunun böyük şirkətləri üzə çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı, böyük məmurların “vurulduğu”, həbs olunduğu bir vaxtda hansısa bir qurumun rəhbərliyində çalışan müşavirin bu qədər sərvəti necə əldə etməsi əlbəttə, təəccüb doğurmaya bilmir. Ancaq kiçik araşdırmalardan sonra bu sərvətin necə deyərlər, mənbəyi də, mənsəbi də məlum olur.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, Şahin İbadov bilavasitə AAYDA-nin sədri Saleh Məmmədovun xüsusi himayəsi altında böyük səlahiyyətlər əldə edib. O, bu səlahiyyətlərdən “səmərəli” istifadə edərək, külli miqdarda sərvətə sahiblənib. Uzun illərdir yol infrasturkturu ilə bağlı mühüm dövlət vəzifələrində çalışan Şahin İbadov el dili ilə desək, papağını günə yandırmayıb. Saleh Məmmədovun kölgəsinə sığınan müşavir bu illər ərzində özünə və ailəsinə böyük biznes imkanları yaratmağı bacarıb.
Qeyd edək ki, Şahin İbadov hazırkı AAYDA sədrinin müşaviri vəzifəsinə qədər Şəki və Oğuz yol tikinti istismarı idarəsinin rəisi, Bakı 4 saylı idrənin rəisi, “AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, “Azəravtoyol” sədrinin məsləhətçisi vəzifəsində çalışıb. və hazırda isə AAYDA sədrinin müşaviridir.
Əldə etdiyimiz məlumata görə, Şahin İbadov həm də Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. QSC-nin qanuni təmsilçisi isə Məhərrəmov Tofiq Vüqar oğludur.
Ardını oxu...
Ancaq AAYDA sədrinin müşavirinin biznesi təkcə bu QSC ilə məhdudlaşmır. Saleh Məmmədovun “sağ ıli” olan bu şəxsin “TransTikinti” MMC-si də var. Bu şirkətin 100 faizlik səhmləri isə Şahin İbadovun oğlu Namiq İbadzadəyə məxsusdur. Bir müddət əvvəl bu şirkətin də qanuni təmsilçisi Məhərrəmov Tofiq Vüqar oğlu olub.
Ardını oxu...
Qeyd edək ki, Tofiq Məhərrəmov da necə deyərlər, yad adam deyil, AAYDA sədrinin müşavirinin yaxın qohumudur. O, Azərbaycan İqtisad Universitetinin tələbəsi olub və burada da 2019-cu ildə magistr dərəcəsi alıb. O, magistr dissertasiyasını alarkən, elə beləcə də yazıb: “Mən, Məhərrəmov Tofiq Vüqar oğlu and içirəm ki, “Respublikada ticarət firmalarının marketinq strategiyasının formalaşması” mövzusunda magistr dissertasiyasını elmi əxlaq normalarına və istinad qaydalarına tam riayət etməklə və istifadə etdiyim bütün mənbələri ədəbiyyat siyahısında əks etdirməklə yazmışam”.
Ardını oxu...
AAYDA sədrinin müaşviri Şahin İbadovun oğlu isə hazırda “Siracoglu” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Qaynarinfo-nun araşdırmasına görə, 2019-cu ildə MMC yarananda şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub. “Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır. “Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qarabağdakı maxinasiyalar
Şahin İbadov həmçinin BTK QSC və digər (yaxın qohumarın adına qeydiyyatdan keçmiş) şirkətlər vasitəsi ilə 2 milyon manatdan yuxarı şəxsi avtomobil parkını (15-ə yaxın bahalı avtomobil) iri texnikalar üçün nəzərdə tutulmuş sürtgü yağları ilə barter edib. Sonradan o, vəzifəsindən sui-istifadə edərək, həmin yağları Qarabağda çalışan şirkətlərə və AAYDA-nın digər müəssisələrinə satıb.
Ardını oxu...
Bundan başqa Şahin İbadov 2003-cü ildə yaradılan və sonradan müflis elan edilən tikinti şirkəti “Azərinşaat”a məxsus 100 ədədə yaxın yol tikinti texnikasını qeyri-qanuni yolla əldə edərək, Qarabadağda çalışan yol tikinti şirkətlərinə müqaviləsiz və yuxarı qiymətlə icarəyə verib. O, bu yolla əldə etdiyi vəsait hesabına BTK QSC-nin adına Ağ Şəhərdəki “Knightsbridge” Yaşayış Kompleksində bir mərtəbə (1000 m2 yaşayış sahəsi) alıb. Əmlakın dəyəri 3 000 000 manatdır.
Əlbəttə ki, bu boyda sərvəti halal yolla toplamaq əlbəttə mümkün deyil. Bəs görəsən, müşavirin “halal olmayan yolları” nə vaxt araşdırılacaq. Saleh Məmmədova müşavirinə etdiyi himayənin məsuliyyəti sorğulanacaqmı?
Ardını oxu...
 
Ardını oxu...
Masallı rayonu Qədirli kənd sakini Qasımov Mirəddin Akif oğlu redaksiyamıza müraciət edərək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şərləndiyini iddia edir.

Sürücü bildirir ki, idarə etdiyi ZİL MMZ 554 markalı, 90 KR 110 Dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə özünə məxsus ot bağlamalarını satmaq məqsədilə Lənkəran rayonuna apararkən Vilvan kəndində heç bir yol nəqliyyat hərəkəti pozuntusu etmədiyi halda Lənkəran rayonu Yol patrul xidmətinin inspektoru tərəfindən saxlanılır.
Sürücünün iddiasına görə özünü Lənkəran rayonu Yol patrul xidməti inspektoru polis sıravisi Məmmədli Mahir Şakir oğlu kimi təqdim edən əməkdaş əvvəlcə sürücüdən şirinlik adıyla rüşvət istəyir. Qarşılaşdığı vəziyyətə öyrəncəli olan sürücü polisə beş manat pul verir. Polis sıravisi beş manat pulun az olduğunu bildirərək, pulu sürücüyə qaytarır.
Sonra sürücüyə yol nişanı qaydalarının tələbini pozduğunu və sərxoş olduğunu əsas gətirərək heç bir hal şahidi olmadan, sürücünü yerindəcə alkotester edirlər. Sonra “sərxoş” sürücünün özünə nəqliyyat vasitəsini idarə edərək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin cərimə meydançasına getməsini tələb edirlər. Sürücü ZİLini sürərək meydançaya gedir.
Polis Bölmədə sürücü Mirəddin Qasımov sərxoş olmadığını bildirərək, həkim müayinəsindən keçmək istədiyini bildirir. Lakin onun bu istəyinə məhəl qoyan olmur.
Vəziyyəti belə görən Mirəddin Qasımov həkim müayinəsindən keçmək üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gedir. Lakin həkimlər onun yanında polis əməkdaşı olmadığını əsas gətirərək tibbi müayinədən keçirmirlər.
Sürücü yenidən polis idarəsinə qayıdır. İdarədə ona İnzibati Xəta Haqqında Protakol tətbiq edilərək, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələrinə uyğun cərimə yazılır. Bildirək ki, 400 manatlıq həmin cərimələr Yol hərəkəti Nişanının tələbinin pozulması və sərxoşluğa görədir.
Daha sonra polis əməkdaşları sürücüyə bildirirlər ki, nəqliyyat vasitəsini cərimə meydançasından götürüb gedə bilər. Sürücü protakolun surətini və nəqliyyat vasitəsini özü idarə edərək cərimə meydançasını tərk edir.

Burada bir neçə qaranlıq sual yaranır.
1. Sürücü sərxoşdursa nə üçün tələb etməsinə baxmayaraq həkim müayinəsinə aparılmır.
2. Sürücü alkotester yoxlamasından keçirsə nə üçün hal şahidi dəvət edilmir?
3. Əgər sürücü həqiqətən də sərxoş idisə nə üçün saxlanıldığı yerdən cərimə meydançasına, sonra isə cərimə meydançasında çıxaraq nəqliyyat vasitəsini özü idarə edir?
Saytımıza etibarlı mənbədən daxil olan məlumata görə bu Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən sürücülərə qarşı edilən ilk belə hal deyil.
Polis mayoru Mirxəyal Hüseynov 8 aydır ki, bölməyə rəisi təyin ediləndən Lənkəran DYPsi sürücülərə qənim kəsilib. Tabeliyində olan polis əməkdaşlarını da boğaza yığaraq onlara plan qoyub ki, gün ərzində qanuni, qeyri qanuni hər biri ən azı 3-4 avtomobil cərimə meydançasına gətirməlidir. Sonra isə, həmin nəqliyyat vasitələri Mirəddinin başına gətirilən oyuna bənzər cərimələnərək “azadlıq”a buraxılır.
Hazırda əlacsız qalan Mirəddin Qasımov pozulduğu hüquqlarının bərpası və özbaşınalıq edən polis əməkdaşının cəzalanması üçün saytımız vasitəsi ilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, Baş Prokurur cənab Kamran Əliyevdən kömək istəyir.

Sürücü Mirəddin Qasımov 0514963689
tia.az
 
Ardını oxu...
Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova kobud qanun pozuntusuna yol verməklə yanaşı, səlahiyyət həddini də aşıb. Bu qanunsuzluq iki vətəndaş arasında torpaq mübahisə ilə bağlı məhkəmə çəkişməsində baş verib.

AzFakt.com xəbər verir ki, məsələnin təfərrüatı bundan ibarətdir ki, iddiaçı F.Əlləzov iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına cavabdeh R.Allahyarovun adına qeydə alınmış əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsini, cavabdeh ilə onun arasında bağlanmış müqaviləyə xitam verilməsini tələb edib.

Həmçinin, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək, onunla cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

09 dekabr 2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova tərəfindən çıxarılan qətnamə ilə iddiaçı F.Əlləzovun iddia tələbi qismən təmin olunmuş, cavabdeh R.Allahyarov ilə aralarında bağlanmış müqavilənin ləğv olunması, Binəqədi rayonu, ərazisində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakların iddiaçı və cavabdeh arasında 1/2 hissədə payları müəyyən olunmaqla bölünməsi elan edilərək qət olunub.

Burada mübahisəyə səbəb olan məsələlərdən ilki ondan ibarətdir ki, məhkəmə tərəfindən 1/2 hissədə bölünməsi nəzərdə tutulan Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən əmlaklar dövlət qeydiyyatına alınmayıb. Hansı ki, hakim Nərmin Əhmədova daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan hər hansı əmlakın bölünməsinə dair qətnamə çıxarmaqla R.Allahyarov və iddiaçı F.Əlləzov arasında mülkiyyətdə olmayan əmlaka dair paylar müəyyən edib, bununla da mülki qanunvericilikdən irəli gələn şərtlərin kobud pozuntusuna yol verməklə bərabər, öz səlahiyyət dairəsini də aşıb.

Hakim qətnamə qəbul edərkən qətnamənin nəticə hissəsinin imperativ formada yazılmalı olmasında da məlumatsız olduğu görünür. Digər tərəfdən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

Qeydiyyata alınmayan əmlaka hakim tərəfindən payın müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini mənimsəməklə nəticələnib. Mülkiyyət hüququnun yaranması məsələsinə yanaşmalar müxtəlifdir. Belə ki, ümumi (ingilis-sakson) hüquq sistemi ilə qitə (roman-alman) hüquq sisteminə aid olan dövlətlərin qanunvericiliyində fərqli qaydalar mövcuddur. Ümumi hüquq sistemi dövlətlərində, bir qayda olaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun və digər hüquqların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınmır. Qitə hüquq sistemi dövlətlərində, o cümlədən Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur (Konstitusiya Məhkəməsinin Plenum qərarı)

Hakim Nərmin Əhmədova tərəfindən yol verilən digər kobud pozuntu ondan ibarətdir ki, iddiaçının cavabdehə qarşı eyni məzmunlu tələblərlə dəfələrlə məhkəməyə müraciət etdiyini, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən (Hakim İlqar Dadaşov) məsələyə yekun hüquqi qiymət verildiyini bildiyi halda preyudisiallığın pozulması ilə qətnamə qəbul etmişdir.

Yekunda qeyd etmək istəyirəm ki, hakimlər toxunulmaz və müstəqil olsa da, nəzərə almaq lazımdır ki, onlar da Azərbaycan Respublikasının Konstitutsuyası və qanunlarına tabedirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 295-ci maddəsində onlar üçün bilə-bilə ədalətsiz hökm çıxarmaya görə məsuliyyət nəzərdə tutulub.
 
Ardını oxu...
Azərbaycanda vəzifə mənsublarının öz səlahiyyətlərindən sui-istifadə edərək böyük sərvət sahibi olması, qısa müddət ərzində oliqarxa çevrilməsi demək olar ki, adi haldır. Sanki dövlətin verdiyi səlahiyyətləri şəxsi maraqları naminə istifadə etmək bunların vəzifə borcudur. Sirr deyil ki, ölkədə istənilən böyük biznes qurumunu, şirkəti qurdalasan arxasından mütləq iri bir məmurun adı çıxacaq. Paytaxtda və bölgələrdə ən axar-baxarlı, gözəgəlimli torpaq sahələri də fəqir-füqəranın deyil. Elə bu torpaqları da ata malı kimi özününküləşdirənlər məmurlardır. Neyləsinlər, torpaq sevgisi yazıqları birtəhər eləyib.
Sosial şəbəkələrdə vəzifə səlahiyyətlərindən istifadə edərək “torpaq sevgisi”ni hektarlarla gerçəkləşdirən biri haqqında məlumat verilir. Haqqında bəhs edəcəyimiz şəxs uzun illər məhkəmə orqanlarında yüksək vəzifələrdə işləyən Gülzar Rzayevadır. Məhkəmə sistemində ən ali kürsülərdə əyləşən Gülzar xanımın son iş yeri Ali Məhkəmə olub. 2000-2005-ci illərdə Apellyasiya Məhkəməsinin sədri, 2005-2010-cu illərdə isə Səbail rayon məhkəməsinin sədri olub.
Bu yazımızda Gülzar xanımın hakim kimi fəaliyyətini təftiş etmək fikrində deyilik. Bizi daha çox onun “torpaq sevgisi” narahat edir. Xüsusilə onun Səbail rayon məhkəməsinin sədri olarkən Badamdar ərazisinə olan “məhəbbəti” burada böyük ərazilərin zəbt olunması ilə nəticələnib. Qəsəbənin üçüncü massiv adlanan hissəsində belə desək ən bahalı ərazilərində böyük torpaq sahələri müxtəlif şəxslərin adına sənədləşdirilərək ələ keçirilib. Torpaq sahələri ələ keçirilərkən dövlətə hər hansı rüsumun ödənildiyini dəqiq bilməsək də üçüncü massivdə Gülzar xanımdan başqa demək olar ki, üçüncü bir şəxsin torpağı yoxdur (təbii ki, bu torpaqlar başqa-başqa şəxslərin adına rəsmiləşdirilib).
Badamdarda Gülzar Rzayevanın müxtəlif şəxslərin adına sənədləşdirərək satdığı torpaq sahələrinin isə sayı-hesabı yoxdur. Bu ticarət indiyə qədər davam edir. Maraqlıdır ki, hər məmur kefi istədiyi qədər torpaq sahəsini zəbt edərək özününküləşdirirsə bəs bu binəva xalqa nə qalır? Torpaq təəssübkeşliyimi? Onu qorumaqmı? Torpağı zəbt edəndə heç kimə imkan verməyənlər onu qorumaq lazım olanda nədənsə heç gözə görünmürdülər. Hər halda hüquq-mühafizə orqanları G.Rzayevanın bu “torpaq sevgisi”ni araşdırsalar yaxşı olardı. Çünki bəziləri üçün torpaq hər sotunun qiyməti qalxdıqca VƏTƏNDİR !

"Gündəm Xəbər"
 

Dünyapress TV

Xəbər lenti