Ardını oxu...
61 saylı Neftçala seçki dairəsinin sədri Zaur Kərimov haqda bu günlərdə məlumat dərc etmişdik. Dairə sədrinin oğlunun qalmaqalı yer alan həmin məlumatdan sonra redaksiyamıza Neftçala rayonunun bir qrup fermeri tərəfindən məktub daxil olub. Reportyor.info-ya müraciət edən fermerlər Z.Kərimovun dairə sədri olmasına baхmayaraq əsl torpaq bazarı açdığını bildirirlər. Müraciətdə bununla bağlı konkret faktlar yer alıb:”Həsənabad qəsəbə sakini İsayev Asif Əmiraslan oğlu ilə iş birliyinə girərək, rayonun müxtəlif ərazilərində ona torpaq sahələri verib gəlirin on faizinə şərik olub.
Ötən il Kürağzı dövlət fond torpağında, dənizin qorunma zolağında Ələkbərov Sərvər Sərdar oğluna hektarı 70 manatdan olmaqla 250 hektar torpaq satıb. Halbu ki, həmin ərazidə Zaur Kərimovla anlaşmadığı üçün İsbat Bayramov adlı fermer haqda inzibati tədbir görülmüşdü. Bu il isə, N saylı hərbi hissənin ərazisini şumlatıraraq əkin sahəsi kimi satmaq istəyir. Torpağın icarə müqaviləsi bitən fermerlərdən 1500 manat pul alaraq torpağın qanunsuz istifadəsinə şərait yaradır. Belə fermerlərdən biri rayonun Boyat kənd sakini Z. Kərimovla bu yaxınlarda eyni qiymətə anlaşıb. Lerik obasında Tofiq adlı şəxsin əli ilə fermerlərdən qanunsuz olaraq xərac yığır. Xol qəsəbəsində isə eyni işi Z. Kərimovun Vüsal adlı adamı görür. Birinci Mayak ərazisində Rəsul adlı şəxs Zaurla anlaşaraq 300 hektar ərazini əkir. Həmin ərazinin bələdiyyə sədri Nağıyev İmamnəzər Z. Kərimovun maxinasiya ortağıdır”.
Rayon fermerlərinin sözlərinə görə Zaur Kərimov torpaq bazarlıqlarını açıq aşkar DSK binasında aparır və bütün fəaliyyətini icra başçısı ilə razılaşdırdığını bildirir. Onu məntəqələr formalaşarkən topladığı pullar və DSK üçün büdcədən ayrılan vəsaitlərlə bağlı əməliyyatlarını növbəti yazımızda dərc edəcəyik. //Reportyor.info//
Ardını oxu...
Etibarlı mənbədən redaksiyamıza daxil olmuş məlumata görə, 2023-ci il Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin karyerasının sonunu gətirəcək. Çünki arxada qalan 2022-ci ildə o, həmişəki korruptiv əməllərindən başqa, həm də çox ciddi səhvə yol verib.

Mənbənin verdiyi informasiyaya görə, keçən il Prezident İlham Əliyev Qarabağa səfərlərindən birində kortej keçdiyi Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun Beyləqan – Ağcabədi nahiyəsində “Azərbaycan Əsgəri” abidəsini ötəndən sonra yerli sahibkara məxsus yolüstü restoranda qısamüddətli dayanmalı imiş. Qabaqcadan müəyyən olunmuş reqlamentə görə, yol hərəkətinin tənzimlənməsi işləri görülür. Lakin bir neçə saat öncə məlum olur ki, seçilən iaşə obyektinin yol ilə arasında qalan torpaq sahəsi asfaltlanmaya ehtiyaclıdır. Bu işin yerinə yetirilməsi qalan vaxt ərzində mümkün olduğu üçün Prezident Administrasiyasından göstəriş alan vəzifəli şəxslərdən biri RİH başçısı Asif Ağayevə zəng vurur. Amma dəfələrlə zəng vurulmasına baxmayaraq, aşağıdan yuxarı bütün müraciətlərə laqeyd yanaşmağı vərdiş eləmiş Asif Ağayev telefonu açmır ki açmır. Başçının hərəkətsizliyi barədə Administrasiyaya məlumat gedəndən sonra rayon rəhbərinin əvəzində bu məsul işi öz üzərinə Beyləqanda nüfuzu olan başqa bir vəzifəli şəxs götürür, yerli asfalt zavod müdirlərinə, yol inşaatı funksionerlərinə xahiş edir, vədə tamam olana kimi məsələni yoluna qoyur. Kortej həmin məkana çatana yaxın Asif Ağayev də gəlib hər şeyin qaydasında olduğunu görür.

Qeyd olunur ki, həmin hadisədən sonra Asif Ağayevin vəzifədən getməsi netləşib. Amma itirəcəyinin təkcə vəzifə kreslosundan ibarət olmayacağını başa düşən başçı xahiş-minnətlə möhlət götürüb və işdən kənarlaşana kimi bir çox kəm-kəsirini ödəyəcəyini vəd edib.

Mövzuya qayıdacağıq.

RealMedia.az
 
Ardını oxu...
Deməli, Ağstafa rayon icra hakimiyyətindən altı nəfər Vətən müharibəsinə çağırılıb. Lakin çağırış vərəqəsi gələnlərdən cəmi biri döyüşlərdə sona qədər olub. O da Ariz Qədiməliyevdir. Ağstafa İH aparatının sözügedən işçisi 44 günlük savaşda axıra qədər cəbhədə olsa da, digərləri geri çağırılıb. Guya həmin şəxslərə İH-də ehtiyac olduğuna görə işə qayıdıblar. Görəsən Ağstafa İH-də müharibədən daha vacib nə iş olub ki, onları geri çağırıblar?
Sadəcə, sual meydana çıxır – Agstafanın 1 saylı orta məktəbinin direktoru olmuş şəhid Elvin İmaməliyevə məktəbdə ehtiyac olsa da, nədənsə səfərbərlikdən saxlanılmadı, amma İH-nin işçiləri geri çağırıldı?

Bundan əlavə, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun tapşırığı ilə hüquq şöbəsinin müdiri Qayıb Hadıyevin səfərbərlikdən yayındığı iddiaları səslənməkdədir. Bu faktın özü də araşdırılmalıdır.

Mənbə Fb:Arifə Əliyeva //dunyanınsesi.az//
 
 
 

Ardını oxu...
 
 

 
İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı video çəkərək narazılıq edən müəllimə məsələ ilə bağlı açıqlama verib.

 

Həmin müəllimə qeyd edib ki, video iki-üç ay əvvəlin olub, amma o, bunu yayanlara təşəkkür etdiyini deyib:.
“Sosial portallarda mənim haqqımda videolar yayıldı. Əslində bu, iki-üç ay öncə çəkilmiş video idi. Bunu kim yaydısa, bilmirəm. Allah köməyi olsun, xeyirimizədir. Bu gün mən məktəbin problemlərini gizlədirəmsə, mənə ayıb olsun. Amma siz gizlədirsinizsə, sizə ayıb olmasın, eləmi? Ona görə də mən bir qarabağlı olaraq və bu məktəbə elə-belə gəlmədiyim üçün bunu etməli idim”.

Müəllim direktordan narazılıq edərək deyib ki, direktor müəllimin məşhurlaşmaq üçün bu videonu çəkdiyini qeyd edib:

“Direktor orada işlətdi ki, Leyla müəllim məşhurlaşmaq istəyir. Mən o direktora buradan demək istəyirəm ki, mən müğənni deyiləm, məşhurlaşam. Nə oldusa, siz o məktəbə gələndən sonra oldu. Siz orada banda yaratdınız, təhsilin də səviyyəsi aşağı düşməyə başladı. Boynunuza alın ki, yeganə müəllim mənəm ki, məktəbə gəldiyim ilk ildən şagirdlərimin nəticələri yüksəkdir. Bunu heç yerdə demədiniz, amma mən məktəbini vəziyyətini dedim deyə, Leyla müəllim məşhur olmaq istəyir ifadəsini işlətdiyiniz, üçün gəlib baxsınlar ki, kimdir yaman? Mən şagirdlərə görə hər şey edəcəyəm”.

Daha ətraflı videoda:

 

XalqXeber.Az
Ardını oxu...
Teref.az yazır ki, bunu vətəndaş Murad Ismayilov öz feysbuk səhifəsində paylaşıb....
Azərbaycanda Dövlət xəstəxanalari tipbi siğortaya keçdiki nəticəsi belə ola? Tipbi siğorta dərman vastələrini mənimsəyir həkimlərdə nə qoparda bilirsə qopardir özbaşinaliq baş alib gedir dövləti xalqi soyur fürsəti olan Buda 100 lərlə qanun pozuntusunan bir fakt...

 
 
 
Ardını oxu...
Azərsu Açıq Səhmdar Cəmiyyətinin yerlərdə olan Su Kanal İdarəsi adlı qurumu yenə etdiyini edib.

Sirr deyil ki, dəfələrlə ölkə paytaxtında və regionlarda kanalizasiya, su xətlərinin çəkilməsi məqsədilə qazılan yolların yenidən bərpa olunmaması ilə bağlı faktlarla üzləşmişik.

Bu dəfə eyni problemlə Gəncə şəhərinin Xudat Rəfibəyli küçəsinin sakinləri üzləşiblər.

Kanalizasiya və su xəttlərinin çəkilməsi məqsədilə dağıdılan asfalt örtük qazılıb, yollar darmadağın edilib. Ərazidə nəzərdə tutulan işlər görülsə də, sonradan bərpa işləri aparılmayıb. Su və kanalizasiya xəttləri yenilənib, ancaq dağıdılmış asfalt örtük əvvəlki vəziyyətinə qaytarılmayıb. Halbuki xəttlər çəkildikdən sonra asfaltın bərpa olunacağı barədə vəd verilmişdi.

Hazırda Rəfibəyli küçəsi keçilməz olaraq qalmaqdadır

Dağıdılmış asfaltın yerində yaranan çala-çökəklər, dərin xəndəklər yağış suları ilə dolaraq gölməçələr yaranmasına səbəb olub. İş o yerə çatıb ki, yağışlı günlərdə ərazidə hərəkət etmək mümkünsüz hala gəlib. Hətta bəzi yerlərdə kiçik gölməçələr yox, böyük göllər müşahidə etmək olar.

Sakinlər deyirlər ki, “Rəfibəyli küçəsindən keçmək istəyənlərə uzunboğaz çəkmə və qayıq lazımdır. Əks halda batıb qalacaqlar. Məsələ budur ki, nə İcra Hakimiyyəti, nə də digər qurumlar məsələnin həllində maraqlı deyil. Olan isə bizə olur, yararsız hala düşən yol günü-gündən bərbad olur”.

Rəsmi qurum "Zamanı deyil", deyir

Yaradılmış problemlə bağlı rəsmi rəy almaq üçün üz tutduq Gəncə şəhər İcra Hakimiyyətinə. Qurumdan bildirdilər ki, Rəfibəyli küçəsi “Açıq Kommunal İnfrastuktur Proqramı 2” layihəsinin icrası tam yekunlaşdıqdan sonra düzələcək. Sözügedən yaşayış massivində nəzərdə tutulan işlər isə hələ yekunlaşmayıb.

Belediyye.net
 
Ardını oxu...
Bu ilin yayında dərc olunan “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” məqaləsində sahibkar Anar Qəribovla “Azur” ticarət mərkəzinin rəhbərliyi arasında baş verən münaqişədən bəhs etmişdik. Polisə, prokurorluğa, məhkəməyə edilən şikayətlər problemin həllinə kömək etməyib. Hesab olunurdu ki, mediaya müraciət hər iki tərəfə sərf edən həll yolunu tapmağa kömək edəcək. Lakin…

– Məhkəmə prosesi hələ də davam edir, – Anar Qəribov deyir. – Amma bu dəfə sizə hakimlərin işə yanaşması ilə deyil, Xətai rayon probasiya şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara münasibəti ilə bağlı müraciət edirəm.

Sahibkar son hekayəsini davam etdirməzdən öncə oxucuya qısaca olaraq xatırladaq ki, Anar Qəribov dörd il əvvəl ticarət mərkəzində 1285 kvadratmetr sahəni icarəyə götürüb, yarım milyon manata yaxın sərmayə qoyaraq onu təmir etdirib, avadanlıq və geyim əşyalarının alışına isə bundan da artıq pul xərcləyib. Amma onun “Famous Brands” mağazası açılan kimi mərkəzin sahibləri icarə haqqını dəfələrlə artırıblar. Bu da tərəflər arasında bağlanmış on illik müqavilənin şərtlərinə ziddir.

Tərəflər arasındakı münaqişə müxtəlif instansiya məhkəmələrində həll olunduğu bir vaxtda bina sahibləri mühafizəçilərə mağazanın sahibini və işçilərini ticarət mərkəzinə buraxmamağı tapşırıblar, yenicə təmir olunan mağazanı alt-üst ediblər, bütün geyim və avadanlıqları isə toplayaraq rütubətli zirzəmiyə atıblar və nəticədə onlar yararsız vəziyyətə düşüb. Sahibkarın ziyanının böyük hissəsini bank kreditləri təşkil etdiyi nəzərə alınsa, bir milyon yarım manata yaxın məbləğ onu ağır yük altında salıb.

– Məsələ ondadır ki, Bakı Apellyasiya Məhkəməsi 2021-ci ilin martında ticarət mərkəzinin səhmdarlarına yekun qərar qəbul olunana qədər “Famous Brands” mağazasının ərazisində hər hansı təmir işlərinin aparılmasını qadağan edib, – Qəribov hekayəsinə davam edir. – Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq məhkəmənin hökmü hamı üçün məcburidir. Bu, birbaşa vəzifəsi məhkəmə hökmlərinin icrasını təmin etmək olan probasiya xidməti üçün ikiqat məcburidir.

Ardını oxu...
Amma hər şey başqa cür baş verdi. Məlum oldu ki, mərkəzin sahibləri üçün məhkəmə qərarının dəyəri icarədarın şikayəti qədər əhəmiyyətsizdir. Məhkəmə icraçıları isə onların dediyi ilə oturub-dururdular. Sanki dövlət öz vətəndaşlarının hesabına onları məhkəmə qərarlarının deyil, kiminsə ərköyün övladlarının şıltaqlığının icrası üçün saxlayır.

Məhkəmə icraçıları dəfələrlə ticarət mərkəzinə baş çəkiblər, mağazanın ərazisində çəkiliş aparıblar, müvafiq akt tərtib ediblər və hətta mərkəzin səhmdarlarına məhkəmə qərarının pozulmasına görə daşıdıqları məsuliyyət barədə xəbərdarlıq ediblər. Amma xəbərdarlığın əksinə olaraq, səhmdarlar Fuad Rzayev və Babək Babayev nəinki mağazanın bütün pəncərə və qapılarını söküblər, hətta divarları da uçurublar. Bununla bağlı şikayətlər cavabsız qalıb. Məhkəmə icraçıları qaydanı pozanları hətta yaşadıqları ünvanda və iş yerlərində də tapa bilməyiblər. Baxmayaraq ki, Bakıda istənilən orta məktəb şagirdi belə bir problemi asanlıqla həll edə bilər. Babayev şəhərin demək olar ki yarısında göydələnlər tikən məşhur “Yeni Həyat” şirkətinin sahibidir, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevin oğlu Fuad Rzayev haqqında isə danışmağa da dəyməz. Məhkəmə icraçıları onları “axtarışa verməklə” işlərini bitmiş hesab ediblər. Halbuki, heç kim bu dərəcədə tanınmış simaları axtarmağa hazırlaşmırdı. Tezliklə axtarış tamamilə dayandırıldı.

Qəribov səhmdarların qanunun əlifbasına əsasən hələ də ona məxsus olan keçmiş mağazasında konkret olaraq harada və nəyi sındırdıqlarını, köçürdüklərini, dəyişdiklərini dəfələrlə məhkəmə icraçılarına göstərib. O, xatırladıb ki, məhkəmənin qərarına bu cür saymazyana münasibətə görə mərkəzin sahibləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Lakin məhkəmə icraçıları gəliblər, gediblər, icarəyə verilən ərazinin yenidən qurulması isə davam edib. Bu gün orada yeni obyekt istifadəyə verilmək üçün hazırdır. Baxmayaraq ki, əvvəlki icarədarla bağlı problem hələ də həll olunmayıb.

Sahibkar qəzəblidir: necə olur ki, məhkəmə icraçıları məhkəmə qərarını icra edə bilmirlər? Düzdür, heç kim ona bundan açıq şəkildə imtina etdiyini demir. Lakin məmurların hərəkətləri, daha doğrusu, hərəkətsizliyi təkcə sahibkarın hüquqlarının deyil, həm də məhkəmə qərarının kobud şəkildə pozulmasına gətirib çıxarır.

– Bu yerdə istər-istəməz düşünürsən: belə məhkəmə icraçıları olan Xətai rayonunda təkcə mənim işimdə deyil, ümumiyyətlə, digər qanun pozucularına qarşı da ədalətli qərar olacaqmı? – sahibkar ritorik olaraq soruşur.

Bəli, məhkəmənin qərarı icra olunmalıdır və bunun üçün icraçılara bütün lazımi səlahiyyətlər verilib. Məhkəmə hökmünün sistematik şəkildə pozulması halları aşkar edildikdə, icraçılar təqsirkarlara qarşı cinayət işinin başlanması üçün işi Ədliyyə Nazirliyinin istintaq idarəsinə verməlidirlər. Məlum səbəblərdən Qəribovun istintaqa o qədər də inamı yoxdur. Amma qayda belədir. Yeri gəlmişkən, sahibkar iddia edir ki, artıq üçüncü ildir Xətai rayonunda aparılan istintaq eyni şəxslərlə bağlı olan xeyli qanun pozuntuları ilə bağlı materialların toplanmasına yekun vura bilmir. Ancaq bu, başqa mövzudur.

Qəribov il ərzində Xətai rayon probasiya idarəsinə, Probasiya Baş İdarəsinə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında Apellyasiya Şurasına dəfələrlə yazılı müraciət etdiyini təsdiq edən sənədləri yenidən göstərir. Dövlət qurumları qəti şəkildə susur. Düzünü desək, biz də təəccübləndik. Doğrudanmı heç olmasa formal cavab da yoxdur? Məsələn, “aldıq”, “araşdırırıq” və ya buna bənzər hansısa digər cavab… Belə bir şey mümkündürmü?

– Əgər sizin işinizdə təqsirləndirilən şəxslərdən biri yüksək vəzifəli məmurun yaxın qohumudursa, məsələn, “Azərenerji”nin rəhbəri Rzayevin oğludursa, bəli, mümkündür, – acı təcrübə səbəbindən müdrikləşən iş adamı cavab verir. – Təəssüflər olsun ki, belə hallarda aidiyyəti dövlət qurumlarının nümayəndələri çox vaxt şikayətçilərə deməyə söz tapmırlar…

Bu mövzuda ilk məqalə dərc olunandan sonra ticarət mərkəzinin sahiblərinə Anar Qəribovun dediklərinə münasibət bildirmək xahişi ilə müraciət etdik. Bu dəfə isə hüquqşünas-iqtisadçı, tanınmış vəkil Əkrəm Həsənovdan onun sözlərinə münasibət bildirməyi xahiş etdik. O, sahibkarın təqdim etdiyi materiallarla tanış olduqdan sonra dedi:

– Sahibkarın nəql etdiyi hadisə təkcə onun dərdinə şərik olmaq hissi deyil, həm də böyük təəssüf doğurur. Bu, bir daha nümayiş etdirilir ki, Azərbaycanın məhkəmə-hüquq sistemində ciddi problemlər var. Dövlət başçısı bütün tribunalardan məmurları, xüsusən də məhkəmə və hüquq-mühafizə orqanlarını biznesə mane olmamağa, əksinə, kömək etməyə çağırır. Amma özbaşnalıqlar hələ də davam edir. Bəzi hallarda bu özünü müdaxilələrdə, digər hallarda isə müdaxilə etməməkdə göstərir. Meyar isə çox vaxt qanun deyil, şəxsi maraqlar olur: bəzi hallarda pul, bəzi hallarda qohumluq əlaqələri. Nəticədə, Azərbaycan hələ də cəlbedici investisiya mühiti yaratmaqdan uzaqdır. Biznesə ancaq kağız üzərində dəstək verilir, sahibkarlar da bunu yaxşı bilir. Mülkiyyət hüquqlarının, müqavilələrin müdafiəsi, məhkəmə qərarlarının icrası və son nəticədə sağlam rəqabət yoxdur. Bütün bunlar isə bazar iqtisadiyyatının əsasını təşkil edir. Nəticədə biz təşəbbüskar insanları itirə bilərik. Onlarsız iqtisadi inkişaf mümkün deyil.

Eldar Əliyev
pressklub
 
 
 
Ardını oxu...
Teref.az olaraq redaksiyamıza daxil olmuş şikayət məktubunun nöqtə, vergülünə toxunmadan təqdim edirik:
Bu müraciətimlə redaksiyanıza yazıb sizə bildirmək istəyirəm ki, mən 13.07.2022-ci il tarixində, mənə məxsus 66-BF-667 dövlət qeydiyyat nişanlı, Vaz 2107 markalı avtomaşınımı texniki baxışdan kecirmək istəyən zaman, Yevlax RQİ və TBŞ-ndə, həmin qurumda leytinant olaraq fəaliyyət göstərən İbadov Xəyal tərəfindən, sərt şəkildə hücuma məruz qalmışam. İbadov Xəyal həmin qurumda, qeyri qanuni fəaliyyət göstərən Bərdəli Natiq olaraq tanıdığımız şəxslə birlikdə mənə qarşı təxribat törətmiş və mənə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Bildirmək istəyirəm ki, Yevlax RQİ və TBŞ-ndə İbadov Xəyal ilə birlikdə işləyən Natiq adlı şəxs siravi formada, bütün otaqlara daxil olur, dövlətə məxsus avadanliqları idarə edir, vətəndaşların avtomaşınlarına baxış kecirir və qeyri qanuni tələb olunan 110-120manat vəsaiti toplayır. Həmin hadisədə Natiq adlı qanunsuz işçi mənim sadəcə rüsumu ödəyərək, əlavə rüşvət vermədən texniki baxışdan keçmək istədiyimi bildikdə sənədlərimi alıb İbadov Xəyalın otağına daxil oldu. Mən qapını iki barmağımla döydükdə qapını açıb məni içəri çağırdı. Mən otağa daxil olduqda İbadov Xəyal ayağa qalxıb, qapını bərk döydüyümü deyərək mənə hücum elədi. Və mənə kameralar qarşısında yumruq zərbəsi vurdu. Bu hadisədən sonra mən, dəfələrlə,əlaqəli qurumlara onlarla müraciətlər etmişəm. Hər dəfə mənə qeyri rəsmi olaraq bildirilib ki, İbadov Xəyal Ziyanur oğlunun “yuxarılarda” adamı var, ona görədə mən,şikayətlərimi dayandırmaliyam. Yaxın günlərdə mənə məlum oldu ki, İbadov Xəyalın himayədarı, əmisi İbadov Şahindir və Şahin müəllim AAYDA-ndə məmurdur.
Mən bu ölkənin vətəndaşı olaraq bir cöx qurumlara müraciətlər edib bildirmişəm ki, halal zəhmətlə, alın təri ilə qazandığım vəsaiti belə şəxslərə vermədiyim üçün mənə qarşı bu haqsızlıq olub. Əgər 7 Saylı Yevlax RQİ və TBŞ-I Azərbaycan Resbublikasının qanunları ilə fəaliyyət göstərirsə, bizim qanunlarımız texniki baxış rüsumunu 30 manat 40 qəpik təyin edib. Yox əgər bizdən 110-120manat tələb olunursa o zaman bu şəxslər hansı dövlətin qanunları ilə fəaliyyət göstərirlər. Mən bütün əlaqəli dövlət qurumlarının bu məsələyə diqqət yetirməyini istəyirəm.
Səmədov Mirsahib Mirəli oğlu
Yevlax Rayonu Qoyunbinəsi Kəndi
Teref.az olaraq məktubda qaldırılan iddialarla bağlı adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədovun maliyyə maxinasiyalarından biri haqqında sensasion məlumatlar əldə edilib. Həmin məlumatlarda iddia edilir ki, Rövşən Məmmədov yaxın adamlarına həddindən artıq yüksək qonorar və maaş yazmaqla “otkat” əməliyyatını həyata keçirir. AzTV-dəki mənbənin verdiyi şərhdə vurğulanır ki, təqdim edilən materiallar faktların cüzi hissəsidir.
Yeri gəlmişkən, qeyd edək ki, redaksiyamıza təqdim edilən siyahıda adları çəkilən elə şəxslər var ki, Rövşən Məmmədovdan yüksək qonorar alır. Bu isə ciddi şübhələr yaradır. Yəqin ki, Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Maliyyə Nazirliyinin və ya Hesablama Palatasının araşdırmalı olduğu məsələlərdir.
Beləliklə, gəlim ilk növbədə AzTV sədri Məmmədov Rövşən Rafiq oğlunun aldığı maaşa diqqət edək: 9820 manat. İndi isə keçək əsas siyahıya.
“Müəllif Proqramları və xüsusi layihələr” Baş Redaksiyası
Əsədzadə Həmidağa Azadxan oğlu – baş redaktor – 9872 manat.
Qeyd: Həmidağa Əsədzadə eyni zamanda sədrin əsas köməkçisidir. 2021-ci ildə televiziyada yoxlama aparan Hesablama Palatasına verdiyi izahatda bildirmişdi ki, aldığı yüksək məbləğdə maaşın hamısı ona çatmır. Belə ki, kartdan çıxardığı pulların müəyyən hissəsini Həmidağa Əsədzadə Rövşən Məmmədova geri qaytarır. Yeri gəlmişkən, onu da bildirək ki, sədr köməkçisi son model Mersedes markalı avtomobilə sahibdir və az müddətdə köməkçinin bu şəkildə varlanması ciddi şübhələr yaradır.
Haşiyə: Həmin redaksiyada rejissor assitenti işləyən Zeynalov Zaur Telman oğlu 3500 manat qonorar alır. Redaksiyanın rejissoru Yusifova Təhminə Nadir qızının aldığı qonorarın məbləği isə 4245 manatdır. Siyahıda göstərilən rəqəmlər daha dəhşətlidir.

Abbasov Aqil Şamxal oğlu (rejissor) – 6688 manat
Məmmədova Səyyarə Səyyaf qızı (aparıcı) – 3490 manat
“Musiqi və əyləncəli proqramlar” Baş Redaksiyası
1. Qədirov Elnur Nüsrəddin oğlu (rejissor) – 11.751 manat
2. Tağıyev Əli Namiq oğlu (rejissor) – 4245 manat
3. Süleymanlı Nizami Sabir oğlu – 4900 manat
“Səhər” İnformasiya Proqramları Baş Redaksiyası
1. Babayev Turan Cəlaləddin oğlu ( Baş redaktor) – 5280 manat
2. Ağayev Şaiq Eynulla oğlu (müxbir) – 3350 manat
3. Cabbarlı Qönçəgül Kamal qızı (redaktor) – 3250 manat
Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi
1. Rəfiyeva Nigar Ağaəli qızı (rəis) – 3330 manat
2. Rəhimova Günel Asim qızı (veb-redaktor – admin) – 3000 manat
3. Rəhimov Etibar Hüseyn oğlu (admin) – 5100 manat
4. Feyzullayev İbrahim Əli oğlu (admin) – 2000 manat
5. Qəmbərov Cəsarət Eldəniz oğlu (aparıcı) – 4708 manat
Aztv-nin Bədii rəhbəri
1. Məmmədov Rəfail Zöhrab oğlu – 5200 manat.
AzTV-nin “Extrim” Qrupu
1. Məmmədov Kamandar Məhəmməd oğlu (aparıcı) – 5100 manat
2. Nuruşzadə Arzum Rəhman oğlu (montajçı) – 3740 manat
3. Nəcəfov Fərid Rauf oğlu (inzibatçı) – 3340 manat
AzTV-nin “İmic” Qrupu
1. Əhmədov Elvin Əhmədağa oğlu (rəhbər) – 8850 manat
2. Abiyev Rövşən Ədalət oğlu (dizayner) 5638 manat
3. Məmmədov Novruz Məhəmməd oğlu (rejissor assitenti) – 3465 manat
4. Süleymanov Elmir Süleyman oğlu (rejissor) – 5100 manat
5. Vəliyeva Fidan Fərrux qızı (redaktor) – 5080 manat
İnformasiya Proqramları Baş Redaksiyası
1. Vüsal Qaraca (direktor) – 4700 manat
2. Acalov Vasif (müxbir) – 3740 manat
3. Babayeva Fidan Hüseyn qızı (müxbir) – 4000 manat
4. Məmmədli Niftulla Qüdrət oğlu (müxbir) – 4000 manat
5. Mustafayeva Samirə Müseyib qızı (aparıcı) – 4250 manat
“Maarifçilik” Baş Redaksiyası
1. Tağıyev Tərlan Tahir oğlu (rejissor) – 4000 manat
2. Əlləzov Sənan Mustafa oğlu (diktor) – 3800 manat
Dizayn və anons şöbəsi
1. Qədirov Bəhruz Cabbar oğlu (rejissor) – 5640 manat
2. Məmmədov Elmir Edilman oğlu (rejissor) – 5400 manat
3. Mahmudov Zaur Ələkbər oğlu (redaktor) – 3740 manat
4. Babayev Elmir İlqar oğlu (rejissor) – 5360 manat
5. Əliyev Zahir Vilayət oğlu (rejissor) – 4245 manat
6. Bayramov Sərvər Ümüd oğlu – 3062 manat
“İctimai-siyasi proqramlar” Baş Redaksiyası
1. Abbasov Tofiq Möhsün oğlu – 5560 manat
2. Həsənov Malik Əliheydər oğlu – 4380 manat
Xüsusi qeyd: AzTV-nin adi video-operatoru Kazımov Hüseyn Mirzağa oğlu 3740 manat alır.
Siyahı ilə tanış olan oxucuların bəlkə də ilk təəssüratı belə ola bilər ki, Azərbaycan Televiziyası ən yüksək maaş verən orqanlardan biridir. Bu, əsla belə deyil. Çünki peşəkar əməkdaşların işdən qovulduğu, bezdirilib uzaqlaşdırıldığı bir televiziyada olduqca cüzi qonorar alan şəxslər də kifayət qədərdir. Sadəcə onların bəxti gətirməyib ki, Rövşən Məmmədova yaxın deyillər. Bir də axı yaxın olmayan şəxslərə yüksək qonorar yazdırıb “otkat əməliyyatı” ilə qeyri-mümkündür. Təqdim etdiyimiz siyahıda elə adamlar ola bilər ki, bütün maaşı özü alsın. Amma kim sübut edə bilər ki, Elnur Qədirov kimi əməkdaşlar sədrdən belə yüksək qonorar alır.
Görünən odur ki, Azərbaycan Televiziyasında ilin maliyyə fırıldağı həyata keçirilir.
Daha dəhşətli fakt odur ki, 2022-ci ildə AzTV mənfəət vergisini 2023-cü ilə saxlayıb gecikdirib. Həmin təxminən 200 min manatlıq vergi borcunu yaxın adamlarına ilsonu mükafat şəklində yazıb otkat olaraq geri qaytarıb.
Ümumiyyətlə, növbəti araşdırmamızda təqdim edəcəyimiz faktlar daha tükürpədici məqamlardan xəbər verəcək.

Adekvat.az
 

Dünyapress TV

Xəbər lenti