Ardını oxu...
Son vaxtlar Ağstafa Mərkəzi Rayon Xəstəxanasında baş alıb gedən biabırçılıqların, çoxsaylı qanunsuzluqların, süründürməçilik hallarının və s. varlığı “pik nöqtə”yə çatdığından, artıq bu səhiyyə müəsisəsinin adı hər yanda dillər əzbəri olub. Qeyd edək ki, media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Ağstafa MRX-sı Publik Hüquqi Şəxsin baş həkimi İlham Sofiyevlə bağlı verilmiş təyinatı, keçmiş döyüşçü Alik Muradov da sərt tənqid edib. Hətta bu şəxs bir qədər irəli gedərək baş həkimin təyinatını, bir qədər yumşaq desək ağstafalıların təhqir olunması kimi də dəyərləndirib. Bir sözlə, İlham Sofiyevin fəaliyyətinin daha çox tənqid olunmasına, Ağstafa MRX-da müayinə və müalicə olunan xəstələrə dərman preparatlarının verilməməsi, göstərilən xidmətlərin pullu olması, bir çox şəxslərə ögey münasibətin bəslənməsi və s. səbəb olur. Bir-neçə gün bundan öncə isə Ağstafa rayonu, Xılxına kənd sakini Bəhlul Əliyev adlı şəxs Dəryaz qəzetinin redaksiyasına ünvanladığı müraciətində qeyd edir ki, “Mən bir neçə ildir ki, şəkər xəstəsiyəm, amma səhhətimdə əmələ gələn şəkər xəstəliyinin neçə faiz olduğunu bilmirəm. Düzdür, bir neçə ay bundan öncə Ağstafa MRX-da oldum və həmin vaxt özümü bir qədər gümrah hiss edirdim. Belə bir səbəbdən də, bu səhiyyə müəssisəsində çalışan həkim “resept” yazıb bir neçə dərman almağımı və müəyyən müalicə işlərinin həyata keçirilməsini məsləhət gördü. Düzdür, həmin həkimin məsləhətlərinə əməl etdim və bir müddət səhhətimdəki problemlər aradan qalxsa da, son günlər özümü narahat hiss etməyə başladım. Belə bir səbəbdən də 04 may 2023-cü il tarixdə bir daha Ağstafa MRX-na müraciət etməli oldum. Təəssüf və təəccüb doğuran hal o oldu ki, müayinə həkimi şəkər xəstəsi olmağımla bağlı mənə “resept” yazıb versə də, səhhətimdəki şəkərin dərəcəsini müəyyən edə bilmədi. Elə ki, həkimdən bunun səbəbini soruşdum, o halda o, “Bilirsənmi, mənim də çalışdığım Ağstafa MRX-da bir dənə də olsun belə, şəkər xəstəliyinin dərəcəsini müəyyən edən aparat yoxdur” dedi. Həkimdən belə bir cavabı eşidərkən şok oldum. Yəni, öz-özümə sual etdim ki, bu qədər də biabırçılıq olar? MRX-da şəkər xəstəliyinin dərəcəsini müəyyən edən aparat olmasın? Elə ki, bu məsələ ilə bağlı baş həkim İlham Sofiyevin qəbulunda oldum və ona bu məsələ ilə bağlı kəskin narazılığımı bildirdim, o halda o, “Sənin ağlın hara gedib? Məgər, sən bilmirsənmi ki, Ağstafa MRX-na Səhiyyə Nazirliyi şəkər ölçən aparat vermir? Nazirlik bizə vermir, biz də nə sənə, nə də ki, digər xəstələrə xidmət göstərə bilmirik” deyə cavab verdi. Düzdür, baş həkim vəzifəsini daşıyan bu şəxsin verdiyi cavaba heç cür inanmadım. Eyni zamanda ona bu məsələ ilə bağlı aidiyyatı orqanlara, o cümlədən Səhiyyə Nazirliyinə Baş Prokurorluğa şikayət edəcəyəm dedikdə, İlham Sofiyev mənə “Get, kimə istəyirsən şikayət et” dedi. O halda dərk edib başa düşdüm ki, deməli ya Səhiyyə Naziri yalan danışır, yaxud da ki, bu şəxs yaşadığımız Azərbaycan Respublikasında bir kimsəni saya salmır, ölkə qanunlarının əhəmiyyətinə məhəl qoymur. Bəli, baş həkimin bu cür cavabı bir anlığa olsa belə hər kəsi düşünməyə sövq edir. Necə ola bilər ki, bir kimsə bu ölkədə əhəmiyyətli vəzifə sahibi olsun, amma həmin şəxs ölkə qanunlarına məhəl qoymasın?” Deməli, Ağstafa MRX-da yaşananlarla bağlı dolaşan söz-söhbətlərin, müəyyən giley-güzarların, baş alıb gedən vətəndaş narazılıqlarının və sairələrin həqiqət olmasını baş həkim İlham Sofiyev həm danışığı, həm də davranışı ilə sübuta yetirir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Səhiyyə Nazirliyinin TƏBİB-in rəhbərliyi qeyd olunan problemlərin varlığı ilə bağlı lazımi araşdırmalar aparacaq və 2020-ci ildən Ağstafa səhiyyəsinə rəhbərlik edən bu şəxsin əməlləri ilə bağlı lazımi ölçü götürüləcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Ardını oxu...

P.S. Faktları dəqiqləşdirmək üçün baş həkim, İlham Sofiyevlə telefon əlaqəsi saxladıq. O, ilk dəfə Bəhlul Əliyevin ona müraciət etmədiyini və elə bir söz işlətmədiyini dedikdə biz yenidən Bəhlul Əliyevə zəng vurub baş həkimin mövqeyini ona bildirdik. Bəhlul Əliyev dediyi fikirlərinin üstündə durduğunu, və baş həkimin bu özbaşınalığı barədə baş prokurorluğa müraciət edəcəyini dilə gətirdi. Biz yenidən cənab baş həkimə zəng etdikdə bu dəfə onun dili topuq çalıb, mən elə demədim, dedim ki, şəkər ölçən aparatımız hələ gəlib çıxmayıb, yoldadır»

Mövzuya qayıdacağıq.

Deryaz.az

Ardını oxu...
DİA.AZ Azerinfo.media-ya istinadla xəbər verir ki, Cəlilabad rayonunda 5 ədəddən çox qanunsuz yaş ağac kəsilərək yerində "amart" adlı market tikilib.
Əldə etdiyimiz məlumata görə, bu ağacların kəsilməsində yerli ekologiya işçilərinin əli olduğu da bildirilir, başda onların rəisi Şakir Quliyev olmaqla.

Ardını oxu...

Hətta sözügedən rayonun digər ərazilərində belə "ekoloji soyqırımlar"a tez-tez rast gəlinir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Ardını oxu...
Tovuz şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədovun öz vəzifəsi ilə bir araya sığmayan kommersiya fəaliyyəti barədə, əhali və qeyri — əhali qrupu ilə heç bir qarşılıqlı müqavilə bağlanmadan özbaşına pul yığımlarını davam etdirməsi, əhalidən 3 manat, qeyri — əhali qrupu üzrə isə 15 — 20 manat toplanması haqda tənqidi məqalələrimiz yəqin ki, daimi oxucularımızın yadındadır. Onu da qeyd etmişdik ki, işləri yarıtmaz, keyfiyyətsiz və başdansovdu aparılan MTKİB-nin tənqidə tuş gələn rəisi Zöhrab Əhmədov fəaliyyətində müsbət dönüş etməyə çalışmaq əvəzinə, işçilərindən şübhələnərək, onların sırasından özünə yaxın olmayanları gözümçıxdıya salaraq onları qorxudur, işdən qovacağı ilə hədələyir.

Bu günlərdə yenidən Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, Tovuz şəhərinin Xətai küçəsində budama adı ilə çoxillik ağacların kütləvi qırımı həyata keçirilir. Təqdim olunan şəkillərdən də açıq məlum olur ki, işlərə rəhbərlik Zöhrab Əhmədovun şəxsən özü tərəfindən həyata keçirilir. Belə ki, mayın 4-də səhər saat 11:00 — 13:00 radələrində Tovuz şəhər Xətai küçəsində, Tovuz Rayon Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədov rəhbərliyi altında ağacların kütləvi qırımı aparılmışdır. Küçə sakunləri buna etiraz edərkən isə Zöhrab Əhmədov bildirib ki, bu, icra başçısının tapşırığıdır, heç kim mane ola bilməz.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Xətai küçəsində yaşayan sakinlərin sözlərinə görə, edilən bütün narazılığa baxmayaraq, Zöhrab müəllim çoxillik ağacların kəsilməsinə və dərhal ərazidən daşınmasına göstəriş verib.

Məsələ ilə bağlı araşdırmamız davam edir

Deryaz.az
Ardını oxu...
Gülbəniz Rzayeva Bərdə rayon sakinidir. Vətəndaş Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən şikayətçidir. Deyir, ailəsini yalnız ərinə verilən əlillik üçün 300 manat əmək pensiyası ilə dolandırır.

Şikayətçi nazirliyin onun müraciətlərinə biganə yanaşmasından gileylənir. Deyir, müraciətləri cavabsız qalır:

Vətəndaş nazirliyin qəbul şöbəsinə aparılıb. Gülbəniz Rzayevanın sözlərinə görə, qurumun əməkdaşları onu qeydiyyata salıblar, amma müraciətlə bağlı heç bir söz deməyiblər. Nazirlikdən Toplum tv-yə bildirilib ki, vətəndaşın müraciəti araşdırılacaq.

Toplum TV
 
Ardını oxu...
 
 

Nəzərənizə çatdirmaq istəyirəm ki,Buzovnada yerləşən Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya mərkəzinin Baş Direktoru Mürsəlov Mürsəl Fərhad oğlunun qanunsuz korrupsioner əməlləri barədə yazilmişdir.Çoox təəssüf ki,yazilanlar Mürsəlovun təzyiqi sayəsində silinir.Dogrular yazilir ama silinir.Mürsəlovun iş fəaliyyəti araşdirilmir.Adı gedib özü olmayan işçilərin əmək haqqı kartlarını mənimsəməsi,öz yaxin ətrafina kartlarin paylanmasi adi hal alıb.Təsərrüfat müdiri Ziya Məlikov,Kadrlar üzrə mütəxəssis Telman Abbasov,Mürsəlin bacisi Xəyalə Mürsəlov,Baş Mühasib Aqil adı gedib özü işdə olmayanların əmək haqqı kartlarini mənimsəyənlərdəndir.Dövlət tərəfindən sanatoriyaya ayrilan maddi vəsaitlər tenderler yolu ilə talanir.Tenderde qalib olan firmalarla əlbir fealiyyet gösterir.Məsələn dövlətin içməli suya görə ayirdiği pullari hər ay Mürsəlov mənimsəyir.İçməli suya görə qalib olan firmada Mürsəlovun ən yaxin adami olan Müşfiq Surxayev işləyir.Mürsəlov Müşfiq Surxayevin firmalarini maxinasiya ilə qalib elan edir.Bunu xüsusi peşəkarliqla Baş Mühasib Aqil m edir.Məktublar da qiymət dəyişilməsi və sairlər adi hal olub.Yəni müraciət edən firmalarin məbləğlərini öyrənəndən sonra,Mürsəlov özünə yaxin olan firmalari rahatliqla qalib elan edir.Firmalarina qiyməti aşağı yazdirmaqla istədiyinə nail olur.Əldə olunan pullar Müşfiq vasitəsi ilə Mürsəlova çatir.Mürsəlovun arxasinda duran super gücün sayəsində rahatliqla Dövlət vəsaitlərini talamağin baş verdiyi görülür.Vaxti ilə ləğv edilmiş özəl universitet olan Azərbaycan Beynəlxalq Universitetin Həkim-pediatr ixtisasini bitirmiş Mürsəlov güclü adami sayəsində Sanatoriyada Baş Həkim olmuşdur.Təbii ki,ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetdə təhsilin hansi səviyyədə olmasi hamiya məlumdur.Sanatoriyada ciddi yoxlama lazimdir.Çoox təəssüf ki,Səhiyyə Nazirliyinin Maliyyə şöbəsinin rəisi Azad Vəliyevin başçiliği altinda Mürsəlov rahatliqla dövlət tərəfindən ayrılan maddi vəsaitləri talayir. //azerinfo.media//

XalqXeber.Az

Ardını oxu...
DİA.AZ: - Kənd Təsərrüfati Nazirliyinin tabeliyində olan “Azəraqrar” MMC 2021-ci ildə Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində iki tədarükçü şirkətlə 170 hektar pambıq üçün müqavilə bağlayaraq dövlətdən 40 min manata yaxın subsidiya alsa da, tədarük məntəqələrinə pambıq verdiyi məlumatlara rast gəlinmir.

DİA.AZ bildirir ki, bunu Zərdab Rayonu Dəkkəoba kəndində yaşayan Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu bildirir.

Açıqlanan faktlarda daha sonra qeyd olunur: “Müqavləni “Azəraqrar” adından Anar Hüseynov imza edib. Əgər məhsul təhvili varsa, qəbul qəbzlərini burda yerləşdirilməsi xahiş olunur. Həmin ildə Beyləqan rayonunda orta məhsuldarlıq 35 sentner olduğunu nəzərə alsaq, həmin ili pambıqdan gələn gəlir son məhsul olaraq 560 ton xam pambıq və ya 225 ton pambiq lifi olub.

Bir ton pambıq lifinin 2500 dollar olduğunu nəzərə alsaq, həmin ili “Azəraqrar” MMC nin və ya Anar Hüseynovun qazancı yarım milyon dollar olub. Bu Azərbaycan manatı ilə 850.000 manat edir. Tək bir mövsmdə bir rayonda bir bitkidən götürülən qazanc bu qədər edirsə, bunların respublikada olan bütün 60000 hektar torpaqdan qazancını siz hesablayın.

Bunların hansı xidmətləri var ki, etdikləri qanunsuzluqlarına göz yumulur?”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
 
 

7 yanvar 2023-cü il tarixində Yasamal rayon prokurorluğunda 98 saylı körpələr evi-uşaq baxçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında araşdırma aparılıb.

 

Araşdırma zamanıkörpələr evi-uşaq baxçasının müdiri Əliyeva Elnurə Fazil qızı tərəfindən qulluq mövqeyindən sui istifadə etməklə 2018-2022-ci illər ərzində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, baxçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasınavə faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb istintaq davam edir.

Lakin, cinayət işinin başlamasından 4 ay keçməsinə baxmayaraq Elnarə Əliyeva hələ də məsuliyyətə cəlb edilməmişdir, vəzifəsindən çıxarılmamışdır, rüşvət almağında, pul yığmağında və cinayət əməllərini törətməyə davam edir.

Gırünür Bakı Şəhəri üzrə Təhsil idarəsindəki havadarları onu himayə edirlər. Belə olmasaydı Təhsil idarəsinin 23.01.2023-cü il tarixli əmri ilə Elnarə Əliyevaya sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilməzdi.

Halbuki, işlərində yol verdikləri nöqsanlara görə Bakı təhsil idarəsi 18 məktəb direktorunun,15 baxça müdirinin işdən çıxarıldığını elan edərək cəmiyyəti təhsil sahəsində islahatların aparıldığına inandırmağa çalışırdı. Paradoks ondadır ki, görəsən işdən çıxarılan o, 18 məktəb direktoru və 14 baxça müdiri hansı bağışlanmaz nöqsanlara yol vermişlərki, onlar işdən çıxarılmışlar, lakin ağır cinayətlər törədən 98 saylı baxçanın müdiri Elnurə Əliyevaya isə şiddətli töhmət verməklə kifayətlənilmişdir?

98 saylı baxçanın müdiri Elnurə Əliyevanın doğma qardaşı Dadaşov Vasif Məhamməd oğlu( Vasif Dadaşov anasının 1-ci ərindən olduğu üçün atasının adı fərqlidir) 10 ilə yaxındır ki, baxçada dalandar(dvornik) olaraq sənətləndirilmişdir, işləri isə bacısı başqa şəxsələrı gördürür, Vasif isə havayı əmək haqqı alır. Bacısı müdir olan qardaşın dalandar kimi həyət süpürüb zibil daşımasına inanırsınızmı?

Elnurə Əliyevanın qardaşı Vasif Dadaşov bahalı cip avtomaşının sahibidir. Dalandar olaraq cip markalı maşına sahib olan neçə nəfəri tanıyırsınız?

Baxçaya gələn uşaqların valideynləri paltarları aparacaq öz evlərində yuyub gətirirlər, lakin2 ədəd paltaryuyan ştanının əməkhaqqını baxça müdiri tərəfindən sənədləşdirilib mənimsənilmişdir.

Bu faktlar monitorinq etməklə yerindəcə araşdırmaq olar, baxça müdiri və həmin çalışanları ifşa etmək olar. Sizcə Bakı Təhsil İdarəsi nə üçün monitorinq keçirib bu faktları aşkarlamır? Xebernur.com

Bakı Təhsil İdarəsinin də mövqeyini işıqlandırmağa hazırıq.

 

XalqXeber.Az

Ardını oxu...
Sumqayıt şəhər sakini, Ceyhun Şəfiyev bildirir ki, 2022-ci ildə o, Sumqayıt şəhərində yerləşən "Real" tibb mərkəzində Elvin İsmayılov tərəfindən yanlış əməliyyat edilib və səhhətinə ziyan dəyib.

Onun sözlərinə görə o bununla bağlı Sumqayıt prokurorluğuna müraciət etsə də, onun işinə laqeydlik göstərilib.

Şikayətçi ölkə başçısı İlham Əliyevə müraciət edərək onun işinə obyektiv baxılmasını xahiş edir.
 //kanal13//

Daha ətraflı aşağıdakı videoda:

 

Ardını oxu...
Cəlilabad rayon sakini, Fərid Məmmədov bildirir ki, 1996 -ci ildən almış olduğu 12 sot torpaq sahəsi keçmiş bələdiyyə sədri və bir neçə şəxs tərəfindən sənədləri saxtalaşdırılaraq ələ keçirilib və başqa şəxsə satılıb.

Onun sözlərinə görə sözügedən torpaq sahəsinin sənədləri həm arxiv idarəsində və həm də özlərində var.

Deyir ki, bununla bağlı aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, onlar öz torpaq sahəsini ala bilmirlər və bu işə laqeydlik göstərilir.

Şikayətçi kanalımız vasitəsilə ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək bu işə ciddi baxılaraq köməklik göstərilməsini xahiş edir.
 //kanal13//

Daha ətraflı aşağıdakı videoda:

 

Dünyapress TV

Xəbər lenti