Ardını oxu...
Sən demə, Naxçıvandakı “Badaşxan” adlı restorandan MR-in sabiq daxili işlər naziri Əhməd Əhmədov və qardaşları şəxsi türmə kimi də istifadə ediblər. Sədərək rayonu, Dəmirçi kənd sakini Ələkbərov Nizami Əhməd oğlu başına gələn dəhşətli hadisəni Azinforum.az-a nəql edib. Restoran uzun müddət Əhmədovların nəzarəti altında olub. Əhmədovlar “vurulandan” sonra həmin restorana Ali Məclisə sədrlik edən Azər Zeynalov yiyələnib. Hazırda restoran “4 fəsil” adı ilə Azər Zeynalovun qardaşının rəhbərliyi altında fəaliyyət göstərir. Azinforum.az maraqlı müsahibəni təqdim edir:

 
Ardını oxu...
Bu ilin yayında dərc olunan “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” məqaləsində sahibkar Anar Qəribovla “Azur” ticarət mərkəzinin rəhbərliyi arasında baş verən münaqişədən bəhs etmişdik. Polisə, prokurorluğa, məhkəməyə edilən şikayətlər problemin həllinə kömək etməyib. Hesab olunurdu ki, mediaya müraciət hər iki tərəfə sərf edən həll yolunu tapmağa kömək edəcək. Lakin…

– Məhkəmə prosesi hələ də davam edir, – Anar Qəribov deyir. – Amma bu dəfə sizə hakimlərin işə yanaşması ilə deyil, Xətai rayon probasiya şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara münasibəti ilə bağlı müraciət edirəm.

Sahibkar son hekayəsini davam etdirməzdən öncə oxucuya qısaca olaraq xatırladaq ki, Anar Qəribov dörd il əvvəl ticarət mərkəzində 1285 kvadratmetr sahəni icarəyə götürüb, yarım milyon manata yaxın sərmayə qoyaraq onu təmir etdirib, avadanlıq və geyim əşyalarının alışına isə bundan da artıq pul xərcləyib. Amma onun “Famous Brands” mağazası açılan kimi mərkəzin sahibləri icarə haqqını dəfələrlə artırıblar. Bu da tərəflər arasında bağlanmış on illik müqavilənin şərtlərinə ziddir.

Tərəflər arasındakı münaqişə müxtəlif instansiya məhkəmələrində həll olunduğu bir vaxtda bina sahibləri mühafizəçilərə mağazanın sahibini və işçilərini ticarət mərkəzinə buraxmamağı tapşırıblar, yenicə təmir olunan mağazanı alt-üst ediblər, bütün geyim və avadanlıqları isə toplayaraq rütubətli zirzəmiyə atıblar və nəticədə onlar yararsız vəziyyətə düşüb. Sahibkarın ziyanının böyük hissəsini bank kreditləri təşkil etdiyi nəzərə alınsa, bir milyon yarım manata yaxın məbləğ onu ağır yük altında salıb.

– Məsələ ondadır ki, Bakı Apellyasiya Məhkəməsi 2021-ci ilin martında ticarət mərkəzinin səhmdarlarına yekun qərar qəbul olunana qədər “Famous Brands” mağazasının ərazisində hər hansı təmir işlərinin aparılmasını qadağan edib, – Qəribov hekayəsinə davam edir. – Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq məhkəmənin hökmü hamı üçün məcburidir. Bu, birbaşa vəzifəsi məhkəmə hökmlərinin icrasını təmin etmək olan probasiya xidməti üçün ikiqat məcburidir.

Ardını oxu...

Amma hər şey başqa cür baş verdi. Məlum oldu ki, mərkəzin sahibləri üçün məhkəmə qərarının dəyəri icarədarın şikayəti qədər əhəmiyyətsizdir. Məhkəmə icraçıları isə onların dediyi ilə oturub-dururdular. Sanki dövlət öz vətəndaşlarının hesabına onları məhkəmə qərarlarının deyil, kiminsə ərköyün övladlarının şıltaqlığının icrası üçün saxlayır.

Məhkəmə icraçıları dəfələrlə ticarət mərkəzinə baş çəkiblər, mağazanın ərazisində çəkiliş aparıblar, müvafiq akt tərtib ediblər və hətta mərkəzin səhmdarlarına məhkəmə qərarının pozulmasına görə daşıdıqları məsuliyyət barədə xəbərdarlıq ediblər. Amma xəbərdarlığın əksinə olaraq, səhmdarlar Fuad Rzayev və Babək Babayev nəinki mağazanın bütün pəncərə və qapılarını söküblər, hətta divarları da uçurublar. Bununla bağlı şikayətlər cavabsız qalıb. Məhkəmə icraçıları qaydanı pozanları hətta yaşadıqları ünvanda və iş yerlərində də tapa bilməyiblər. Baxmayaraq ki, Bakıda istənilən orta məktəb şagirdi belə bir problemi asanlıqla həll edə bilər. Babayev şəhərin demək olar ki yarısında göydələnlər tikən məşhur “Yeni Həyat” şirkətinin sahibidir, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevin oğlu Fuad Rzayev haqqında isə danışmağa da dəyməz. Məhkəmə icraçıları onları “axtarışa verməklə” işlərini bitmiş hesab ediblər. Halbuki, heç kim bu dərəcədə tanınmış simaları axtarmağa hazırlaşmırdı. Tezliklə axtarış tamamilə dayandırıldı.
Ardını oxu...
Qəribov səhmdarların qanunun əlifbasına əsasən hələ də ona məxsus olan keçmiş mağazasında konkret olaraq harada və nəyi sındırdıqlarını, köçürdüklərini, dəyişdiklərini dəfələrlə məhkəmə icraçılarına göstərib. O, xatırladıb ki, məhkəmənin qərarına bu cür saymazyana münasibətə görə mərkəzin sahibləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Lakin məhkəmə icraçıları gəliblər, gediblər, icarəyə verilən ərazinin yenidən qurulması isə davam edib. Bu gün orada yeni obyekt istifadəyə verilmək üçün hazırdır. Baxmayaraq ki, əvvəlki icarədarla bağlı problem hələ də həll olunmayıb.

Sahibkar qəzəblidir: necə olur ki, məhkəmə icraçıları məhkəmə qərarını icra edə bilmirlər? Düzdür, heç kim ona bundan açıq şəkildə imtina etdiyini demir. Lakin məmurların hərəkətləri, daha doğrusu, hərəkətsizliyi təkcə sahibkarın hüquqlarının deyil, həm də məhkəmə qərarının kobud şəkildə pozulmasına gətirib çıxarır.

– Bu yerdə istər-istəməz düşünürsən: belə məhkəmə icraçıları olan Xətai rayonunda təkcə mənim işimdə deyil, ümumiyyətlə, digər qanun pozucularına qarşı da ədalətli qərar olacaqmı? – sahibkar ritorik olaraq soruşur.

Bəli, məhkəmənin qərarı icra olunmalıdır və bunun üçün icraçılara bütün lazımi səlahiyyətlər verilib. Məhkəmə hökmünün sistematik şəkildə pozulması halları aşkar edildikdə, icraçılar təqsirkarlara qarşı cinayət işinin başlanması üçün işi Ədliyyə Nazirliyinin istintaq idarəsinə verməlidirlər. Məlum səbəblərdən Qəribovun istintaqa o qədər də inamı yoxdur. Amma qayda belədir. Yeri gəlmişkən, sahibkar iddia edir ki, artıq üçüncü ildir Xətai rayonunda aparılan istintaq eyni şəxslərlə bağlı olan xeyli qanun pozuntuları ilə bağlı materialların toplanmasına yekun vura bilmir. Ancaq bu, başqa mövzudur.

Qəribov il ərzində Xətai rayon probasiya idarəsinə, Probasiya Baş İdarəsinə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında Apellyasiya Şurasına dəfələrlə yazılı müraciət etdiyini təsdiq edən sənədləri yenidən göstərir. Dövlət qurumları qəti şəkildə susur. Düzünü desək, biz də təəccübləndik. Doğrudanmı heç olmasa formal cavab da yoxdur? Məsələn, “aldıq”, “araşdırırıq” və ya buna bənzər hansısa digər cavab… Belə bir şey mümkündürmü?

– Əgər sizin işinizdə təqsirləndirilən şəxslərdən biri yüksək vəzifəli məmurun yaxın qohumudursa, məsələn, “Azərenerji”nin rəhbəri Rzayevin oğludursa, bəli, mümkündür, – acı təcrübə səbəbindən müdrikləşən iş adamı cavab verir. – Təəssüflər olsun ki, belə hallarda aidiyyəti dövlət qurumlarının nümayəndələri çox vaxt şikayətçilərə deməyə söz tapmırlar…

Bu mövzuda ilk məqalə dərc olunandan sonra ticarət mərkəzinin sahiblərinə Anar Qəribovun dediklərinə münasibət bildirmək xahişi ilə müraciət etdik. Bu dəfə isə hüquqşünas-iqtisadçı, tanınmış vəkil Əkrəm Həsənovdan onun sözlərinə münasibət bildirməyi xahiş etdik. O, sahibkarın təqdim etdiyi materiallarla tanış olduqdan sonra dedi:

– Sahibkarın nəql etdiyi hadisə təkcə onun dərdinə şərik olmaq hissi deyil, həm də böyük təəssüf doğurur. Bu, bir daha nümayiş etdirilir ki, Azərbaycanın məhkəmə-hüquq sistemində ciddi problemlər var. Dövlət başçısı bütün tribunalardan məmurları, xüsusən də məhkəmə və hüquq-mühafizə orqanlarını biznesə mane olmamağa, əksinə, kömək etməyə çağırır. Amma özbaşnalıqlar hələ də davam edir. Bəzi hallarda bu özünü müdaxilələrdə, digər hallarda isə müdaxilə etməməkdə göstərir. Meyar isə çox vaxt qanun deyil, şəxsi maraqlar olur: bəzi hallarda pul, bəzi hallarda qohumluq əlaqələri. Nəticədə, Azərbaycan hələ də cəlbedici investisiya mühiti yaratmaqdan uzaqdır. Biznesə ancaq kağız üzərində dəstək verilir, sahibkarlar da bunu yaxşı bilir. Mülkiyyət hüquqlarının, müqavilələrin müdafiəsi, məhkəmə qərarlarının icrası və son nəticədə sağlam rəqabət yoxdur. Bütün bunlar isə bazar iqtisadiyyatının əsasını təşkil edir. Nəticədə biz təşəbbüskar insanları itirə bilərik. Onlarsız iqtisadi inkişaf mümkün deyil.
Mənbə: Pressklub.az
 
Ardını oxu...
Tovuz rayonu, Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı KTN-in Aqrar Xidmətlər Agentliyi və bu qrumun sədr müavini Cəfər Məhərrəmov barəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabına müraciət edib.
TEREF.AZ bildirir ki, bir nüxsəsi də Faktinfo.az saytına göndərilən müraciətdə deyilir:

Hörmətli cənab prezident!

Ümummilli lider Heydər Əliyev deyirdi ki,cinayətkarın cəzasız qalması dövlətçilik üçün böyük təhlükədir.Mən isə məsuliyyəti üzərimə götürərək deyirəm ki,Kənd Təsərrüfatı nazirliyində baş verən rüşvətxorluq və korrupsiya əməllərinin başında İnam Kərimov və onun komandası durur.

Bu komandanın tərkibində Aparat rəhbəri Rəfail Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini,kənd təsərrüfatından məlumatı olmayan Cəfər Məhərrəmov və ixtisasca neftçi olan Rəşad Vahabzadə də var.Bunların korrupsiya əməlləri barədə əlimizdə kifayət qədər çox ciddi faktlar var və bu faktları vaxtaşırı olaraq mətbuatda işıqlandırmışıq.Bundan əlavə Baş prokurorluğa və digər hüquq mühafizə orqanlarına məlumat vermişəm.

Onu da qeyd edim ki,dəfələrlə mediada öz savadsızlığı ilə özünü və bütün nazirliyi biabır edən Cəfər Məhərrəmov çıxışları ilə sübut edib ki, bu nazirlikdə bir nəfər də olsa ixtisaslı kadr yoxdur. Onlar kadr korpusunu məhv edərək, əslində nazirliyi korrupsiya və rüşvətxorluq yuvasına ceviriblər. Dəfələrlə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Nazirlər Kabinetinin 14 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını yersiz sayıb və bizə bildirib ki, şəhidlik statusundan istifadə etməyin.

Bildirirəm ki, Cəfər Məhərrəmovun savadsız çıxışları xalq tərəfindən istehza ilə qarşılanır. Belə ki, o Real TV-də çıxışı zamanı tez yetişən sorta qısa müddətə bara düşən sort adı verib və elmə yeni "termin" gətirib.

Onların etdikləri cinayətlər barədə bir neçə faktı nəzərinizə çatdırıram. Belə ki, 2022-ci ilin dekabr ayında Cəfər Məhərrəmov və Rəşad Vahabzadə rayonlardakı işçilərinə göstəriş verərək 2020-2021-ci illərdə analiz olunmuş torpaq nümunələri üçün vətəndaşlardan ərizə yığdırırlar ki,guya vətəndaşlar özləri xahiş edib ki,onların torpağı analiz olunsun. Bu analizlər isə pulludur. Bu vaxtı keçmiş "əməliyyat" iki ildən sonra məcburi olaraq saxta yolla rəsmiləşdirilir ki,bu da mənimsənilmiş pulların üstünü ört-basdır etmək üçün maxinasiya hesab olunur.

Aqrar Xidmətlər Agentliyinin ixtisasca neftçi olan, Azərbaycan əlifbasını bilməyən əməkdaşı Rəşad Vahabzadə 2021-ci ildə Respublika üzrə bütün toxumluq əkinlərin aprobasiya aktlarında təsərrüfat rəhbərləri üçün nəzərdə tutulmuş sənədlərdəki yerə öz idarəsinin möhürünü vurub.Bu sənədlər toxumçuluqda çox mühüm və ciddi sənəddir və bu sənəd minlərlədir.Aqrar Xidmətlər Agentliyi tərəfindən qanunsuz olaraq işdən çıxarılan,peşəkar mütəxəssis olan oğlum Həsənov Naməddin Tofiq oğlu bununla bağlı şikayət etdikdən sonra, 2022-ci ilin aprobasiya aktlarında Rəşad Vahabzadə həmin təsərrüfat rəhbərlərinin yerinə möhür vurmamışdır.

Rəşad Vahabzadə gec də olsa başa "düşmüşdür" ki, möhür vurduğu yer təsərrüfat rəhbərləri üçün nəzərdə tutulmuşdur.Bu savadsıza izah edirəm ki,əgər təsərrüfat rəhbəri fiziki şəxsdirsə həmin yerə imza atmalı, hüquqi şəxsdirsə öz imza və möhürünü vurmalıdır.Hal-hazırda 2021-ci il və 2022-ci ilin aprobasiya aktları üzləşdirilərsə qeyd etdiyim faktlar öz təsdiqini tapar, çünki həmin sənədlərin hamısı Aqrar Xidmətlər Agentliyindədir.

Beləliklə ,ölkə başçısının etimad və inamını doğrultmayan,korrupsiya yolu ilə Kənd Təsərrüfatını bərbad vəziyyətə salan,Azərbaycanda qiymətlərin yüksəldilməsinə şərait yaradan İnam Kərimov və onun yuxarıda adlarını qeyd etdiyim komandası təcili olaraq qanun qarşısında cavab verməlidir.

Möhtərəm prezident!

Əlimizdə onlarla belə ciddi faktlar var.Həmin faktların araşdırılması aidiyyəti üzrə hüquq mühafizə orqanlarının səlahiyyətlərinə aid olsa da, hələlik heç bir əməli fəaliyyət yoxdur.

Hörmətlə,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı

Ardını oxu...

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Fərmana əsasən, Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə verilən 500 milyon manat kredit portfeli 450 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir.

Sənədlə nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

Ardını oxu...
Bakının məşhur İdman və Əyləncə Mərkəzi olan “Olimpik Star”da oğurluq hadisəsi baş verib.
DİA.AZ bildirir ki, Bakupost.az -a daxil olan məlumata görə, əyləncə mərkəzinin xidmətlərindən istifadə edən bir ailə sürprizlə qarşılaşıb. “Olimpik Star”a daxil olan ailənin azyaşlı üzvlərindən birinin “Uşaq labrinti” adlanan məkanda yeni alınmış bahalı ayaqqabıları oğurlanıb.
Məlumat üçün qeyd edək ki, Mərkəzin daxilində yerləşən “Uşaq labrinti”nin girişində uşaqlara ayaqqabılarını çıxarmaları və müştərilər üçün ayrılmış xüsusi saxlanc yerinə qoymaları tələb olunur.
Ayaqqabıları oğurlanan uşağın valideyni bu qaydadan istifadə edib və bunun üçün “Uşaq labrinti”nə pul ödəyib. Ayaqqabılar işçilərin birbaşa nəzarətində olan və digər istifadəçilər üçün qapalı məkanda xüsusi açıq qutulara qoyulub.
Uşaqlar əyləndikdən sonra ailə “Uşaq labrinti”ni tərk etmək istəyəndə məlum olub ki, ayaqqabı yoxdur.
Mərkəz əməkdaşları ilk əvvəl bu halın təsadüfi olduğunu bildirərək anlaşılmazlığın qısa müddət ərzində aradan qaldırılacağını vəd ediblər. Lakin hadisədən 3-4 gün keçdikdən sonra ailəyə məlumat verilib ki, bu oğurluq məsələsində onlar heç bir məsuliyyət daşımır.
Bundan sonra valideyn kamera görüntüsünü tələb edib, lakin bu da yerinə yetirilməyib.
Daha doğrusu “Olimpik Star”ın rəhbərliyi videogörüntüləri nə ailəyə verir, nə də özləri araşdırma aparır…
Valideyn iddia edir ki, “Olimpik Star”ın bu kimi xoşagəlməz hadisələrin baş verməsində marağı var: “Ya ayaqqabıları öz əməkdaşları oğurlayıb, ya da özlərinə yaxın adamlar aparıblar…
Əks təqdirdə hamıdan çox onlar baş verən bu hadisənin aydınlığa çıxmasında maraqlı olmalı, müştəri məmnuniyyətini təmin etməli idilər. Bunu etmirlərsə, ya işlərini doğru-düzgün bacarmırlar, ya da baş verən oğurluq hadisəsinin bilavasitə iştirakçılarıdırlar.
Əgər həqiqətən onlar işlərini bacarmırlarsa biz balaca fidanlarımızı onlara niyə etibar etməliyik? Bu gün ayaqqabısı oğurlanan uşağın sabah özünün oğurlanmayacağına kim zəmanət verə bilər ki?”
Məsələ ilə ilə bağlı “Olimpik Star”la əlaqə saxladıq.
Mərkəzin Rüstəm adlı əməkdaşı Bakupost.az –a hadisənin baş verdiyini təsdiqlədi:
“İtən əşyalara görə rəhbərlik məsuliyyət daşımır. Biz hər zaman buraya gələnlərin rahatlığını düşünmüşük. Mərkəzdə şkaflar var ki, gələnlər rahat şəkildə ayaqqabılarını, əşyalarını yerləşdirsinlər. Yəqin ki, başqa bir uşaq çaşıb həmin ayaqqabını geyinib gedib. Biz valideynə də dedik, biraz gözləyək bəlkə geri qayıdıb verərlər. Bir neçə gün gözləsək də, qaytaran olmadı. Görünür, burada valideyn prinsip aparır...”.

Ardını oxu...Ardını oxu...

Beləliklə, Dünyada və Azərbaycanda bir sıra ictimai-siyasi, sosial-iqtisadi hadisələrlə yadda qalan 2022-ci il artıq tarixə qovuşdu. Keçən ilin bir çox problemləri də həll olunmadan yeni 2023-cü ilə adladı. Bildiyimiz kimi, 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub. Bu il mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq. Ona görə də il boyu Ulu Öndərin həyat və dövlət xadimi kimi fəaliyyətinə işıq salınacaq, dahi rəhbərə həsr olunan tədbirlər keçiriləcək. Sözsüz ki, bu sırada Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlər, apardığı məhkəmə-hüquq islahatları dfa xatırlanacaq, insan hüquq və azadlıqlarının təmin olunmasına necə böyük dəyər verdiyi yada salınacaq. Problemləri 2022-ci ildə həllini tapmayaraq 2023-cü ilə adlamış Cənnətovlar ailəsi də “Heydər Əliyev ili”ndən ədalət gözləyirlər.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy  nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.

Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir.

Xatırladaq ki, “Dəryaz” qəzeti (“Deryaz.az” veb-saytı Alim Cənnətovun valideynlərinin redaksiyamıza müraciətləri əsasında artıq üç dəfə bu mövzuda məqalələr hazırlayaraq oxucularına təqdim etmişdir. Həmin məqalələrdə bu məsələ ilə əlaqədar təfərrüatlar, məhkəmə ədalətsizliyi ilə bağlı məqamlar öz əksini tapmışdır.

Sonuncu dəfə isə Alim Cənnətovun nənəsi – şəhid anası, ahıl yaşlı Rəfiqə Cənnətova redaksiyamıza müraciət edərək fəryadının ictimailəşdirilməsini xahiş etmişdi. Redaksiyamıza növbəti müraciətlərində “Yəqin, Mehriban Qarayeva  özü də ana olduğu üçün məni başa düşüb, amma Azər Hüseynova həm ədalət, həm də mərhəmət hissi yad olduğu üçün bizim fəryadımıza biganə yanaşdı, sifarişlə qərar çıxardı” – deyən ailənin üzvləri özlərində belə bir inam bəsləyirlər ki, Ali Məhkəmədə icraatda olan bu məsələ ilə bağlı tezliklə ədalət işartıları özünü göstərəcəkdir: “Əfsuslar olsun ki, Rövşən Bayramov məhkəmədə Namiq Cəlilovun müdafiəçisi kimi çııxış elədi. Bu da haradasa başa düşüləndi – təmsil etdiyi qurumun məhkəmə çəkişməsində uduzmasını istəmirdi. Amma Allahdan qorxmalıydı. Belə çıxdı ki, Bayramov Cəliloviun günahına şərik çıxdı. Apellyasiya məhkəməsinin hakimi Azər Hüseynov haqlı tərəf olan bizi başa düşmədi, amma haqsız olan qarşı tərəfin “dilini yaxşı anladı”. Məhkəmə prosesinin audio-video qeydlərinin də çıxarılıb incələnməsini vəsatətlə tələb etdik, yerinə yetirmədilər. Hakim köməkçilərinin özləri belə məhkəmənin gedişində bütün istiqanlı manera və jesttləri ilə Alim Cənnətovun mövqeyinin haqlı olduğu mesajı verirdilər. Di gəl, son anda onlar da hakim Azər Hüseynovun yekun qərarını təsdiqləməli oldular. Təqaüdə çıxmaq ərəfəsində özünə Dövlət Sərhəd Xidməti kimi düşmən qazanmaq istəməyən Azər Hüseynov isə ədalətin deyil, hüquqpozanın tərəfində durdu. DSX-nı uduzdursaydı, bu, hakimin imicinə, təqaüdünün məbləğinə təsir edəcəkdimi? – deyə bilmərik! Amma bir onu bilirik ki, Allah var, Onun mizan-təırəzisi var, bir də Azər Hüseynovun halal hesab elədiyi təqaüdü salamat canla yeyə bilib-bilməməsi, həmin təqaüdün həkimə-dərmana qismət olub-olmayacağı məsələsi var”.

Hüquqları uğrunda mübarizə aparan Alim Cənnətovla DSX-nin mübahisəsi ilə bağlı Ali Məhkəmənin növbəti iclası fevralın 3-də hakim Rahib Nəbizadənin sədrliyi ilə qiyabi icraat qaydasında keçiriləcək. Əslən Gəncə şəhərindən olan Cənnətovlar vaxtilkəı Gəncə Apellyasiya Məhkəməsində işləmiş Rahib Nəbizadənin haqqında yüksək fikirlər eşitdiklərini, ədalət tərəfdarı olduğunu bildiklərindən, bu dəfə də haqqı müdafiə edəcəyinə ümidlidirlər. Həmçinin Ali Məhkəmənin sədrinə xahişdə bulunurlar ki, məsələni öz yüksək nəzarətinə götürsün və ədalətli qərar çıxarılmasına köməklik göstərsin.

“Dəryaz”

Ardını oxu...
Son illər AMEA rəhbərliyində olan boşluqlar Fizika İnstitutunun keçirdiyi satınalmalarda qanunsuzluqlara daha geniş vüsət verib…

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun keçirdiyi tenderlərdə maxinasiya halları baş verir.

DİA.AZ AzFakt.com-a istinadla xəbər verir ki, İnstitutda bu işləri satınalma komissiyasının sədri Xanlar Xanlarov həyata keçirir. Xanlar Xanlarov həm də Fizika İnstititunun baş iqtisadçısıdır.

Son illər AMEA rəhbərliyində olan boşluqlar Fizika İnstitutunun keçirdiyi satınalmalarda qanunsuzluqlara daha geniş vüsət verib.

Kimliyi, mənbəyi bilinməyən, 5 manatlıq MMC-lər institutun fərqli sahələr üzrə keçirdiyi tenderlərdə “qalib” olurlar.

Xanlar Xanlarova bu cür “gecəqondu” MMC-ləri tapıb gətirən isə Rəhman adlı nəvəsinin olduğu iddia edilir.

“Otkad” MMC-lərin “ovçusu” olan Rəhmanın Fizika İnstitutuna gətirdiyi son təşkilatlardan biri “Zəfər 052” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN- 1007513961) olub.

“Zəfər 052” MMC 2022-ci ilin mart ayında qeydiyyata alınıb. MMC-nin rəhbəri Əliyev Cavad Həmdulla oğludur.

Mart ayından bu günədək Fizika İnstitutu ilə “Zəfər 052” MMC-nin arasında 4 satınalma “müqaviləsi” bağlanıb.

Bu müqavilələrin ümumi məbləği 82.771 manat olub.

Əldə etdiyimiz məlumata görə bu tenderlər formal olaraq keçirilib.

Burada əsas məqsəd müqavilədə göstərilən pulları silmək olub.

Fiziki İnstitutundan xəbərə mövqe öyrənə bilmədik.
Ardını oxu...
Azərbaycan Texnologiya Universitetinin dekanı Rövşən Hacıyevin plagiat dokrorluq disertasiyası yazdırıb?

Bu haqda dünyanınsəsi.Az saytının E-mail ünvanına müraciət göndərilib.

Həmin müraciət olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının Sədri Famil Mustafayeva açıq məktub…
Hörmətli Famil müəllim!
AAK-a rəhbərlik etdiyiniz müddətdən etibarən saxta dissertasiya müdafiə etmək istəyənlərin xeyli qarşısı alınıb,
Amma bütün bu neqativ hallara qarşı mübarizə aparılmağına baxmayaraq,yenədə saxtakarlığa cəhd edənlər tapılır.
Belə saxtakarlardan biridə Azərbaycan Texnologiya Universitetində dekan işləyən Hacıyev Rövşəndir. Rövşən Hacıyev təqribən il yarım öncə ADAU- da elmlər doktoru dissertasiyasının ilkin müzakirəsini keçirib və növbəti mərhələyə buraxılmaq üçün sənədləri AAK- a göndərmışdir, lakin dissertasiya plaqiat olduğu üçün AAK- da ilişib qalıb.
Əvvəlki dövrlər olsaydı Rövşən Hacıyev artıq çoxdan elmlər doktoru alimlik dərəcəsi adını almışdır. Aydındır ki, R.Hacıyev bu gündə yollar axtarır ki, AAK tərəfindən vurulmuş dissertasiyani yenidən dirçəltsin.
Rövşən Hacıyev Azərbaycan Neft və Kimya İnstitutunu bitirib,uzun müddət kömrük orqanlarında çalışıb, rüşvətxorluğa görə kömrük orqanlarından qovulduqdan sonra Texnologiya Universitetində işə düzəlib. Bir müddətdən sonra Rövşən Hacıyev Universitetin sabiq rektoru Akif Süleymanova 20 min manat rüşvət verərək «Avtomatoka , Telekommunikasiya və İnformatika « fakültəsinə dekan «seçilib»
Kömrük orqanlarından və Universitetdən rüşvət formasında yığdığı haram pulları ADAU- da fəaliyyət göstərən dissertasiya şurasının katibi fırıldağçı Qabil Məmmədova verərək özünə saxta dissertasiya yazdırıb.
Ən maraqlısı odur ki, Neft və Kimya institutunu bitirən , universitetdə kompüter Texnkasından dərs deyən Rövşən Hacıyev tamamilə ona yad olan sahədən , fermalarda broyler toyuqların yetişdirilməsində havalandırma və işıqlandırma məsələlərinin həllindən elmlər doktoru dissertasiyası müdafiə etmək istəyir.
Bu fırıldaqçıdan soruşmaq lazımdır ki, ilk dəfə xaricdə yüksək texnologiyalar vasitəsilə və sonralar Azərbaycanda xarici texnologiyaların tətbiqi ilə yetişdirilən broyler toyuqların daha innovativ texnologiyalarla yetişdirilməsində keçmiş kömrük işçisi olan və kompyuter mühəndisliyi fənnindən tələbələrə dərs keçən, hal-hazırda Texnologiya Universitetinin dekanı işləyən Rövşən Hacıyev xarici texnologiyalarda mövcud olan hansı problemi həll edib?
Nəhayət quşçuluq üzrə « mütəxəssis» olan bu adam broyler toyuqların yetişdirilməsində hansı elmi yeniliyi edib? Görəsən Respublikamızda fəaliyyət göstərən fermaların hansında O, 4-5 il əvvəl başladığı disdertasiya işində həll etdiyi problemin nəticələrini tətbiq edib.
Rövşən Hacıyev heç vaxt məşğul olmadığı, bilmədiyi elm sahəsindən 4-5 il müddətinə elimlər doktoru dissertasiyasını necə müdafiə edə bilər? hansı ki, o, fəlsəfə doktoru disdertasiyasını 10 ilə müdafiə edib.
Görəsən Rövşən Hacıyev niyə oxuduğu, bildiyi ixtisasdan yox, tamamilə ona yad olan sahədən dissertasiya müdafiə etmək istəyir, yoxsa o ixtisaslar üzrə heç bir problem yoxdur?
Cənab Sədir inanırıq ki AAK heç vaxt R.Hacıyev kimi fırıldaqçıya imkan verməz ki,O, öz çirkin niyyətini həyata keçirsin.
Hörmətlə,Tural Babalı
Teref.az olaraq qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
https://turantv.az/2022/12/09/az%C9%99rbaycan-texnologiya-universitetinin-dekani-plagiat-doktorluq-dissertasiyasi-yazdirib-aak-s%C9%99drin%C9%99-sikay%C9%99t/
 
Ardını oxu...
Nefçala rayonu, Mürsəqulu kənd sakini Səmədov Çingiz Yadigar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Mürsəqulu kəndinin “kolxoz sədri” Səlimov Əlibala Xanəhməd oğlu kəndlilərin torpaq sahələrinə qeyri-qanuni olaraq sahib çıxıb:

“Mən, Səmədov Çingiz Yadigar oğlu, yazaraq bildirirəm ki, illərdir bütün kənd camaatı olaraq müraciət etmədiyimiz orqan qalmayıb. Lakin şikayətlərimizə baxılmır.

Neftçala rayonunda xüsusilə 2 kəndin - Xolqaraqaşlı və Mürsəqulu kəndlərinin problemləri bitmir. 2002-ci ildən 2020-cil ilədək Xolqaraqaşlı Bələdiyyəsinin sədri vəzifəsində işləyən Səlimov Əlibala Xanəhməd oğlunun başımıza açmadığı oyunlar qalmayıb. 215 ədəd məktub, nə qədər teleqram vursaq da, heç bir yerdən cavab yoxdur. Onun qanunsuz əməllərini görmək istəmirlər.

Baş Prokrorluğa da şikayət etmişdik. Baş prokrorluq işi DTX-ya verdi. DTX-da məni və Rahib Usubovui qəbul edib, izahatımızı aldılar. Uzun müddət keçməsinə baxmayaraq, hələ cavab yoxdur.

Əlibala Səlimov 20 ildir qeyri-qanuni mənimsədiyi torpaqları əkib-biçir. O, bütün kəndlilərin torpağını əlindən alıb. 63 hektar torpağın cəmi 9 hektarı oğlu Səlimov Ozal Əlibala oğlunun adınadır. Onu da rüşvətlə keçirdib oğlunun adına. Heyavanlar girməsin deyə torpaq sahələrinə dəmir qapılar düzəltdirmişdi. Lakin 2020-ci il, avqustun 15-də kənd camaatı təngə gəlib qapını sındırdı.

Məmurun torpaqdan gələn qazanca ehtiyacı varsa, savadsız, işsiz-gücsüz kəndlinin yoxdur? Biz haqqımız olan torpağımızı istəyirik. Onun evi, maşını, şəxsi mülkləri bizə maraqlı deyil. Bir müddət keçmədən mənə, Rahib Usubova və Rövşən Abdullayevə qarşı məhkəmədə iş açıldı. Bizi xuliqanlıq maddəsi ilə (121.2.1) cəzalandırdılar.

Bizim yazdığımız şikayətlər, keçirdiyimiz görüşlər əhəmiyyətsiz hesab edilir, amma bunların şikayətinə tez baxılır. Qanunsuzluq hər yerdə var, amma inanın ki, bu qədəri heç yerdə yoxdur. Məmur kəndlilərin torpaq sahələrini mənimsəyir və Azərbaycan Respublikasının dövlət qurumları illərdirb una göz yumurlar”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti