Sumqayıt gənclərinin narazı olduğu Elgün Hümbətov özünü niyə "toxunulmaz kadr" sayır? - İdarə rəisi haqda İLGİNC İDDİA - VİDEO
Ulu Öndər Heydər Əliyevin "Gənclər bizim gələcəyimizdir" ifadəsi bu sahəyə göstərilən diqqət və qayğının ən böyük təzahürüdür. Təsadüfi deyil ki, bu ideologiya Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Gələcəyimizin əmin əllərdə olması, sağlam gəncliyin yetişməsi üçün bir çox işlər həyata keçirilir. Lakin təəssüflər olsun ki, regionlarda gənclərlə işləməyə, onların fiziki və mənəvi inkişafına töhfə verməyə, pis vərdişlərdən uzaqlaşması üçün müxtəlif layihələr həyata keçirməyə cavabdehlik daşıyan bəzi qurumlar heç də öz işlərinin öhdəsindən uğurla gələ bilmir. Lap elə Sumqayıt Gənclər və İdman Baş İdarəsi kimi...

Bəli, Sumqayıt sakinlərinin böyük əksəriyyətinin adıçəkilən qurumu tanımaması, onun gördüyü işlərdən xəbərsiz olması Sumqayıt Gənclər və İdman Baş İdarəsinin fəaliyyətsizliyinin ən bariz göstəricisi hesab oluna bilər. Görünür, adıçəkilən qurum yalnız bir qrup gənci öz ətrafına toplayaraq müxtəlif layihələr keçirməklə işini bitmiş hesab edir. Amma Sumqayıt gəncliyinin problemləri, onların qayğıları, mütərəqqi ideya və təklifləri heç kimi maraqlandırmır. Elə bunun nəticəsidir ki, şəhər gəncləri Sumqayıt Gənclər və İdman Baş İdarəsinin fəaliyyətini qənaətbəxş hesab etmir.

Tehsilmedia.az xəbər verir ki, 2018-ci ildən Sumqayıt Gənclər və İdman Baş İdarəsinə rəhbərlik edən Elgün Hümbətova etimadlar böyük olsa da, onun bu ümidləri doğrulda bilməməsi, şəhər gəncliyinin inkişafı üçün əlində olan imkanlardan istifadə etməməsi, gənclərlə bağlı heç bir iş görməməsi göz qabağındadır. Müxtəlif tender müsabiqələrində yol verilən maliyyə maxinasiyaları ilə bağlı məlumatların yerli mediada dərc olunması və səslənən iddiaların cavabsız qalması cənah Hümbətovun "fəaliyyəti" haqda müəyyən suallar doğurur. Məsələn Gənclər və İdman Baş İdarəsinin gənc şirkətlərlə böyük sövdələşməsini əks etdirən, beləcə maliyyə maxinasiyalarına yol açan hərəkətləri haqda yerli mediada müxtəlif materiallar yayımlanıb. Belə ki, 2021-ci ildə Gənclər və İdman Baş İdarəsi tərəfindən elan olunan tender müsabiqəsinin heç bir təcrübəsi olmayan və cəmi bir-iki ay öncə yaranan şirkətlərə həvalə edilməsi adıçəkilən idarənin qaranlıq məqamlarından xəbər verir. https://www.regionxeberlericom.az/gun/58467-gencler-idaresinin-genc-sirketlerle-boyuk-sovdelesmesi-teferruat.html
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov isə səslənən iddaların heç bir əsasının olmadığını bildirir.

Doğrudur, Elgün Hümbərtovun səmimi şəkildə medianın suallarını cavablandırması təqdirəlayiq hal kimi dəyərləndirilə bilər. Lakin bu, idarə rəisinin Sumqayıt gəncləri ilə bağlı heç bir iş görməməsi faktını dəyişdirmir. Görünür, vaxtilə Abşeronda mühüm vəzifələrdə işləyən Elgün Hümbətovun şəhər rəhbərliyi ilə yaxşı əlaqələrə malik olması onun özünü "toxunulmaz kadr" kimi hiss etməsinə zəmin yaradır. Üstəlik, hörmətli rəisin həyat yoldaşı şəhər məktəblərindən birində direktor vəzifəsini icra edir. Yəni, dolayısı ilə gələcəyimiz olan gənclərin layiqli vətəndaş kimi yetişməsində Hümbətovlar ailəsinin rolu çox böyükdür. İdarə rəisinin direktor xanımının öz işinin öhdəsindən necə gəldiyi haqda heç nə deyə bilməsək də, Elgün Hümbətovun fəaliyyətsizliyi göz önündədir.

Şəxsi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Elgün Hümbətovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsi haqda artıq yuxarı dairələrdə də xəbərdardırlar və hörmətli rəisin tezliklə öz vəzifəsi ilə vidalaşacağı gözlənilir. Dövlətin göstərdiyi etimadı doğrultmaq və vəzifəsini layiqincə yerinə yetirmək hər bir məmurun mənəvi borcudur. Bunun öhdəsindən gələ bilməyənlərin "kreslo"da əyləşməsi isə sadəcə vaxt itkisidir. Ümid edirik ki, gənclərlə bağlı dövlətin həyata keçirdiyi işlərin yerlərdə də uğurla davam etdirilməsi üçün düzgün kadrların təyin olunması prioritet təşkil edəcək.

 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti