Sözün düzü, ölkənin ən böyük strateji qurumu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ( SOCAR ) olan korrupsiyanın səviyyəsi barədə danışmağa ehtiyac görmürük. Amma SOCAR-ın Nəqliyyat İdarəsində və idarəyə tabe olan Texnoloji Nəqliyyat Departamentlərində baş verən rüşvət və korrupsiya, qanunsuz əməllərdən danışmasaq olmaz. Təsəvvür edirsiniz illərlə Nəqliyyat İdarəsinə rəhbərlik etmiş Hacı Elçin Zülfüqarov mart ayında vəzifəsindən azad edildi. 5000-dən artıq işçiyə rəhbərlik edən, balansında yüz milyonlarla dəyərində avtmobil, texniki avadanlıqlar olan bu qurumun rəisini neçə illər İŞİD-ə maliyyə dəstəyi verməkdə ittiham etdilər. Amma bir dövlət qurumu bu məlumatı yoxlamağa cəsarət etmədi. İdarənin əməkdaşları haralara yazmadılar..? Hətta konkter olaraq ortaya sənədlər qoydular. Ki, Nəqliyyat İdarəsində 2.940.000 manatlıq müqavilədə bir milyonluq mənimsənilmə 45 faiz təşkil edir. İdarənin əməkdaşları sənədlə sübut elədilər ki, burada qiymətlər real bazardan 300, hətta 400 faiz bahadır. Ümumiyyətlə, təkcə bir müqavilə üzrə mənimsəmə bir milyon avrodan artıqdır. Təkcə avtomobil şinlərinin satınalınması müqaviləsində mənimsənilmə bir milyon avro təşkil edir. Deməli, idarədə bütün satınalmalar və tenderlər saxta yolla keçirilir. Təmir adı altında dövlətin milyonları mənimsənilir. Təsəvvür edirsiniz, balans dəyəri 4-5 min manat olan nəqliyyat vasitələrinə bir il ərzində 30-40 min manat məbləğində təmir işləri yazılır. Yəni astarı üzündən 10 dəfə baha... Bəli, nəqliyyat vasitələri təmir olunmur, sadəcə olaraq təmir adı ilə milyonlar silinib mənimsənilir. Bu hələ harasıdır..? Nəqliyyat İdarəsində bir ədəd lampa 170 manat, qapı acarı 430 manat, fara 3000 manat, alın şüşəsi 2700 manata sənədləşdirilir. İndi özünüz korrupsiyanın miqyasını təsəvvür edin. İdarənin işçiləri dövlət qurumlarına yazır ki, Hacı Elçin Zülfüqarov dövlətdən oğurladığı milyonların hesabına Qobustan qəsəbəsində özünə böyük ferma və heyvandarlıq təsərrüfatı tikdirib. Və idarənin texnikasından, işçilərinin əməyindən istifadə edir. Bu hələ harasıdır...? Nəqliyyat İdarəsinin rəisi Hacı Elçin Zülfüqarovun iki qardaşının oğlu – Şahbaba və İbad, bacısı oğlu Xələfi İŞİD terror təşkilatının nəzarətində gedən terror əməliyyatlarında iştirak edirlər. Elçin Zülfüqarovun satınalma şöbəsinin rəisi olan bacısı oğlu Ülvi Bəktaşi hər ayın 10-15 gününü müxtəlif adlar altında Çinə, Dubaya, Türkiyəyə, İtaliyaya və Almaniyaya getməklə çirkli pulları ölkədən kənara çıxarmaqla məşğuldur. Dövlətdən oğurladıqları pulların bir hissəsini getdiyi ölkələr vasitəsilə İŞİD terror təşkilatına ötürməklə məşğuldur. Bütün bunlar ortada olsa da nə dövlət qurumları, nə hüquq-mühafizə orqanları Elçin Zülfüqarova gözün üstə qaşın var demədilər... Sadəcə, 2 ay öncə SOCAR-ın yeni prezidenti Rövşən Nəcəf Elçin Zülfüqarovu hörmətlə yola salaraq ...həmin vəzifəni Ələddin Məmmədova həvalə edib. Təsəvvür edirsiniz, 2006-cı ildən 2023-cü ilədək, yəni 17 il dövlətin az qala 100 milyonunu mənimsəyən, İŞİD-ə yardım edən adam rahatca gedir istirahətə. Bunları yazmaqda məqsədimiz odur ki, bu idarə bu gün də faəliyyət göstərir. Və... İdarənin işçiləri yazır ki, təzə rəis Ələddin Məmmədov bizə “ot yoldurur”. İndi gördünüzmü, heç nə dəyişməyib. Hələ bu harasıdır..? Redaksiyamıza daxil olan məlumata görə, SOCAR-ın vitse prezidentinə məxsus, 10 AA- 346 nömrəli, dəyəri 300 min olan xidməti avtomobilin sürücüsü, Məhərləmov Cabir Şiralı oğlu ( 14.04. 1963 təvəllüdlü ) Qarabağ Qazisini təhqir edir, hətta ölümlə hədələməkdən çəkinmir. Onu da qeyd edək ki, sürücü SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin işçisidir. Və Xətaidə milyonçular məhəlləsində özü üçün ev tikib, yaşayır. İndi gördünüzmü, Nəqliyyat İdarəsinin nəinki rəisləri, adi sürücüləri də özlərini qoçu kimi aparır, qazini ölümlə hədələyir. Amma Qarabağ Qazisi bu məsələni belə qoymayacağını bildirib və hüquqlarının müdafiəsi üçün Ölkə Başçısına müraciət edərək ondan müdafiə olunmasını xahiş edib.