Gülnaz Dadaşovanın məhv etdiyi Kardiologiya İnstitutu...

Kardiologiya İnstitutunda baş verənləri heç bir rənglə ört-basdır etmək mümkün deyil. Hətta “Sobsan” boyaları belə acizdir…

Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyətdə olması kimsəyə sirr deyil. Bataqlıqda çabalayan sistemin ürəkdağlayan sahələrindən biri də C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur. Yarıtmaz idarəçilik səbəbindən burada acınacaqlı durum yaranıb. Kollektivdə hökm sürən narazılıq, kütləvi şəkildə kadrların işdən qovulması, heç bir imtahansız, vakansiya elan edilmədən onlarla şəxsin işə qəbulu burada korrupsiyanın və rüşvətin göstəriciləridir.

Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən Gülnaz Dadaşova bu gün də eyni ampuladadır. Görünür toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi nazirlərin yerini dəyişəndə də G.Dadaşova üçün fərq eləmir.

Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın “şirinliyi” olaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.

G.Dadaşovanın gəlişindən sonra Kardiologiya institutunda “kadrları məhv etmə” əməliyyatı aparılmağa başlanıldı. G.Dadaşova ağına-bozuna baxmadan savadlı, illərlə təcrübə toplayaraq mütəxəssis kimi formalaşan kadrları işdən çıxarır, əvəzində isə qohum-əqrabasını, biznes maraqlarına cavab verənləri işə almağa başladı. O cümlədən vaxtilə işdən çıxardığı elm adamları qanunsuz işdən çıxarılma ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmələri udurlar. G.Ddadşovaya isə «güldən ağır söz» deyən olmur. Nəticədə qocaman bir elm-səhiyyə ocağı bir neçə nəfərin özəl müəssisəsinə, biznes strukturuna çevrilib. Burada hər şey G.Dadaşova və komandasının maraqlarına tabe edilib.

Verilən məlumatlara görə, Kardeologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb.

G.Dadaşova Kardiologiya İnstitutunu “dərman mafiyası”nın oylağına çevirib. Məlumata görə, direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3-4 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

Gülnaz Dadaşovanın tibb elmində “inqilab” edən “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiat olduğu bildirilir . Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da, sonradan hansısa yollarla “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib.

Təsadüfi deyil ki, G.Dadaşova elmi işini necə “yazıbsa” rəhbərlik etdiyi institutu da məhz həmin tərzdə idarə edir. Bu idarəetmə isə Kardiologiya institutunu uçuruma aparıb. Nahaq deyil ki, bu cür hədsiz biabırçılıqlarla üzləşən həkimlər və xəstələr İnstitutun əvvəlki rəhbərliyinin atasına rəhmət oxuyurlar.

Qəribəsi odur ki, Səhiyyə Nazirliyində hələ də onu müdafiə edən qüvvələr var. Məhz bu arxayınçılıq G.Dadaşovaya bu qədər özgüvən,əminlik verir. Əks təqdirdə bir elm-səhiyyə ocağını bu qədər amansızcasına məhv etmək olmazdı.

Görünür İcbari Tibbi Sığorta Agentliyini və şəxsən Zaur Əliyevi də susduran “səbəblər”, yaxud da rənglər mövcuddur. Ölkə səhiyyəsində inqilabi islahatlar aparmalı olan agentliyin və onun “islahatçı” rəhbərinin Kardiologiya institutunda baş verənlərə seyriçi qalması, heç bir reaksiya verməməsi haqlı suallar doğurur. Əcaba burada daha hansı eybəcərliklər baş verməlidir ki, cənab Z.Əliyev münasibət açıqlasın. Qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları, həkim tibbi rəyləri saxtalaşdırılır və arayışların verilməsi üçün bazar açılıb, amma nə Səhiyyə nazirliyi, nə TƏBİB, nə də cənab Zaur Əliyev qımıldanmır.

Direktor-həkim G.Dadaşovanın bahalı «Porche» avtomobili işə gəlib-getməsi, avtomobili saxladıqda mühafizəçilərin qaçaraq qapını açması adamın elm adamından çox «kraliçalar» kimi yaşamasından xəbər verir. Yəni doğrudan da ölkə səhiyyə sisteminin cavabdehi Zaur Əliyev bu institutda baş verənlərə göz yumacaq?

Bu birbaşa Dövlət başçısının, şəxsən Birinci vitse-prezident Mehriban xanımın səhiyyə sahəsində apardıqları islahatlara qarşı sabotajdır. Zəfər ilində müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətə qarşı belə sayğısızlıq, görülən işlərə badalaq vurmaq kimlərin maraqlarına xidmət edir, kimlərin sifarişidir? Hər halda baş verənlərə başqa ad vermək mümkün deyil. Bütün bu eybəcərlikləri heç nəylə, heç bir rənglə ört-basdır etmək mümkün deyil. Hətta “Sobsan” boyaları belə bu dəfə acizdir…

Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

AZƏRBAYCANREALLIĞI.COM

Bölmənin digər xəbərləri

29 Noyabr 2024 “Məni ələ verməyin, tutulsam…” – Qənirə Ataşovadan daha bir qalmaqal
29 Noyabr 2024 Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
29 Noyabr 2024 Deputat Xanlar Fətiyev ölkədən nə qədər valyuta çıxarıb?
29 Noyabr 2024 Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO

Dünyapress TV

Xəbər lenti