Rusiyanın günün səhər saatlarında Kiyevdə "İsgəndər"lə vurduğu "Şah Plov" restoranı Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində yazıb. Jurnalist daha sonra yazır: Restoran 2015-ci ilin iyulunda Ağalar Vəliyevin qardaşı oğlu Vəliyev Ramin Şahbaz oğlunun 33.3 faiz pay ortaqlığı ilə Ukraynada qeydiyyatdan keçmiş AXSAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən alınıb və restavrasiya olunub. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin də təsisçisidir.