Beynəlxalq Bankın BEYNƏLXALQ YARITMAZLIĞI... - Bunun başqa ADI YOXDUR...
"Azərbaycan Beynəlxalq Bankının dünyanın heç bir ölkəsində tədbiq olunmayan, anlaşılmaz "kart məhdudiyyəti " siyasətinin kökündə əslində nə dayanır? Məqsəd? Son qoyun qeyri-qanuni siyasətinizə..." "DİA-AZ" bildirir ki, bunu öz etirazında tanınmış hüquq müdafiəçisi, Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra belə bildirir: "ABB bununla 2-ci dəfədir ki, mənim təqaüd kartıma STOP qoyub. Yəni mən öz kartımdan xaricdə istifadə edə bilmərəm. Bu gün həmin kartla təşkilatın saytı üçün ödəniş ermək istəyəndə məlum oldu ki, verdikləri kart yenə xaricdə işləmir. Niyə cənablar? Bu qadağa hansı qanunla tənzimlənir? Təqüd kartı və onun içindəki pul mənə məxsusdur. Sizə yox!!!Bu pul illərlə əmək haqqımdan tutulan puldur. Və bu puldan nə vaxt,harda istəsəm istifadə edə bilərəm onun sizə qətiyyən dəxli yoxdur!
Siz anlayırsınız ki ,təqaüdçünün razılığı olmadan, ona öz kartından "istifadə məhdudiyyəti " qoymaqla onların kütləvi surətdə hüquqlarını pozursunuz? Təqaüdçü, kartına xaricə çıxış qadağası qoymaq sizin səlahiyyətlərinizə daxil deyil. Sizin qaydalarınız qanundan üstün ola bilməz ,,kütləvi surətdə sosial kart istifadəçilərinin hüquqlarını poza bilməz.
Ailəm Praqada yaşadığı üçün mən il ərzində 2-3 ay Praqada yaşayıram. Hər dəfə gedib ABB-dən xahiş etməliyəm ki, ərizə yazmalıyam ki,mənim kartıma, onun içindəki pula qoyduğunuz "qadağanı" götürün? Bunun adı nədir? Bunun yalnız bir adı var……..!"
M.Qəhrəmanlı daha sonra müvafiq qanunvericiliyi qatırladıb:
"Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunu
M a d d ə 43.1Xaricə köçmüş şəxslərə əmək pensiyasının ödənilməsi
43.1. Azərbaycan Respublikasının vətəndaşlığını saxlamış şəxslərin xaricdə olduqları müddətdə onlara Azərbaycan Respublikasında təyin edilmiş əmək pensiyası arzularına əsasən Azərbaycan Respublikasının banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesablarına yaşadıqları digər dövlətlərə köçürülür..."
Və hüquq müdafiəçisi etirazını bu şəkildə sonlandırıb: "Bu halda xaricdə yaşayan təqaüdçünün də kartına sahiblik edəcəksiniz?"
 
 
 

Dünyapress TV

Xəbər lenti