|
Xalq artisti Flora Kərimova bu günlərdə saxta diplom və sertifikasiyalı həkimlər barəsində danışan Qənirə Ataşovaya dəstək olub.
Musavat.com bildirir ki, Xalq artisti bu barədə öz "Instagram" səhifəsində videomüraciət yayıb:
"Qənirə xanım, bilsəydiniz siz nə qədər savab iş gördünüz, kimlərə kömək etdiniz, kimləri eybəcərlikdən qurtardınız. Buna görə sizə təşəkkür edirəm. Xahiş edirəm, bu yolda dayanmayın".
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz "Instagram" hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia etmişdi.
Ötən gün isə Qənirə Ataşova Azərbaycanda stomatologiya sahəsində də saxta diplomların olduğu barədə iddialar səsləndirib.
Xalidə Gəray
Musavat.com