Hacı Əbdül də müğənni Dənizi QARALADI:
Müğənni Dəniz Əsədova sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib. Bu barədə müğənni özü məlumat verib.

O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb:

“Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Mehparə, Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar”.

Göründüyü kimi müğənni özü hadisələrin içində olduğunu etiraf edir. Həm aldadılanları, həm də aldanılanları yaxından tanıdığını gizlətmir. Bununla belə o özünü günahkar saymır.

Günümüzün acı reallığı budur ki, şou əhlinin bəzi strukturlara nüfuz etməsi, bəzi qapıları “təpiklə açması” heç kimə sirr deyil. Ona görə də müğənni Dənizin də belə bir qalmaqalda adının hallanmasında qəribə heç nə yoxdur.

Məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirdi ki, bu gün istənilən gözəl xanım müğənni ola bilir:

“Bunun üçünsə sənət, səs yox, sponsor lazımdır. Çox təəssüf ki, hazırda müğənnilərimizin çoxuna da “həcilər” və bəzi məmurlar sponsorluq edir. Elə adı çəkilən müğənni Dəniz də onlardan biridir. Adama deyərlər ki, sən hara, Səlim Müslümov hara?! Sən hara əlillik düzəltmək hara?! Deməli, ona bu səlahiyyəti verənlər olub ki, bu da ortalığa düşüb iş düzəldirmiş də... 50 ilin yaradıcı adamıyam. Mənim niyə adım belə qalmqallarda hallanmır? Məni niyə məhkəmələrə çağırmırlar? Atalar demiş: “Od olmasa, tüstü olmaz”. Deməli, həmin müğənni hansısa qanunazidd hərəkət edib ki, 3 ildir məhkəmlərə gedib gəlir”.

Xalq artisti onu da əlavə etdi ki, bütün bunların günahı cəmiyyətimizdədir:

“Bəzən adama elə gəlir ki, cəmiyyəti qanunlar deyil, şou əhli idarə edir. Hamı onlara oxşamağa çalışır. Yerindən duran müğənni olmaq istəyir. Əlinə 5-10 manat pul düşəndə başlayır həmin müğənnilərə sponsorluq etməyə. Həmin sponsorların pulu və zəngi ilə müğənnilər təkcə iş düzəltmirlər, həm də bütün efirləri zəbt edirlər. Və o efirlərdən də bizə mənəviyyat dərsi keçirlər”.
Bizim.Media

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Fatimənin Tatlısəslə paylaşdığı FOTOsu təəccübləndirdi
30 Yanvar 2025 Məşhur model metroda çəkiliş üçün özünü lentlə örtüb
29 Yanvar 2025 “YouTube“dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
29 Yanvar 2025 Nəfəs efirdə canlı oxuya bilmədi – Video
28 Yanvar 2025 “O hadisə yanımda olsaydı, dəli olmuşdum” - VİDEO
28 Yanvar 2025 Cennifer Eniston Barak Obama ilə eşq şayiələrinə cavab verdi
27 Yanvar 2025 Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO
27 Yanvar 2025 “Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım”
27 Yanvar 2025 Plastik əməliyyatı uğursuz alındı
26 Yanvar 2025 Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən gündəm oldu - uşağımın atası...
26 Yanvar 2025 Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
25 Yanvar 2025 "Bizdə dədə-babadan adətdir, özündən alıb, özünə gedirlər"
25 Yanvar 2025 Azadlığa buraxılan tiktoker yenidən SAXLANILDI
24 Yanvar 2025 Xatirənin sirrini açıqladı
24 Yanvar 2025 Aygün Kazımova nəyi etiraf edəcək? - VİDEO
24 Yanvar 2025 Əməkdar artistin səhər efirinə geyimi tənqid edildi - VİDEO
24 Yanvar 2025 Çimnazın arxasınca danışan rejissoru biabır etdi: Aktyorların haqqını yeyən şərəfsiz şərəfdən danışır
23 Yanvar 2025 Aysun İsmayılova vəkil ərindən də boşanır
23 Yanvar 2025 Tolikin sözləri Vəfa və Şəbnəmi ağlatdı: Efiri tərk etdi– VİDEO
23 Yanvar 2025 Efirdə arvadı ilə qızının başına üzərlik hərlədi - VİDEO

Dünyapress TV

Xəbər lenti