“Elə biabırçı, gülüş doğuran qayda-qanunlar çıxarırlar ki..."
“Bir neçə gün öncə Nanə Ağamalıyevanın “Günün sədası” verilişində Manaf Ağayevlə birlikdə qonaq idim. Mövzu da qadın və kişilərin avtomobili necə sürməsi idi. Maraqlı müzakirələr gedirdi. Manaf əslində məni orada tərifləyirdi. Dedi ki, bir dəfə Zülfiyyə xanımla toya getmişəm, 200-lə sürüb. Bu da necə olmuşdu? Musiqiçilər toy yerinə çatsa da, biz gecikmişdik, hələ də yolda idik. Sürətlə avtomobil idarə etmək yaxşı deyil, sadəcə buna məcbur idim. Camaat bizi gözləyirdi, çatmasaydıq necə olacaqdı?!. Saytlar da götürüb yazıb ki, Manaf deyib ki, Zülfiyyənin maşınında getməyimə nifrət etdim”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O, daha sonra əlavə edib.

“Bir dəfə də 240-la Tovuza getmişəm. Sual yarana bilər ki, niyə?! Elə bir vəziyyətdə idim ki, gözüm heç nəyi görmürdü. Mənə xəbər etmişdilər ki, atan ağırdır, tez özünü çatdır. Mən gedib çatmalı idim. Bu zaman icazə alıb sürdüm. Dedilər ki, ehtiyyatlı ol. Çalışdığım qədər də ehtiyyatlı oldum. Bunu efirdə açıqlamaq istəyirdim, sadəcə olaraq mövzu dəyişdi. İstəmədim ki, yenidən bu mövzuya qayıdıb, efirdə kövrək anlar yaşayım. Rəyləri oxuyuram, yazıblar ki, “əşşi, bunlar bərk gedəndilər”, “300-lə də sürərlər”. Amma belə deyil. Heç kimin kimsədən xəbəri yoxdur. Mən avtoş deyiləm ki, kefimdən sürətlə maşın idarə edim” deyə aşıq deyib.

Aşıq Zülfiyyə biznesindən də danışıb.

“Bir çoxları deyir ki, niyə pedaqoji fəaliyyətlə məşğul olmursan? Mənim həqiqətən də buna vaxtım yoxdur. Öz şəxsi biznes sahəmlə məşğul oluram. Artıq bir neçə ildir ki, restoran biznesindəyəm. Deyim ki, restoran biznesim superdir, yalan olar. Qida Təhlükəsizliyi Agentliyi imkan versə hər şey əla gedir. Biz kənd adamıyıq, təbii məhsullara üstünlük veririk. Kənddən gözəl kənd pendiri gətizdirmişəm, deyirlər ki, gərək ağzı bağlı paketdəki pendirlərdən olsun. Ev üsulu turşuya icazə yoxdur. Bəs mən yay ayında boş otururam, evdə turşu, kompot tədarükü etməyim? Elə biabırçı, gülüş doğuran qayda-qanunlar çıxarırlar ki. Bu dəqiqə qazana bilmirik. Kim deyirsə qazanıram, yalan söhbətdir” deyə aşıq bildirib.

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Fatimənin Tatlısəslə paylaşdığı FOTOsu təəccübləndirdi
30 Yanvar 2025 Məşhur model metroda çəkiliş üçün özünü lentlə örtüb
29 Yanvar 2025 “YouTube“dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
29 Yanvar 2025 Nəfəs efirdə canlı oxuya bilmədi – Video
28 Yanvar 2025 “O hadisə yanımda olsaydı, dəli olmuşdum” - VİDEO
28 Yanvar 2025 Cennifer Eniston Barak Obama ilə eşq şayiələrinə cavab verdi
27 Yanvar 2025 Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO
27 Yanvar 2025 “Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım”
27 Yanvar 2025 Plastik əməliyyatı uğursuz alındı
26 Yanvar 2025 Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən gündəm oldu - uşağımın atası...
26 Yanvar 2025 Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
25 Yanvar 2025 "Bizdə dədə-babadan adətdir, özündən alıb, özünə gedirlər"
25 Yanvar 2025 Azadlığa buraxılan tiktoker yenidən SAXLANILDI
24 Yanvar 2025 Xatirənin sirrini açıqladı
24 Yanvar 2025 Aygün Kazımova nəyi etiraf edəcək? - VİDEO
24 Yanvar 2025 Əməkdar artistin səhər efirinə geyimi tənqid edildi - VİDEO
24 Yanvar 2025 Çimnazın arxasınca danışan rejissoru biabır etdi: Aktyorların haqqını yeyən şərəfsiz şərəfdən danışır
23 Yanvar 2025 Aysun İsmayılova vəkil ərindən də boşanır
23 Yanvar 2025 Tolikin sözləri Vəfa və Şəbnəmi ağlatdı: Efiri tərk etdi– VİDEO
23 Yanvar 2025 Efirdə arvadı ilə qızının başına üzərlik hərlədi - VİDEO

Dünyapress TV

Xəbər lenti