Ardını oxu...
İndeksasiyadan sonra pensiyalardakı artımın nə qədər olacağı açıqlanıb.
Tribunainfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov məlumat verib.
Elnur Abbasov əlavə edib ki, artıq artımlarla birgə pensiyaların verilməsinə başlanıb. Onun sözlərinə görə, proses bu həftənin sonunda yekunlaşacaq.
Şöbə müdiri onu da bildirib ki, həyata keçirilən sosial islahat paketləri pensiya sahəsində Azərbaycanın reytinqlərinin yüksəlməsinə səbəb olur.
Ölkəmiz bu gün həm minimum, həm də orta aylıq pensiyanın alıcılıq qabiliyyəti baxımından MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdə, minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə ikinci yerdə qərarlaşıb.
O bildirib ki, bu göstərici həyata keçirilən iqtisadi islahatların nəticəsidir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi 153 xidmətdən 140-dan çoxu elektronlaşdırılıb. Yəni elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir..
Facebook-da paylaş
Ardını oxu...
İndeksasiyadan sonra pensiyalardakı artımın nə qədər olacağı açıqlanıb.
Tribunainfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov məlumat verib.
Elnur Abbasov əlavə edib ki, artıq artımlarla birgə pensiyaların verilməsinə başlanıb. Onun sözlərinə görə, proses bu həftənin sonunda yekunlaşacaq.
Şöbə müdiri onu da bildirib ki, həyata keçirilən sosial islahat paketləri pensiya sahəsində Azərbaycanın reytinqlərinin yüksəlməsinə səbəb olur.
Ölkəmiz bu gün həm minimum, həm də orta aylıq pensiyanın alıcılıq qabiliyyəti baxımından MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdə, minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə ikinci yerdə qərarlaşıb.
O bildirib ki, bu göstərici həyata keçirilən iqtisadi islahatların nəticəsidir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi 153 xidmətdən 140-dan çoxu elektronlaşdırılıb. Yəni elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir..
Ardını oxu...
Amnistiya və əfvetmə – məhkəmədən kənar qaydada, qanunverici və icraedici hakimiyyət tərəfindən qəbul edilən, törədilən cinayətin hüquqi nəticəsini aradan qaldıran akt növləridir.

Konstitusiya Məhkəməsinin Plenumu “AR CM-in 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli Qərarında vurğulayır ki, əfvetmə və amnistiya aktları hökmlərin qanuniliyi və ədalətliliyini şübhə altına almır. Belə ki, amnistiya və əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür. Lakin qeyd etmək lazımdır ki, amnistiya və ya əfvetmə aktı ilə məsuliyyətdən və ya cəzadan azad etmə heç də azad edilən şəxsi zərərçəkənə törətdiyi cinayətlə bağlı vurduğu ziyanı ödəməkdən azad etmir.

Cinayət hüquq nəzəriyyəsi tarixində “amnistiya və əfvetmə” (bağışlama) institutuna müxtəlif yanaşmalar mövcud olmuşdur. Belə ki, hələ klassik hüquq məktəbinin əsasını qoyanlardan Ç. Bekkaria cinayət qanununda bağışlama institunun olmasını məqbul saymırdı. Bəzi müəlliflərin fikrincə, bu, ədalətlilik prinsipini pozur, cəzasızlıq hissi yaradır, cəzadan azad edilənlər sırasında residivliyi artırır. Digər müəlliflər isə bağışlamanı cinayət hüququnun humanist və zəruri institutu sayır, cəzaya qənaət prinsipinin məqsədlərinə cavab verdiyini qeyd edirlər.

Qüvvədən düşən 1960-cı il CM-də amnistiyanın və əfvetmənin adı ilə bağlı xüsusi maddə nəzərdə tutulmurdu. Yalnız CM-in 52-ci maddəsində amnistiya və əfvetmə qaydasında cəzadan azad etməyə yol verildiyi qeyd edilirdi. Qüvvədə olan CM-də isə amnistiya, əfvetmə və məhkumluq başlığı altında xüsusi fəsil müəyyən edilmişdir ki, bu da olduqca müsbət haldır.

Amnistiya və əfvetmənin tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə görə, əfvetmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, amnistiya məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir.

Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

CM-in 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

«Amnistiya və əfvetmə» ilə «bəraət alma» bir-birinə qarışdırılmamalıdır. Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, həmin şəxs bəraət ala bilər. Amnistiya və əfvetmə isə cinayət törədən şəxslər barəsində tətbiq edilir.

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 6-cı maddəsinə görə, cəzaların icrasının və cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir. Həmin Məcəllənin 167.0.5-ci maddəsində göstərilmişdir ki, digər əsaslarla yanaşı məhkumlar cəza çəkməkdən amnistiya və ya əfvetmə aktına əsasən azad edilirlər.

Əfvetmə aktı ilə amnistiya aktı arasında hansı fərqlər mövcuddur?

a) Əfvetmə aktı amnistiyadan fərqli olaraq normativ xarakterli deyildir. Əfvetmə konkret hallar üzrə tətbiq edilən aktdır;

b) Əfvetmə aktı fərdən məlum şəxslər barəsində tətbiq edildiyi halda, amnistiya fərdən qeyri-müəyyən məhkumlar barəsində tətbiq edilir;

c) Hər iki akt birdəfəlik tətbiqetmə üçün nəzərdə tutulsa da, əfvetmə yalnız qanuni qüvvəyə minmiş hökm əsasında məhkum edilmiş şəxslərə münasibətdə, amnistiya aktı isə cinayət prosesinin istənilən mərhələsində tətbiq edilə bilər, yəni şəxsi məsuliyyətdən və cəzadan azad edə bilər;

d) Əfvetmə aktından fərqli olaraq, amnistiya aktı qaldırılan vəsatətə görə deyil, səlahiyyətli hakimiyyət orqanının təşəbbüsü ilə verilir.

e) Amnistiyanın tətbiqi qaydaları amnistiya aktını qəbul etmiş orqan tərəfindən müəyyən edilir. Əfv etməyə təqdim olunan məhkum barəsində isə cəzanı icra edən müəssisə və ya orqan müvafiq vəsatət verir (AR Cəzaların İcrası Məcəlləsi, maddə 170.3, 170.4).

Gəlin amnistiya və əfvetmə aktlarının tətbiq edilmə formalarındakı fərqlərə diqqət yetirək. Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir. Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə, bir qayda olaraq, bir il keçdikdən sonra baxıla bilər (Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”).

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Müdafiəçi, nümayəndə və ya qanuni nümayəndə müraciətinə öz səlahiyyətlərini təsdiq edən sənəd də əlavə etməlidir.

Ömürlük azadlıqdan məhrum edilən şəxs cəzanın müddəti on il keçdikdən sonra əfv üçün müraciət edə bilər. Bu zaman onun cəzası azaldıla, yaxud ölkə prezidentinin qərarı ilə tamamilə ləğv edilə bilər. Bundan başqa, əfv təkcə azadlıqdan məhrum olunmuş şəxslərə deyil, barəsində cərimə cəzası tətbiq olunmuş və digər maddələrlə ittiham olunanlara da aid edilə bilər.

Amnistiya aktı ölkənin həyatında baş verən əlamətdar tarixi hadisələrlə bağlı verilir. Amnistiyanın elan edilməsi birbaşa olaraq cinayəti törədən şəxslərin hüquqi vəziyyətini dəyişmir, onların hüquqi statusunun dəyişməsini şərtləndirən hüquqi faktları müəyyən edir. Belə ki, müəyyən bir şəxsə münasibətdə amnistiya aktının tətbiq edilməsi üçün əsasların olub-olmaması yoxlanıldıqdan sonra hüquqtətbiqedici tərəfindən müvafiq qərar qəbul edilməlidir.

Amnistiya aktının onun təsiri altına düşən şəxslər barəsində tətbiq edilib-edilməməsinin mümkünlüyünün yoxlanılması Qərarla müəyyən edilmiş müvafiq orqan tərəfindən həyata keçirilir. Cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır (AR CPM, maddə 515).

Məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.

Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs ərizə ilə amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkəməyə müraciət etmək hüququna malikdir (AR CPM, maddə 509.1.6).

Amnistiya və əfvetmənin tətbiqinə məhdudiyyətlər nədən ibarətdir?

1. Amnistiya aktı belə akt verilənə qədər törədilən cinayətlərə şamil edilir. Əgər uzanan və davam edən cinayətə amnistiya aktı verilənə qədər son qoyulmamışdırsa, belə cinayəti törədən şəxsə amnistiya aktı tətbiq edilmir.

2. Törədilən cinayətə görə barəsində cinayət işi qaldırılan şəxs amnistiya aktına əsasən məsuliyyətdən azad edilə bilərsə, lakin şəxs törədilən cinayətdə özünü təqsirli bilmirsə və məhkəmədə işə baxılmasını təkid edirsə, belə şəxs barəsində amnistiya aktı tətbiq edilmir.

3. Törədilən cinayətə görə barəsində ibtidai istintaq gedən, yaxud da məhkəmə baxışında olan şəxslər əfvetmə aktı ilə məsuliyyətdən azad edilə bilməz.

4. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda göstərilir ki, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağandır.

Xarici ölkələrin nümunəsində “amnistiya və əfvetmə” institutlarına nəzər salaq. Xarici dövlətlərin əksəriyyətində amnistiya elan etmək hüququ dövlət hakimiyyətinin ali qanunverici orqanına, əfvetmə hüququ isə dövlət başçısına məxsusdur. ABŞ, Kanada və Böyük Britaniyada «pardon» termini ilə cinayət məsuliyyətindən və cəzadan azad etmənin kompleks institutu ifadə edilir. Burada işlədilən «pardon» əfvetmə, «general pardon» isə amnistiya mənasını verir. Fransada Azərbaycan Respublikasının qanunvericiliyində olduğu kimi amnistiya bəraətverici akt sayılmır. Yaponiyanın qanunvericiliyində amnistiya aktı yalnız imperator ailəsində toy, imperatorun ölümü, sülh bağlanılması və s. bu kimi xüsusi hadisələr olduqda elan olunur. Almaniyada əfvetmə hüququnu Federal Prezident, hökumət, torpaqların başçıları, baş nazir, ədliyyə naziri, senat həyata keçirir.

Sonda isə onu demək istəyirəm ki, Cinayət Məcəlləmiz cəzanın məqsədləri sırasına məhkumun islah edilməsini də daxil edir. Amnistiya və əfvetmə institutuna cəzasızlıq və ya hüququ pozan şəxslərin mükafatlandırılması kimi baxılmamalıdır. Çünki qanun, hüquq o zaman bağışlayır ki, cəzalandırmağa gücü çatır. Əgər aparılan tədqiqatlar şəxsin bağışlanması, cəza çəkmədən və ya cəzasının qalan hissəsini çəkmədən islah oluna biləcəyini düşünmək üçün əsas verirsə, demək ki, artıq cəzanın məqsədlərinə nail olunub.

Gununsesi.info
 
Ardını oxu...
Bakı şəhər sakini 3-cü qrup əlil olan tək ana Rahidə Rəhimova saytımlıza müraciət edərək yazır:
Tək yeniyetmə övladım Zəhra ilə kirayədə yaşayıram. Uzun illərdi dövlət işində çalışmışam. 2011-ci ildən onkoloji xəstəliyə tutularaq müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. II qrup əliləm və məşğulluqdan məni işlə təmin etmirlər. 10 ildir ünvanlı sosial yardım üçün ünvanladığım sənədlər bir bəhanə ilə imtina edildikcə mən də bu hallara qarşı bezirdim. Qızım Zəhranın müavinəti iki ildir dayandırılıb. Sağlamlıq İmnkanı Məhdud olan Zəhra Rəhimova Samir qızının sənədlərini Dövlət Tibbi Sosial Ekspertiza Agentliyi tərəfindən imtina edilərək, yenidən müalicə olunmasını bildirilib. Dəfələrlə ölkə rəhbərinə və Aərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətim cavabsız qalaraq mənə və övladıma sosial qayğı göstərmədikləri səbəbindən Zəhra özünə intihar etmə yolunu seçərək, özündən çıxaraq, ümüdsüzliyə qapanarak məni qorxuya salıb. Hər an təsəlli verərək, sakitləşdirməyə çalışaraq 18 gündür yatmıram. Maddi sıxıntılar səbəbindən Sizin “Media” vasitəsiylə cənab Prezident İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə səslənirəm !
Övladım Zəhranın xaricdə təhsil almaq, Azərbaycanı Beynəlxalq aləmdə təmsil etmək ən böyük arzusudur. Hazırda alman və ingilis dili üzrə kurslara gedir. Maddi sıxıntılar səbəbindən Sizlərə müraciət etmək məcburiyyətindəyəm. Düşdüyüm çıxılmaz vəziyyətdə sizə pənah gətirir, ümid edir və sığınıram. Qeyd olunan kurslara getmək və tələb olunan sertifikatları əldə etmək üçün bizim ümumilikdə 3.000 (üç min) manat pula ihtiyacımız var. Ümid edir və inanıram ki, adları qeyd olunan qurumlar və Nüfuzli Şəxsiyyətlər bizim bu müraciətimizə biganə qalmayacak və tezliklə bizə maddi dəstək göstərəcəkdirlər. Yuxarıda qeyd olunan halları nəzərə alaraq, mənim sağlamlıq imkanı məhdud övladlarımı nəzərə almaqla 3.000 manat maddi dəstəklə tməin olunmağımız barədə müvafiq tapşırıqlar verməyinizi artıq dərəcədə Sizdən xahiş edirəm.
Son 1 ildə 2 dəfə müraciət olunsa da köməklik göstərilməsinə imtina olunmuşdur.
Rahidə Rəhimli
Teref.az
 
Ardını oxu...
Hazırda Masallı şəhərində və Bakıdan qardaş Türkiyədə baş vermiş zəlzələyə görə, insanları düşdüyü durumdan çıxarmaq məqsədi ilə Azərbaycanlı sahibkarlar ölkə rəhbəri İlham Əliyevin, Vitse-prezident Mehriban xanım Əliyevanın atdığı addımlara istimul alaraq könülü şəkildə şəxsi yük avtomobiləri və şəxsi büdcələrindən xərcləyərək gecə saatlarında Tırların yola düşməsini təmin ediblər. Onlar vəsaitləri ilə çətin durumda olan türk xalqına dəstək üçün min klometrlərlə uzaqlara sevə sevə getmək üçün gecələrin gündüz ediblər. İli Dövlət Bir Millət deyərək yola çıxan iş adamları artıq yolun uzaqlığı hava şəraitinin çətinliyiniə əhəmiyyət vermədən qardaş harayına getdilər. Ulutv.info xəbər verir ki, ölkənin hər bir sahəsində hər bir yanında Türkiyəyə dəstək kampaniyası davam etdiyi kimi Masallı şəhərindədə bu addımın ilkini məhs sahibkarın şəxsi təşəbüsləri ilə start verilmişdir. Bakıda da buna start verən sahibkar həmkarından geri qalmayaraq yol tədarükün görmüş və artıq Türkiyə Cümhiriyyəti yolunda irələməkdədir.

Qeyd etməliyik ki, hər iki sahibkar ələrindən gəldiyi qqədər Tırların doldurulmasında şəxsən iştirak etmiş hətta mənzilə çatırılmasındada özləri sürücülərin yanında qardaş ölkəyə səfərə yolanıb. Yardımların hazırda çatırılacaqı adresslərdə artıq məlumdur. Tezliklə yardımların ehtiyac sahiblərinə çatması üçün gecə saatlarında bütün tırlar yola çıxıb.

Yardımın çatdırılacağı ünvanlar
KAHRAMANMARAŞ (Ana Depo)
Adres: Maraş Kavlaklı Organize Sanayi Bölgesi, 7.Cadde, Matesa Deposu
Depo Yetkilisi: Abdullah Bey
Emin AYİS - Mehmet Akif Bey - Ayhan DOMURCUKGÜL
Kapasite (m²): 4.800

Ulutv.info xəbər verir ki, iş adamları Avto+Az Logistics şirkətin sahibi Hüseyinzadə Elvin Loğman oğlu Masallı şəhərindən digər sahiblar Auto Lux Baku sahibi Orucov Əli Tahir oğlu Bakı şəhərindən olmaqla qardaş dövlətə yardımları artıq yola çıxardaraq qısa müddətdə mənzil başınaa çatmağı planlaşdırıblar. Bu şəxslər kimi minlərlə iş adamları var bu gün Əli və Elvin bəylərin atdığı addım iş adamlarımızın hərəkətə keçməsi üçün stimul olmalıdırki bizdə inanırıqki bu belədə olacaq.

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Azərbaycan əhalisi Türkiyədə zəlzələdən zərər çəkmiş əhali üçün yardım kampaniyasına davam edir.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Babək prospektindəki iri körpünün altında yardımların yığılması ilə bağlı izdiham yaşanır.

Sosial şəbəkələrdə yayılan video görüntülərə əsasən soydaşlarımız yardımların Türkiyəyə yola düşəcək yük avtomobillərinə daşınmasında fəal iştirak edirlər.

Qeyd edək ki, günün səhər saatlarından etibarən sözügedən ərazidə yerləşən “Doğtaş” mebel mağazasına daşınan yardımlardan mağazanın zirzəmiləri dolub, soydaşlarımız yardımları Babək prospektindəki iri körpünün altına toplamağa başlayıblar.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
"Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyyə olundu. Bu dəyişiklik ilə bağlı medianın və eləcə də vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq qeyd etmək istərdik ki, dəyişiklik dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək".

"DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ilk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir:

"Həmin anlayışlar dövlət sosial müdafiə fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir. Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək.

Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək".

Dünyapress TV

Xəbər lenti