Ardını oxu...
Doğuş meyllərinin təhlili göstərir ki, 2050-ci ilə qədər əhalinin artımı yavaşlaya bilər və 2100-cü ilə qədər Yer kürəsindəki insanların ümumi sayı 6 milyard nəfərə düşəcək.
Lent.az xarici mətbuata istinadən bildirir ki, bu cür məlumatlar "Roma klubu"qeyri-kommersiya təşkilatının apardığı araşdırmadan irəli gəlir. Onlar proqnozlaşdırırlar ki, hazırda 7,96 milyard olan dünya əhalisi əsrin ortalarında pik həddə - 8,6 milyarda çatacaq, sonra isə əsrin sonunda demək olar ki, 2 milyard azalacaq.
Bu proqnozun bəşəriyyət üçün həm müsbət, həm də mənfi tərəfləri var:
Yerin ekoloji problemləri əhalinin azalmasına təsir göstərəcək, lakin bu, onları tamamilə həll etməyəcək.

Əhalinin azalması bütövlükdə bəşəriyyətin qocalmasına və əmək qabiliyyətli yaşda olan insanların nisbətinin azalmasına gətirib çıxaracaq ki, bu da səhiyyənin və pensiyaların maliyyələşdirilməsində gənclərin üzərinə daha böyük yük qoyacaq.

“Biz bilirik ki, aşağı gəlirli ölkələrdə sürətli iqtisadi inkişafın doğum səviyyəsinə böyük təsiri var. Norveç Biznes Məktəbinin Davamlılıq Mərkəzinin direktoru Per Espen Stoknes deyir ki, qızlar təhsilə, qadınlar isə iqtisadi imkanlara və daha yaxşı səhiyyə xidmətlərinə çıxış əldə etdikcə, doğuş nisbətləri azalır.

Maraqlıdır ki, Birləşmiş Millətlər Təşkilatı 2022-ci il üçün a dünya əhalisinin 2050-ci ilə qədər 9,7 milyarda, 2100-cü ilə qədər isə 10,4 milyarda çatacağı proqnozlaşdırırdı. Bununla belə, BMT-nin hesablamaları da əhalinin daha sonrakı da artımının 11 milyarda çatacağını göstərir.

Digər tədqiqatlar da əhalinin artımını proqnozlaşdırır. Bununla belə, Earth4All modeli enerji artıqlığı, bərabərsizlik, ərzaq istehsalı, gəlir səviyyələri və qlobal istiləşmənin gələcək təsirləri kimi ekoloji və iqtisadi amillər bir qədər daha mürəkkəb dəyişiklikləri nəzərə alır.

Ardını oxu...
Azərbaycanda hər pensiyaçının banka ortalama 758 manat borcu var . Təqaüdçülərin banklarda istehlak kreditləri 863 milyon manat təşkil edir — 1 ildə 27% artıb.
DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yaş qruplarından asılı olmayaraq, xüsusən istehlak kreditlərinin artım motivlərinin bir neçə səbəbi vardır. Bu, mövcud stiuasiyadan irəli gələrək iqtisadiyyatın cari durumu, qiymətlərin səviyyəsi, insanların gəlirləri, habelə cəmiyyətdə baş verən dəyişikliklərdən qaynaqlana bilər.

“Məsələn, istehlakçılar iqtisadiyyatın yüksəlişdə olduğuna əmin olduqları halda alış qərarı verirlər – ev, avtomobil və digər həyati əhəmiyyətli preditmetlər kimi. Nəticə etibarilə bu istehlak kreditlərinə də təlabatı artıra bilər.

Son bir ildə nəinki təkcə təqüdçülərin, bank kreditləri sturkturuna baxsaq, bütövlükdə istehlak kreditlərinin əhəmiyyətli dərəcədə artdığını görə bilərik. Müqayisə üçün, son rəsmi məlumatlara əsasən, bu ilin yanvar ayında ötən ilin eyni dövrünə nisbətən ümumi kredit portfeli 17 faiz, habelə biznes kreditləri 11 faiz artdığı halda, istehlak kreditləri üzrə bu dinamika 26 faiz olmuşdur. Burada ağıla gələn ilk səbəb inflyasiyadır – qiymətlərin artması. İnflyasiya yüksək olanda insanların gəlirləri real olaraq, yəni onların ala biləcəkləri məhsullar azalır və təbii olaraq pula tələb artır”-deyə iqtisadçı qeyd edib. Onun sözlərinə görə, son bir ildə dünyada olduğu kimi, Azərbaycanda da inflyasiya kifayət qədər artıb. Rəsmi rəqəmlərə görə, ötən ötən ilin sonu 14-15 faiz civarında qeydə alınmışdı. Əhalinin istehlakının əsas komponenti olan qida məhsullarında isə bu göstərici 20 faizə çatırdı.

İqtisadçının fikrincə, artıma təsir edən digər ən mümkün hal kimi, ağıla iqtisadiyyatda müşahidə olunan nağdsızlaşdırma prosesi də gəlir. Belə ki, insanların əmək fəaliyyətinin rəsmi qeydiyyata alınması həm də kart sistemindən istifadənin geniş vüsət almasına təkan vermiş olur. Beləliklə, bu da insanlar arasında kredit kartından istifadə ənənəsinin də formalaşmasına zəmin yaradır. Kredit kartları müştəriyə götürdüyü məbləği faizsiz əsasda hissə-hissə ödəmək imkanı yaradır ki, bu cəmiyyətdə kredit götürmə motivlərini artıran amillərdən hesab olunur.

“Nəzərə almaq lazımdır ki, ötən ilin müvafiq dövrünə nisbətən bu il bank sistemində dövriyyədə olan kredit kartları 29 faizə qədər və ya mütləq ifadədə 400 mindən çox artmışdır”-deyə Pünhan Musayev əlavə edib.

İqtisadçının sözlərinə görə, ümumiyyətlə, borclanma istər təminatlı, istərsə də təminatsız kreditlər üzrə riskli faktordur. Çünki əsas vəsaitdən əlavə, faiz və cərimələr də burada əhatə olunmaqdadır.

“Təbii ki, insan istənilən yaş kateqoriyasında borc almağın risklərini, müsbət və mənfi tərəflərini götür-qoy edir. Bu baxımdan, mənim şəxsi qənaətim belədir ki, hazırkı kredit artımlarının əsas səbəbi yüksək inflyasiyadır”,- deyə iqtisadçı əlavə edib.
Ardını oxu...
Bakı şəhərindəki bəzi orta məktəb və uşaq bağçalarının bir qrup müəllimi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, onların əmək haqları və dərəcələri aşağı salınıb, buna səbəb kimi isə qeyri-ixtisas müəllimi olmaları göstərilir:

“Hər birimiz ali təhsilli müəllimik. Müxtəlif bağça və məktəb müəllimləriyik. Bizim əmək haqlarımız və dərəcələrimiz aşağı salınıb. Buna səbəb olaraq qeyri-ixtisas müəllimi olmağımız göstərilir. Halbuki, bir çoxlarımız 1996-ci ildən 2009-cu ilədək öz ixtisasımız üzrə işləmişik”.

Adının müəyyən səbəblərə görə açıqlanmasını istəməyən şikayətçilərdən biri deyir ki, Bakıdakı uşaq bağçalarının birində tərbiyəçi vəzifəsində işləyir: “14-cü dərəcəyəm, mart ayının maaşı köçəndə, əmək haqqımın az olduğunu görüb, bunun səbəbi ilə maraqlandım. “İxtisasınızda məktəbə qədər sözü yoxdur, ona görə də 10- cu dərəcəyə salınmısınız”, – dedilər. Maraqlandım, bütün bağçalarda vəziyyət eynidir. Staj nəzərə alınmadan ali təhsillilər 10-cu dərəcəyə salınıb.

Xahiş edirik, bütün müəllimələr adından bu məsələyə aydınlıq gətirəsiniz. Əgər həqiqətən də qanuna uyğun addım atılıbsa, deyəcək sözümüz yoxdur. Biz müəllimlər haqqımızı tələb etməyə də qorxuruq, çünki işimizi itirməkdən ehtiyat edirik.

Bəllidir ki, prezidentin qərarı ilə maaşlar 15 faiz qalxdı, amma bizdə əksinə oldu. Yəni Təhsil Nazirliyi prezidentin qərarının əksinə getdi. Qalxan maaş bir yana qalsın, illərdir əmək verib qazandığımız stajı yoxa saydılar və əvvəlki maaşımız da aşağı salındı.

Xahiş edirik bu mövzunu işıqlandırasınız. Təhsil Nazirliyi niyə bizim haqqımızı tapdalayır?!”

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb, suallarımıza cavab tapmaq istəsək də, zənglərimizə cavab verən olmadı.

Belə fikirləşirik ki, təhsildən önəmli işləri olduğu üçün zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
 
 
 
 
 
 
 
 
 
Ardını oxu...
"Məmurların övladları cibində dollar gəzdirəndə, mən dərman gəzdirirəm".

Bu sözləri martın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirən Vətən müharibəsi iştirakçılarından Elşad Dursunov deyib.

Həmin gün bir neçə İkinci Qarabağ müharibəsinin iştirakçısı Nazirliyin qarşısında etiraz aksiyası keçiriblər. Onların bəziləri işsizlikdən, bəziləri isə əlillik dərəcəsi ala bilmədiklərindən narazı olduqlarını dilə gətiriblər. Aksiya zamanı qazilərlə polislər arasında mübahisə yaranıb və qazilərin bir neçəsinin səhhəti pisləşib.

Daha ətraflı:
 
 
Ardını oxu...
Azərbaycanda pensiyaçıların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min pensiyaçı qeydiyyatda olub. 2022-ci il yanvarın 1-i vəziyyətinə isə bu rəqəm 1 milyon 200,5 min idi. Beləliklə, pensiyaçıların sayı 86 min 300 nəfər azalıb.
DİA.AZ-ın məlumatına görə, pensiyaçıların azalması ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, azalmanın əsas səbəbi pensiya yaşının kəskin artırılmasıdır:
"Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Başqa sözlə, "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq".

Saxta və əsassız pensiya işləri ləğv edilib

İqtisadçı qeyd edib ki, azalmanın digər səbəbi saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir. Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar pensiyaya çıxmaq qaydalarında da müəyyən sərtləşmə olub. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxardıb.

Onun sözlərinə görə, bu gün cəmiyyətlərin ən böyük problemi pensiyaçıların əhalinin yaş strukturunda faizinin qalxması yox, gənclərin artırılmasıdır. İnkişaf etmiş ölkələrin ən böyük problemlərindən biri pensiyaçıların əhalinin yaş strukturunda faizinin artmasıdır. Məsələn, bu gün Almaniya miqrasiya ilə bağlı qanunvericiliyi liberallaşdırır. Almaniya yüksək ixtisaslı işçi qüvvəsinin cəlbi üçün ölkəyə girişi və onlara vətəndaşlıq verməyi asanlaşdırır ki, hər il 400 min işçi ölkəyə gəlsin.
"Pensiyaçıların, yaşlı təbəqənin əhalinin yaş strukturunda faizinin artması arzumuz, istəyimiz deyil", - deyə o əlavə edib.

Pensiyaçıların sayında artım proqnozlaşdırılır

Qeyd edək ki, bu il Azərbaycanda pensiyaçıların sayında artım proqnozlaşdırılır. Bu məsələ "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə deyilib ki, bu ilin sonunda pensiyaçıların sayında müsbət dinamikanın olacağı proqnozlaşdırılır. Bu da kişilər üzrə yaşa görə pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin sabitləşməsi, müraciət hüququ qazanan şəxslərin sayının artması nəticəsində yeni təyin edilmiş işlərin sayının uçotdan çıxarılmış işlərin sayından çox olması ilə əlaqədardır.
Hesablama Palatası bu ildən başlayaraq pensiyaçıların sayında nəzərdə tutulmuş artımın əsasən həm pensiya təyinatı üçün müraciət edəcək şəxslərin sayının artması, həm də qanunvericilik üzrə şərtlərin optimallaşdırılması ilə əlaqəli olması qənaətindədir.

2018-ci ildən başlayaraq pensiyaçıların sayında azalma var

Sənədə əsasən, pensiyaçıların sayında baş verən azalma 2018-ci ildən başlayaraq müşahidə edilir. Bu da 2017-ci ilin 1 iyul tarixindən "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklikdən sonrakı dövrdə pensiya təyinatı üzrə müəyyən edilmiş şərtlərin əvvəlki illərlə müqayisədə sərtləşdirilməsi və nəticədə pensiya hüququ qazanan şəxslərin sayının qeydiyyatdan çıxarılan şəxslərin sayından az olması ilə əlaqədardır.
Hesablama Palatasının rəyinə görə, əlilliyə görə təyin edilmiş pensiya işlərinin sayında müşahidə edilən azalma əvvəlki dövrlərdə barəsində əlillik dərəcəsi müəyyən edilmiş şəxslər tərəfindən əlillik dərəcəsinin qüvvədə olma müddəti başa çatdığı hallarda müddətin artırılması üçün yenidən müraciət edilməməsi, yaxud müraciət edilməsi hallarında isə çox zaman göstəricilərin əlilliyin müəyyən edilməsi üçün əsaslı olmaması səbəbindən əlillik dərəcəsinin ləğv edilməsi və nəticədə pensiya ödənişinin dayandırılması ilə izah oluna bilər.
Qeyd edilməlidir ki, 2017-ci ildə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həm yaşa görə, həm də əlilliyə görə yeni təyin edilmiş pensiya işlərinin sayının kəskin azalmasının qarşısının alınması məqsədilə 2019-cu ilin yanvar ayından "Əmək pensiyaları haqqında" qanuna "Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri" adlı maddə əlavə edilib. Bu maddəyə əsasən 2019-cu il 1 yanvar tarixindən başlayaraq şəxsə əmək pensiyası təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiyası növündə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, əlilliyə görə əmək pensiyası növündə isə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Bu da mövcud şərtlər daxilində pensiya hüququ qazanan şəxslərin sayının sabitliyinin qorunması baxımından, eləcə müəyyən edilmiş yaş həddinə çatmış, yaxud əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi baxımından effektiv addımdır.

Pensiyaçılar ölkə əhalisinin 11 faizini təşkil edir

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1114,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1200,5 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 11 faizini təşkil edir. Onların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Müavinət alanların sayı artıb

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 128,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 113,6 min) nəfər, əlilliyə görə - 46,7 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 209,5 min (müvafiq olaraq 55,8 min və 206,1 min) nəfər, ailə başçısını itirməyə görə - 56,1 min (54,3 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 24,3 min (22,9 min) nəfər olub.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanuna görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Ardını oxu...
DİA. AZ - "Görəsən, 3 gün Pirallahı vertalyot meydançasında əziyyət çəkən 200 neftçidən yalnız 10 nəfəri, "Xəzəriaşə"nin ərzaq qutularını, bəzən da açıq halda gəmiyə yığılmış mallarını daşıyan şəraitsiz "Orion" gəmisi ilə Çilov adasına göndərdilərmi?"

DİA.AZ bildirir ki, bu ritorik sualı neçə gündür quruda qalan və Platformaya - işlərinin başına keçmələri müşkülə çevrilən neftçilərin hüquqları ilə bağlı həyəcan təbili çalan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı aidiyyatı üzrə ünvanlayıb.

M.Qəhrəmanlı daha sonra sual edib: "Bəs qalanı?"

Məsələ diqqətimizdədir.
Ardını oxu...
“Tərtər işi” üzrə 5 il həbsdə qaldıqdan sonra bəraət almış şəxlərdən bir neçəsi maddi və mənəvi ziyana görə təzminat tələb edirlər.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, keçmiş hərbçilər dəymiş ziyana görə ayrı-ayrılıqda iddia qaldırıblar.

Bəraət almış şəxlərdən biri-leytenant Nasif Əliyevin iddiası artıq Nəsimi Rayon Məhkəməsində ictaata qəbul olunub. İddiaya martın 30-da hakim Səməd Cəfərovun sədrliyi ilə baxılacaq.

Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.
Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb.

Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılıb və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.
Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.

Dünyapress TV

Xəbər lenti