Gədəbəy rayonu, Slavyanka kənd sakini Əsgərov Niyazi Elşən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. 44 günlük Qarabağ savaşının iştirakçısı olan şikayətçi artıq həyatdan bezdiyini və intihara cəhd edəcəyini bildirir:
“Mən, Əsgərov Niyazi Elşən oğlu, Gədəbəy rayonu, Slavyanka kənd sakiniyəm, 18.06.2000-ci ildə anadan olmuşam, II Qarabağ müharibəsi zamanı Şuşanın azad olunmasında iştirak etmişəm.
Hazırda intihar etməkdən başqa yol görmürəm. Bu barədə İcra Hakimiyyətində də bildirmişəm ki, məni işlə təmin edin, işim yoxdursa məcburən bu yola əl atmalıyam.
İntihar etmə səbəbim külli miqdarda borcumun olmasıdır. İşim olsa, bu borclardan ödəyərdim.
Bir tikə çörəyə möhtac vəziyyətdə yaşayıram. Sizdən xahiş edirəm, mənim bu problemimi işıqlandırasınız.
2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin də idxal və satışı 3 il müddətinə ƏDV-dən azad edilmişdi. Bunlar ciddi güzəştlər olsa da, buraxılış ili 3 ili keçməyən elektrik və hibrid avtomobillər çox bahadır və insanlar üçün əlçatımlı deyil. Bu güzəştlər buraxılış ilindən asılı olmayaraq bütün hibrid və elektrik maşınlara aid edilməlidir.
İran Cənubi Koreya banklarında dondurulmuş 7 milyard dollarlıq aktivlərini humanitar yardım almaq üçün istifadə edə bilər.
Ölkə.Az “TRT haber”ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının adı açıqlanmayan sözçüsü deyib.
“Cənubi Koreya banklarındakı İran vəsaitləri humanitar yardım işləri üçün əlçatan məhdud hesabda saxlanılıb. İranda qanunsuz saxlanılan amerikalılar ən qısa zamanda azadlığa buraxılmalıdır”.
Bu bəyanatın Cənubi Koreya prezidenti Yun Suk-Yeolun Vaşinqtona səfəri zamanı səsləndirilməsi diqqət çəkib.
Xatırladaq ki, bir neçə ay öncə Tehran və Vaşinqton Qətər və Britaniya vasitəsilə iki ölkədə məhbusların mübadiləsi və İranın Cənubi Koreyada saxladığı milyardlarla dollarlıq aktivlərinin sərbəst buraxılması üçün dolayı danışıqlar aparıb.
Qeyd edək ki, İran Cənubi Koreyanın neft ixracından əldə etdiyi və ölkədəki banklarda saxladığı 7 milyard dollarlıq valyutası ABŞ-nin birtərəfli bank sanksiyaları ilə bloklanıb.
Mediada zaman-zaman dövlət məmurlarının, deputatların mülkləri, biznesləri ilə bağlı araşdırmalar yayılır.
Məlum olur ki, onların əmlakları aldıqları maaşla uzlaşmır. Bəs bu pullar necə əldə olunur? Ekspertlər deyir ki, problem məmurların gəlirlərini bəyan etməməsi ilə bağlıdır. Hələ 2005-ci ilin avqustunda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanun qüvvəyə minib. Amma qanunun üzərindən 18 il keçsə də, icra olunmur.
DİA.AZ: - Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, birinci qrup hərbi əlil ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən ölkə rəhbərliyinə, Məhkəmə-hüquq Şurasına və aidiyyəti orqanlara müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Yazaraq bildirmək istəyirəm ki, Göyçay Rayon Məhkəməsinin hakimi Elçin Qurbanov Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarımızı, ədalət prinsipini heçə sayaraq, heç bir mötəbər və əsaslı sübutlara dayanmadan ədalətsiz qərarlar verməkdədir. "Məhkəmələr və Hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, "Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir" Lakin, adı çəkilən hakim mənə qarşı qeyri-qanuni hökm çıxarmaqla həddi aşmışdır. Belə ki, mən ictimai fəal olaraq Göyçay Rayon Mənzil İstismar Sahəsinin (Göyçay "Şəhər Təsərrüfatı Birliyi"nin Mənzil Sahəsi) keçmiş rəisi Ayaz Məmmədəli oğlu Səfərəliyev haqqında ölkə başçısı cənab İlham Əliyevə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, Göyçay Rayon Prokurorluğuna və aidiyyəti orqanlara yazılı ərizələrlə müraciət etmişdim. Müraciətə əsasən, sözü gedən şəxsin həmin idarədə çalışdığı müddət ərzində olan fəaliyyətinin araşdırılmasını istəmişdim. Hətta şikayətin daha ətraflı və ciddi araşdırılması məqsədilə 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin Kürdəmir rayonundakı vətəndaş qəbulunda da iştirak etmişdim. Beləliklə Göyçay Rayon Prokurorluğundan işin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığına dair cavab məktubu almışdım. Ancaq, Ayaz Məmmədəli oğlu Səfərəliyev rayonumuzdakı məmur böyüklərinin razılığını (dobro) əldə edib, öz aləmində məni susdurmaq xülyalarına düşdü. Onun mənə qarşı "şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi" tələbinə dair mülki qaydada Göyçay Rayon Məhkəməsinə verdiyi iddiasında 28.03.2023-cü il tarixdə "vəkil" Mətanət Həsənova iştirak edirdi. İddiaçı 5000 (beş min) manat sabit pul məbləğində təzminat və mənim "Facebook" sosial şəbəkəsində açdığım profil və qruplarda təkzib yazmağımı tələb edirdi. Bu minvalla ikinci məhkəmə 17.04.2023-cü il tarixdə, saat 10:30-da keçirildi. Ayaz Səfərəliyev tərəfdən məhkəmə zalında iştirak edən "vəkil" Mətanət Həsənova əsaslı faktlarla gəlməmişdi. Sadəcə A4 kağızı üzərində PDF formatlı hansısa məqaləni sübut kimi təqdim etdi. Hakim Elçin Qurbanov da öz növbəsində qeyri-əsaslı şəkildə həmin sübutları qəbul edərək iddianın qismən təmin edilməsinə dair qərar verdi. Hakim "iddia qismən təmin olunsun, cavabdeh Məhəmmədəli Azər oğlu Səmədovdan 300 (üç yüz) manat sabit pul məbləğində təzminat tutularaq iddiaçı Ayaz Məmmədəli oğlu Səfərəliyevə verilsin və Məhəmmədəli Azər oğlu Səmədovun "Facebook" sosial şəbəkəsində açdığı profil və qruplarda təkzib paylaşılsın", - bildirdi. Cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bildirildirilən "Bərabərlik hüququ"nun bərpa edilməsi üçün Sizə müraciət edirəm. Çünki həmin Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Sizdən çox xahiş edirik, Göyçay Rayon Məhkəməsinin hakimi Elçin Qurbanovun çıxardığı ədalətsiz qərardan veriləcəyim apellyasiya şikayəti təmin edilərək qərarın ləğv edilməsi dair qanun qəbul edilsin, sifarişli qərar qəbul edən hakim Elçin Qurbanov isə cəzalandırılsın. Ona görə ki, mən ictimai fəal olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini (Müraciət etmək hüququ) və Sizin "Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq", - sözünüzü rəhbər tutaraq haqq mübarizəyə başlamışam. Lakin, mənim ictimai nəzarət prinsipini həyata keçirən fəaliyyətim rayonumuzda çalışan və özbaşınalıqlar edən bəzi "məmur"ları narahat edir. Əminəm ki, Siz əsla imkan verməzsiniz məmur özbaşınalığından xəbər verən ictimai fəal sifarişli şəkildə susdurulsun".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
“Ehtiyat dəyəri 500 milyard dollarla 1 trilyon dollar arasında hesablanan Qaradəniz qazının ölkəmizə veriləcəyi qazancla gələcəyimizə sərmayə qoyacağıq”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan ailə və gənclik bankının yaradılacağını qeyd edib. “Ailə və gənclik bankı yaradacağıq. Məqsədimiz ailə institutunu gücləndirəcək tədbirlərin buradan maliyyələşdirilməsidir. Evdar qadınların ödənişlərinin üçdə birini buradan qarşılayaraq pensiyaya çıxmalarını təmin edəcəyik.
Gənclərimizə dəstək göstərəcəyik. Bu resursun köməyi ilə onların işlə təmin olunmalarını asanlaşdıracağıq.
Gənc sahibkarlarımızın da yanında olacağıq. Evlərini rahatlıqla qura bilmələri üçün onlara 150 min Türkiyə lirəsi dəyərində 2 illik faizsiz kredit verəcəyik və bununla da onları evliliyə həvəsləndirəcəyik”, - deyə Ərdoğan vurğulayıb. (Mənbə: Haber Global
2023-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti üçün sıfır tam onda 6000000 manat yerli xərclərdən maliyyələşən uşaq evləri Bakı şəhəri üzrə bir iki və üç nömrəli Gəncə, Şəki və Lənkəran şəhər uşaq evləri üçün beş. Tam onda 1000000 manat vəsait ayrılıb. Təəssüf ki, ayrıca olaraq Bakı şəhəri üzrə bir iki və üç nömrəli uşaq evlərinin büdcəsi açıqlanmadığına görə hər uşağa nə qədər büdcə vəsaiti ayrıldığını hesablaya bilmirik. Etiraf etmək lazımdır ki, tez tez gündəmə gələn uşaq evlərindəki valideyn himayəsindən məhrum olan uşaqların qidalanması ilə bağlı şikayətlər dövlətin həmin uşaqların normal qidalanması üçün ayırdığı vəsaitin kifayət etməməsi təəssüratını da yaradır.
DİA.AZ bildirir ki, bu barədə “Mediapost”la fikirlərini bölüşən millət vəkili Razi Nurullayev bildirib ki, uşaq evlərində yaşayan uşaqların saxlanılmasına ayrılan büdcə vəsaitinin xərclənməsi ilə bağlı şəffaflığa müvafiq dövlət qurumu birbaşa nəzarət etməlidir:
“Əslində uşaq evlərində, vəsait ayrılanda ölkədəki vəziyyət öyrənilir və hər bir kəsin neçə manata qidalana biləcəyi nəzərə alınır. Verir. Əslində bu vəsait kifayət etməlidir. Əgər kifayət etmirsə, artıq bu maraqlıdır. Bu, artıq araşdırma məsələsidir. Mən heç kimi birbaşa günahlandıra bilmərəm ki, kimsə oradan pul oğurlayır, yeməyi oğurlayır, evinə aparır, uşaqlara vermir. Bu, artıq jurnalistlərin araşdırmasının nəticəsi olmalıdır. Əlaqədar orqanlar bunu araşdırmalıdır. Biz də vətəndaş cəmiyyəti üzvləri, təşkilatlar bununla bağlı neytral olaraq araşdırma aparıb nəticəsini cəmiyyətə təqdim etməlidirlər.
Ümumiyyətlə, bizdə bu məsələlərdə şəffaflıq çox zəifdir. Bu da qəbuledilməzdir. Bu cür məsələlərdə əl əyriliyə yol vermək millətin genofonduna qarşı soyqırım aktı törətmək anlamına gəlir. Mən onu da görürəm ki, deyirlər ki, ayrılan pullar uşaqların yeməyinə çatmır. Biz çatdırıb uşaqlara yeməklə təmin edə bilmirik. Ayrılan pul vəsaitləri azdır. Burada iki tərəf var, ya onlar oğurlayıblar, ya da Maliyyə Nazirliyi bərbad işləyir və millətə qarşı bir terror törədir.
Amma inanmıram ki, Maliyyə Nazirliyi düzgün yoxlama aparmasın. Bu pulu Maliyyə Nazirliyi ayırır, eyni zamanda nəzarət edir. Maliyyə Nazirliyi bununla bağlı açıqlama verməlidir. Dövlətin ayırdığı vəsait onların yeməyinə, təhsilinə və sağlamlığına bəs edən dərəcədədir. Dünya standartlarına uyğun şəkildə bölüşdürülmə aparılıb. Əgər bu belədirsə, onlar açıqlama verib, bunu sübut edə bilərlər" - deyə o bildirib.
Hər il 30 mindən artıq gənc ali təhsilini başa vuraraq, əmək bazarına qoşulmağa can atır. Bəzi gənclər üçün karyera magistr təhsilindən sonra başlayır. Amma tam ali təhsil Azərbaycanda iş-güc sahibi olmaq üçün əsas deyil. İşə qəbul olmağın ayrıca şərtləri, qaydaları var, əgər gənc dövlət qulluğunda çalışmaq istəyirsə, onun üçün hər şeyin sıfırdan başladığını demək olar.
Dövlət qulluğuna aid olan bütün vəzifələrə qəbul əvvəlcə imtahan, sonra şifahi müsahibə yolu ilə həyata keçirilir.
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
Test imtahanları ödənişlidir. Tarif Şurasının qərarına görə:
AA vəzifə qrupu üzrə – 110 AZN
AB vəzifə qrupu üzrə – 100 AZN
AC vəzifə qrupu üzrə – 90 AZN
BA vəzifə qrupu üzrə – 80 AZN
BB vəzifə qrupu üzrə – 70 AZN ödəniş etmək nəzərdə tutulub.
Test imtahanlarının nəticələri vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal mərkəz tərəfindən müəyyən edilir.
Test imtahanı:
Məntiq – 30 sual.
Qanunvericilik – 40 sual
İnformatika – 15 sual
Azərbaycan dili – 15 sual
Ümumilikdə 100 sual olur. Bir sual bir bal ilə qiymətləndirilir. Səhv düzü aparmır. Bütün qruplarda və kateqoriyalarda bu fənlər üzrə test imtahanı təşkil edilir.
İmtahandan müvəffəqiyyətlə keçən şəxslərə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq sertifikat verilir. Sertifikatların qüvvədə olma müddəti 5 ildir.
Sertifikatı əldə etmiş şəxs müsahibədə iştirak etmək hüququ əldə edir. Daha sonra vakant inzibati vəzifələr elanına baş vurub təyin olunan vaxtda müsabiqədə iştirak edir.
Dövlət Qulluğuna qəbul 2 kateqoriyadan ibarətdir.
A kateqoriyası (inzibati rəhbər vəzifələr)
A kateqoriyası qurumlarda olan rəhbər vəzifələr və sektor müdiri vəzifələridir. Bu qrupa sənəd verib hazırlaşmaq istəyənlər ən azı 3 il iş təcrübəsinə sahib olmalıdır. A kateqoriyasına hazırlaşmaq üçün vətəndaş (kişi) hərbi vəzifədə olmalıdır. Məhkumluq həyatı yaşamamalıdır.
B kateqoriyası inzibati vəzifələr üzrə keçirilir. B kateqoriyası özü 2 qrupa bölünür; BA və BB alt qrupları.
BA kateqoriyasının keçid balı 85 baldır. Ən yüksək bal 120 baldır. BA kateqoriyasında 100 testdən 80 testi qapalı tipli, 20 test isə açıq tipli suallardan ibarətdir.
BB kateqoriyasının keçid balı 65 baldır. Ən yüksək bal 100 baldır. 100 testdən hamısı qapalı tiplidir.
Ali məktəbin verdiyi biliklərlə test imtahanını uğurla başa vurmaq mümkün deyil. Ona görə, gənc dövlət qulluğuna hazırlıq kurslarına baş vurmalıdır. Burada 6 ay-1 il çəkən hazırlıq 4-5 min manata başa gəlir. Bu rəqəm kurslara, müəllimlərə, peşələrə uyğun dəyişə bilər.
Bu mərhələni uğurla başa vurmaq da karyeranın ilk pilləsinə ayaq qoymaq üçün yetərli deyil. Şifahi müsahibədə subyektiv amillər ön plandadır, obrazlı desək, imtahan verən şəxsin taleyi xeyli dərəcədə imtahan götürən mütəxəssislərin rəyindən asılı olur. Bir çox hallarda gənclərin ümidləri bu mərhələdə qırılır.
Deputat Etibar Əliyev belə hallardan birini belə təsvir edib:
“Tanıdığım çox zəhmətkeş bir bənna var. Oğlu 4 dəfə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi Ədliyyə orqanlarına qulluğa qəbul imtahanlarında yüksək nəticə toplayıb. Ədliyyə Nazirliyinin müsahibə komissiyası 4 dəfədir ki, bu gəncin ümidlərini puç edir. Biz, Milli Məclisdə dəfələrlə çıxışlarımızda müsahibə mərhələsinin götürülməsini təklif etmişik. Müsahibə mərhələsi çox vaxt DİM-in imtahanlarını şübhə altına alır. Əvəzsiz bənna, gözəl insanın mədəni və əxlaqlı oğlunu çox pessimist gördüm. Gənc yorulub və bir daha imtahanlarda iştirak etməyəcəyini mənə söylədi. Haqlıdır, 4 dəfə keçirilən imtahanlarda sahəsinə aid suallara cavab verib keçid balını toplayan bir gəncə müsahibədə hansı suallar verilə bilər? Özü də bu gənc Bakını yox, Azərbaycanın rayonlarından birində işləməyi seçir…”
Reyhan Rəsulova isə bildirir ki, oğlunu AZAL 4 dəfə müsahibəyə çağırıb, ingilis dili, rus dili, ixtisası diplom işinə qədər sorğu-sual ediblər. “2 iş təklif etdilər, biri üçün ümumiyyətlə təhsil olmasa da olar, o biri də tam fərqli iş – logistika! Xülasə, 1 həftədən sonra zəng edib soruşdular: sizin AZAL-da və ya “Silk Way”də qohumunuz işləyir?! Vəssalam….sonra da atdılar gözləmə rejiminə”, – R.Rəsulova bildirir.
Nə qədər qəribə olsa da, şifahi müsabiqədən uğurlu keçmək də iş sahibi olmaq anlamına gəlmir. Çünki vakansiya elan etmiş dövlət qurumunun həmin şəxsi işə-qəbul edib-etməyəcəyi məlum deyil. Bu, həmin qurumun müstəsna səlahiyyətinə daxildir. Praktikada isə adətən dövlət orqanları özlərinin “məsləhət” bildiyi şəxsləri işə qəbul edilər. Test imtahanından, müsahibədən əvvəl həmin kadrlar işə alınır, təcrübəçi, yaxud, kiçik işlərdə çalışır. Son nəticədə dövlət qulluğu imtahanına, müsabiqəyə yönəldilir və dərhal işə qəbul edilir. Həmin vəzifələrə digər çoxsaylı iddiaçılar isə “ehtiyat kadr” bankına göndərilir. Onların sənədlərini qaldırıb işə dəvət etmək isə nadir hadisə ola bilər. Bəzən dövlət qurumlarının “ehtiyatında” onlarla kadr olduğu halda vakansiyalar elan edib, özlərinə uyğun şəxsləri işə qəbul edirlər.
Bir məqamı da vurğulamaq lazımdır, bütün mərhələləri keçən şəxslərin şəxsi işi, ailəsi, qohumluq münasibətləri də müvafiq qurumlara sorğu verməklə diqqətlə yoxlanır. Əgər onların özü, yaxud qohumları sosial şəbəkələrdə hakimiyyətin “xoşuna gəlməyən” bircə ifadə yaxıb, şəkil paylaşıbsa, dərhal arzuolunmaz hesab edilir. Müxalifət partiyalarının üzvləri ilə qohumluq əlaqələri olanları isə ümumiyyətlə, dövlət qulluğuna qəbul olunmur.
Deputat Etibar Əliyev hesab edir ki, DİM imtahanlarında yüksək bal toplayanları vakant yerlərə uyğun olaraq sıralama ilə yerləş Hər il 30 mindən artıq gənc ali təhsilini başa vuraraq, əmək bazarına qoşulmağa can atır. Bəzi gənclər üçün karyera magistr təhsilindən sonra başlayır. Amma tam ali təhsil Azərbaycanda iş-güc sahibi olmaq üçün əsas deyil. İşə qəbul olmağın ayrıca şərtləri, qaydaları var, əgər gənc dövlət qulluğunda çalışmaq istəyirsə, onun üçün hər şeyin sıfırdan başladığını demək olar.

Deputat Etibar Əliyev hesab edir ki, DİM imtahanlarında yüksək bal toplayanları vakant yerlərə uyğun olaraq sıralama ilə yerləşdirmək lazımdır. “İşçinin gələcəkdə özünü doğruldub-doğrultmaması başqa məsələdir. Qurumlarda işçinin fəaliyyətini izləyən şöbələr fəaliyyət göstərir və təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar”, – o əlavə edib.
Beləliklə, ali təhsilli bir gənc üçün karyera qurmaq olduqca çətin, ağrılı məsələdir. Onların başqa seçimi də yoxdur. Normal sistemlərdə gənclər, partiyalardan, vətəndaş cəmiyyəti institutlarında təmsil olunmaqla dövlətin, cəmiyyətin həyatında iştirak etmək imkanı qazanırlar. Bu zaman məmur, parlament, bələdiyyə üzvü, bürokrat olmaq olduqca asandır. Nə test imtahanlarına ehtiyac var, nə də müsahibələrə…
Azərbaycanda isə hətta hakim Yeni Azərbaycan Partiyasının üzvü olmaq, hansısa strukturlarında təmsil olunma heç bir perspektiv vəd etmir. Son illər aparılan təyinatlarda seçilən kadrların bu partiyanın üzvü olub-olmamasına əhəmiyyət verilmir. Ölkədə sürətli, parlaq karyeraya sahib olan gənclərin əksəriyyəti özəl biznesdən gətirilir. Onların bir çoxu ömründə bir gün dövlət vəzifəsi tutmasalar da, ən yüksək siyasi postlar etibar olunur. Məsələ burasındadır ki, parlaq siyasi perspektiv vəd edən biznes strukturlarında çalışmaq da hər adama nəsib olmur. Necə deyərlər, gərək burda da bəxtin gətirə... Pressklub.azdirmək lazımdır. “İşçinin gələcəkdə özünü doğruldub-doğrultmaması başqa məsələdir. Qurumlarda işçinin fəaliyyətini izləyən şöbələr fəaliyyət göstərir və təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar”, – o əlavə edib.
Beləliklə, ali təhsilli bir gənc üçün karyera qurmaq olduqca çətin, ağrılı məsələdir. Onların başqa seçimi də yoxdur. Normal sistemlərdə gənclər, partiyalardan, vətəndaş cəmiyyəti institutlarında təmsil olunmaqla dövlətin, cəmiyyətin həyatında iştirak etmək imkanı qazanırlar. Bu zaman məmur, parlament, bələdiyyə üzvü, bürokrat olmaq olduqca asandır. Nə test imtahanlarına ehtiyac var, nə də müsahibələrə…
Azərbaycanda isə hətta hakim Yeni Azərbaycan Partiyasının üzvü olmaq, hansısa strukturlarında təmsil olunma heç bir perspektiv vəd etmir. Son illər aparılan təyinatlarda seçilən kadrların bu partiyanın üzvü olub-olmamasına əhəmiyyət verilmir. Ölkədə sürətli, parlaq karyeraya sahib olan gənclərin əksəriyyəti özəl biznesdən gətirilir. Onların bir çoxu ömründə bir gün dövlət vəzifəsi tutmasalar da, ən yüksək siyasi postlar etibar olunur. Məsələ burasındadır ki, parlaq siyasi perspektiv vəd edən biznes strukturlarında çalışmaq da hər adama nəsib olmur. Necə deyərlər, gərək burda da bəxtin gətirə... Pressklub.az
Müğənni hiss uşaq övladlığa götürmək istədiyini açıqlayıb. Teref.az OLAY-a istinadən xəbər verir ki, bu barədə o, Dadaş Dadaşlinskinin qonağı olarkən danışıb. Uşaq evində böyüyən müğənni söyləyib ki, həmin məkanlara getmək üçün özünü hazır hiss etmir: ”Uşaq evlərinə baş çəkməmişəm. Amma düşünürəm. Hətta fikirləşirəm ki, bir uşaq götürüm. İnşallah gələcəkdə sənədlərdə bir problem çıxmaz. Məncə, getsəm, bir az sıxılaram. Özümü ələ alım sonra”. İfaçı həm də son günlər müzakirə yaradan 3 saylı Uşaq evi ilə bağlı qalmaqala da münasibət bildirib: “Uşaq evində qidalanma ilə bağlı həmişə problem olub. Şahidi olmuşam. Sadəcə indi işıq üzünə çıxır. Mən də görmüşəm, ümumiyyətlə, heç kimi qınamıram. Bir uşaq çətindirsə, ona nəzarət edə bilmirsinizsə, işdən çıxın. Əminəm ki, uşaqda elə də problem yoxdur. Hamıda olduğu kimi müəyyən travmalardır”.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Tribunainfo.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.
Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 600-dən artıq müraciətə baxılıb. Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.