Genişmiqyaslı müharibə başlayandan bəri Azərbaycan Ukraynanın enerji sisteminin bərpası üçün 10 humanitar yardım göndərib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyindən bildirilib.
Bildirilib ki, bu ilin sonuna qədər yeni yardım partiyasının tədarükü gözlənilir.
Qeyd olunub ki, Ukraynanın energetika naziri German Qaluşenko və Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev neft-qaz sənayesində əməkdaşlığı, xüsusən də ehtiyatların saxlanması və tranziti məsələsini müzakirə ediblər.