Ardını oxu...

"Gürcüstan prezidenti Salome Zurabişvili ayrılmaq çətin olsa da 7 ildir ki, tutduğu vəzifəni tərk etmək məcburiyyətində qalacaq".

Musavat.com xəbər verir ki, bu barədə bazar günü brifinqdə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

"Təsəvvür edin, Zurabişvili hələ də kreslosu ilə vidalaşa bilmir. Təbii ki, xanım Salome kreslosu ilə küçəyə çıxmalı olacaq”, - Kobaxidze bildirib.

Kobaxidzenin sözlərinə görə, Zurabişvili dekabrın 29-da iqamətgahını qanuni seçilmiş prezidentə təhvil verməli olacaq.

"Xanım Salome Zurabişvilinin dörd cümə günü qalıb və mən onun emosional vəziyyətini başa düşürəm. Amma o, iqamətgahını tərk etməli və bu binanı qanuni seçilmiş prezidentə verməlidir”, - baş nazir bildirib.

Hökumət başçısının sözlərinə görə, Zurabişvili oktyabrın 26-da keçirilən seçkilərdə radikal müxalifətə arxalanaraq uduzub.

Baş nazir jurnalistlərin suallarını cavablandırarkən Gürcüstanda yeni parlament seçkilərinin keçirilə biləcəyini istisna edib.

"Gürcüstanda təkrar parlament seçkiləri olmayacaq", - Kobaxidze bildirib.

Dekabrın 14-də Gürcüstanın altıncı prezidenti üçün seçkilər, dekabrın 29-da isə andiçmə mərasimi keçiriləcək və bu zaman Zurabişvilinin səlahiyyətlərinə rəsmi xitam veriləcək.

Şahanə Rəhimli
Musavat.com

Ardını oxu...
  

Suriya lideri Bəşər Əsəd İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib.

Musavat.com xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, Əsəd Türkiyə ilə danışıqlara can atır və artıq İraqdan buna vasitəçilik etməsini xahiş edib. 

Qeyd edilib ki, rəsmi Bağdad hələlik bu müraciətə cavab verməyib. 

Musavat.com

 
 
 
Ardını oxu...
AB-nin yeni rəhbərliyinin fəaliyyətlərinin ilk günündə Kiyevə səfəri onların müharibəni davam etdirmək əhval-ruhiyyəsindən xəbər verir.

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb.

“Avropa Şurasının yeni rəhbəri Antonio Koşta və AB diplomatiyasının rəhbəri, rusofob Kaya Kallas elə ilk fəaliyyət günlərindəcə Kiyevə gəliblər. Bu onu göstərir ki, prioritet AB-nin rifahını təmin etməkdənsə, müharibəni uzatmaqdır. İndi razısınızmı, avropalılar?” - Medvedyev bildirib.
 
Ardını oxu...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də Niderland Krallığına işgüzar səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, fevralda Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə daxil olduqdan sonra nazir Mirzoyan ilk dəfə olaraq Haaqada BCM-nin İştirakçı Dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edəcək.

Qeyd edək ki, BCM 17 martda Ermənistanın strateji müttəfiqi Rusiyanın lideri Putin haqda həbs qərarı çıxarıb. Ermənistan isə bu qərardan sonra Roma Statutunu ratifikasiya edib.
 
 
 
Ardını oxu...
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumətin tam formalaşdığını elan edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş nazir mətbuat konfransında danışıb.

O bildirib ki, artıq 12 nazir təyin olunub və hökumətin formalaşdırılması prosesi yekunlaşıb.

İrakli Kobaxidzenin sözlərinə görə, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra ölkədə bütün konstitusiya orqanları xalqın iradəsinə uyğun şəkildə tam fəaliyyət göstərəcək.
 
Ardını oxu...
Bu gün dünya, müharibələr, qarşıdurmalar, hüquq pozuntuları və bərabərsizliklərin cəngində, dərin liderlik böhranı içindədir. Üzümüzü çevirdiyimiz heç bir yerdə sabitlik görmür, dərinləşən ədalətsizliklərlə qarşılaşırıq. İki qonşu ölkədən birində rifah, var-dövlət hökm sürərkən, digərində milyonlarla insan aclıq və yoxsulluqla mübarizə aparır. Gələcəyimizə ümidlə baxmağımıza səbəb olacaq bütün hadisələrin sayı sürətlə azalır. Bir şey tam aydındır ki, bəşəriyyət dönüş nöqtəsindədir. Sadəcə, qarşıdakı 5-10 ilə deyil, övladlarımızın və nəvələrimizin də gələcəyinə təsir edəcək hadisələr baş verir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World 2024” forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

İkinci Dünya müharibəsinin ən əhəmiyyətli nəticələrindən birinin BMT-nin yaradılmasını olduğunu söyləyən Türkiyə Prezidenti deyib: “İndi bu BMT ilə davam edə bilərikmi? Xeyr. BMT-nin islahatlara ehtiyacı var. Dünya beş daimi üzvün əlinə buraxıla, dünya bu şəkildə idarə oluna bilməz”.

R.T.Ərdoğan deyib ki, forum çərçivəsində dünyanı təhdid edən məsələlər müvafiq sahələr üzrə mütəxəssislər tərəfindən müzakirə olunacaq və bu problemlərin həlli üçün atılması zəruri addımlar dəyərləndiriləcək.

Qeyd edək ki, bu il “TRT World 2024” forumunda 30-dan çox ölkədən akademiklər, siyasətçilər, vətəndaş cəmiyyətlərinin nümayəndələri, jurnalistlər, iş adamları və digər şəxslər iştirak edirlər.
 
Ardını oxu...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə görüş keçirib. Görüşdə Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib. Məlumatda qeyd olunub ki, Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etsə də, hələ də razılıq əldə olunmayıb. Ermənistan hakimiyyəti sülhün imzalanmasında maraqlı olduqları iddialarını irəli sürür, amma əməlləri ilə bunu inkar etdikləri göz önündədir. Onlar Qərb dövlətləri və digər əlaltıları ilə münaqişənin yenidən alovlanmasına şərait yaradaraq hər cür planlar qururlar.

Politoloq İlyas Hüseynov "Sherg.az"a söyləyib ki, Ermənistan uzun müddətdir ki, regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır:

"Finlandiya rəhbəri ilə danışıqlar regiondakı problemləri müxtəlif güc mərkəzləri ilə müzakirə etməyin mümkünlüyünə hesablanıb. Çünki Avropa "ailəsinin" burada iştirakı Ermənistan üçün daha məqbuldur. Polşa lideri Andjey Duda Ermənistana səfəri, Mirzoyanın Finlandiya Prezdineti ilə görüşməsi və s.-nin mahiyyəti Ermənistanın öözünü sülh tərəfdarı kimi təqdim etməsidir. Ermənistan tərəfi bununla yanaşı, sülh haqqında daha geniş danışıb elə təəssürat formalaşdırmağa çalışırlar ki, sanki Azərbaycan sülhə maraqlı deyil. Guya Azərbaycan Ermənistanın sülh istiqamətlərində təşəbbüslərini inkar edir, daha amnistiyalı təkliflər irəli sürür. Lakin reallıq tamamilə başqadır".

Politoloqun sözlərinə görə, Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır:
"Rəsmi İrəvan qanunvericilik müstəvisində dəyişiklik etməkdən boyun qaçırır. Bununla yanaşı sürətlə silahlanır, müxtəlif silah mənbələrini formalaşdırmağa çalışır. Hətta Hindistan, Fransa, Yunanıstan kimi dövlətlərdən bu sövdələşmələri əldə etmək şərtləri icra olunur, ayrı-ayrı logistik marşurutlar formalaşdırılır. Amma Paşinyan dildə qeyd edir ki, Ermənistan sülh sazişinin imzalanması üçün siyasi iradəyə malikdir və sözügedən sazişin imzalanması mümkündür. Onlar xarici ünsürlərə göstərməyə çalışırlar ki, Ermənistanın xarici siyasətinin əsas prioriteti Azərbaycanla nizamlanmadır. Beynəlxalq auditoriyanı çaşdırmağa yönəlmiş addımlar isə heç nəyə gətirib çıxarmır və nəticədə sülh əldə etmək də mümkün olmur. Bunun əsas günahkarı rəsmi İrəvan və onun siyasi elitasıdır".
Ardını oxu...
Türkiyə Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman sultanı Heysəm bin Tariq bin Teymur Əl Səidlə Ankarada keçirdiyi mətbuat konfransı zamanı bildirib.

O, ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs üçün yeni təşəbbüs irəli sürəcəyinə dair açıqlamasının çox gec, lakin mühüm addım olduğunu da vurğulayıb.\APA
 
Ardını oxu...
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır
Gürcüstan hökuməti Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlanmasını 2028-ci ilə qədər dayandırır, həmçinin Gürcüstan Avropa İttifaqının hər hansı büdcə qrantından imtina edir.

APA-nın Tbilisi bürosu xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bu barədə parlament çoxluğu ilə hökumət üzvləri arasında görüşdən sonra partiya ofisində keçirdiyi mətbuat konfransında bildirib.

Kobaxidzenin sözlərinə görə, danışıqların yenidən açılması məsələsindən şantaj və cəmiyyəti parçalamaq məqsədilə istifadə olunub və bu hal ölkəyə namizəd statusu verilməsi zamanı da baş verib.

“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə (üzvlük) danışıqlarına başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik. Həmçinin, 2028-ci ilin sonuna qədər biz Avropa İttifaqının istənilən büdcə qrantından imtina edirik. Avropa İttifaqına inteqrasiyanı mərhəmət kimi qəbul etmək qəti şəkildə qəbuledilməzdir”, - Kobaxidze deyib.
 
 
 
Ardını oxu...
Hakim “Gürcü Arzusu” partiyası ölkə prezidenti postuna keçmiş futbolçu Mixeil Kavelaşvilinin namizədliyini irəli sürüb.

“Exo Kavkaza” xəbər verir ki, bu barədə partiyanın sədri, milyarder Bidzina İvanişvili məlumat verib.

“Dürüstlük, ədalət, vətənpərvərlik və prinsipiallıq. Bunlar Mixeil Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir. O, öz təbiətilə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, əla həyat yoldaşı və dörd uşaq atasıdır... Əminəm ki, Mixeil Kavelaşvili Prezident institutunun müvəqqəti olaraq itirilmiş ləyaqətini tam bərpa edəcək”, İvanişvili bildirib.

Gürcüstan müxalifəti hakim partiyanın qərarını anti-Qərb siyasətin davamı kimi qiymətləndirib. “Birlik – Milli Hərəkat” üzvü Xatia Dekanoidze deyib ki, Kavelaşvili Qərbin ən böyük tənqidçilərindən biridir.

“Biz zarafat edə bilərik. Lakin İvanişvili ən böyük anti-Qərb adamını öz prezidenti etdi. O kobud və cahildir və ABŞ-la Aİ-nı xüsusilə kəskin tənqid edir”, deyə Dekanoidze Facebook sosial şəbəkəsində yazıb.

Kavelaşvili rəsmi olaraq hakim partiyadan ayrılan “Xalq Gücü” partiyasının liderlərindən biridir. O, IX və X çağırış parlamentin deputatı olub, oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə görə ("Gürcü Arzusu" partiyasının siyahısında 18-ci sırada) deputat olub. “Xalq Gücü” anti-Qərb ritorikası və “ənənəvi dəyərləri” dəstəkləməsi ilə tanınır.

53 yaşlı Kavelaşvilinin təhsili haqqında məlumat yoxdur. O, futbol veteranıdır. İdman karyerasına Tbilisinin “Lokomotiv”ində başlayıb, altıqat Gürcüstan çempionu olub. 1995-ci ildə Kavelaşvili Vladiqafqazın "Spartak-Alaniya" klubunda çıxış edib və onunla Rusiya çempionu olub. O, həmçinin "Mançester Siti"də və İsveçrənin müxtəlif klublarında çıxış edib.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də, andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Zərurət yaranarsa, seçkilərin ikinci turu dekabrın 14-də də keçiriləcək. Gürcüstan prezidentini ilk dəfə əhali deyil, “Gürcü Arzusu”nun mandatların çoxluğuna sahib olacağı Seçicilər Kollegiyası seçəcək.
 

Dünyapress TV

Xəbər lenti